Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3062/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3634/2017 saylı 16.06.2017-ci il tarixli qərarı ilə ona “Neftqaztikinti” trestinin idarələrində 15.12.1980-cı il tarixdən 22.07.1985-ci il tarixədək və 04.08.1997-ci il tarixdən 29.01.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Binəqədi Rayon Məhkəməsinin 2(001)-7651/2017 saylı 03.05.2017-ci il tarixli qətnaməsi ilə 01.04.1975-ci ildən 01.05.1977-ci ilədək, 01.05.1979-cu ildən 01.12.1980-ci ilədək, 01.08.1985-ci ildən 01.08.1990-cı ilədək Fizuli rayon X1 (PMK 15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının AR Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən 01.02.2001-ci ildən 31.03.2003-cü il tarixədək “Aker Rauma (Marytime) Ofşor” şirkətində, 05.03.2004-cü il tarixdən 03.03.2006-cı il tarixədək “X4 LTD” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə 19.03.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Binəqədi rayon şöbəsininin üzərinə qoyulmuşdur. DSMF-nin Binəqədi rayon şöbəsinin həmin qərardan verdiyi apellyasiya (2- 1 (103)-2746/2017 saylı 23 noyabr 2017ci il tarixli) və kassasiya (2-1(102)- 587/2018 saylı 07 mart 2018-ci il tarixli) şikayətləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmişdir. İddiaçıya pensiya təyin edilmiş və həmin pensiya ödənilirdi. Lakin 2020-ci ilin iyun ayından ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə ona rəsmi məlumat verilmir. Dəfələrlə müraciət etməsinə baxmayaraq pensya ödənişi bərpa edilmir. Ona pensiya məhkəmə qərarı əsasında təyin edilmişdir, onun dayandırılması qanunsuzluqdur. Müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 18 noyabr 2020-ci il tarixli məktubla cavab verilmişdir. Məktubda göstərilir ki, əmək pensiyanın ödənişi xidməti araşdırma aparılması səbəbindən dayandırılmışdır. Araşdırma başa çatdıqdan sonra müvafiq qərar qəbul ediləcəkdir. Hazırki vaxta kimi pensiya ödənişinin dayandırılmasının səbəbləri, araşdırmanın nə qədər davam edəcəyi barədə rəsmi məlumat verilməmişdir. Məhkəmənin 2-1(112)-3062/2021 nömrəli 01.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-X5 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Füzuli RPŞ tərəfindən 12.11.2012-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Füzuli şəhərində doğulmuş İddiaçı Füzuli şəhəri, Xanlar küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-587/2018 №li 07 mart 2018-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2-1(81)- 3634/2017 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia tələbi təmin edilərək, ona “Neftqaztikinti” trestinin idarələrində 15.12.1980- ci il tarixdən 22.07.1985-ci il tarixədək və 04.08.1997-ci il tarixdən 29.01.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Binəqədi rayon Məhkəməsinin 2(001)-7651/2017 saylı 03.05.2017-ci il tarixli qətnaməsi ilə 01,04.1975-ci ildən 01.05.1977-ci ilədək, 01.05.1979-cu ildən 01.12.1980-ci ilədək, 01.08.1985-ci ildən 01.08.1990-cı ilədək Fizuli rayon X1 (PMK 15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21,06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən 01.02.2001 -ci ildən 31 03.2003-cü il tarixədək “Aker Rauma (Marytime) Ofşor” şirkətində, 05.03.2004- cü il tarixdən 03.03.2006-cı il tarixədək “X4 İtd” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə 19.03.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 2-1(103)-2746/2017 saylı qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Binəqədi rayon şöbəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2017-ci il tarixli qərardadından cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Binəqədi rayon şöbəsi və vəkili İsmayılov Yusif Yaşar oğlu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-587/2018 №li 07 mart 2018-ci il tarixli qərardadı ilə iddiaçı Dövlət Sosial Müdafıə Fondunun Binəqədi rayon şöbəsi və vəkili İsmayılov Yusif Yaşar oğlunun kassasiya şikayəti mümkün hesab edilməməsi qərara alınmışdır. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işində olan: Pensiyaçının uçot vərəqindən və qərarından görünür ki, xx xxxx 1959-cu il təvəllüdlü İddiaçı 19 mart 2016-cı il tarixdə yaşa görə 185,70 manat pensiya təyin edilmişdir. Sonradan 02.04.2018-ci il tarixli 404 nömrəli qərarla İddiaçı 01.01.2018-ci il tarixdən ömürlük 1.926,29 manat pensiya təyin edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli **********4 №li məktubda müraciətçiyə bildirilmişdir ki, onun əmək pensiyasının ödənişi xidməti araşdırma aparılması səbəbindən dayandırılmışdır. Araşdırma başa çatdıqdan sonra müvafiq qərar qəbul ediləcəkdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11.06.2021-ci il tarixli **********6 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 23.07.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, adıçəkilən şəxsə dair Azərbayan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.06.2017-ci il tarixli 2-1(81)-3634/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraaatın təzələnməsinə dair ərizə ilə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət olunması nəzərdə tutulmuşdur. Hazırda iddiaçı ona məhkəmə qərarı əsasında təyin olunmuş pensiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya “Neftqaztikinti” trestinin idarələrində 15.12.1980-ci il tarixdən 22.07.1985-ci il tarixədək və 04.08.1997-ci il tarixdən 29.01.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Binəqədi rayon Məhkəməsinin 2(001)-7651/2017 saylı 03.05.2017-ci il tarixli qətnaməsi ilə 01,04.1975-ci ildən 01.05.1977-ci ilədək, 01.05.1979-cu ildən 01.12.1980-ci ilədək, 01.08.1985-ci ildən 01.08.1990-cı ilədək Fizuli rayon X1 (PMK 15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21,06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən 01.02.2001 -ci ildən 31 03.2003-cü il tarixədək “Aker Rauma (Marytime) Ofşor” şirkətində, 05.03.2004- cü il tarixdən 03.03.2006-cı il tarixədək “X4 İtd” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə 19.03.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh inzibati orqana həvalə edilmiş, sonuncu tərəfindən məhkəmə qərarının icrası təmin olunmuş, lakin daha sonra iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı-İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2-1(81)-3634/2017 saylı qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair hərəkətləri qanunsuz hesab edilsin və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3062/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3062/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver