Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3058/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək iddiaçının qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının (əlilliyin) təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1986-cı il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. Ailəlidir, himayəsində xx.xx.2016-cı il təvəllüdlü X16 adlı bir azyaşlı uşaq vardır. İddiaçı hərbi hissə tibb xidməti leytenantı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ müharibəsində düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırıqlarını yerinə yetirdiyi zaman xx.xx.2020-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində aldığı xəsarətlərin nəticəsi olaraq əlilliyin təyin olunması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 №-li X9 tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki; Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 №-li X9 tərəfindən cavabdehə göndərilmiş (Forma 88) göndərişdə diaqnoz: “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə Anamnezimdə suisidal fikirlər ilə cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu” qeyd edilsə də, xx.xx.2023-cü il tarixdə Agentliyin nəzdindəki Komissiyada olduğu zaman xəstəliyin müəyyən edilməsi üçün iddiaçının heç bir lazımi tibbi prosedurlardan keçirmədən cəmi 3-4 dəqiqə ərzində sorğu-sual edərək, '"Get 15-20 günə cavab veriləcək” deyərək yola salmışlar. İddiaçı hesab edir ki, belə yanaşma ilə iddiaçının xəstəliyinin müəyyən edilməsi qeyrimümkündür, digər tərəfdən isə (Forma 88) göndərişdə iddiaçının xəstəliklərinin diaqnozu aydın qeyd edilməklə, həm (Forma 88) göndərişdə, həm də müayinə-müalicə olunduğu tibb müəssisələrində iddiaçı barəsində diaqnoz qoyan həkimlər də tibbi təhsilli peşəkar həkimlərdirlər ki, həmin səbəblərdən də cavabdehin imtinası əsassız və qanunsuz sayılmalı və iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
1. İddiaçı N №-li hərbi hissənin “TRAVMA HAQQİNDA ARAYİŞ” -dan göründüyü kimi mən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma qəfəsi və beyin əziyi. Qapalı kəllə-beyin travması” xəsarətini almışdır.
2. Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 02 mart 2022-ci il tarixli. 2776 №-li "X3 Mərkəzi Həkim Komissiyasının diaqnozuna əsasən “Keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2020) baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. “Keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2020) baş-beyin silkələnməsindən sonrakı vengetativ damar distoniyası. Müşayətçiyə zərurət var 1 (bir) nəfər. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR“ DİAQNOZ: “Sol saidin ön səthinin, üzün termiki yanığından sonrakı bərkimiş dəri sapığı, Hər iki gözün şüşəvari cismin destruksiyası. Sağ gözün pteriqumu. görmə itiliyi hər iki gözdə 1,0 olmaqla” “ÜMUMİ XƏSTƏLİKDİR” səbəb əlaqəsi ilə TƏSDİQ OLUNUR.
3. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X17, tibb elmlər doktoru, professor Fuad İsmayılovon xx.xx.2022-ci il tarixli Diaqnozu: Postkommosion sindrom F07.2 , Posttravmatik stres pozuntusu F43.1
4. Bakı Sağlamlıq mərkəzinin X13 xx.xx.2022-ci il tarixli müayinə sənədinə əsasən: Bel lordozu artmışdır. Fəqarə cisimlərinin hündürlükləri təbiidir. 1.3 alt, L5 üst-alt və Slüst tamamlayıcı lövhələrdə Tl, T2 hiperinten tip 2 degenerasiya izlənilir, Fəqərə cisimlərinin üst-alt tamamlayıcı lövhələrində Sehmorl düyünləri mövcuddur. Onurğa sütununun Th 11- Sİ nahiyyəsinin fəqərəarası faset oynaqlarda və fəqərə cisimlərində degenerativ dəyişikliklər təyin olunur . İntervertebal disk aralıqları L3-S1 aralıqlarında azalmışdır. Disklərin siqnal intensivliyi T2 rejimlərdə degenerasiyava bağlı olaraq azalıbdır.
5. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 709 №-li “X15 Vərəqəsi”-də qeyd edilən Diqnoz: “Keçirilmiş qapalı kəllə beyin travması, beyin silkələnməsindən sonrakı vəziyyət üzvi mənşəli (travması) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, davranış pozuntusu, posttravmatik stress pozuntusu, intihara cəhd : T90.5, F07.0, F07.8, F43.1, F91 və G9
6. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli Arayışında qeyd edilən Diaqnoz: Vəziyyət Döş qəfəsi belin inqrafasının əzilməsi sonrakı vəziyyət sol saidin ön səthinin , oturacak oynağının ön səthinin ağrılı dartıcı tərəfmə və hissiyat pozuculuğu ilə yanıqdan sonraki piy toxuması, sol dirsək oynağının kəskin kontrakturası İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ müharibəsində düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırıqlarını yerinə yetirdiyi zaman xx.xx.2020-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində aldığı xəsarətlərə görə xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək; xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır ki, bu barədə aşağıdakı diaqnozlar qoyulmuşdur: - 073842 №-li X10 "Diaqnoz“ F 066, F072, S 060 Üzvi (baratravma, kəllə-byin travması) emosional- labil pozuntu; - 077090 №-li X10 isə Diaqnoz F072, F43.1 Postkommosion sindrom. Posttravmatik stress pozuntusu. Həmçinin İİ Qarabağ müharibəsində aldığım xəsarətlərə görə mən xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək; xx.xx.2022 il tarixdən - xx.xx.2022-ci il tarixədək; xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək; xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək; xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 №-li X4 müalicə olunmuşdur ki, qoyulmuş Diaqnozlar aşağıdakı kimi olmuşdur: - xx.xx.2022-ci il tarixli X11 üzrə “Diaqnoz” F066, F431 Baş beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində üzvi emosional-labil pozuntu. Uzun sürən posttravmatik stresspozuntusu. - xx.xx.2022-ci il tarixli X11 üzrə “Diaqnoz” F070, F078, F063, F431 Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmaları ilə anomnezində suistal fikirlər və cəhdlər ilə, uzun sürən posttravmatik stress pozuntusu. - xx.xx.2023-cü il tarixli X11 üzrə “Diaqnoz” F070, F078, F063, F431 Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depresiv daxilolmaları ilə anomnezində suistal fikirlər və cəhdlər ilə, uzun sürən posttravmatik stress pozuntusu. - xx.xx.2023-cü il tarixli X11 üzrə “Diaqnoz” F070, F078, F063, F431 Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmaları ilə anomnezində suistal fikirlər və cəhdlər ilə, uzun sürən posttravmatik stress pozuntusu. - xx.xx.2023-cü il tarixli X11 üzrə “Diaqnoz” F070, F078, F063, F431 Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmaları ilə anomnezində suistal fikirlər və cəhdlər ilə, uzun sürən posttravmatik stress pozuntusu kimi müəyyən olunmuşdur.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X5 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Başbeynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər ilə, cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Biləsuvar rayon sakini xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2776 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-bevin travması (xx.xx.2020), baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Keçirilmiş qapalı kəllə-bevin travması (xx.xx.2020), bas-bevin silkələnməsindən sonrakı vegetativ damar distonivası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol saidin ön səthinin, üzün termiki yanığından sonrakı bərkimis dəri çapığı. Hər iki gözün süsəvari cismin destruksiyası. Sağ gözün pteriqumu, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X5 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 2907/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər və cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X5 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 5261/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər ilə, cəhdləri ilə. Uzun sürən posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, zəif eşitmədən şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavab vermiş, əhval-ruhiyyəsi dəyişkən olması, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, şəxsiyyətin spesifik cizgilərinin qabarması” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
5. TSEK-Müayinələr: - xx.xx.2022-ci il tarixində əsas diaqnoz F07.2 Postkontuzion sindrom. Ağırlaşma F06.6 üzvi mənşəli emosional labil (Astenik) pozğunluq. F06.6. ifadəli üzvi emosional ləbil pozuntusu, b/beyinin silkələnməsindən sonrakı vegatativ damar distoniyası. Yanaşı xəstəliklər F43.1 Postravmatik stress pozğunluğu, F43.1 Posstravmatik stress pozuntusu diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması – stasionar müalicə müddəti yetərli deyil. Müailəcə potensialı tükənməyib səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixdə əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi mənşəli emosional ləbil (Astenik) pozuntu. Postkontuzion sindrom. Posttravmatik stress pozuntusu. Baş beyin silkələnməsi diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixdə baş-beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxil olmalar ilə, anamnezində suisidal fikirlər ilə, cəhdlər ilə. Uzun sürən posstravmatik stress pozuntusu diaqnozun mətni ilə diaqnoz əlillik təyin etmir səbəbi ilə imtina edilmişdir.
6. Xəstəliyə görə ambulator müraciətlər: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2023 xx.xx.0001 01.01.001 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2023 xx.xx.0001 01.01.001 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2023 xx.xx.0001 xx.xx.0001
7. Stasionar müailəc aldığı müəssisələr: 2 nömrəli X8 xx.xx.2023 xx.xx.2023 17 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X8 xx.xx.2023 xx.xx.2023 20 F07.7 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X8 xx.xx.2022 xx.xx.2022 10 F06.0 Üzvi mənşəli emosional labil (astenik) pozğunluq Bakı Psixi Sağlamlıq Mərkəzi xx.xx.2022 xx.xx.2022 0 F07.2 Postkontuzion sindrom Respublika Psixiatriya xx.xx.2022 xx.xx.2022 24 F07.2 Postkontuzion sindrom Xəstəxanası Respublika Psixiatriya xx.xx.2022 xx.xx.2022 21 F06.6 Üzvi mənşəli emosional labil Xəstəxanası (astenik) pozğunluq 2 nömrəli X8 xx.xx.2022 xx.xx.2022 28 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Respublika Klinik Xəstəxanası xx.xx.2022 xx.xx.2022 0 T90.5 Kəllədaxili travmaların nəticələri Elmi-Tədqiqat Travmatologiya xx.xx.2022 xx.xx.2022 0 M54 Digər şöbələrin fəqərəarası və Ortopediya İnstutu disklərinin zədələnmələri
8. Həkim müayinələrinin nəticələri: Həkim müayinəsi xx.xx.2023 F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər ilə, cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu. Həkim müayinəsi xx.xx.2023 F07.8. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər ilə, cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu. Həkim müayinəsi xx.xx.2023 F06.3. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər ilə, cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu. Həkim müayinəsi xx.xx.2023 F43.1. Posttravmatik stress pozuntusu, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər ilə, cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu.
9. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-7-4/3-3-17493/2023 nömrəli Qərarında qeyd edilmişdir ki, Biləsuvar rayon sakini xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2776 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-bevin travması (xx.xx.2020). bas-bevin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Keçirilmiş qapalı kəllə- beyin travması (xx.xx.2020), ba$-bevin silkələnməsindən sonrakı vegetativ damar distonivası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; ‘‘Sol saidin ön səthinin, üzün termiki yanığından sonrakı bərkim is dəri çapığı. Hər iki gözün süsəvari cismin destruksivası. Sağ gözün pteriqumu, görmə itiliyi hər iki cıözdə 1,0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X5 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 2907/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-bevnin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər və cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X5 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 5261/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-bevnin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər ilə, cəhdləri ilə. Uzun sürən posttravmatik stress pozuntusu’’ kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, zəif eşitmədən şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavab vermiş, əhval-ruhiyyəsi dəyişkən olması, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, şəxsiyyətin spesifik cizgilərinin qabarması" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx xxxxxxxx 1986-cı il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?
11. Məhkəmə-tibbi Ekspertiza və X12 X19 tərəfindən təqdim edilmişxx.xx.2024-cü il tarixli, T 295/2024 nömrəli Ekpert Rəyində qeyd olunmuşdur:
1. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərindən görünür ki, o, “2 nömrəli X8”nda sonuncu dəfə 08-xx.xx.2024-cü il tarixlərdə “F07.0; F06.7; F06.3-baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Davranış pozuntuları, depressiv daxil olunmalarla, anamnezində siusidal fikirlərlə, cəhdlərlə, uzun sürən posttravmatik stress pozuntuları” diaqnozu ilə müalicədə olmuşdur. Demək, o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. 2,3. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir.
12. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsini (əlillik qrupu) cavabdehin qiymətləndirmə sərbəstliyi hüdudlarında həll edilməsinə etiraz etmir.
13. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
14. Hazırki iddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
15. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
17. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
19. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
20. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
21. Hazırki iddia məcburetməyə dair iddiadır.
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
23. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti sonuncu xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2023-cü il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir (diaqnoz əlillik təyin etmir). Həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
24. İddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2023-cü il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
25. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
27. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) düşüncələri pozulmayıb. Bələdliyi qorunur. Əhval-ruhiyyə fonu dəyişkəndir. Özünə qapalıdır. Ünsiyyətə hövələsizdir. Suallara ləng cavab verir. Emosional reaksiyaları davamsızdır, labildir. Daima olan baş ağrılarından, əsəbilikdən, tez qıcıqlanmaqdan, yaddaş zəifliyindən və s. şikayətlər edir. Yaşamaq istəmədiyini, hər şeyin ona mənasız gəldiyini bildirir. -Əsas diaqnoz. F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidial risklər ilə, cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu. - Həkim müayinəsi nəticəsində F07.0, F07.8, F06.3, F43.1 diaqnozları qoyulmuş, beyin MRT müayinəsinin nəticəsində hər iki beynin yarımkürədə alın-təpə paylarında giruslar arası məsafələrin artışı, lokal atrofik dəyişikliklər, çoxsaylı T2, Flair hiperintens glial ocaqlar-travma anamnezinə əsasən beyin-təpə paylarının postravmatik dəyişiklikləripostravmatik ensefalopatiya. Mr görüntüsü null.
28. Səhiyyə Nazirliyinin “MTE” və “PAB” PHŞ tərəfindən verilmş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçının “2 nömrəli X8”nda sonuncu dəfə 08-xx.xx.2024-cü il tarixlərdə “F07.0; F06.7; F06.3-baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Davranış pozuntuları, depressiv daxil olunmalarla, anamnezində siusidal fikirlərlə, cəhdlərlə, uzun sürən posttravmatik stress pozuntuları” diaqnozu ilə müalicədə olduğundan hazırda həmin xəstəliklərdən əziyyət çəkdiyi təsdiq olunmuşdur. Rəy ali dərəcəli məhkəmə-tibb eksperti, tibb üzrə fəlsəfə doktoru, 1981-ci ildən iş təcrübəsi olan ekspert tərəfindən verilmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 30.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) və ekspert rəyi ilə təsdiqini tapmış, həmin tibbi göndəriş həmin müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (Beynin MRT müayinəsi) əsaslanmışdır.
31. Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəyinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisəsində (Respublika Psixiatriya Xəstəxanası, 2 nömrəli X8) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 32.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
33. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
34. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
35. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
36. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
37. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
38. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
39. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
40. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, konkret halda qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir. Meyarların qeyd edilən bəndi (7.6.2-ci bənd) orqanizmin funksiyalarının 35-60 faiz (7.6.2.1-ci yarımbənd) və 65-80 faiz (7.6.2.2-ci yarımbənd) pozulması müəyyən edir. İddiaçı da tələbində və məhkəmədə verdiyi izahatında konkret əlillik dərəcəsinin təyin edilməsini tələb etməmiş, həmin məsələnin inzibati orqanın mülahizəsinə əsasən qiymətləndirilməsi ilə razı olduğunu bildirmişdir.
41. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsi (əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva