Məhkəmə qərarları › İş №2-1(112)-3068/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3068/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3068/2020 19.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyul 2000-ci il təvəllüdlü qızı X3 doğum haqqında şəhadətnamənin təkrarının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və İddiaçı birgə evliliyindən 22 iyul 2000-ci ildə qızları X5 anadan olmuşdur. Qızı doğum haqqında şəhadətnaməni naməlum vəziyyətdə itirmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, doğum haqqında şəhadənamənin arayışının olmasına baxmayaraq əsli olmadığı görə imtina verilmişdir. Doğum haqqında şəhadətnamə lazım olduğundan Bakı şəhər Cavabdehnə yazılı müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il, 145 nömrəli qərarı ilə təsdiq edimiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Övladının yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizəsi təmin edilməmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək, göstərmişdir ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsinə dair müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərinə əsasən ərizəni təmin edə bilməmişlər. Bununla bağlı iddiaçıya rəsmi imtina məktubu təqdim edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən verilmiş 05/Q-948/16 saylı, 24 aprel 2019-cu il tarixli arayışdan görünür ki, X5 22 iyul 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2000-ci il tarixdə Cavabdehndə 1255 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ata qrafasında X4, ana qrafasında İddiaçı yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş fotoşəkilli tibbi arayışdan görünür ki, X5 22 iyul 2000-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonundan anadan olmuşdur. Həmçinin 22 iyul 2000-ci il təvəllüdlü X5 məhkəmə iclasında iştirak etmiş və məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkilli arayışda olan şəxslə eyni şəxs olması müəyyən edilmişdir. Məhkəmə araşdırması dövründə 22 iyul 2000-ci il təvəllüdlü X2 doğum akt qeydi sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X2 adına tərtib edilmiş 1255 saylı, xx.xx.2000-ci il tarixli doğum haqqında akt qeydinin surəti Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin akt qeydindən görünür ki, X5 22 iyul 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında İddiaçı yazılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 0519- 67919 saylı imtina məktubundan görünür ki, iddiaçının xx.xx.2000-ci il tarixdə doğulmuş övladı X2 adına təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə istinad olunaraq, övladının yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizənin təmin edilməsindən imtina olunmuşdur. İşin araşdırılan hallarından görünür ki, iddiaçının qızı X5 22 iyul 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və sonuncunun doğumu 09 sentyabr 2000-ci il tarixdə Bakı şəhəri Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 1255 sayla qeydə alınmışdır. Lakin iddiaçının 22 iyul 2000-ci il təvəllüdlü X5 bu günədək şəxsiyyətini təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsini almamışdır. İddiaçı hazırda zərurət yarandığından qızına təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. İmtinaya əsas olaraq 22 iyul 2000-ci il təvəllüdlü X2 şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi göstərilmişdir. Göründüyü kimi, iddiaçının 22 iyul 2000-ci il təvəllüdlü qızı X2 doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə onun şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki, təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 22 iyul 2000-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə 09 sentyabr 2000-ci il tarixdə Bakı şəhəri Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 1255 sayla qeyd edilmiş X3 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 22 iyul 2000-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə 09 sentyabr 2000-ci il tarixdə Bakı şəhəri Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 1255 sayla qeyd edilmiş X3 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin İddiaçı verilməsi vəzifəsi cavabdeh Bakı şəhəriCavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar