Məhkəmə qərarları › İş №2-1(112)-3057/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3057/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3057/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteran adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fevral 1998-ci il tarixindən xx xxxxxxx 1991-ci il tarixədək Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində Erməni quldurlarına qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı sübut olmuşdur.O, müharibə veteran vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin orqan əsassız olaraq imtina etmişdir. Ona görə də iddiaçı hesab edir ki, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi cavadehə həvalə olunmalıdır. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, şəxsin müharivə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən digər sənədlər təqdim edilməlidir. Ağdam rayon İcra Hakimiyyətinin arayışına əsasən İddiaçı fevral 1988-ci ildən xx xxxxxxx 1991-ci il tarixədək Ağdam rayon Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldur dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin arayışın verilməsinə əsas kimi “Qərvənd kənd sovetinin özünümüdafiə dəstəsinin post kitabı” göstərilmişdir. Hansı ki, bu kitabın heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərtib edilməsi qeyd edilməyib və hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Qəbul olunmuş normalara əsasən sənəd aidiyyətini təsdiqləmək üçün rekvizitləri olan maddi informasiya daşıyıcısına yazılmış informasiyadır. Qeyd olunan siyahıların kim tərəfindən tərtib olunmasının qeyd edilməməsi, vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməməsi və rekvizit məlumatlarının olmaması bu sənədlərin (siyahıların) identifikasiya edilməsini mümkünsüz edir. Bu səbəbindən həmin siyahılar mötəbər hesab edilmə bilməz və sənəd kimi hüquqi qüvvəsi yoxdur. İddiaçı Ağdam rayon Qərvənd kənd özünümüdafiə dəstələrinin tərkiində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edə biləcək hüquqi sənədlərin olmaması səbəbindən ona müharibə veteranı adının verilməsində imtina olunduğundan iddia tələbi təmin edilə bilməz. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İşdə olan Ağdam Rayon İcra Hakimiyyətinin arxivi tərəfindən verilmiş 24 saylı, xx xxxx 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1988-ci il tarixdən, xx xxxxxxx 1991-ci ilədək erməni quldurlarına qarşı Ağdam rayonunun Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində iştirak etmişdir. Əsas kimi Qərvənd kənd soveti sədrinin xx xxxxxx 1988-ci ildə tərtib etdiyi Qərvənd kənd özünümüdafiə dəstəsinin 04 №li əmr kitabı qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş M-7821 saylı, xx xxxxxxx 2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, M/2051 saylı imtina məktubundan görünür ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2019cu il tarixli iclasında baxılmış və barəsində müsbət rəy bildirilməmişdir. İmtina məktubunda həmçinin toplanmiş sənədlərdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arxiv arayışından görünür ki, dövlət arxivinin Ağdam filialında Ağdam rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Qərvənd kənd ərazi nümayəndəliyinin xx xxxxxx 1988-ci il tarixli 04 nömrəli əmrinə əsasən, X2 Vilayətinin ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumlarının qarşısını almaq məqsədi ilə Qərvənd kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsi yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adının 49-cu sırada qeyd olunduğu göstərilmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı Rayon İcra Hakimiyyətinin onun 1988-ci ildən 1991-ci ilin oktyabr ayının 09-dək erməni quldurlarına qarşı Ağdam rayonunun Qarvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində iştirak etməsi barədə arxiv arayışını, əsas olaraq Qərvənd kənd soveti sədrinin xx xxxxxx 1988-ci ildə tərtib etdiyi Qərvənd kənd özünümüdafiə dəstəsinin 04 №li əmr kitabına istinad etməklə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyinin sübut edildiyini bildirərək, cavabdehin imtinasını əsassız hesab edir. Lakin məhkəmə həmin sənədləri iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyini təsdiq edən əsaslı sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yetərli sübut kimi qəbul edilə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda adı keçən şəxsə müharibə veteranı adı döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubundan görünür ki, iddiaçının döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstənin tərkibində iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər əlavə edilməmişdir. Məhkəmə iddiaçının iddiasının əsasını təşkil edən Ağdam rayon İcra Hakimiyyətinin Arxiv Arayışına münasibət bildirərək qeyd edir ki, sözügedən arxiv arayışının verilməsinə əsas olan sənədlər məhkəmə araşdırması zamanı aidiyyəti orqanlardan tələb edilmiş və həmin arayışın verilməsinə əsas olan “Qərvənd kənd sovetinin özününmüdafiə dəstəsinin 04 №li əmr kitabı” adı altında hər hansı rekvizit məlumatları olmayan, kim tərəfindən tərtib edilməsi bəlli olmayan, müvafiq qaydada təsdiq edilməyən siyahı təqdim edilmişdir. Sənədlərin mühafizə üçün təhvil-qəbul aktından da aydın görünür ki, sözügedən qeydiyyat kitabı üzrə- saxlama vahidinin tarixi 2014-cü ilə aid olmaqla 2019-cu il tarixində Dövlət Arxivinin Ağdam filialına saxlanca verilmişdir. Halbuki, həmin qeydiyyat kitabının 1988- 1991-ci illərə aid olduğu qeyd edilir. Məhkəmə işin obyektiv araşdırılmış hallarına məcmu halda qiymət verərək, qeyd edilən siyahının mötəbər sübut kimi qiymətləndirilməməsi qənaətindədir.Hazırki halda göstərilən siyahı iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmədiyindən, siyahı iddiaçıya münasibətdə hər hansı hüquqi qüvvəyə malik deyildir. Həmin siyahıya əsaslanaraq ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün hesab edilmir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteran adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə)apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar