Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3065/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı qızı X2 doğum haqqında akt qeydləri kitabında 13 yanvar 2006-cı il tarixli, 89 nömrə altında aparılmış qeydin və digər qızı X3 doğum haqqında akt qeydləri kitabında 17 may 2007-ci il tarixli, 1446 nömrə altında aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Gürcüstan Respublikasının Bolnisi rayonun Senebi kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, 2000-ci ilin əvvəllərində vətəndaş X11 ilə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. 1ci Qarabağ müharibəsinin iştirakçısıdır. 2-ci qrup müharibə əlilidir. 2004-cü ilin əvvəllərində müalicə almaq üçün Almaniya Fedarativ Respublikasına həyat yoldaşı ilə birlikdə gəlmişdir, həmin respublikanın Şlezviq şəhərində ailəsi ilə birlikdə məskunlaşmışlar. Həmin şəhərdə X11 ilə olan birgə rəsmi nikahdan 28 noyabr 2005-ci il tarixdə X8 və 06 aprel 2007-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur və Almaniya Fedarativ Respublikasının Şlezviq şəhər Qeydiyyat Ofisi tərəfindən müvafiq olaraq doğum qeydi kimi G 464/2005 və G 143/2007 nömrə altında qeydə alınmışdır, hər iki uşaq Almaniya Fedarativ Respublikasının vətəndaşlarıdır. Hazırda ona məlum olmuşdur ki, valideynləri yuxarıda sözügedən hər iki uşağın doğum faktının qeydə alınması barədə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin şöbə tərəfindən qızı X2 adına AZ-İ № 716646 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Elnarə adlı qızının 28 noyabr 2005-ci il tarixdə Gürcüstan Respublikası Marneuli rayonun Kəpənəkçi kəndində anadan olmasını və doğum haqqında akt qeydləri kitabında 13 yanvar 2006-cı il tarixdə 89 nömrə altında qeydə alınması qeyd edilmişdir. Digər uşağı X3 adına verilmiş doğum haqqında şəhadətnamədə (AZ-l №938543) isə onun 06 aprel 2007ci il tarixdə Gürcüstan Respublikası Marneuli rayonun Kəpənəkçi kəndində anadan olması və doğum haqqında akt qeydləri kitabında 17 may 2007-ci il tarixdə anadan olma faktının 1446 nömrə altında qeydə alınması qeyd edilmişdir. Bildirir ki, həmin şəhadətnamələr və şəhadətnamələrdə uşaqlarının doğum faktı ilə aparılmış qeydlər həqiqətə uyğun deyildir. Belə ki, adları qeyd edilən hər iki uşağı Gürcüstan Respublikasının ərazisində doğulmamışdır, doğum haqqında şəhadətnamələrdə onlar barəsində aparılmış qeydlər də, həqiqətə uyğun deyildir, qeyd etdiyi kimi hər iki uşağı Almaniya Fedarativ Respublikasının Şlezviq şəhərində anadan olmuşdur və doğum faktı haqqında qeydlər həmin şəhərdə Alman qanunvericiliyin normalarına əsasən aparılmışdır. Göstərilən akt qeydinin ləğv edilməsi üçün cavabdeh Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Cavabdeh özünün 21 sentyabr 2021-ci il tarixli, 2824- 05/15 nömrəli məktubu ilə "akt qeydinin ləğv " edilməsindən imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, "Xətai rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş akt qeydi ilə Almaniya Fedarativ Respublikasının Şlezviq şəhər qeydiyyat ofisi tərəfindən tərtib edilmiş akt qeydlərində uşaqların doğum yerinə dair məlumatlarda ziddiyyət olduğundan akt qeydinin təkrar akt qeydi kimi tərtib olunmaması aşkar edilmişdir". Bildirirlər ki, qeydiyyat şöbəsi yalnız təkrar tərtib olunmuş akt qeydini ləğv etmək səlahiyyətinə malik olduğundan ərizənizin qeydiyyat şöbəsində təmin olunması mümkün deyil". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv Qaydalarının 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin qaydaların 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Hesab edir ki, cavabdeh ərizəsini təmin etməklə vətəndaşlıq vəziyyəti akt aparılmış qeydi ləğv etməli idi. Buna görə də, iddia edir ki, adları qeyd edilən hər iki uşağının doğum faktı ilə əlaqədar doğum haqqında akt qeydləri kitabında aparılmış qeydlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə zidd olduğuna görə həqiqətə uyğun olmayan qeyd hesab edilməklə ləğv edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, Xətai rayon Qeydiyyat Şöbəsi İddiaçı Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydinin ləğv edilməsi” tələbində Xətai rayon Qeydiyyat Şöbəsinin cavabdeh qismində göstərilməsinə etiraz edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar şəhadətnamənin tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmə qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X6 AFR-da verilmiş doğum haqqında şəhadətnamə ilə Xətai rayon Qeydiyyat Şöbəsində qeydə alınmış doğum haqqında akt qeydində hər iki uşağın doğum yerində ziddiyyət olduğundan Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş akt qeydləri təkrar tərtib edilmiş akt qeydi hesab edilə bilməz. Bu səbəbdən akt qeydinin ləğvinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməsi mümkün deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların iştirakları olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli, 2824-05/15 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının akt qeydinin ləğvinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv Qayda’-sının 23-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv Qaydası”nın 26-cı bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə əzrizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Təqdim etdiyi sənədlərin araşdırılması zamanı Xətai rayon qeydiyyat şöbəsində tərtib eidlimiş akt qeydi ilə AFR-nın Şlezviq şəhər qeydiyyat ofisi tərəfindən tərtib edilmiş akt qeydlərində uşaqların doğum yerinə dair məlumatlarda zidiyyət olduğundan akt qeydinin təkrar akt qeydi kimi tərtib olunmaması aşkar edilmişdir. Bildirirlər ki, qeydiyyat şöbəsi yalnız təkrar tərtib olunmuş akt qeydini ləğv etmək səlahiyyətinə malik olduğundan ərizəsinin qeydiyyat şöbəsində təmin olunması mümkün deyil. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 716646 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 28 noyabr 2005-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonu, Kəpənəkçi kəndində anadan olmuşdur. Ata qrafasında İddiaçı, milliyəti azərbaycanlı, ana qrafasında X11, milliyyəti azərbaycanlı göstərilmişdir. Onun doğumu haqqında akt qeydləri kitabında 2006-cı ilin yanvar ayıın 13-ü günündə 89 nömrə ilə qeyd aparılmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 98543 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 06 aprel 2007-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonu, Kəpənəkçi kəndində anadan olmuşdur. Ata qrafasında İddiaçı, milliyəti azərbaycanlı, ana qrafasında X11, milliyyəti azərbaycanlı göstərilmişdir. Onun doğumu haqqında akt qeydləri kitabında 2007-ci ilin may ayının 17-i günündə 1446 nömrə ilə qeyd aparılmışdır. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Almaniya Federativ Respublikası Şlesviq VVAQ İdarəsi tərəfindən verilmiş G 464/2005 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında soyadı – Əhmədova, adı – Elnarə, cinsi – qadın, doğulduğu tarix – xx.xx.2005-ci il , doğulduğu yer – Şlesviq; ana haqqında məlumat qrafasında Əhmədova Nərgiz, ata haqqında məlumat qrafasında İddiaçı göstərilmişdir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Almaniya Federativ Respublikası Şlesviq VVAQ İdarəsi tərəfindən verilmiş G 143/2007 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında soyadı – Əhmədova, adı – İlqarə, cinsi – qadın, doğulduğu tarix – xx.xx.2007-ci il , doğulduğu yer – Şlesviq; ana haqqında məlumat qrafasında Əhmədova Nərgiz, ata haqqında məlumat qrafasında İddiaçı göstərilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 05 aprel 2022-ci il tarixli, 4376-05/13 nömrəli məktubla təqdim edilmiş X4 1146 saylı, xx.xx.2007-ci il tarixli və X5 89 saylı, xx.xx.2006-cı il tarixli doğum haqında akt qeydlərinin təsdiq olunmuş surətlərindən görünür ki, onların doğumları babaları X10 məlumatı və müraciəti əsasında qeydə alınmışdır. Uşaqların doğumlarını təsdiq edən sənəd qismində Gürcüstan Respublikasının Marneuli rayonu, Kəpənəkçi kənd h.amb göstərilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 21 sentyabr 2021-ci il tarixli, 2824-05/15 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının xx.xx.2005-ci il təvəllüdlü qızı X8 və xx.xx.2007-ci il təvəllüdlü X9 hər ikisi sözügedən tarixlərdə Almaniya Federativ Respublikasının Şlesviq şəhərində anadan olmuşlar. Almaniya Federativ Respublikasının Şlesviq VVAQ İdarəsi tərəfindən onların doğumları barədə müvafiq olaraq G464/2005 qeydiyyat nömrəli və G143/2007 qeydiyyat nömrəli qeyd aparılmışdır. Həmçinin, İddiaçı atası X10 müraciəti və təqdim etdiyi sənədlər əsasında Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının qızları xx.xx.2005-ci il təvəllüdlü qızı X8 və xx.xx.2007-ci il təvəllüdlü X9 barəsində müvafiq olaraq 13 yanvar 2006-cı il tarixli və 17 may 2007ci il tarixli doğum akt qeydləri tərtib edilmişdir. Həmin doğum haqqında akt qeydlərində uşağın doğumunu təsdiq edən sənəd qismində “Gürcüstan Respublikasının Marneuli rayonu, Kəpənəkçi kənd h.amb” göstərilmişdir. Halbuki, işdə iştirak edən şəxslərin izahatları və digər sənədlərlə müəyyən edilmişdir ki, həqiqətən iddiaçının xx.xx.2005-ci il təvəllüdlü qızı X8 və xx.xx.2007-ci il təvəllüdlü qızı X1 Federativ Respublikasının Şlesviq şəhərində doğulmasına və buna dair Almaniya Federativ Respublikasının Şlesviq VVAQ İdarəsi tərəfindən müvafiq olaraq G464/2005 qeydiyyat nömrəli və G143/2007 qeydiyyat nömrəli qeyd aparılmasına baxmayaraq, iddiaçının atası tərəfindən təqdim edilmiş məlumatlara əsasən, uşaqların doğum yeri haqqında yanlış məlumatlar daxil edilməklə müvafiq qeydlər aparılmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X9 barəsində müvafiq olaraq 13 yanvar 2006-cı il tarixli və 17 may 2007-ci il tarixli doğum akt qeydlərinin düzgünlüyü məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilməklə həmin doğum haqqında akt qeydləri ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın mübahisəli doğum akt qeydləri tərtib olunan zaman qüvvədə olan redaksiyasının 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valdieynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2005-ci il təvəllüdlü qızı X8 və xx.xx.2007-ci il təvəllüdlü X9 barəsində müvafiq olaraq tərtib edilmiş 13 yanvar 2006-cı il tarixli, 89 nömrəli və 17 may 2007-ci il tarixli, 1446 nömrəli doğum akt qeydlərinin ləğv edilməsi öhdəliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3065/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3065/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver