Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-307/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ağır xəstəlikdən əziyyət çəkməyinin araşdırılmadan əsassız olaraq “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə və “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: 2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən ona əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarlarının qanunsuz, əsassız və ədalətsiz olması nəzərə alınıb, həmin qərarların ləğv edilməsi, dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdən ona ikinci dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, yekunda iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
4. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0001 nömrəli qərarı ilə “ÜİX.Stabil gərginlik stenokardiyası İİİ fs.İnfarktdan sonrakı kardioskleroz.ÜÇ.İİfs.Hipertoniya xəstəliyi İİ dər.Şəkərli diabet İİ tip. Ağır forma, insulin tələbli” diaqnozu üzrə iddiaçıya ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir. “ “Əvvəllər keçirilən miokard infarktı. Miokard infarktdan sonrakı kardioskleroz. Stenokardiyanın digər formaları Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla. Durğunluq ürək çatmamazlığı F.S İİİ MÇ İİ dərəcə. Diabetik polinevropatiya. Miopiya. Proqressivləşən damar leykoensefaiopatiyası. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar Qabarıq asteno nevrotik sindrom. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağaırlaşmalarla Şəkərli diabet ağır foma İİ tip insulin tələbli. Arxa qütbün və ləkənin degenerasiyası. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi tez-tez baş verən hipertonik krizlərlə İİİ mər” diaqnozu üzrə qeydiyyatda olduğu Bakı şəhəri 4 saylı poliklinikası tərəfindən 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış əlillik müddətinin qurtarması-yenidən baxmaq məqsədi ilə cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə Əlavə müalicəyə ehtiyacin olmasi səbəbindən əlillik təyinatindan imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Bu əsassız imtina qərarından sonra 29 noyabr 2021ci il tarixdən 09 noyabr 2021-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Akademik C.Abdullayev adına X1” publik hüquqi şəxsdə 11 aprel 2022-ci il tarixdən 26 Aprel 2022-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X13” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, həqiqətən iddiaçı xx.xx.2021-ci il tarixdə Ak.Z.Əliyeva ad.MOM, şəkərli diabetin göz fəsadları şöbəsində müayinə olunmuşdur. D:OU-Yüksək miopiya.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzinin 08 aprel 2022-ci il tarixli arayışından görünür ki, həqiqətən iddiaçı Akad.Z.Əliyeva ad.MOM-da, müayinədə olmuşdur. D-z:OU-Yüksək dərəcəli miopiya. Başlanğıc katarakta. Miopik makulopatiya.” Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Akademik C.Abdullayev adına X1” publik hüquqi şəxsin konsultativ-poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 189 nömrəli rəyindən görünür ki, İddiaçı “20.8 ÜİX: Stabil gərginlik stenokardiyası İİİ F.S. İ25.2 İnfaktdan sonrakı kardioskleroz. E11.7.Şəkərli diabet tip 2 insulin tələbli. 150.0 X10 birinci F.S. AF 49 (qırx doqquz)” diaqnozu qoyulmuşdur. 1 nömrəli Poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyası tərəfindən 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış əlillik müddətinin qurtarması-yenidən baxmaq məqsədi ilə cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: 2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1., 2.2.7., 2.2.9., 2.2.10., 2.2.12.-ci yarımbəndlərinə görə, ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109, 111.0, İ13- 113.2, 120-125, 130-131.9, 133); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15- E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32- E32.8, E34-E34.1, E34-E35.8); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95- G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ -İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (170.2,173-174,174.3,180-180.3, 183.0-
183. hallarında ikinci dərəcə əlillik təyin edilir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli Qərarı mövcuddur. Həmin Qərarda aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişlərdə xəstənin vəziyyəti, aparılan müalicələr və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilmədiyindən əlilliyin təyin edilməsi mümkün olmamış, bu səbəbdən də xəstənin vəziyyətinin, hədəf orqanlarda olan dəyişiklərin stasionar şəraitdə müayinələrlə dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2016-cı il tarixdə tibbisosial ekspert komissiyasında ilkin müayinə edilmiş və beş il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti bitdikdən sonra (xx.xx.2021-ci il tarixdən sonra) tibb müəssisəsinin göndərişləri əsasında vətəndaşım əlillik vəziyyəti iki dəfə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər iki halda göndərişdə qeyd edilmiş məlumatlar əsasında əlillik təyinatının aparılması mümkün olmadığından imtina qərarları verilmişdir. Bununla bağlı şəxs məhkəməyə müraciət etmişdir və hazırda məhkəmə qərardadı əsasında tibbi-sosial ekspetiza müayinəsi keçirilir. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı dəri və selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Dərialtı piy qatı kafi inkişaf edib. Dili nəm, ərplidir. Hər iki aşağı ətrafda baldırda tük örtüyü seyrəlib, dəri soyudur, dərinin turqoru azalıb, əzələ tonusu zəifləyib. Hər iki pəncədə art.pedis.dorzalis üzərində nəbz zəifləyib. Nəzərəçarpan trofıka pozğunluğu və makroangiopatiya əlamətləri aşkar edilmir. Xəstə dopler müayinəsindən imtina edir. Oftalmoloqun müayinəsi zamanı Vis-OD 0,05 korreksiya ilə 0,5 (onda beş), ViS-OS 0,05 korreksiya ilə 0,5 (onda beş) görmə itiliyi qeyd edilir. Səhiyyə Nazirliyinin Elmi X2 xx.xx.2022-ci il tarixli 1897 saylı rəyində şəxsə “ÜİX: stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz, Arterial hipertoniya İİİ dərəcə, İV risk qrupu, Şəkərli diaqbet tip 2, insulin tələbli, Xroniki ürək çatmamazlığı İ f.s.” diaqnozu müəyyən edilmiş, ExoKQ müayinəsində AF 49% müəyyən edilmişdir. TƏBİB X13 PHŞ-in xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən 1487/97 saylı epikrizində xəstəyə “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu, vertebra bazilyar sindrom. ÜİX: infarktdan sonrakı kardioskleroz.stabil gərginlik stenokardiyası, Arterial hipertoniya İİ dərəcə” diaqnozu müəyyən edilmişdir. Həmin epikrizdə aşağı ətraf arterialarının dopler müayinəsi zamanı patologiya aşkar edilmədiyi qeyd edilib. Qanın biokimyəvi müayinəsində kreatinin 107 mkmol/l müəyyən edilir ki, bu da böyrək funksiyasının normal olmasını göstərir. Aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində sonuncu qiymətləndirmə zamanı qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnoz əlillik əlaməti teyin etməməsi barədə qərar verilir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
9. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün qaldırdığı bu iddia məcburetmə haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcudur və məhkəməyəqədər cavabdeh orqana müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən sonra qanunla müəyyən edilmiş 30 gün müddətində məhkəməyə müraciət etmişdir.
10. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
12. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.
13. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 4 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları, Diaqnozun mətni: ÜİX. Stabil gərginlik stenokardiyası İİİ fs.İnfarktdan sonrakı kardioskleroz. ÜÇ.İİ fs.Hipertoniya xəstəliyi İİ dər.Şəkərli diabet İİ tip.Ağır forma, insulin tələbli.” Diaqnpzu üzrə “Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0,113-113.2,120-125,....” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
14. Əlillik müddəti bitdikdən sonra Bakı 4 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2021ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, “X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı, Diaqnozun mətni: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokard infarktdan sonrakı kardioskleroz (xx.xx.2016-cı il) Ağırlaşma İ20.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-36%) Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), ., diaqnozu üzrə Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi.” səbəbi ilə imtina verilmişdir.
15. Bundan sonra Bakı X9 1 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixdə iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı yenidən göndəriş verilmiş, göndərişdə əsas diaqnoz – E11.7- İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla Şəkəli diabet tip 11, insulin tələbli, ağırlaşma- İ79.2- Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən perıferik angiopaliya, Diabetik angiopatıya, H36.0 - Diabetik retinopatiya (Eİ0-Eİ4 ümumi dördüncü. 3 işarəsi ilə) VİSOD=0.04k/e(yüzdə dörd).VİSOS=0.03k/e(yüzdə üç)., G63.2.- Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə). kimi müəyyən edilmişdir.
16. İşdən görünür ki, həmin göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti cavabeh tərəfindən yenidən qiymətləndirilmiş, “X3: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkəli diaabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik angiopatiya,” diaqnozu üzrə Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2016-ci ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyesterində xəstə barədə məlumat tapılmadı.” səbəbi ilə imtina verilmişdir.
17. İşdən görünür ki, iddiaçı bu imtinadan narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10174/2022 saylı qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
19. Həmin qəraradad əsasən qəbul edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X4sosial ekspert komissiyasının 15 dekabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişində xəstənin vəziyyəti, aparılan müalicələr və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilmədiyindən əlilliyin ləyin edilməsi mümkün olmamış, bu səbəbdən də xəstənin vəziyyətinin, hədəf orqanlarda olan dəyişiklərin stasionar şəraitdə müayinələrlə dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2016-cı il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və beş il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti bitdikdən sonra (xx.xx.2021-ci il tarixdən sonra) tibb müəssisəsinin göndərişləri əsasında vətəndaşın əlillik vəziyyəti iki dəfə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər iki halda göndərişdə qeyd edilmiş məlumatlar əsasında əlillik təyinatının aparılması mümkün olmadığından imtina qərarları verilmişdir. Bununla bağlı şəxs məhkəməyə müraciət etmişdir və hazırda məhkəmə qərardadı əsasında tibbi-sosial ekspertiza müayinəsi keçirilir. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı dəri və selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Dərialtı piy qatı kafi inkişaf edib Dili nəm, ərplidir. Hər iki aşağı ətrafda baldırda tük örtüyü seyrəlib, dəri soyudur, dərinin turqoru azalıb, əzələ tonusu zəifləyib. Hər iki pəncədə art.pedis.dorzalis üzərində nəbz zəifləyib. Nəzərəçarpan trofika pozğunluğu və makroangiopatiya əlamətləri aşkar edilmir. Xəstə dopler müayinəsindən imtina edir. Oftolmoloqun müayinəsi zamanı Vis-OD 0,05 korreksiya ilə 0,5 (onda beş), VİS-OS 0.05 korreksiya ilə 0,5 (onda beş) görmə itiliyi qeyd edilir. Səhiyyə Nazirliyinin Elmi X2 xx.xx.2022-ci il tarixli 1897 saylı rəyində şəxsə “UİX: stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz, Arterial hipertoniya İİİ dərəcə, İV risk qrupu, Şəkərli diabet tip 2, insulin tələbli, Xroniki ürək çatmamazlığı İ f.s.” diaqnozu müəyyən edilmiş, ExoKQ müayinəsində AF 49% müəyyən edilmişdir. TƏBİB X13 PHŞ-in xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən 1487/97 saylı epikrizində xəstəyə “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu müəyyən olunması meyarları"na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir.”
20. Bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 ekspertlərinə həvalə edilmişdir.
21. Həmin qərardadın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş T439/2023 saylı ekspert rəyindən göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli №088 saylı göndərişdə qeyd edilən “X3 İV S - Endokrin sistemin xəstəlikləri, maddələr => El0-E14 - Şəkərli diabet => Eli - İnsulındən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet Çoxsaylı ağırlaşmalarla, Şəkəli diaabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik polinevropatiya, Diabetik angiopatiya” diaqnozunda olan xəstəliklərə hazırda da rast gəlinir və diaqnoz şəxsin əyani müayinəsi zamanı instrumental müayinələrə göndərilərkən öz təsdiqini bir daha tapmışdır.
22. Həmçinin işdə olan X9 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının sağlamlıq vəziyyətində aşağıdakıların aşkar olunduğu qeyd edilmişdir: 1.Ümumi Ateroskleroz. Aşağı ətrafların diabetik makroangiopatiyası. Hər iki QB arterial seqmentlərin stenozu. Hər iki dizaltı arteriyaların mötədil dərəcədə stenozu. Hər iki qamış arteriyaların kritik dərəcədə stenozları. Hər iki ayaq barmaqlarının tam okkluziyası. Aşağı ətrafların İİİ dərəcəli xroniki işemiyası. X12. İnfarktdan sonrakı kardioskleroz (2014;2016). X10 İİ f.s. AF=49%. 2.EMQ-yə əsasən diabetik polineyropatiya təsdiqlənir. Əzələ zəifliyi və parez yoxdur. Təzahür edən ağrı sindromu vardır. 3.Qeyri-proliferativ diabetik retinopatiya. Tor qişada quru eksudatlar qeyd olunur. Retinal damarlar 1:3. VİSOD=0.03 korreksiya ilə 0.3; VİSOS=0.03 korreksiya ilə 0.3. Görmə sahəsi 20 dərəcəyə qədər daralıb. Venoz anomaliya yoxdur. Miopik makulopatiya müşahidə olunur.
23. Beləliklə, işin istinad olunan halları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıda “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu müəyyən olunması meyarları"na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirsə də, həmin ağırlaşmaların olması həm işdə olan məhkəmə tibb ekspertizası rəyi, həm də X9 məlumatı ilə öz təsdiqini tapmışdır.
24. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndnə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
25. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 11.2-ci bəndinə əsasən - Şəkərli diabet – E10-14: 11.2.1. insulindən asılı olmayan şəkərli diabet - E11; 11.2.3. diabetik retinopatiya - H36.0* 11.2.4. diabetik polineyropatiya - G63.2*əlillik təyini üçün əsasdır.
26. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə E11, H36.0* və G63.2* diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə təsdiq olunmuşdur.
27. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, işin yuxarıda sadalanan halları ilə iddiaçıda həmin xəstəliyin olması müəyyən edilir, deməli, cavabdehin iddiaçıda həmin xəstəliyin aşkar edilməməsi əsası ilə əlillik təyin etməsindən imtinası qanunsuz və əsassız olmuşdur.
28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
29. Məhkəmə qeyd edir ki, iddiaçıya sonuncu imtina xx.xx.2022-ci il tarixdə verildiyindən və həmin imtinanın qanunsuz olması müəyyən edildiyindən iddiaçıya əlillik məhz həmin tarixdən təyin edilməlidir.
30. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona ikinci dərəcə əlillik təyin edilməsini xahiş etsə də, hazırkı halda onun orqanizmin funksiyalarının pozulmasının faizinin müəyyən edilməsi cavabdehin səlahiyyətindədir.
31. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 11 iyun 2022-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova