Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3057/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə Yardımlı rayonu, Mirimli kəndində anadan olmuşdur. 2016-cı ilin aprel döyüşləri zamanı yaxınlığında partlamış mərminin zərbə dalğasından aldığı xəsarətlər nəticəsində müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu fakt N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 549 nömrəli travma haqqında arayışında öz əksini tapmışdır. 2018-ci ilin oktyabrnoyabr aylarında “Vegetativ damar distoniyası. Diskogen mənşəli sağtərəflin bel-oma radikuliti, natamam remissiya mərhələsində”, 2018-ci ilin dekabr ayında “baş beynin üzvü zədələnməsinin ayrı-ayrı davamlı ocaqlı nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə təzahür edən qalıq əlamətləri” diaqnozu ilə SQ BKH-da stasionar müayinə və müalicə olunmuşdur. Ağrılarının çox olması səbəbindən xx.xx.2019-cu il tarixdə SQ BKH-nın nevrologiya bölməsinə daxil olmuş, stasionar müalicə almışdır. xx.xx.2019-cu il tarixdə MN MHHK-sı tərəfindən “keçirilmiş qapalı kəllə-beyin travmasının dağınız üzvi nişanələr, vegetativ damar davamsızlığı ilə təzahür edən postravmatik ensefalopatiya. Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində” ekspert diaqnoz qoyulmuşdur. İddiaçı 2016-cı ildən bu günə kimi daim həkim nəzarətində müayinə və müalicələr alır. Tez-tez huşunu itirir, həmin zaman tutmaları olur və əsəbilik gərginlik keçirir. İddiaçı xəstəliyi haqqında bütün diaqnozları Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etmiş, Tibbi-Sosial Ekpsert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında bildirişdə diaqnoz əlillik əlamətini təyin etmədiyi barədə məlumat verilərək, əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçının iş qabiliyyəti yoxdur. Qəbul etdiyi dərmanlar səbəbindən sakit qala bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb İdarəsinin xx.xx.2020ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Döyüş əməliyyatlarında (04/2016 Aprel döyüşləri zamanı) odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma, qapalı kəllə beyin travması, kəllədaxili travma, baş beyinin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı, astenonevrotik sindirom, 7-8 dəfə təkrarlanan qıc olma tutmaları və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya , Travamtik ensefalopatiya, vegetativ və hərəkikoordinator pozulmalarla.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ekspertiza ücün əhəmiyyətli olan xüsusiyyətlər klinik patofunksional müayinələr dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı Xəzər Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Döyüş əməliyyatlarında odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma, qapalı kəllə beyin travması, kəllədaxili travma.baş beyinin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı,astenonevrotik sindirom,7-8 dəfə təkrarlanan qıc olma tutmaları və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya.. Sağ aşağı ətrafın distal dərin parezi və hissi trofiki pozuıması ilə müşayyət olunan residiv gedişli diskogen mənşəlli xroniki bel oma radikuliti. Davamlı və müalicəyə tabe olmayan belin aşağı hissəsində ağrı.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin ağırlaşmaları ilə status localis arasında olan uyğunsuzluq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozun mətni: Üzvi (qapalı kəllə-beyin travması) emosional- labil pozuntu, kəkələmə ilə. Hemiplegiya Sağ ətrafların nəzərəçarpan parezi. Radikulopatiya Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində. Dişlərin forma və ölçülərinin anomaliyaları İ (birinci) dərəcəli dişlərin anomaliyası 0.3 sm. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları Keçirilmiş qapalı kəllə beyin travmasından (04/2016) sonrakı soltərəfli piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi 1.0 olmaqla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 12 sentyabr 2022-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdilü İddiaçı Əiövsət oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAFGX nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3227 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından (04.2016) sonrakı piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu" diaqnozlu travmanın səbəb əlaqəsi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi 1,0 olmaqla. İ dərəcəli dişləm anomaliyası 0,3 sm" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş və belindəki ağrılardan, ağrılarla əlaqədar hərəkətlərinin məhdulaşmasından, əsəbilikdən şikayətlənmişdir. Obyektiv olaraq, nevroloji status və intellektual-mnestik funksiyalar yaşına uyğun, emosional labillik, ətraflarda hərəkətlər sərbəst, əzələ gücü 5,0 bal, tonusu normal, hiperrefleksiya, paravertebral nöqtələr ağrılı, Laseq və Neri əlamətləri müsbət qeyd olunmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1689/22 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) emosional-labil pozuntusu, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. İTS X11 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsi nəticəsi “Hər iki tərəfdə gicgah payının önündə subaraxnoidal sahədə bazal sisternaya doğru uzanan bir qədər 6x9 mm ölçüdə genişlənmə (araxnoidal kist) qeyd edilir. Sağ tərəfdə gicgah sümüklərinin havalı lığı itmişdir (sklerotik xarakterli)” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji patoloji əlamətlər, davranış pozuntusu aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.
İş materiallarında olan:
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1988ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tiibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı”na əsasən, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və imtina edilib. Səbəb- diaqnoz əlillik əlaməti təyin etmir. 141 nömrəli, 06 sentyabr 2019-cu il tarixli “Xəstəlik haqqında Şəhadətnamə”də göstərilmişdir- İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 1768 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 3227 nömrəli, 12 mart 2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilmişdir- Hətəmov X7 Nazirliyi Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı- Diaqnoz: keçirilmiş qapalı kəllə-beyin travmasından (04.2016) sonrakı piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu”. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafisəi zamanı alınmışdır. Diaqnoz: Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi, 1,0 olmaqla, İ (birinci) dərəcəli dişləm anomaliyası 0,3 sm. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi 4736 nömrəli, 05 may 2022-ci il tarixli arayışına əsasən, İddiaçı, xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, Diaqnoz: Üzvi(hərbi əməliyyat zamanı olunmuş travma nəticəsində) emosional labil pozuntu F06.6 Nevroloji şikayətlərinə görə ixtisaslaşmış nevroloji müayinə tövsiyə olundu. Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2019-cu il tarixli, 549 nömrəli Travma haqqında arayışında göstərilmişdir ki, gizir İddiaçı D-z: MN MTE və PAM-nin xx.xx.2019-cu il 254 nömrəli ekspert rəyi əsasında “mərkəzi sinir sisteminin üzvi zədələnməsinin dağınıq üzvi nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə nəticələnmiş, başın sol yan təpə və sol almacıq yaraları ilə müşayiət olunmuş qapalı kəllə beyin travması”. Yaralanma (travmanın, kontuziyanın, xəsarətin( almışdır.Döyüş tapşırığı yerinə yetirərkən. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 12 sentyabr 2022-ci il tarixli, **********8 nömrəli Qərarına əsasən,Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAFGX nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3227 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından (04.2016) sonrakı piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu" diaqnozlu travmanın səbəb əlaqəsi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi 1,0 olmaqla. İ dərəcəli dişləm anomaliyası 0,3 sm" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş və belindəəki ağrılardan, ağrılarla əlaqədar hərəkətlərinin məhdudlaşdırılmasından, əsəblikdən şikayətlənmişdir. Obyektiv olaraq, nevroloji status və intelektual-mnestik funksiyalar yaşına uyğun, emosional labillik, ətrafında hərəkətlər sərbəst,əzələ güçü 5,0 bal, tonusu normal, hiperrefleksiya, paravertebral nöqtələr ağrılı, Laseq və Neri əlamətləri müsbət qeyd edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1689/22 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) emosional-labil pozuntusu, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. İTS X11 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsi nəticəsi “Hər iki tərəfdə gicgah payının önündə subaraxnoidal sahədə bazal sisternaya doğru uzanan bir qədər 6x9 mm ölçüdə genişləmə (araxnoidal kist) qeyd edilir. Sağ tərəfdə gicgah smüklərinin havalılığı itmişdir (sklerotik xarakterli)” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji patoloji əlamətlər, davranış pozuntusu aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 30 may 2023-cü il tarixli, 3-17-4/3-3-3394/2023 nömrəli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAFGX nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3227 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından (04.2016) sonrakı piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu" diaqnozlu travmanın səbəb əlaqəsi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi 1,0 olmaqla. İ dərəcəli dişləm anomaliyası 0,3 sm" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022ci il tarixli 1689/22 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) emosional-labil pozuntusu, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. İTS X11 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsi nəticəsi “Hər iki tərəfdə gicgah payının önündə subaraxnoidal sahədə bazal sisternaya doğru uzanan bir qədər 6x9 mm ölçüdə genişləmə (araxnoidal kist) qeyd edilir. Sağ tərəfdə gicgah smüklərinin havalılığı itmişdir (sklerotik xarakterli)” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji patoloji əlamətlər, davranış pozuntusu aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, sol tərəfdə keyləşmədən şikayətlənmişdir. Anamnezində yaşama həvəsinin olmaması, qarşı ilə dalaşdıqdan sonra özünə qəsd etməsi, konfliktə meylli olması, bununla bağlı bir neçə dəfə istintaqa cəlb olunması ifadə olunmuşdur. Qəbul etdiyi medikamentoz preparatlardan Rispaksol, Klonozepam, Amitriptillin, Depakin adlarını sadalamışdır. Baxış zamanı bədənində özünə xəsarət izlərinin yeni olması, simulyasiya elementləri qeyd edilmişdir. Müayinə zamanı nevroloji şikayətlər bildirməmiş, nitqində kəkələmə, iflic, parez aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X10 Xəstəxanasının xx.xx.2023-xx.xx.2023cü il tarixli 1950/23 nömrəli Çıxarışda diaqnoz “Baş beyin üzvi zədələnməsi (travma-hərbi travma) nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş emosional- davamsız dəyişikliyi, teztez təkrarlanan dekompensasiyalar və özünükəsmələrlə "kimi qeyd olunmuşdur. X11 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsi nəticəsi “Hər iki tərəfdə gicgah payının önündə subaraxnoidal sahədə bazal sisternaya doğru uzanan bir gədər 6x9 mm ölçüdə genişlənmə (araxnoidal kist) geyd edilir. Sağ tərəfdə gicgah sümüklərinin havalılığı itmişdir (sklerotik xarakterli)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının PHŞ-in xx.xx.2023-cü il tarixli 869 nömrəli Məsləhət vərəqində diaqnoz “Hər iki əlin kəsilmiş yaraları” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023- cü il tarixli 660 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli (hərbi travma) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar ilə, özünükəsmələrlə" kimi müəyyənləşdirilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının PHŞ xx.xx.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Alın-gicgah paylarda kortikal atrofik dəyişikliyi. Sinusit” kimi qeyd olunmuşdur. Əvvəlki müayinə zamanı psixi şikayətlər bildirməmiş və uyğun tibbi sənədlər təqdim etməmişdir. Təqdim edilmiş psixi müayinə və müalicə sənədləri əyani müayinədən sonrakı dövrə aid olmuşdur. İxtisaslaşmış tibb müəssisələrindən müayinə və müalicə sənədləri yetərsiz olduğundan müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı əlavə olaraq məhkəməyə Silahlı Qüvvələrin Baş X12 X8 9724 nömrəli çıxarış epikrizinin, Silahlı Qüvvələrin Baş X4 bölməsi 8808 nömrəli və 6895 nömrəli çıxarış epikrizlərinin, Xəstəlik haqqında çıxarışın, 055994 nömrəli müharibə veteranı vəsiqəsinin və ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətlərini təqdim etmişdir. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışlarını, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli “Vətəndaşa dair sənədlərin təqdim edilməsi haqqında” məktubuna əsasən, İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri təqdim edilmişdir.
II. Məhkəmənin mövqeyi
7. Azərbaycan Respublikasının Konstitusiyanın
- 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun
- 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3.1.-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2.-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3.-ci maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir - 3.4. –ci maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın
- 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bədinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın - 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qeyd olunmuş qanunvericiliyin müddəalarına görə, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Qanunvericiliklə əlilliyin qiymətləndirilməsinin əsas göstəriciləri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir. Həmin qərara görə əlilliyin müəyyən edilməsi - insanın həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinin müəyyən edilməsidir. İnsan həyat fəaliyyətinin əsas kateqoriyaları aşagıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları; sərbəst hərəkətetmə bacarığı -sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı; istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı; ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı; davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı; öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı; əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi başa düşülür. Cavabdeh tərəfindən iddiaçının əlilliyi qiymətləndirilməsi üçün müvafiq tibb müəsisəsi tərəfindən iddiaçıda olan xəstəliklər, travma və qüsurlar əsasında qoyulmuş diaqnoz, geyd olunmuş ağırlaşmalar nəzərə alınmaqla iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalar (yuxarıda qeyd edilmiş bacarıqlar) üzrə məhdudlaşmanın dərəcəsi müəyyən edilir.
11. İşin faktiki hallarına əsasən Bakı 2 saylı Psixiatriya Xəstəxanasının 21 .05.2022ci il tarixli göndərişi əsasında cavabdeh tərəfindən iddiaçının orqanizminin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə onun əlilliyinin qiymətləndirilməsi xx.xx.2022-ci il tarixdə aparılaraq imtina barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərarından şikayəti əsasında cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi həyata keçirilmiş və əlilliyin müəyyən edilməsindən imtina barədə 12 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsindən imtinanın əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan, hal-hazırda mövcud olan xəstəlik, travma və qüsurların müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 13 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur xx.xx.1988-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 T 461/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən, o hazırda “F07.0,F07.8-baş beyinin üzvi zədələnməsi (travma-hərbi travma) nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş emisonal-davamsız dəyişikliyi- (F06.8); tez-tez təkrarlanan dekompensasiyalar və özünü kəsmələrlə” diaqnozunda olan xəstəliklərindən əziyyət çəksə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində öz təsdiqini tapmadı”. Tibbi sənədlərə əsasən diaqnozdakı xəstəliklər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (xx.xx.2016-cı il) alınmışdır.
13. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; - 3.3. –ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. - 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
15. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin
- 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
18. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova