Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3060/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsinin hakimi Hüseynov Araz Firidun oğlunun sədrliyi, Şükürov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı (Azərbaycan Respublikası Təhsil Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunduğu) diplomun təsdiq edilməsi öhdəliyinin qoyulması barədə iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Ukoopspilka Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən adına verilmiş xx.xx.2014-cü il tarixli Dİ 046770 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildə Ukrayna Respublikası Ukoopspilka Poltava İqtisadiyyat və Ticarət Universitetinin “Əmtəə tədqiqatı və sahibkarlıq” ixtisasını bitirmiş və bu barədə adına Dİ 046770 nömrəli diplom verilmişdir. Həmin diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi üçün iddiaçı tərəfindən Təhsil Nazirliyinə müraciət edilmişdir. Bu müraciəti ilə bağlı Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubunda, araşdırma zamanı iddiaçının ixtisası üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil standartlarına uyğun gəlmədiyinin müəyyən edildiyi və iddiaçının diplomunun ölkə ərazisində tanınmasının mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı Təhsil Nazirliyinin imtinasını əsassız hesab edir. Belə ki, o, 4 il müddətində əyani təhsil almış, rus dilini və ixtisasını yaxşı bilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, hazırlıq icraatının gedişində iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə qərardad qəbul edilmişdir. İş üzrə hazırlıq icraatı ilə bağlı iclasda iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin imtina məktubu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə cavab vermədiyinə görə, ərizəsinin yenidən cavabdeh inzibati orqan tərəfindən araşdırılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Ukrayna Respublikası Ukoopspilka Poltava İqtisadiyyat və Ticarət Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2014-cü il tarixli Dİ 046770 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinətəqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2020-ci il tarixli 00-05-148/TKTA saylı məktubunda göstərilir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı icra edilərək iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasının tanınması ilə bağlı müvafiq şəhadətnamələr təqdim edilmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, nümayəndələrin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli 00- 05-148/TKTA saylı məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə yenidən müsahibə aparılaraq ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı (Azərbaycan Respublikası Təhsil Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunduğu) diplomun təsdiq edilməsi öhdəliyinin qoyulması barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3060/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3060/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver