Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3058/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, Xəzər dəniz gəmiçiliyində kapitan işləyir), cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ 57 yaşdan, yəni 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İddiaçı 57 yaşdan, yəni 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Lerik rayonunda anadan olmuşdur. O, 1978-ci il və 1980-ci ildə S.Vurğun adına kolxozda, 26.01.1979-cu il tarixdən 16.07.1979-cu il tarixədək Biləsuvar rayonu mərkəzi poçtunda poçtalyon vəzifəsində işləmiş, 30.08.1981-ci il tarixdən 01.02.1985-ci il tarixədək Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbində “gəmi sürücülüyü” ixtisası üzrə təhsil almışdır. 06.02.1985-ci il tarixdən hal-hazıradək “xxxx” QSC-nin X3 əvvəlcə matros, daha sonra kapitan vəzifələrində işləmişdir. Həmin vəzifələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda (Üzən heyət: dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)) öz əksini tapmışdır. İddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı var. İddiaçı cavabdeh orqana 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd olunan əsaslarla müraciətindən imtina edilməsi əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi 14 mart 1993-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlar araşdırılarkən orada göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçası açılarkən həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur, halbuki qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçı İddiaçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi T.Kərimov iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 25 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, iddaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi 14 mart 1993-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlar araşdırılarkən orada göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçası açılarkən həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur, halbuki qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi. “xxxx” QSC X4 arayışına əsasən, İddiaçı həqiqətən də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 06.02.1985-ci il tarixdən hal-hazıradək matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə ümumi iş stajı 36 il 01 ay 06 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 35 il 07 ay 16 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrinn, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət Arxivinin 179 nömrəli 21.09.2020-ci il tarixli arxiv arayışına əsasən, Biləsuvar rayon sakini X1 1978-1980-ci illər S.Vurğun adına kolxozda cəmi 4 ay 28 gün iş stajı olmuşdur. İddiaçı aid SSN **********670 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il tarixdə Lerik rayonunda anadan olmuşdur. İddiaçı aid 065941 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı müharibə veteranıdır. Azərbaycan Dövlət Dəniz Akademiyasının 16 sentyabr 2020-ci il tarixli, 39 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də, 1981-ci ildə Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbinə “Gəmi sürücülüyü” ixtisası üzrə əyani şöbəyə qəbul olunmuş, 1984-cü ildə həmin məktəbi bitirmişdir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı 26.01.1979cu ildə Puşkinskiy rabitə qovşağının poçtalyon vəzifəsinə qəbul olunmuş, 16.07.1979-cu il tarixdə öz ərizəsinə əsasən tutduğu poçtalyon vəzifəsindən azad edilmiş, 30.08.1981-ci ildə Bakı dənizçilik məktəbində gəmi sürücülüyü şöbəsinin ikinci kursuna kursant kimi qəbul olunub, 01.02.1985-ci ildə həmin şöbənin tam kursunu bitirmiş və X6 işə qəbul olunmuş, 06.02.1985-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra nəqliyyat donanmasının gəmilərinə matros vəzifəsinə qəbul olunmuş, 04.05.1988-ci ildə komanda heyətinə köçürülüb və nəqliyyat donanmasının gəmilərinə kapitanın 3-cü köməkçisi vəzifəsinə təyin edilmiş, 06.01.1994-cü ildə nəqliyyat donanmasının gəmilərinə kapitanın 2-ci köməkçisi, 04.03.1999-cu ildə nəqliyyat donanmasının gəmilərinə kapitanın baş köməkçisi təyin olunmuş, 06.12.2005-ci ildə kapitan vəzifəsinə keçirilmiş, 24.11.2014-cü ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə kapitan vəzifəsinə keçirilmiş, halhazırda həmin vəzifədə işləyir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1963cü ildə anadan olmuş, 26 avqust 1984-cü ildən 15 avqust 1985-ci ilə qədər hərbi xidmətdə olmuş, 26 yanvar 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçı onun 01.07.2020-ci il tarixinə ümumi iş stajı 25 ildən çox olması, bu stajın 12 il 6 aydan çox müddəti güzəştli staj təşkil etdiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, əmək kitabçası açılarkən həmin tarixdə mövcud olmayan etibarsız möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır : 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı 1978-ci ildə əmək fəaliyyətə başlamış, və 01.01.2006-ci il tarixinədək iddiaçının ümumi iş stajı 25 il 03 ay 14 gün təşkil etmişdir. İddiaçının ümumi iş stajı əmək kitabçaları və arxiv arayışları ilə təsdiq edilir. Məhkəmə iddiaçıya məxsus əmək kitabçalarında olan qeydlər ilə bağlı əsaslı şübhələrin olması barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, sözügedən şübhələr iş materiallarına əlavə edilmiş arxiv arayışları ilə aradan qaldırılmışdır. Həmin arxiv arayşlarında əks etdirilən məlumatların yanlış olmasına dair dəlil göstərilməmiş, bu məlumatları təkzib edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş əmək kitabçalarının qeydlərinə əsasən müəyyən etmişdir ki, iddiaçının 01.01.2006-ci il tarixinədək təhsil müddəti də daxil olmaqla 25 il 3 ay 14 gün ümumi, 20 ildən çox xüsusi stajı mövcuddur. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (********), nəzərdə tutulan - üzən heyət, (********) daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla və (********) dəniz və çay donanması peşəsində güzəştli iş stajı 20 ildən çox, ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı “xxxx” QSC X4 arayışı və əmək kitabçası ilə təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1. –ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 01.07.2020-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 28.09.2020-ci ilin mart ayında müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İddiaçı 57 yaşdan, yəni 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3058/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3058/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver