Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3055/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı2 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı2 cavabdeh Bakı şəhəri İddiaçı1nə qarşı kompensasiya tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İlk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı1 tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 3 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı2 51549 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı1 müəyyən edilib. Qərarın icrası məqsədi ilə İddiaçı1 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbayan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edib və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. Cavabdeh ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehlərə danışıq (könüllü alğı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı1 "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 51549 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1798/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan İddiaçı1 tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməsi, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı2 51549 (əlli bir min beş yüz qırx doqquz) manat məbləğində kompensasiya ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1819/2021 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1798/2019 saylı 02 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı2 cavabdeh Bakı şəhəri İddiaçı1nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-nın dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar ona ödənilməmiş 142.351 manat məbləğində kompensasiyanın ona ödənilməsi vəzifəsinin Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı2 tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evimin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona ödənməli olan 198.900 manatdan qalan 142.351 manat (İddiaçı1 xx.xx.2005-ci il tarixli 23 saylı sərəncamı ilə təsdiq olunmuş mənzilinə əlavə olaraq tikdiyi 67,91 kvm. əlavə sahəyə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarına görə əlavə ödənilməli olan kompensasiyalarla birlikdə) məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin İddiaçı1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İddiaçı1 ona qarşı kompensasiya ödənilməklə mənzilinin əldə olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində 51.549 manat məbləğində kompensasiya verməklə onun mülkiyyətində olan fərdi yaşayış evini almaq istədiyini bildirmişdir. Qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində göstərdiyi bu kompensasiya məbləği həm onun mülkiyyətində olan fərdi yaşayış evinin real bazar dəyərinə, həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun deyildir. Nəzərə çatdırır ki, həmin bu sökünlü işləri gedən zaman Bakı şəhəri İddiaçı1 rəhbərliyi və digər nümayəndələri onunla söhbət zamanı onun faktiki istifadəsində olan sahəyə uyğun ədalətli kompensasiya ödəyəcəklərini bildirmişdilər. Ona görə də o, onlarla razılığa gəlməyə çalışmışdır. Lakin işin sonrakı gedişi göstərdi ki, İcra Hakimiyyətinin nümayəndələri onun etibarından suiistifadə edərək onu aldatmağa çalışırlar. Belə ki, onun mülkiyyətində olan fərdi yaşayış evində bir neçə dəfə əlavə tikinti işləri apanlmış və həmin işlərin hamısına dair Bakı şəhəri İddiaçı1 müvafiq razılıqları və sərəncamları da alınmışdır. Bunun nəticəsində də onun mülkiyyətində olan fərdi yaşayış evinin sahəsi 101.1 kv.m-dən artıq olmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına görə toıpaq sahələri dövlət ehtiyacları üçün alındıqda, torpaq sahəsinin faktiki ölçülərinə görə ödənilən kompensasiyadan əlavə toıpaq sahəsinin mülkiyyətçisi və istifadəçilərinə əlavə olaraq köçmə və digər xərclər üçün ümumi məbləğin 20%-i və əlavə olaraq məskunlaşmağa görə 10%-i həcmində kompensasiya ödənilir. Yəni onun faktiki istifadəsində olan 101,1 kvm. sahəyə görə 153.000 manat məbləğində pul və həmin əlavə 30%-ə görə 45.900 manat məbləğində əlavə kompensasiya olmaqla, ümumilikdə 198.900 manat məbləğində kompensasiya ödəməli olduğu halda, ona cəmi 56.549 manat kompensasiya ödənilmişdir. Bu da ona qanunvericiliklə nəzərdə tutulmuş 142.351 manat az məbləğ edir. Əfsuslar olsun ki, o, dəfələrlə cavabdeh orqana həmin kompensasiya məbləğinin ona ödənməsi ilə əlaqədar müraciət etsə də, cavabdeh orqan hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Qeyd elmək istəyir ki, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246cı, həm də “Torpaqların dövlət ehtiyaclan üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə torpaq sahələri dövlət ehtiyacları üçün satın alınarkən onların real bazar dəyəri müəyyən edilməklə müvafiq kompensasiya ödənilir, həm də sadaladığı qanunlarda köçürməyə məruz qalmış vətəndaşların hüquqlarının maksimum dərəcədə müdafiə edilməsi və onların daha əlverişli şəraitə malik olan mənzillərlə təmin edilməsi öz əksini tapmışdır. Amma əfsuslar olsun ki, cavabdeh orqan tərəfindən ona verilən kompensasiya ilə Bakı şəhərində heç bir otaqlı mənzil də almaq mümkün deyildir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən onun hüquqlarım pozulduğu üçün ona ödənilməmiş 142.351 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddiaya etirazlar təqdim edərək etirazları onunla əsaslandırmışdır ki, seriya ÖM 230152 nömrəli, 31,07.2004-cü il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Qeydiyyat Vəsiqəsi”nə əsasən ünvan 5 ünvandakı yaşayış evinin 29.18 kv.m olan iki yaşayış otağı İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin ünvan üzrə İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlaka görə könüllü olaraq kompensasiya alması təklif edilmişdir. Lakin, cavabdeh kompensasiya məbləğini qəbul etməkdən imtina etdiyi üçün İddiaçı1 tərəfindən “kompesasiya ödənilməsi” tələbi ilə bağlı İddiaçı2 qarşı iddia tələbi irəli sürülmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 nömrəli 02 may 2019-cu il tarixli qərarı ilə tərəflərindən verilmiş iddia ərizəsi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir. Faktiki sahələrin, yəni mülkiyyət hüququnun təsdiq edən sənəddə göstəriləndən daha çox sahələrin qiymətləndirilməsi aparılmaqla cəmi 37,55 kv.metr sahəyə görə bütün əlavələr nəzərə alınmaqla, köçmə və kirayə xərci daxil olmaqla cəmi 56.549 manat məbləğdə kompensasiya hesablanmışdır. Beləliklə, İddiaçı2 ilə İddiaçı1 arasında AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanaraq 56549 manat məbləğində kompensasiya ödənilmişdir. Ödənilmiş kompensasiya məbləğinə bütün kompensasiya növlərinin, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrin daxil edilməsi iş materiallarında olan iddiaçı ilə İddiaçı1 arasında başğlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı Müqaviləsi və “Qiymətləndirmə Cədvəli” ilə təsdiq olunur. Bundan başqa, mövcud inzibati praktikaya əsasən əsas və köməkçi sahələrin hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Məhkəməsinin xx.xx.2019 tarixli, 2-1(102)-2348/2019 nömrəli qərarı). Qarşılıqlı iddia üzrə iddiaçının tələb etdiyi əlavə sahələr ilə bağlı bildirilir ki, İddiaçı2 sözügedən sahələrə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda, iş materiallarında olan mübahisə predmeti olan evə dair texniki pasportlarda da həmin sahələr öz əksini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə isə digər hüquqlar kimi istifadə hüququ da habelə daşınmaz əmlaka digər hüquqlar kimi qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə İddiaçı2 qarşılıqlı iddia tələbində qeyd etdiyi əlavə sahələrə görə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Artıq analoji işlərlə bağlı məhkəmə təcrübəsi yaranmışdır (AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 209/2020 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-824/2021 nömrəli qərarları). Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamaması xahiş edilmişdir. İlk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ilkin iddia üzrə cavabdeh İddiaçı2 ilə ilkin iddia üzrə İddiaçı1 arasında 22 iyun 2019-cu il tarixində bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka görə İddiaçı2 56.549 manat kompensasiya məbləği ödənilmişdir. İddiaçı1 tələbi ilə bağlı bildirmək istəyirlər ki, mübahisə predmeti olan evə görə cavabdehə İddiaçı1 tərəfindən kompensasiya məbləği ödənildiyindən iddia ərizələrini geri götürmək zərurəti yaranmışdır. Bununla bağlı icraatda olan cavabdeh İddiaçı2 qarşı İddiaçı1 tərəfindən irəli sürülmüş iddia ərizəsinin geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı1 nümayəndəsi X11 tərəflərindən verilmiş ərizəni müdafiə edərək təmin edilməsini, iddianın geri götürülmüş hesab edilməsinə dair qərardad qəbul edilməsini, həmçinin qarşılıqlı iddia tələbi üzrə İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə İddiaçı2 ilk iddia üzrə İddiaçı1 kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair inzibati iş üzrə iddianın geri götürülməsinə dair ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi, həmçinin qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3055/2022 nömrəli qərardadı ilə ilk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı1 cavabdeh İddiaçı2 qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair iddiası üzrə inzibati iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya ÖM, 230152 №-li, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 53A saylı evin 87,08 kvm. yaşayış sahəsindən ibarət 5 (beş) otaqlı mənzlin 29,18 kvm. 2 yaşayış otağı İddiaçı2, 27,3 kvm. 1 yaşayış otağı X8, 18,0 kvm. 1 yaşayış otağı X1, 12,6 kvm. 1 yaşayış otağıı X12 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - "xxxx" MMC-nin direktoru İ.Bağırov, 64 saylı MKİSin rəisi S.Abıyev və 64 saylı MKİS-in kargüzarı D.Yaqubova tərəfindən təsdiq edilmiş 20 fevral 2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-cı il tarixli 51 saylı qərarına əsasən ünvan 4 ünvanında İddiaçı2 məxsus yaşayış sahəsinin (şərti layihə nömrəsi 64-838) dövlət ehtiyacları üçün alınması ilə əlaqədar həmin ünvana rəsmi bildiriş göndərilməsinə baxmayaraq, ünvan 6 orqan İddiaçı1 təşkil etdiyi Komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak etməmişdir. - İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Şahbazi 53A ünvanda yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı Şəhəri İddiaçı1 tərəfindən dövlət ehtiyacları üçün alınan, Yasamal rayonu Şahbazi 53A ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (N-64-838 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, aşağıdakı kimi qiymətləndirilmişdir: əsas sahə 33,51 kvm., bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla 1500 manat, qiyməti 50265 manat; daş pilləkən 0,71 kvm., bütün kompensasiya növləri nəzərə alınmaqla 333,33 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla 400 manat, qiyməti 284 manat; cəmi 50549 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat, ümumilikdə cəmi 51549 manat. - Həmin çıxarışa əlavə edilmiş çizgidən görünür ki, mülkiyyətçi İddiaçı2 yaşayış sahəsi 1 otaq 20,1 kvm., 1 otaq 13,41 kvm., daşı pilləkən 0,71 kvm., ümumi yaşayış sahəsi 33,51 kvm., digər 0,71 kvm., cəmi ümumi sahə 34,22 kvm.-dir. - 64 saylı MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 64 №-li arayışın surətində görünür ki, Nəcəfli X4 53a saylı evdə qeydiyyatdadır. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş, 889t/p inventar nömrəli, 28.09.04 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən İddiaçı2 məxsus mənzil 1-ci yaşayış otağı 13,68 kvm., 2-ci yaşayış otağı 15,48 kvm., ayaqyolu 1,27 kvm., giriş 2,82 kvm.-dən ibarət olmaqla yaşayış sahəsi 29,18 kvm., ümumi sahəsi 33,27 kvm.-dən ibarətdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********87 nömrəli məktubundan görünür ki, ünvan 11 ünvanda yerləşən mənzilin 2 otağı İddiaçı2, 1 otaq (y/s- 27.3 kv.m)-1/2 hissəsi X6 və 1 otaq (y/s-27.3 kv.m)-1/2 hissəsi X5 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Məlumat üçün bildirilir ki, ünvan 11 ünvanında yerləşən mənzilin (1 otaq 18 kv.m) hissəsi X9 adına qeydiyyatdan keçmişdir, lakin 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-18 reyestr nömrəli 15 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri İddiaçı1nə özgənininkiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 53a ünvanında yerləşən mənzilin (1 otaq y/s 12.6 kv.m) hissəsi X12 adına qeydiyyatdan keçmişdir, lakin 41 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-344 reyestr nömrəli 03 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, İddiaçı1nə özgəninkiləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, ünvan 11 ünvanda yerləşən mənzilə dair xx.xx.2015-ci il tarixdə texniki pasport tərtib edilmişdir. - Həmin məktuba əlavə edilmiş X14 və başqalarına məxsus ünvan 11 ünvanda yerləşən daşınmaz əmlaka dair tərtib edilmiş xx.xx.2015-ci il tarixli texniki pasportun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, mənzil 5 otaqdan ibarətdir, ümumi sahə 113,25 kvm., yaşayış sahəsi 87,06 kvm.-dir. Yaşayış otağı 13,68 kvm., yaşayış otağı 15,48 kvm., ayaqyolu 1,27 kvm., giriş 2,82 kvm., yaşayış otağı 18,0 kvm., yaşayış otağı 12,6 kvm., yaşayış otağı 27,3 kvm., mətbəx 14,0 kvm., san.qovşağı 2,0 kvm-dir. - Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 30 nömrəli "Şahbazi küçəsi 53 saylı evin texniki pasportuna dəyişiklik edilməsi haqqında" sərəncamının surətindən görünür ki, Şahbazi küçəsi 53 saylı evdə yaşayan vət. X2 İddiaçı1nə şəxsi mülkiyyətində olan evində aparılmış əlavə tikintinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, qeyd olunan ev S.Süleymanova məxsusdur və O, 1956-cı ildən bu ünvanda pasport qeydiyyatındadır. S.Süleymanov evin həyətində hər biri 20,0 kv.m. 2 yaşayış otağından ibarət tikinti işi aparmışdır. Aparılmış tikintinin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq Şahbazi küçəsi 53 saylı evdə yaşayan vətəndaş X2 tərəfindən evin həyətində hər biri 20,0 kv.m. iki yaşayış otağından ibarət tikinti işi aparılması faktı təsdiq edilmiş, Şahbazi küçəsi 53 saylı evin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsindən xahiş edilmiş, sərəncamın surəti Bakı Şəhər Tİ və MHQ idarəsinə və vətəndaş S.Süleymanova göndərilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçı tərəfindən Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə və Bakı şəhəri, Şahbazi küçəsi, 53 ünvanında yaşayan İddiaçı2 ünvanlanmış xx.xx.2004-cü il tarixli, N-208 №-li məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı2 ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, noratiat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında ona məxsus olan, Bakı şəhəri, Şahbazi küçəsi, 53 ünvanda yerləşən, 13,68 kvm. və 15,48 kvm. 2 otaqlı yaşayış sahəsinə ayrıca ünvan verilməklə onun adına qeydiyyat vəsiqəsi verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunan sənədlərdən görünür ki, 14 saylı dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə ərizəçi Şahbazi küçəsi 53 saylı evin 2 otağını vətəndaş S.Süleymanovdan satın almışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq vətəndaş İddiaçı2 satın aldığı 2 otaqlı yaşayış sahəsinə ayrıca ünvan 13 ünvanı verilməklə, onun adına ayrıca qeydiyyat vəsiqəsi verilməsininin təmin edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, BA-02750-2022 nömrəli məktubuna əlavə edilmiş Yasamal rayon İH-nin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 23 saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin lazimi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Şahbazi küçəsi, 53A saylı evdə yaşayan İddiaçı2 ünvanlanmış 11.2004-cü il tarixli, 2878 nömrəli məktubda Tİ və MHQ İdarəsinə daxil olmuş 1057 t/p saylı xx.xx.2004-cü il tarixli ərizəsinə əsasən mənzilinə texniki pasport tərtib edilməsi barədə müraciəti tərəflərindən araşdırılması, araşdırma zamanı mənzilin yanında yerləşən tikilidən də istifadə etməsinin müəyyən edilməsi, özəlləşmədən keçməyən, lakin onun istifadə etdiyi sahənin kimə məxsus olması barədə İHB-na müraciət etməyinin məqsədəuyğun olması, bu səbəbdən onun mənzilinə tərəflərindən texniki pasportun tərtib edilməsinin mümkün olmaması göstərilmişdir. İddiaçı2 xx.xx.2005-ci il tarixdə Yasamal rayon İH-nin Başçısına ərizə ilə müraciət edərək yaşadığı mənzilin yanında yerləşən tikililəri öz vəsaiti hesabına əsaslı təmir edərək yararlı vəziyyətə salıb hal-hazırda həmin otaqlarda ailəsi ilə birlikdə yaşamasını bildirərək öz vəsaiti hesabına bərpa etdyi otaqların texniki pasporta əlavə etdirmək üçün yaşayış faktının təsdiq etmək üçün sərəncam verilməsini xahiş etmişdir. 64 saylı MKİS-nin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2004-cü il tarixli Şahbazi küçəsi 53 a saylı ünvanda yaşayan İddiaçı2 tikdiyi otaqların eskizinə əsasən 18,01 kvm. yaşayış otağı, 27,70 kvm. yaşayış otağı, 6.0 kvm. giriş, 16.20 kvm. mətbəx tikilmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 23 nömrəli "Şahbazi küçəsi 53A saylı evin vət. İddiaçı2 məxsus mənzilinin texniki pasportuna dəyişiklik edilməsi haqqında" sərəncamının surətindən görünür ki, Şahbazi küçəsi 53A saylı evdə yaşayan vətəndaş İddiaçı2 İddiaçı1nə yaşadığı mənzildə aparılmış tikinti dəyişikliklərinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, İddiaçı2 mənzili ümumi sahəsi 33,27 kv.m. yaşayış sahəsi 29,8 kvm. iki otaqdan ibarətdir. O mənzilə əlavə olaraq evin həyətində yerləşən istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kv.m. və 27,7 kv.m. iki yaşayış otaqları, 16,2 kv.m. mətbəx, 6,0 kv.m. giriş tikmişdir. Aparılmış tikintilərin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq Şahbazi küçəsi 53A saylı evdə yaşayan vətəndaş İddiaçı2 tərəfindən mənzilinə əlavə olaraq evin həyətindəki istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kv.m. və 27,7 kv.m. iki yaşayış otağı,16,2 kv.m. mətbəx, 6,0 kv.m. ön giriş tikilməsi faktı təsdiq edilmiş, Şahbazi küçəsi 53A saylı evin vətəndaş İddiaçı2 məxsus mənzilinin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsindən xahiş edilmişdir, sərəncamın surəti Bakı şəhər T.İ.və MHQ idarəsinə və vətəndaş İddiaçı2 göndərilmişdir. - İddiaçı2 ilə Bakı şəhəri İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alq-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı2 ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 113,25 kvm., yaşayış sahəsi 87,06 kvm. olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini alıcı İddiaçı1 mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 56549 manat 00 qəpik (əlli altı min beş yüz 49 manat) qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/1.1-2-2022-4279 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski" adlandırılan ərazidə vətəndaşların mülkiyyətlərində və faktiki istifadələrində olan bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən bazar qiyməti nəzərə alınmaqla qiymətləndirilmişdir. Qeyd olunan ərazidə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq tikilinin faktiki olan əsas və köməkçi sahəsinin bir kvadratmetri üçün qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr və faizlər nəzərə alınmaqla 1500 manat kompensasiya müəyyən edilmişdir. ünvan 17 ünvanında İddiaçı2 məxsus olmuş yaşayış sahəsi üçün kompensasiya aşağıda qeyd olunduğu qaydada hesablanaraq ödənilmişdir: Tikilinin faktiki əsas və köməkçi sahəsinin (əsas sahə 33,51 kvadratmetr, köməkçi sahə 3,33 kvadratmetr olub) bir kvadratmetri üçün qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr və faizlər nəzərə alınmaqla 1500,00 manat, daş pilləkənin bir kvadratmetr sahəsi (sahəsi 0,71 kvadratmetr) üçün 400,00 manat məbləğ hesablanmış və hesablanmış məbləğə köçmə və kirayə xərci kimi 1000,00 manat əlavə olunmaqla kompensasiya müəyyən edilmişdir. Tərəflər - satıcı İddiaçı2 və alıcı Bakı Şəhəri İddiaçı1 tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş 22 iyun 2019-cu il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 17 ünvanındakı yaşayış sahəsinə görə İddiaçı2 56549.00 (əlli altı min beş yüz qırx doqquz) manat kompensasiya ödənilmişdir. Həmçinin, həmin yaşayış sahəsi ilə əlaqədar İddiaçı2 aldığı kompensasiyadan əlavə olaraq 14368,00 (on dörd min üz yüz altmış səkkiz) manat məbləğində maddi yardım ödənilmişdir. - Bakı şəhəri İddiaçı1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1573/d nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski" adlandırılan ərazidə vətəndaşların mülkiyyətlərində və faktiki istifadələrində olan bəzi yaşayış və qeyriyaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən bazar qiyməti nəzərə alınmaqla qiymətləndirilmişdir. Qeyd olunan ərazidə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq tikilinin faktiki olan əsas və köməkçi sahəsinin bir kvadratmetri üçün qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr və faizlər nəzərə alınmaqla 1500,00 manat kompensasiya müəyyən edilmişdir. ünvan 17 ünvanında İddiaçı2 məxsus olmuş yaşayış sahəsi üçün kompensasiya aşağıda qeyd olunduğu qaydada hesablanaraq ödənilmişdir. Tikilinin faktiki əsas və köməkçi sahəsinin (əsas sahə 33,51 kvadratmetr, köməkçi sahə 3,33 kvadratmetr olub) bir kvadratmetri üçün qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr və faizlər nəzərə alınmaqla 1500,00 manat, daş pilləkənin bir kvadratmetr sahəsi üçün (sahəsi 0,71 kvadratmetr) 400,00 manat məbləğ hesablanmış və hesablanmış məbləğə köçmə və kirayə xərci kimi 1000,00 manat əlavə olunmaqla kompensasiya müəyyən edilmişdir. Tərəflər - satıcı İddiaçı2 və alıcı Bakı Şəhəri İddiaçı1 tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş 22 iyun 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 17 ünvanındakı yaşayış sahəsinə görə İddiaçı2 56549,00 (əlli altı min beş yüz qırx doqquz) manat kompensasiya ödənilmişdir. Bundan başqa həmin yaşayış sahəsi ilə əlaqədar İddiaçı2 aldığı kompensasiyadan əlavə olaraq 14368,00 (on dörd min üz yüz altmış səkkiz) manat məbləğində maddi yardım ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 53A saylı evin 87,08 kvm. yaşayış sahəsindən ibarət 5 (beş) otaqlı mənzlin 27,3 kvm.-dən ibarət 1 yaşayış otağı onun mülkiyyətində olmuşdur. Həmin yaşayış otağın təxminən 2011-2012-ci illərdə sataraq oradan köçmüşdür. Yəni həmin ərazidə söküntü işləri aparılarkən mülkiyyətində yaşayış sahəsi olmamışdır. İddiaçı2 ilə əvvəllər qonşu olmuşlar. Həmin dövrdə İddiaçı2 qeyd olunan ünvanda yerləşən mənzilin ona aid olan hissəsini kirayəyə verdiyindən məlumatlı olmuşdur. İddiaçı2 mənzilinə son zamanlarda daxil olaraq dəqiq nəzər yetirməsə də, onun iki otağı, həmin otaqların qarşısında sonradan əlavə olunmuş artırmanın, həmçinin əlavə tikilmiş mətbəx və sanuzelin də mövcud olduğundan, İddiaçı2 tərəfindən əlavə tikililərin inşa edildilməsindən məlumatlı olmuşdur. Əlavə tikilinin ümumi sahəsi təqribən 60-70 kvm. olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı2 iddiası qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. - 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. - 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. - 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. - 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin (56.1.1.); ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya (56.1.2.); torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti (56.1.3.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər (56.1.4.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər (56.1.5.); alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər (56.1.6.). - 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərar vermişdir. Həmin qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasında ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər İddiaçı1 müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı1 «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. İddiaçı2 paylı mülkiyyət hüquqi ilə məxsus olan ünvan 19 ünvanında yerləşən fərdi yaşayış evi də yuxarıda olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına əsasən İddiaçı2 məxsus, paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şahbazi 53A ünvanda yerləşən yaşayış evi üçün əsas sahə 33,51 kvm., daş pilləkən 0,71 kvm. qeyd olunmaqla ümumu kompensasiya məbləği 50549 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat, ümumilikdə cəmi 51549 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan 2 otaqlı mənzil üçün Bakı şəhəri İddiaçı1 tərəfindən 56549 manat pul ödənilmişdir. Hazırki məhkəmə mübahisəsi İddiaçı2 faktiki istifadəsində olmuş yaşayış sahəsi ilə bağlı kompensisiya məbləğinin cavabdeh tərəfindən ödənilməməsi ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlak sökülmüşdür. Belə olan halda məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sübutları araşdırmaqla iş üzrə nəticəyə gəlməlidir. İşin hallarından göründüyü kimi Bakı şəhəri İddiaçı1 İddiaçı2 sonuncunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, sahəsi 29,18 kvm. olan 2 otaqdan ibarət yaşayış sahəsinə görə tərəflərindən kompensasiyanın ödənildiyini bildirir. İddiaçı2 isə mənzilinə əlavə olaraq evin həyətindəki istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kvm. və 27,7 kvm.-dən ibarət iki yaşayış otağı, 16,2 kvm.-dən ibarət mətbəx, 6,0 kvm. ön giriş inşa etdiyini, həmin faktın İddiaçı1 xx.xx.2005-ci il tarixli, 23 nömrəli sərəncamı ilə təsdiq edildiyini, müəyyən səbəblərdən həmin sahələrin texniki pasporta əlavə edilmədiyini, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmadığını bildirərək həmin sahəyə görə ona kompensasiya ödənilməsini tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd edir ki, İddiaçı2 iddiasının əsası kimi əsaslandığı İddiaçı1 xx.xx.2005ci il tarixli, 23 nömrəli sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin inzibati aktla müəyyən edilmiş hallar da etibarlı sayılmalıdır. Belə olan məhkəmə hesab edir ki, həqiqətən də İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakla yanaşı fakitki istifadəsində də yaşayış sahəsi olmuş və həmin sahə də söküldüyündən İddiaçı2 sökülmüş əmlakın əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyəynləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55 ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; X28 və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). «X13rşı» işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, işin hallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 53 A saylı ev söküldüyündən İddiaçı1 xx.xx.2005-ci il tarixli, 23 nömrəli sərəncamı ilə müəyyən edilmiş həmin evin həyətindəki İddiaçı2 məxsus 18,01 kvm. və 27,7 kvm.-dən ibarət iki yaşayış otağına, 16,2 kvm.-dən ibarət mətbəxə, 6,0 kvm.-dən ibarət ön girişə, ümumilikdə 67,91 kvm-dən ibarət yaşayış sahəsinə görə İddiaçı2 Bakı şəhər İddiaçı1 tərəfindən kompensasiya ödənilməlidir. Məhkəmə dəymiş ziyanın (kompensasiyanın) məbləğini müəyyən edərkən həmin sahənin 1 (bir) kvadrat metrinə görə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq müəyyən edilmiş 1500 manatın əsas götürülməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 53 A saylı evin həyətindəki İddiaçı2 faktiki istifadəsində olmuş ümumi sahəsi 67,91 kvm. olan daşınmaz əmlaka görə 1 kvadrat metri 1500 manat nəzərə alınmaqla (67,91x1500=101865 manat) 101865 manat məbləğində pul cavabdeh Bakı şəhəri İddiaçı1ndən tutularaq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı2 iddiası qismən təmin edilsin. ünvan 20 ünvanda yerləşən, ümumi sahəsi 67,91 kvm. olan yaşayış evinin sökülməsi nəticəsində 101865 (bir yüz bir min səkkiz yüz altmış beş) manat dəymiş ziyan cavabdeh Bakı şəhəri İddiaçı1ndən tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3055/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3055/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver