Məhkəmə qərarları › İş №2-1(112)-3062/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3062/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3062/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 №li qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2020-ci il tarixli **********140132 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi xx.xx.2021 -ci il tarixli **********140169 nömrəli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 saylı qərar qəbul edilmişdir. Hesab edirlər ki, qərar ləğv olunmalıdır. Yoxlanılan dövrdə Cəmiyyət geyimlərin və qismən aksesuarların idxal edilərək pərakəndə satışı, ictimai iaşə və daşınmaz əmlakın icarəyə verilməsi xidmətlərini göstərmişdir. Yoxlama aktına əsasən, Cəmiyyətin geyim mağazaları üzrə təqdim etdiyi mal qalığı barədə arayışa əsasən xx.xx.2018-ci il tarixə mövcud olmuş malların dəyəri ƏDV-siz 190000,0 manat, il ərzində idxal edilən malların dəyəri ƏDV-siz 661862,62 manat, xx.xx.2019-cu il tarixə mal qalığı isə 414197,23 manat təşkil etmişdir. Bununla da 2018-ci ildə satılmış malların alış dəyəri 437665,39 manat təşkil etmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş izahata əsasən pərakəndə satışa tətbiq edilmiş ticarət əlavəsi 100,0 faiz təşkil etdiyi, lakin həmin məbləğlərə 70,0-80,0 faiz endirimlər edildiyi qeyd olunmuşdur. Yoxlama zamanı isə, endirimlər nəzərə alınmayaraq bütün ticarət əlavəsi tətbiq edilməklə satış məbləği kimi müəyyən olunmuşdur (47665,39 x 2(100 faiz) = 875330,78 manat. Eyni zamanda, Cəmiyyətin Səbail rayonu, Neftçilər prospekti, 131 ünvanında yerləşən icarəyə verilmiş obyektinin icarə qiymətinin güya bazar qiymətindən 30 faizdən çox fərqləndiyi heç bir səlahiyyəti olmayan "xxxx" MMC tərəfindən verilmiş qanunsuz rəy əsasında müəyyən edilmişdir. Belə ki, icarə müqavilələrində əmlakın icarə dəyəri real bazara uyğun olaraq 1000,0 manat göstərilsə də, ekspert kimi səlahiyyəti olmayan şəxs tərəfindən verilən rəy ilə həmin məbləğ 3,5 dəfə artırılaraq 3500,0 kimi göstərilmişdir. Həmçinin yoxlama dövrü üzrə Cəmiyyətin dövriyyəsi şişirdildiyi üçün əvvəlki illərin zərəri hesabına mənfəət vergisi üzrə əlavə hesablama aparılmasa da, zərər məbləği əsassız şəkildə azaldılmışdır ki, bu da növbəti illərin mənfəət vergisinə təsir edəcəkdir. Eyni zamanda, aparılmış qanunsuz hesablama ilə bağlı yuxarı vergi orqanına və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayətlər edilmiş və hər iki qurumun əsassız qərarları ilə qərar qüvvədə saxlanmışdır. Apellyasiya Şurasının məktubu Cəmiyyətə xx.xx.2021 -ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2021-ci il tarixli **********383900 №li yazılı etirazda göstərilmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********140132 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.4-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: iyun 2018 – iyul 2020) təyin edilmiş, yoxlamaya xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********140169 nömrəli aktla rəsmiləşdirilmişdir və səyyar vergi yoxlaması aktında qeyd edilənlər əsaslı hesab edildiyindən xx.xx.2021-ci il tarixli **********147104 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. Cavabdeh aşağıda qeyd edilən hallara əsasən iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq, ərizəyə etiraz edir: Mənfəət vergisi ilə bağlı bildirilir ki, yoxlama ilə vergi ödəyicisinin mənfəətinin 2018ci il üzrə 1.131.328,56 manat, 2019-cu il üzrə isə 266.782,97 manat müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilmiş və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilmişdir. Bu maddənin tələbindən irəli gələrək əvvəlki illərin növbəti illərə keçirilmiş zərəri hesabına müəssisəyə mənfəət vergisi hesablanmamışdır. ƏDV üzrə: Yoxlama ilə ƏDV üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr əhatə olunmuşdur. Müəssisənin yoxlanılan dövr ərzində gəlirləri geyim mallarının satışı, ictimai iaşə obyektlərinin fəaliyyəti və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin malların təqdim edilməsi, iaşə xidmətlərinin göstərilməsi, daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilmiş gəlirlərinin bəyannamə məlumatlarında azaldılmaqla təqdim edilərək vergidən yayındırıldığı müəyyən edilmişdir. Müəssisənin geyim mağazaları üzrə təqdim etdiyi mal qalığı barədə arayışa əsasən yoxlanılan dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə mövcud olmuş malların ƏDV-siz dəyəri 350.103,47 manat təşkil etmişdir. Həmin tarixdən ilin sonuna, yəni xx.xx.2018-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 395.489,29 manat, xx.xx.2019-cu il tarixə mal qalığının ƏDV-siz dəyəri 414.197,23 manat təşkil etmişdir. Bundan başqa müəssisənin qeyd edilən (xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 243.594,82 manat olmuşdur. Yük gömrük bəyannamələrinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 608.488,71 manat, geri qaytarılan malların ƏDV-siz dəyəri 9.100,56 manat, xx.xx.2020-ci il tarixə müəssisənin mal qalığının ƏDV-siz dəyəri 262.702,12 manat təşkil etmişdir. Bundan başqa müəssisənin qeyd edilən (xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək) dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 524.403,01 manat olmuşdur. Yük gömrük bəyannamələrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 172.390,03 manat, geri qaytarılan malların ƏDV-siz dəyəri 13.470,16 manat, dövrün sonuna, yəni, xx.xx.2020-ci il tarixə müəssisənin mal qalığının ƏDV-siz dəyəri 196.714,0 manat təşkil etmişdir. Bundan başqa müəssisənin qeyd edilən (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 136.076,77 manat olmuşdur. Təqdim edilmiş izahata və arayışa əsasən pərakəndə satışa tətbiq edilmiş ticarət əlavəsi yoxlama ilə əhatə edilən dövr ərzində 100,0 faiz təşkil etmişdir. ƏDV məqsədləri üçün aylar üzrə dövriyyəsinin müəyyən edilməsi icarə gəlirləri üzrə ekspert qiymətləri əsasında (ƏDV məbləği çıxılmaqla aylıq 3500 manat/1,18=2966,1), ictimai iaşə fəaliyyətindən əldə edilən gəlirlər müəssisənin təqdim etdiyi obyektlər üzrə dövriyyə məlumatlarına əsasən, geyimlərin satışından əldə edilən gəlirlər isə dövrün əvvəlinə, hər ilin sonuna və yoxlama dövrünün sonuna mal qalığının dəyəri (ƏDV-siz) və həmin müvafiq dövrlər üzrə yük gömrük bəyannamələrində idxal məlumatlarına əsasən geri qaytarılan mallar da nəzərə alınmaqla həmçinin Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbləri nəzərə alınaraq həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Müəssisə tərəfindən yoxlama dövrünün əvvəlinə, hər ilin sonuna və yoxlama dövrünün sonuna mal qalığı barədə məlumat yoxlamaya təqdim edildiyinə görə, həmin qalıqlar, malların idxalı və geri qaytarılan mallar nəzərə alınmaqla geyimlərin satış dövriyyəsi üçün Vergi Məcəlləsinin 67.15-ci maddəsində qeyd edilən sonuncu hesabat dövrü hər ilin və yekunda yoxlamanın əhatə etdiyi dövrün sonuncu ayı götürülmüşdür. 2020-ci ilin aprel və may ayları üzrə vergi ödəyicisinə daşınmaz əmlakın icarəsindən əldə edilmiş gəlir hesablanmamışdır. Belə ki, pandemiya ilə əlaqədar olaraq müəssisə ilə qarşı tərəf arasında yazılı razılaşma əsasında 2020-ci ilin aprel may aylarında müəssisə tərəfindən icarə haqqı alınmamışdır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Məcəllənin 175.9-cu maddəsinə əsasən qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Müəssisə tərəfindən bir sıra hallarda qeyd edilən maddənin tələblərinin pozularaq əməliyyatların dəyərinin nağd qaydada ödənilməsinə baxmayaraq ƏDV məbləğləri əvəzləşdirilmişdir. Bununla əlaqədar həmin əvəzləşdirilmiş məbləğlər əvəzləşmədən çıxarılmışdır. Bununla yanaşı HZ seriyalı 374084 nömrəli EVHF üzrə 68,2 manat ƏDV məbləği ödənilmədiyi üçün 2019-cu ilin iyun ayında həmin məbləğ və İC seriyalı 766420 nömrəli EVHF ləğv edildiyi üçün 2019-cu ilin iyul ayında əvəzləşdirilmiş 328,73 manat məbləğ əvəzləşmədən çıxarılmışdır. Beləliklə, qeyd edilənlərə əsasən yoxlama ilə vergi ödəyicisi tərəfindən 156.046,25 manat ƏDV-nin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78.023.13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: Müəssisə yoxlanılan dövr ərzində ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yoxlanılan dövr üzrə müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan verginin bəyannamələri yoxlanılarkən müəssisənin icarəyə verdiyi və fiziki şəxslərdən icarəyə götürdüyü əmlakın icarə qiymətlərinin real bazar qiymətlərinin müəyyən edilməsinə zərurət yaranmışdır. Yoxlama zamanı Vergi Məcəlləsinin 44.1-ci maddəsinə müvafiq olaraq müəssisə tərəfindən Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın, bununla yanaşı İddiaçı MMC tərəfindən ünvan 3 ünvanda, ünvan 4yonu Əziz Əliyev küçəsi 9-11 ünvanlarda yerləşən icarəyə götürülmüş daşınmaz əmlakların icarəsinin real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə ekspert dəvət edilmişdir. Ekspertizanın aparılması cavabdehin xx.xx.2020-ci il tarixli **********140867 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarına əsasən həyata keçirilmişdir. Ekspert qarşısında qoyulan suallar yoxlanılan dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövrlər ərzində yuxarıda qeyd edilən ünvanlarda yerləşən icarəyə götürülmüş daşınmaz əmlakların icarəsi ilə əlaqədar orta bazar qiymətlərinin müəyyən edilməsini əhatə etmişdir. Ekspertin təqdim etdiyi rəyə əsasən ünvan 4yonu Əziz Əliyev küçəsi 9-11 ünvanlarda yerləşən icarəyə götürülmüş daşınmaz əmlakların icarəsinin icarə müqaviləsində göstərilən qiymətlərinin bazar qiymətlərinə uyğun olduğu (30 faizdən az fərq etdiyi), Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın və ünvan 3 ünvanda yerləşən, fiziki şəxsdən icarəyə götürülmüş daşınmaz əmlakın icarə qiymətinin isə bazar qiymətlərindən 30 faizdən daha çox fərqli qiymətə icarə müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə əsasən daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda Məcəllənin 14.3-cü maddəsinə müvafiq olaraq Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Bu maddənin tələblərindən irəli gələrək vergitutma məqsədləri üçün ekspert rəyinə istinad edilmiş və vergilərin hesablanması həmin rəydə göstərilən bazar qiymətlərinə əsasən həyata keçirilmişdir. Belə ki, müəssisə ünvan 3 ünvanda yerləşən daşnmaz əmlakı 2018-ci il üzrə 800 manata, 2019-cu ildən başlayaraq 2400 manata icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş və restoran fəaliyyəti ilə məşğul olmuşdur. Lakin ekspert rəyinə əsasən həmin obyektin real bazar qiymətlərinin 6.000.0 manat olduğu müəyyən edilmişdir. Bununla da, Vergi Məcəlləsinin 14.3.5-ci, 124.4-cü maddələrinə uyğun olaraq bazar qiymətləri nəzərə alınmaqla müəssisəyə ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci ilin 3-cü və 4-cü rübləri üçün hər rübə görə 2184.0 manat, 2019-cu ilin bütün rübləri və 2020-ci ilin 1-ci rübü üçün hər rübə görə 1.512.0 manat əlavə vəsait hesablanmışdır. 2020-ci ilin 2-ci rübü üçün vergi ödəyicisi təqdim etdiyi ödəmə mənbəyində vergi bəyannaməsində 5236.0 manat hesablama aparmış, bəyannaməyə kameral qaydada münasibət bildirilərkən 7098.0 manat, yəni əlavə olaraq 1862.0 manat əlavə məbləğ hesablanmışdır. Lakin səyyar vergi yoxlaması ilə 2020-ci ilin 2-ci rübü üzrə ödəmə mənbəyində vergi bəyannaməsinin məlumatları araşdırılarkən vergi məbləğinin 2870.0 manat təşkil etdiyi aşkar edilmişdir. Bununla əlaqədar kameral qaydada hesablanmış məbləğ 4.228,0 manat azaldılaraq, 2.870,0 manat vergi hesablanmışdır. Belə ki, pandemiya ilə əlaqədar olaraq icarədarla yazılı razılaşma əsasında 2020-ci ilin aprel may aylarında müəssisə tərəfindən icarə haqqı ödənilməmiş, iyun ayında Bakı şəhəri Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 14 ünvanda yerləşən obyektə görə 20.000.0 manat, Bakı şəhəri Səbail rayonu Əziz Əliyev küçəsi 9-11 ünvanda yerləşən obyektə görə 15.000.0 manat, ünvan 3 ünvanda yerləşən obyektə görə bazar qiyməti nəzərə alınmaqla 6.000.0 manat icarə haqqı ödənildiyi müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 124-cü, 222.5-ci və 224.6-cı maddələrinə əsasən pandemiya ilə əlaqədar 50% azaldılan vergi məbləği nəzərə alınmaqla 2.870.0 manat (41.000*14%*50%) ödəmə mənbəyində vergi hesablanmışdır. Bununla da yoxlanılan dövr ərzində artıq hesablanmış və azaldılmış vergi məbləğləri nəzərə alınmaqla müəssisəyə ödəmə mənbəyində tutulan vergi üzrə ümumilikdə, 7.700.0 manat əlavə vergi və həmin verginin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 5.964 manat maliyyə sanksiyası hesablanmışdır. Əmlak vergisi üzrə: Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektidir. Müəssisə yoxlanılan dövr ərzində əmlak vergisinin ödəyicisi olmuşdur. Müəssisə 2019-cu il ərzində əmlak vergisinin ödəyicisi olduğu halda bəyannaməni vergi orqanına təqdim etməyərək bu tədiyyə üzrə vergidən yayınmışdır. Vergi Məcəlləsinin 201.5-ci maddəsinə əsasən müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir. Məcəllənin 202.0.1-ci maddəsinə əsasən müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. 2019-cu ilin əvvəlinə müəssisənin əsas vəsaitlərinin dəyərinin 73.302,12 manat, ilin sonuna 363.585,64 manat olduğunu nəzərə alaraq 2019-cu il üçün müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 218.443,88 manat (73302.12 + 363585.64)/2) təşkil etdiyi müəyyən edilmişdir. Məcəllənin 198.2-ci maddəsinə əsasən bəyan edilməyən əmlak vergisi üzrə müəssisəyə 2019-cu il üçün 2184.44 manat (218443,88 * 1%) əlavə vəsait hesablanmışdır. Nəticədə yoxlanılan dövr üzrə 2184,44 manat əmlak vergisinin yayındırılmasına görə Vergi Məcəlləsinin 50%-i miqdarında 1.092,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********147104 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərara əsasən 156.046,25 manat ƏDV-nin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78.023,13 manat maliyyə sanksiyası, ÖMV üzrə 7.700,0 manat verginin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 5.964 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 2.184,44 manat verginin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.092,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi- X3 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikay7ət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): Bakı şəhəri LGBİ-nin xx.xx.2020-ci il tarixli **********140132 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır: muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü Rüb 2019-4-cü rüb 2019; MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) 3-cü rüb 2019-4-cü rüb 2019; işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 2-ci rüb 2018-2-ci rüb 2019; əmlak vergisi 2018-ci il-2019-cu il; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığrta, işsizlikdən sığorta və icbari sığorta haqları bəyannaməsi (hesabatı) 1-ci rüb 2020-2-ci rüb 2020; torpaq vergisi 2019-cu il-2020-ci il; mədən vergisi iyun 2018-iyul 2020; Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il-2019-cu il; sadələşdirilmiş vergi 2-ci rüb 2018-2-ci Rüb 2020; mənfəət vergisi 2018-ci il-2019-cu il; əlavə dəyər vergisi iyun 2018-iyul 2020; ödəmə mənbəyində tutulan vergi 2-ci Rüb 2018-2-ci Rüb 2020; aksiz vergisi iyun 2018-iyul 2020; MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) 2-ci rüb 2018-2-ci rüb 2019. Yoxlama nəticəsində xx.xx.2021-ci il tarixli **********140169 nömrəli akt tərtib edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən olunmuşdur: Mənfəət vergisinin yoxlanması üzrə; Yoxlama Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********140187 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnaməyə əsasən ondan tələb edilən və vergi ödəyicisi tərəfindən təqdim olunmuş, Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən vergi orqanının xx.xx.2020-ci il tarixli **********142536 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarı ilə qanunamüvafıq şəkildə protokollaşdırılaraq götürülmüş ilkin mühasibat sənədləri, bank çıxarışları, ödəniş tapşırıqları, invoyslar, yük gömrük bəyannamələri, icarə müqavilələri, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları, razılaşmalar, kassa məxaric orderləri, təsisçilərin qərarı və əmrlər, müqavilələr, etibarnamə, kredit müqaviləsinə əlavə, üzləşmə aktı, əmək haqqı cədvəlləri, alınmış izahat və yoxlamanın aparılması üçün digər zəruri sənədlər əsasında aparılmışdır. Müəssisə yoxlanılan dövr ərzində əsasən geyimlərin pərakəndə satışı, ictimai iaşə fəaliyyəti və daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəssisənin hər bir fəaliyyət növündən əldə edilmiş gəlirlərini və müvafiq olaraq xərclərini ayrı - ayrılıqda müəyyən etmək üçün fəaliyyət sahələrinə mənfəət vergisi məqsədləri üçün fərdi qaydada yanaşılmışdır. Belə ki, müəssisənin geyim mağazaları üzrə təqdim etdiyi mal qalığı barədə arayışa əsasən mənfəət vergisi məqsədləri üçün dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə mövcud olmuş malların ƏDV-siz dəyəri 190000,0 manat təşkil etmişdir. Həmin tarixdən ilin sonuna, yəni xx.xx.2018-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 661862,62 manat, xx.xx.2019-cu il tarixə mal qalığının ƏDV-siz dəyəri 414197,23 manat təşkil etmişdir. Beləliklə, 2018-ci il ərzində satılmış malların alış dəyəri (190000,00+661862,62-414197,23) = 437665,39 manat təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş izahata və arayışa əsasən pərakəndə satışa tətbiq edilmiş ticarət əlavəsi yoxlama ilə əhatə edilən dövr ərzində 100,0 faiz təşkil etmişdir. Beləliklə geyimlərin pərakəndə satışından əldə edilmiş gəlirlər 2018-ci il ərzində (437665,39*2 (100 faiz)) = 875330,78 manat təşkil etmişdir. Yoxlanılan dövr üzrə müəssisənin daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlərinin düzgün müəyyən edilməsi üçün real bazar qiymətlərinin müəyyən edilməsinə zərurət yaranmışdır. Yoxlama zamanı Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən müəssisə tərəfindən Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın icarəsinin real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə ekspert dəvət edilmiş bə eksperiza "xxxx" MMC -nin eksperti X2 tərəfindən həyata keçirilmişdir. Ekspertin təqdim etdiyi rəyə əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın icarə qiymətinin bazar qiymətlərindən 30 faizdən daha çox fərqli qiymətlə icarə müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün ekspert rəyinə istinad edilmiş və gəlirlərin, müvafiq olaraq vergilərin hesablanması həmin rəydə göstərilən bazar qiymətlərinə əsasən həyata keçirilmişdir. Belə ki, müəssisə qeyd edilən obyekt üzrə aylıq icarə haqqı məbləğini icarə müqaviləsində 1000,0 manat (ƏDV daxil) göstərmiş, lakin ekspert rəyinə əsasən həmin obyektin aylıq icarə haqqının real bazar dəyərinin 3500,0 (ƏDV daxil) manat təşkil etdiyi müəyyən edilmişdir. Yoxlama 2018-ci ilin iyun ayından sonrakı dövrü əhatə etdiyi üçün iyun ayınadək olan 5 ayı əhatə edən dövrdə icarə müqaviləsində göstərilən məbləğ (1000 manat/l,18)=847,46 manat qəbul edilmiş, 2018-ci ilin 7 ayına (iyun 2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək) isə bazar qiymətləri (3500 manat/1,18)=2966.1 ƏDV-siz manat tətbiq edilmişdir. Beləliklə, 2018-ci ildə müəssisənin daşınmaz əmlak icarəsindən gəlirləri (5ay*847,46 manat + 7 ay*2966,l) = 25000 (ƏDV-siz) manat təşkil etmişdir. Yoxlama zamanı müəssisəyə məxsus təsərrüfat subyektlərində yoxlanılan dövr ərzində mövcud olmuş nəzarət kassa aparatlarını, həmin aparatlardan alınmış günlük “Z” hesabatları və fiskal yaddaşdan alınmış dövri hesabatları əldə etmək mümkün olmamışdır. Müəssisənin ictimai iaşə fəaliyyətindən əldə etdiyi gəlirlərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün MMC-nin mənfəətinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları tətbiq edilmişdir. Yoxlama ilə "xxxx" MMC-nin ictimai iaşə fəaliyyəti ilə əlaqədar çəkilmiş xərclərə 20 faiz rentabellik norması tətbiq edilməklə yoxlama ilə əhatə olunan illər üzrə müvafiq olaraq gəlirləri aşağıdakı kimi müəyyən olunmuşdur: 2018 ci il üzrə: Ml =647837,57 :100*20= 129567,52. Buradan müəssisənin ictimai iaşə fəaliyyəti üzrə xərcləri və mənfəəti əsasında onun bu sahədən gəlirlərinin (647837,57+129567,52)= 777.405,09 manat olduğu müəyyən edilmişdir. Beləliklə 2018-ci il ərzində müəssisənin ictimai iaşə fəaliyyəti üzrə xərcləri 647837,57manat, şərti rentabellik norması nəzərə alınmaqla mənfəəti 129567,52 manat və müvafiq olaraq gəlirləri 777405,09 manat təşkil etmişdir. Müəssisənin fəaliyyət sahələri üzrə gəlirlərini ümumiləşdirsək 2018-ci il üzrə geyimlərin pərakəndə satışından 875330,78 manat, daşınmaz əmlakın icarəsindən 25000,0 manat, ictimai iaşə fəaliyyətindən 777405,09 olmaqla ümumilikdə 1677735,87 manat gəlirləri olduğu müəyyən edilmişdir. Gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin tərkibi isə əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 210434,71 manat, sosial sığorta haqları üzrə 47347,81 manat, malların dəyəri 437665,39 manat, icarə haqqı üzrə '31910,69 manat, enerji xərcləri üzrə 13082,03 manat, su və kanalizasiya xərcləri üzrə 4424,84 manat, rabitə xərcləri üzrə 19464,23 manat, bank xidməti üzrə 39120,16 manat, reklam xərcləri üzrə 9272,36 manat, bilavasitə larin təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 62159,65 manat, malar, tikililər qurğular üzrə hesablanmış amortizasiya məbləği 740,43 manat, ödənilmiş sığorta haqları üzrə -2;.42 manat, digər xərclər üzrə 1093,7 manat, əmlak vergisi üzrə 732,95 manat olmaqla ümumilikdə :1678375,37 manat təşkil etmişdir. İl ərzində müəssisənin maliyyə fəaliyyəti 639,5 manat zərərlə başa gəlmişdir. Müəssisə 2019-cu il ərzində də əvvəlki ildə olduğu kimi geyimlərin pərakəndə satışı, ictimai iaşə fəaliyyəti və daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin geyim mağazaları üzrə təqdim etdiyi mal qalığı barədə arayışa əsasən dövrün əvvəlinə, yəni xx.xx.2019-cu il tarixinə mal qalığının ƏDV-siz dəyəri 414197,23 manat təşkil etmişdir. 2019-cu il ərzində satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 608488,71 manat, geri qaytarılan malların dəyəri 9100,56 manat, xx.xx.2020-ci il tarixə mal qalığının ƏdV-siz dəyəri 262702,12 manat təşkil etmişdir. Beləliklə, 2019-cu il ərzində satılmış malların alış dəyəri (414197,23+608488,71-9100,56-262702,12)= 750883,26 manat təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş izahata və arayışa əsasən pərakəndə satışa tətbiq edilmiş ticarət əlavəsi yoxlama ilə əhatə edilən dövr ərzində 100,0 faiz təşkil etmişdir. Beləliklə geyimlərin pərakəndə satışından əldə edilmiş gəlirlər 2019-cu il ərzində (750883,26*2 (100 faiz)=1501766,53 manat təşkil etmişdir. Müəssisənin daşınmaz əmlakın icarəyə verilməsindən əldə etdiyi aylıq gəlirləri 2018-ci ildə olduğu kimi ekspert rəyinə əsasən real bazar qiymətləri nəzərə alınmaqla 3500 manat (ƏDV daxil) olmuşdur. Beləliklə, bu fəaliyyətdən müəssisənin 2019-cu il üzrə gəlirləri (12 ay*3500/l, 18) =35593,22 (ƏDV-siz) manat təşkil etmişdir. 2018-ci ildə də müəssisənin ictimai iaşə fəaliyyətindən əldə etdiyi gəlirlərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün MMC-nin mənfəətinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması’' Qaydaları tətbiq edilmiş və 2019-cu il ərzində müəssisənin ictimai iaşə fəaliyyəti üzrə xərclərinin 942773,8 manat, şərti rentabellik norması nəzərə alınmaqla mənfəətinin 188554,76 manat və müvafiq olaraq gəlirlərinin 1131328,56 manat təşkil etdiyi müəyyən olunmuşdur. Müəssisənin fəaliyyət sahələri üzrə gəlirləri ümumiləşdirilərək, 2019-cu il üzrə geyimlərin pərakəndə satışından 1501766,53 manat, daşınmaz əmlakın icarəsindən 35593,22 manat, ictimai iaşə fəaliyyətindən 1131328,56 olmaqla ümumilikdə 2668688,31 manat gəlirlərinin olduğu müəyyən edilmiş, gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin tərkibi isə əmək haqqı və ona bərabər tutulan ödəmələr üzrə 270866,62 manat, sosial sığorta haqları üzrə 57466,87 manat, malların dəyəri 750883,27 manat, icarə haqqı üzrə 77634,83 manat, enerji xərləri üzrə 15699,52 manat, rabitə xərcləri üzrə 22505,0 manat, bank xidməti üzrə 46683,19 manat, reklam xərcləri üzrə 17431,0 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 391971,38 manat, faizlərlə bağlı digər xərclər üzrə 21237,9 manat, ödənilmiş sığorta haqları üzrə 3905,97 manat, digər xərclər üzrə 24635,34 manat, əmlak vergisi üzrə 2184,44 manat olmaqla ümumilikdə 2401905,34 manat təşkil etdiyi müəyyən olunmuşdur. İl ərzində müəssisənin maliyyə faəliyyəti 266782,97 manat mənfəətlə başa gəlmişdir. Vergi Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə müvafiq olaraq əvvəlki illərin növbəti illərə keçirilmiş zərəri hesabına müəssisəyə mənfəət vergisi hesablanmamışdır.Yoxlama zamanı ƏDV dövriyyələrinin 12 aylıq cəmi ilə mənfəət vergisi üzrə gəlir məbləğinin fərqli olmasının səbəbi iaşə fəaliyyətindən əldə edilən gəlirlərin birbaşa müəyyən edilməsinin mümkün olmadığı üçün həmin xərclərə rentabellik tətbiq edilməklə gəlirlərin müəyyən edilməsi ilə bağlı olmuşdur. Əlavə Dəyər vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Müəssisə xx.xx.2008-ci il tarixli **********1 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış, xx.xx.2008-ci il tarixdən ƏDV qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr əhatə olunmuşdur. Bəyyannamə məlumatlarına əsasən, cəmiyyətin yoxlanılan dövr üzrə ƏDV-nə “18 faiz” dərəcə ilə cəlb edilən dövriyyəsi 2018-ci ilin iyun ayı üzrə 116296,2 manat, iyul ayı üzrə 138150,59 manat, avqust ayı üzrə 115356,72 manat, sentyabr ayı üzrə 90330,89 manat, oktyabr ayı üzrə 94004,92 manat, noyabr ayı üzrə 87360,89 manat, dekabr ayı üzrə 93430,12 manat, 2019-cu ilin yanvar ayı üzrə 86061,11 manat, fevral ayı üzrə 95487,2 manat, mart ayı üzrə 108822,08 manat, aprel ayı üzrə 84914,68 manat, may ayı üzrə 154070,22 manat, iyun ayı üzrə 176094,12 manat, iyul ayı üzrə 195410,85 manat, avqust ayı üzrə 130991,73 manat, sentyabr ayı üzrə 106996,31 manat, oktyabr ayı üzrə 112717,36 manat, noyabr ayı üzrə 97239,11 manat, dekabr ayı üzrə 112371,55 manat, 2020-ci ilin yanvar ayı üzrə 113619,03 manat, fevral ayı üzrə 303778,03 manat, mart ayı üçün 63091,06 manat, aprel ayı üçün 7049,4 manat, may ayı üçün 847,46 manat, iyun ayı üçün 34007,88 manat, iyul ayı üçün 9523,84 manat olmaqla ümumilikdə 2728023,35 manat təşkil etmişdir. Müəssisənin geyim mağazaları üzrə təqdim etdiyi mal qalığı barədə arayışa əsasən yoxlanılan dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə mövcud olmuş malların ƏDV-siz dəyəri 350103,47 manat təşkil etmişdir. Həmin tarixdən ilin sonuna, yəni xx.xx.2018-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 395489,29 manat, xx.xx.2019-cu il tarixə mal qalığının ƏDV-siz dəyəri 414197,23 manat təşkil etmişdir. Bundan başqa müəssisənin qeyd edilən (xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 243594,82 manat olmuşdur. Yük gömrük bəyannamələrinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 608488,71 manat, geri qaytarılan malların ƏDV-siz dəyəri 9100,56 manat, xx.xx.2020-ci il tarixə müəssisənin mal qalığının ƏDV-siz dəyəri 262702,12 manat təşkil etmişdir. Bundan başqa müəssisənin qeyd edilən (xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək) dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 524403,01 manat olmuşdur.Yük gömrük bəyannamələrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 172390,03 manat, geri qaytarılan malların ƏDV-siz dəyəri 13470,16 manat, dövrün sonuna, yəni, xx.xx.2020-ci il tarixə müəssisənin mal qalığının ƏDV-siz dəyəri 196714,0 manat təşkil etmişdir. Bundan başqa müəssisənin qeyd edilən (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 136.076,77 manat olmuşdur. Ekspertin ("xxxx" MMC) təqdim etdiyi rəyə əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın icarə qiymətinin bazar qiymətlərindən 30 faizdən daha çox fərqli qiymətə icarə müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Müəssisə qeyd edilən obyekt üzrə aylıq icarə haqqı məbləğini icarə müqaviləsində 1000,0 manat (ƏDV daxil) göstərmiş, lakin ekspert rəyinə əsasən həmin obyektin aylıq icarə haqqının real bazar dəyərinin 3500,0 (ƏDV daxil) manat təşkil etdiyi müəyyən edilmişdir. Yoxlama zamanı müəssisəyə məxsus təsərrüfat subyektlərində yoxlanılan dövr ərzində mövcud olmuş nəzarət kassa aparatlarını, həmin aparatlardan alınmış günlük “Z” hesabatları və fıskal yaddaşdan alınmış dövri hesabatları əldə etmək mümkün olmamışdır. Müəssisənin ƏDV məqsədləri üçün aylar üzrə dövriyyəsinin müəyyən edilməsi icarə gəlirləri üzrə ekspert qiymətləri əsasında (ƏDV məbləği çıxılmaqla aylıq 3500 manat/1,18=2966,1), ictimai iaşə fəaliyyətindən əldə edilən gəlirlər müəssisənin təqdim etdiyi obyektlər üzrə dövriyyə məlumatlarına əsasən, geyimlərin satışından əldə edilən gəlirlər isə dövrün əvvəlinə, hər ilin sonuna və yoxlama dövrünün sonuna mal qalığının dəyəri (ƏDV-siz) və həmin müvafiq dövrlər üzrə yük gömrük bəyannamələrində idxal məlumatlarına əsasən geri qaytarılan mallar da nəzərə alınmaqla həmçinin Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbləri nəzərə alınaraq, həyata keçirilmişdir. Yoxlama ilə cəmiyyətin yoxlanılan dövr üzrə ƏDV-nə “18 faiz” dərəcə ilə cəlb edilən dövriyyəsi 2018-ci ilin iyun ayı üzrə 117414,41 manat, iyul ayı üzrə 139269,15 manat, avqust ayı üzrə 117322,82 manat, sentyabr ayı üzrə 90602,07 manat, oktyabr ayı üzrə 95123,56 manat, noyabr ayı üzrə 88479,53 manat, dekabr ayı üzrə 278937,04 manat, 2019-cu ilin yanvar ayı üzrə 88179,75 manat, fevral ayı üzrə 97605,85 manat, mart ayı üzrə 110093,26 manat, aprel ayı üzrə 87880,78 manat, may ayı üzrə 155341,41 manat, iyun ayı üzrə 179060,22 manat, iyul ayı üzrə 196682,03 manat, avqust ayı üzrə 133110,34 manat, sentyabr ayı üzrə 109962,46 manat, oktyabr ayı üzrə 114836,02 manat, noyabr ayı üzrə 100205,25 manat, dekabr ayı üzrə 688805,38 manat, 2020-ci ilin yanvar ayı üzrə 115737,71 manat, fevral ayı üzrə 305744,13 manat, mart ayı üçün 66057,20 manat, aprel ayı üçün 7049,41 manat, may ayı üçün 33976,41 manat, iyun ayı üçün 48576,24 manat, iyul ayı üçün 23582,15 manat olmaqla ümumilikdə 3589634,57 manat təşkil etdiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən bir sıra hallarda əməliyyatların dəyərinin nağd qaydada ödənilməsinə baxmayaraq ƏDV məbləğləri əvəzləşdirilmişdir. Bununla əlaqədar 2018-ci ilin sentyabr ayında əvəzləşdirilmiş HU seriyalı 275778 nömrəli elektron vergi hesab faktura (bundan sonra EVHF) üzrə 20,49 manat, 2019-cu ilin iyul ayında əvəzləşdirilmiş İD seriyalı 560161 nömrəli EVHF üzrə 74,75 manat, 2019-cu ilin sentyabr ayında əvəzləşdirilmiş İE seriyalı 944375 nömrəli EVHF üzrə 54,87 manat, İE seriyalı 833209 nömrəli EVHF üzrə 31,12 manat, İE seriyalı 833208 nömrəli EVHF üzrə 8,97 manat, İE seriyalı 833207 nömrəli EVHF üzrə 58,09 manat, İE seriyalı 833206 nömrəli EVHF üzrə 7,15 manat, İB seriyalı 775267 nömrəli EVHF üzrə 32,45 manat, İB seriyalı 726076 nömrəli EVHF üzrə 14,39 manat, İE seriyalı 685218 nömrəli EVHF üzrə 20,92 manat, İE seriyalı 552391 nömrəli EVHF üzrə 56,51 manat, İE seriyalı 257158 nömrəli EVHF üzrə 25,06 manat, İF seriyalı 103653 nömrəli EVHF üzrə 55,66 manat, İE seriyalı 092722 nömrəli EVHF üzrə 65,85 manat, İC seriyalı 89529 nömrəli EVHF üzrə 23,34 manat əvəzləşdirilmiş məbləğlər əvəzləşmədən çıxarılmışdır. Bununla yanaşı HZ seriyalı 374084 nömrəli EVHF üzrə 68,2 manat ƏDV məbləği ödənilmədiyi üçün 2019-cu ilin iyun ayında həmin məbləğ və İC seriyalı 766420 EVHF ləğv edildiyi üçün 2019-cu ilin iyul ayında əvəzləşdirilmiş 328,73 manat məbləğ əvəzləşmədən çıxarılmışdır. Beləliklə yoxlanılan dövrdə 2018-ci ilin iyun ayı üzrə 201,27 manat, iyul ayı üzrə 201,34 manat, avqust ayı üzrə 353,90 manat, sentyabr ayı üzrə 69,31 manat, oktyabr ayı üzrə 201,35 manat, noyabr ayı üzrə 201,36 manat, dekabr ayı üzrə 33391,25 manat, 2019-cu ilin yanvar ayı üzrə 381,36 manat, fevral ayı üzrə 381,35 manat, mart ayı üzrə 228,82 manat, aprel ayı üzrə 548,7 manat, may ayı üzrə 228,81 manat, iyun ayı üzrə 602,10 manat, iyul ayı üzrə 632,31 manat, avqust ayı üzrə 381,35 manat, sentyabr ayı üzrə 966,66 manat, oktyabr ayı üzrə 397,84 manat, noyabr ayı üzrə 533,91 manat, dekabr ayı üzrə 103758,09 manat, 2020-ci ilin yanvar ayı üzrə 381,36 manat, fevral ayı üzrə 353,89 manat, mart ayı üçün 533,91 manat, iyun ayı üçün 2622,30 manat, iyul ayı üçün 2530,50 manat olmaqla ƏDV üzrə ümumilikdə 156046,25 manat kənarlaşma müəyyən edilmişdir. Əmlak Vergisi üzrə: "xxxx" MMC yoxlanılan dövr ərzində əmlak vergisinin ödəyicisi olmuşdur. Müəssisə 2018-ci il ərzində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etmişdir. Həmin dövr üçün təqdim edilmiş əmlak vergisinin bəyannamə məlumatlarında kənarlaşma aşkar edilməmişdir. Lakin, 2019-cu il ərzində müəssisə əmlak vergisi ödəyicisi olduğu halda əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyərək bu tədiyə üzrə vergidən yayınmışdır. 2019-cu ilin əvvəlinə müəssisənin əsas vəsaitlərinin dəyərinin 73302.12 manat, ilin sonuna 363.585.64 manat olduğu nəzərə alınaraq, 2019-cu il üçün müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 218.443,88 manat (73302.12 + 363585.64)/2) təşkil etdiyi müəyyən edilmişdir. Məcəllənin 198.2-ci maddəsinə əsasən bəyan edilməyən əmlak vergisi üzrə müəssisəyə 2019-cu il üçün 2184.44 manat (218443,88* 1%) əlavə vəsait hesablanmışdır. Ödəmə mənbəyindən tutulan vergi: Müəssisə yoxlanılan dövr ərzində ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yoxlama zamanı Vergi Məcəlləsinin 44.1-ci maddəsinə müvafiq olaraq müəssisə tərəfindən Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın, bununla yanaşı "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda, ünvan 4yonu Əziz Əliyev küçəsi 9-11 ünvanlarda yerləşən icarəyə götürülmüş daşınmaz əmlakların icarəsinin real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə ekspert dəvət edilmişdir. Ekspertin ("xxxx" MMC) təqdim etdiyi rəyə əsasən ünvan 4yonu Əziz Əliyev küçəsi 9-11 ünvanlarda yerləşən icarəyə götürülmüş daşınmaz əmlakların icarəsinin icarə müqaviləsində göstərilən qiymətlərinin bazar qiymətlərinə uyğun olduğu (30 faizdən az fərq etdiyi), "xxxx" MMC-yə məxsus Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın və "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda yerləşən, fiziki şəxsdən icarəyə götürülmüş daşınmaz əmlakın icarə qiymətinin isə bazar qiymətlərindən 30 faizdən daha çox fərqli qiymətə icarə müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Müəssisə ünvan 3 ünvanda yerləşən daşnmaz əmlakı 2018-ci il üzrə 800 manata, 2019-cu ildən başlayaraq 2400 manata icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş və restoran fəaliyyəti ilə məşğul olmuşdur. Lakin alınmış ekspert rəyinə əsasən həmin obyektin real bazar qiymətləri 6000.0 manat olduğu müəyyən edilmişdir. Bununla da, Vergi Məcəlləsinin 14.3.5-ci, 124.4-cü maddələrinə uyğun olaraq bazar qiymətləri nəzərə alınmaqla müəssisəyə ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci ilin 3-cü və 4-cü rübləri üçün hər rübə görə 2184.0 manat, 2019-cu ilin bütün rübləri və 2020-ci ilin 1-ci rübü üçün hər rübə görə 1512.0 manat əlavə vəsait hesablanmışdır. 2020-ci lin 2-ci rübü üçün vergi ödəyicisi təqdim etdiyi ödəmə mənbəyində vergi bəyannaməsində 5236.0 manat hesablama aparmış, bəyannaməyə kameral qaydada münasibət bildirilərkən 7098.0 manat, yəni əlavə olaraq 1862.0 manat əlavə məbləğ hesablanmışdır. Lakin səyyar vergi yoxlaması ilə 2020-ci ilin 2-ci rübü üzrə ödəmə mənbəyində vergi bəyannaməsinin məlumatları araşdırılarkən vergi məbləğinin 2870.0 manat təşkil etdiyi aşkar edilmişdir. Bununla əlaqədar kameral qaydada hesablanmış məbləğ 4228.0 manat azaldılaraq 2870.0 manat vergi hesablanmışdır. Belə ki, pandemiya ilə əlaqədar olaraq icarədarla yazılı razılaşma əsasında 2020-ci ilin aprel may aylarında müəssisə tərəfindən icarə haqqı ödənilməmiş, iyun ayında Bakı şəhəri Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 14 ünvanda yerləşən obyektə görə 20000.0 manat, Bakı şəhəri Səbail rayonu Əziz Əliyev küçəsi 9-11 ünvanda yerləşən obyektə görə 15000.0 manat, ünvan 3 ünvanda yerləşən obyektə görə bazar qiyməti nəzərə alınmaqla 6000.0 manat icarə haqqı ödənildiyi müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 124-cü, 222.5-ci və 224.6-cı maddələrinə əsasən pandemiya ilə əlaqədar 50% azaldılan vergi məbləği nəzərə alınmaqla 2870.0 manat (41000*14%*50%) ödəmə mənbəyində vergi hesablanmışdır. Bununla da yoxlanılan dövr ərzində artıq hesablanmış və azaldılmış vergi məbləğləri nəzərə alınmaqla müəssisəyə ödəmə mənbəyində vergi üzrə ümumilikdə 7700.0 manat əlavə vəsait hesablanmışdır. Yoxlama nəticəsində: - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin 156.046,25 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 78.023,12 manat, ödəmə mənbəyində tutulan vergi məbləğinin 11.928,0 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, 5.964,0 manat, əmlak vergisinin 2184,44 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 1092,22 manat maliyyə sanksiyası tətbiq edilməsi; - Müəssisə tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü və 58.6-cı maddəsinin tələblərinin pozulmasına görə cəmiyyətə 36.834,82 manat maliyyə sanksiyasının tətbiq edilməsi; - Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən 2019-cu ilin əmlak vergisi bəyannaməsini təqdim etmədiyinə görə 40,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 №li qərarı ilə xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktına və xx.xx.2021-ci il tarixli **********454000 nömrəli sənədə əsasən İddiaçı MMC-yə 156.046,25 manat ƏDV-nin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78.023,13 manat maliyyə sanksiyası, ÖMV üzrə 11.928 manat verginin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 5.964 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 2.184,44 manat verginin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.092,22 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 13 iyul 2021-ci il tarixli **********480500 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin (VÖEN **********) səyyar vergi yoxlamasının nəticələrindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021ci il tarixli **********018000 nömrəli və xx.xx.2021-ci il tarixli **********066100) müraciətinin araşdırılmasının nəticəsinə əsasən Cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən Dövlət Vergi Xidmətinə verilmiş xx.xx.2021-ci il tarixli inzibati şikayətlərin təmin edilməməsi, xx.xx.2021-ci il tarixli **********140169 nömrəli səyyar vergi yoxlaması aktının etibarlı hesab olunması və həmin akt əsasında Bakı şəhər LGBİ tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı müəssisədə səyyar vergi yoxlaması keçirilərkən və həmin yoxlamanın nəticələri üzrə tərtib olunmuş akta əsasən sonuncu barəsində xx.xx.2021-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38 və 43-cü maddələrinin tələblərinə əməl olunmamış, aktda qeyd olunduğu kimi vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim olunmadığı halda, həmin sənədlərin qanunla müəyyən olunmuş qaydada əldə olunması üçün tədbirlər görülməmiş, ƏDV və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədləri və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Sadalanan normalardan aydın olur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tələb olunan sənədləri və ya elektron faylları təqdim etmədikdə, vergi orqanı müvafiq imtina aktı tərtib etməli və həmin sənədlərin və elektron faylların götürülməsi məqsədilə məhkəməyə müraciət etməlidir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçıya məxsus sənədlərin və ya elektron faylların götürülməsi üçün məhkəməyə müraciət etməmiş və səyyar vergi yoxlamasını iddiaçının iştırakı olmadan, eləcə də iddiaçıya məxsus hər hansı sənəd (elektron fayl) əldə edilmədən yekunlaşdırmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırkı işdə cavabdeh vergi orqanı iddiaçıya məxsus uçot sənədlərində təsbit edilmiş qiymətlərin real və düzgün olmadığını iddia etsə də, onun əsasları hər hansı mənbəyi bəlli sübutla təsdiq edilmir. Cavabdeh “instagram” sosial şəbəkəsində mənbəyi hər hansı sənədlə təsdiqini tapmayan səhifədən əldə edilmiş 3 (üç) sayda görüntü ilə iddiaçının müxtəlif çeşidli mallarının satış qiymətinin daha yüksək olduğunu ehtimal edərək hər birinə 100 faiz ticarət əlavəsini tətbiq etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müxtəlif çeşidli bir çox mallar idxal edilmişdir və bu malların satış qiymətləri də mənşə ölkəsinə, keyfiyyətinə, görünüşünə və digər xüsusiyyətlərinə görə fərqlənir. İddiaçı fəaliyyət göstərdiyi obyektlərdə pos-terminal vasitəsilə aparılan nağdsız alqı-satqı əməliyyatlarını təsdiq edən bank hesablarından çıxarışları və yoxlama dövrünün nəzarət-kassa aparatından çıxarışları məhkəməyə təqdim etmişdir. Cavabdehin qeyd olunan satış əməliyyatlarında təsbit olunan qiymətlərin həqiqiliyinə şübhə doğuran hər hansı sübutu olmasa da, iddiaçının nümayəndəsinin təqdim etdiyi izahat məktubunda qeyd etdiyi malların 100 faiz ticarət əlavəsi ilə satılması və “instagram” sosial şəbəkəsindən iddiaçıya bağlılığı sübuta yetirilməyən, xüsusilə də yalnız 3 (üç) çeşid malın qiymətini əsas götürərək idxal olunmuş bütün mallara 100 faiz ticarət əlavəsi tətbiq etmişdir. Halbuki iş materiallarında olan xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktına baxılma haqqında protokolda, həmçinin təqdim olunan inzibati şikayətdə iddiaçının nümayəndəsi malların endirimlər tətbiq olunduqdan sonra satıldığını bildirmiş, cavabdeh isə inzibati akt qəbul edən zaman bu xüsusatı nəzərə almamışdır. İş materiallarında olan təqdimatlardan müəyyən olunur ki, müxtəlif vaxtlarda iddiaçının satdığı mallara endirimlərin tətbiq olunması üçün müəssisədaxili müraciətlər olmuşdur. Qeyd olunan sənədlər cavabdehə təqdim olunsa da, qərar qəbul olunan zaman nəzərə alınmamışdır. Halbuki Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmçinin, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. mənfərqli üsulla həyata keçirir, sonuncu bu hərəkətlərini konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçı yoxlama dövrü üzrə əldə etdiyi gəlir və xərclərinə (vergitutulan dövriyyəsinə) dair təsdiqedici sənədləri, yoxlama dövrü üzrə ƏDV və mənfəət vergisi üzrə bəyannamələri məhkəməyə təqdim etməklə heç bir vergidənyayınma halına yol vermədiyini, vergi uçotunun düzgün formada həyata keçirdiyini, hətta vergi orqanı tərəfindən aparılan ÖMV və əmlak vergisi hissələrindən narazı olmadığını bildirdi. Göründüyü kimi, iddiaçının malların satışı ilə bağlı uçot sənədləri (NKA çekləri, bank çıxarışları, bəyannamələr) qaydasında olmağına baxmayaraq, cavabdehin yoxlama zamanı ƏDV-nə münasibətdə tətbiq etdiyi yanaşmanı təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Məhkəmə bildirir ki, iddiaçının nümayəndəsinin təqdim etdiyi izahat ayrılıqda deyil, digər əlaqəli sübutlarla birlikdə qiymətləndirilməlidir. Çünki iddiaçının nümayəndəsi həmin izahatın davamı olaraq satılan mallara endirimlərin edildiyini də yazılı şəkildə cavabdehə təqdim etmiş, cavabdeh isə yalnız ticarət əlavəsini nəzərə almışdır. Məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsinin digər müraciətlərdə qeyd etdiyi endirimlərin tətbiqi barədə məsələyə hər hansı münasibət bildirməmişdir. Həmçinin, cavabdehin digər istinadı “instagram” sosial şəbəkəsindən əldə edilmiş görüntülərdir ki, həmin görüntülərin iddiaçıya məxsusluğu, olduğu halda belə qiymətlərin kim tərəfindən yerləşdirilməsi, ilkin satış qiyməti kimi təklif olunması və yalnız bir neçə çeşid malla bağlı olmasını cavabdeh ehtimal üzərində bütün satılan mallara şamil etmişdir. Halbuki inzibati orqan ehtimal və şübhələr əsasında vergilərin hesablanmasını həyata keçirə bilməz. Belə olan halda, iddiaçının sənədlərdə əks olunmuş uçot göstəricilərinin həqiqi olmadığını və eləcə də səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən müəyyən edilən qiymətlərin doğru olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini təkzib edə biləcək bir arqument təqdim edə bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və onun məsuliyyəti ilə nəticələnməməlidir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən vergi yoxlamasını həyata keçirən X4 tərtib olunan akta uyğun məzmunda ifadə verərək izahat və “instagram” görüntüləri əsasında yalnız bir neçə çeşid malların qiymətlərini əsas götürməklə bütün satılan mallara 100 faiz ticarət əlavəsi tətbiq edildiyini təsdiq etmişdir. Məhkəmə tərəfindən A.Əlizadəyə vergi ödəyicisinin NKA və pos-terminal vasitəsilə satılan malların idxal olunan mallardan hansı hissəsini əhatə etməsi, 100 faiz ticarət əlavəsinin niyə bütün mallara eyni qaydada tətbiq olunmasını, əlavə vergi hesablanan satış dövriyyəsinin təsdiqi kimi izahatda göstərilən qalıqdan başqa hər hansı sənədlə sübut olunub-olunmadığı bildirilsə də, qeyd olunanlara hər hansı əsaslandırılmış cavablar verilməmiş, pos-terminalla satılan malların əhatə dairəsini müəyyən etməyin mümkün olmadığı, yalnız izahatdakı qalığa 100 faiz ticarət əlavəsinin tətbiq olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırki mübahisədə isə cavabdeh vergiləri hesablayarkən digər izahatlarla təkzib olunan və başqa əlaqəli sübutlarla təsdiqini tapmayan iddiaçının işçisinin izahatına, həmçinin mənbəyi bəlli olmayan sosial şəbəkə üzərində əks olunmuş bir neçə görüntüyə istinad etmişdir ki, qeyd olunan görüntülər rəsmi məlumatlar hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdeh vergi orqanı İddiaçı MMC-nin yoxlama ilə əhatə olunan dövrlər üzrə uçot sənədlərinin göstəriciləri ilə razı deyildirsə, onun vergiyə cəlb edilən gəlir və xərclərini, eləcə də vergitutulan dövriyyəsini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlara, eyni zamanda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən hesablamaq hüququna malik olduğu halda, qanunla ona verilən bu imkan və üsullardan istifadə etməmiş və hesablamanı vergi qanunvericiliyində nəzərdə tutulmamış ehtimal üzərində bir üsulla həyata keçirmiş, lakin həmin üsul nəticəsində müəyyən edilmiş göstəricilərin düzgünlüyünə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı müəssisəyə səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya 156.046,25 manat ƏDV-nin azaldılmasına görə 156.046,25 manat ƏDV-nin əlavə hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 78.023,13 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində vergi orqanının mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıya ödəmə mənbəyində tutulan vergilər üzrə əlavə hesablanmış 7700,0 manat verginin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən həmin məbləğə 5.964 manat maliyyə sanksiyasının tətbiq olunması, əmlak vergisi üzrə əlavə hesablanmış 2.184,44 manat verginin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 1.092,22 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, iddiaçı tərəfindən icarəyə verilmiş obyektlərin qiyməti real bazar dəyərindən aşağı məbləğdə göstərilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən real bazar qiyməti nəzərə alınmaqla ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2019cu il ərzində iddiaçı cəmiyyət əmlak vergisi ödəyicisi olduğu halda əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyərək, bu tədiyə üzrə vergidən yayınmışdır. 2019-cu ilin əvvəlinə müəssisənin əsas vəsaitlərinin dəyərinin 73302,12 manat, ilin sonuna 363.585,64 manat olduğu nəzərə alınaraq, 2019-cu il üçün müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 218.443,88 manat (73302.12 + 363585.64)/2) təşkil etdiyi müəyyən edilmiş Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən bəyan edilməyən əmlak vergisi üzrə müəssisəyə 2019-cu il üçün 2184.44 manat (218443,88* 1%) əlavə vəsait hesablanmışdır. İddiaçı tərəfindən qeyd olunan halı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, qeyd olunan hissədə də qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissədə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 №li qərarı qismən İddiaçı MMC-yə 156.046,25 manat ƏDV-nin azaldılmasına görə 156.046,25 manat ƏDV-nin əlavə hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 78.023,13 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 №li qərarı qismən İddiaçınə (VÖEN **********) 156.046,25 manat əlavə dəyər vergisinin azaldılmasına görə 156.046,25 manat əlavə dəyər vergisinin əlavə hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 78.023,13 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar