Məhkəmə qərarları › İş №2-1(112)-3072/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3072/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3072/2020 02.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” X4 Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensassiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6901nekBKX/15 saylı kredit müqaviləsi üzrə ona çatacaq kompensassiya məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6901 nekBKX/15 saylı kredit müqaviləsi üzrə bankdan 1.650 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, krediti vaxtı-vaxtında ödəməklə bağlı üzərinə öhdəlik götürmüş və götürdüyü öhdəliyini tam yerinə yetirərək bankdan götürdüyü məbləğdən də artıq pul ödəmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tətbiqi ilə bağlı o, “xxxx” KB ASC-yə ərizə ilə müraciət edərək ona kompensasiyanın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin bank tərəfindən adı siyahıya daxil edilmədiyi üçün o, Maliyyə X1 Apellyasiya komissiyasına şikayət etmişdir. Maliyyə Palatasında şikayətin baxılmış və qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X3 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, ərizənin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-3072/2020 saylı qərardadı ilə “xxxx” Kommersiya Bankı ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaya dair yazılı münasibəti məhkəməyə təqdim olunmuş və göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Palatanın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 6901nkBKX/15 saylı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində Palataya vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı Fərmanının təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Üçüncü şəxs “xxxx” X4 Səhmdar Cəmiyyəti iddiya dair yazılı mülahizəsində göstərmişdir ki, İddiaçı ilə xxxx KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6901nkBKX/15saylı kredit müqaviləsinə əsasən xxxx KB ASC İddiaçı 1.650 USD məbləğində kredit vermişdir. xx.xx.2018-ci il tarixində iddiaçı tərəfindən “xxxx” KB ASC-yə olan borc tam bağlanmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı üzrə sözü gedən kredit Azərbaycan Respublikası Maliyyə X1 məlumat bazasında kompensasiya verilməli kreditlərin siyahısında aşkar edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmiş, iddiaçı və üçüncü şəxsin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək inzibati işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1951-ci ildə Gədəbəy rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. “xxxx” KB ASC ilə (“Bank”) ilə İddiaçı (“Borcalan”), arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 6901nkBKX/15 saylı kredit və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən “Borcalan”a illik 24 faiz olmaqla, 24 ay müddətinə 1.650 (bir min altı yüz əlli) ABŞ dolları kredit verilmişdir. UB-BANK/PİKMD/926706 saylı xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından (və açıqlamasından) müəyyən edilir ki, İddiaçı 6901nkBKX/15 saylı kredit və bank hesabı müqaviləsinə əsasən banka borcu yoxdur. O, xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilə qədər banka cəmi 2.227,67 ABŞ dolları ödəniş etmiş, ondan 1.650 ABŞ dolları əsas borca, 576,82 ABŞ dolları faiz borcuna, 0,83 ABŞ dolları cərimə borcuna silinmişdir. İddiaçı tərəfindən ödənişlər aşağıdakı qaydada həyata keçirilmişdir: xx.xx.2015-ci ildə 88 ABŞ dolları (əsas borca silinmə 61.6, faiz borcuna silinmə 26,4); xx.xx.2015-ci ildə 88 ABŞ dolları (əsas borca silinmə 51,96, faiz borcuna silinmə 36,04); xx.xx.2015-ci ildə 88 ABŞ dolları (əsas borca silinmə 55,09, faiz borcuna silinmə 32,91); xx.xx.2015-ci ildə 88,15 ABŞ dolları (əsas borca silinmə 60,43, faiz borcuna silinmə 27,72); xx.xx.2016-ci ildə 57,03 ABŞ dolları (əsas borca silinmə 24,74, faiz borcuna silinmə 32,29); xx.xx.2016-ci ildə 58,76 ABŞ dolları (əsas borca silinmə 32,49, faiz borcuna silinmə 26,27); xx.xx.2016-ci ildə 55,58 ABŞ dolları (əsas borca silinmə 29,19, faiz borcuna silinmə 26,39); xx.xx.2016-ci ildə 55,36 ABŞ dolları (əsas borca silinmə 29,55 faiz borcuna silinmə 25,81); xx.xx.2016-ci ildə 55,37 ABŞ dolları (əsas borca silinmə 31,01, faiz borcuna silinmə 24,36); xx.xx.2016-ci ildə 63,27 ABŞ dolları (əsas borca silinmə 34,37 faiz borcuna silinmə 28,9); xx.xx.2016-ci ildə 63,28 ABŞ dolları (əsas borca silinmə 37,61, faiz borcuna silinmə 25,67); xx.xx.2016-ci ildə 55,07 ABŞ dolları (əsas borca silinmə 32,46, faiz borcuna silinmə 22,61); xx.xx.2016-ci ildə 58,9 ABŞ dolları (əsas borca silinmə 31,6 faiz borcuna silinmə 27,3); xx.xx.2016-ci ildə 49,81 ABŞ dolları (əsas borca silinmə 30,05 faiz borcuna silinmə 19,76); xx.xx.2016-ci ildə 46,32 ABŞ dolları (əsas borca silinmə 24, 12, faiz borcuna silinmə 22,2); xx.xx.2016-ci ildə 56,27 ABŞ dolları (əsas borca silinmə 38,1 faiz borcuna silinmə 18,17); xx.xx.2017-ci ildə 54,99 ABŞ dolları (əsas borca silinmə 30,5 faiz borcuna silinmə 24,29); xx.xx.2017-ci ildə 46,24 ABŞ dolları (əsas borca silinmə 25,85 faiz borcuna silinmə 20,39); xx.xx.2017-ci ildə 48,75 ABŞ dolları (əsas borca silinmə 28,95 faiz borcuna silinmə 19,8); xx.xx.2017-ci ildə 50,5 ABŞ dolları (əsas borca silinmə 31,15 faiz borcuna silinmə 19,35); xx.xx.2017-ci ildə 58,73 ABŞ dolları (əsas borca silinmə 40,13 faiz borcuna silinmə 18,6); xx.xx.2017-ci ildə 48,17 ABŞ dolları (əsas borca silinmə 30,55 faiz borcuna silinmə 17,62); xx.xx.2017-ci ildə 55,23 ABŞ dolları (əsas borca silinmə 37,6 faiz borcuna silinmə 17,63); xx.xx.2017-ci ildə 55,86 ABŞ dolları (əsas borca silinmə 55,86); xx.xx.2017-ci ildə 29,4 ABŞ dolları (əsas borca silinmə 29,4); xx.xx.2017-ci ildə 8,23 ABŞ dolları (əsas borca silinmə 7,98 faiz borcuna silinmə 0,03, cəriməyə silinmə 0,22); xx.xx.2017-ci ildə 38,23 ABŞ dolları (əsas borca silinmə 38,06 faiz borcuna silinmə 0,03, cəriməyə silinmə 0,14); xx.xx.2017-ci ildə 18,23 ABŞ dolları (əsas borca silinmə 17,69 faiz borcuna silinmə 0,07, cəriməyə silinmə 0,47); xx.xx.2017-ci ildə 54,11 ABŞ dolları (əsas borca silinmə 54,11 faiz borcuna); xx.xx.2017-ci ildə 54,7 ABŞ dolları (əsas borca silinmə 54,7 faiz borcuna); xx.xx.2018-ci ildə 55,88 ABŞ dolları (əsas borca silinmə 55,88 faiz borcuna); xx.xx.2018-ci ildə 54,11 ABŞ dolları (əsas borca silinmə 54,11 faiz borcuna); xx.xx.2018-ci ildə 55,88 ABŞ dolları (əsas borca silinmə 55,88 faiz borcuna); xx.xx.2018-ci ildə 55,29 ABŞ dolları (əsas borca silinmə 55,29 faiz borcuna); xx.xx.2018-ci ildə 54,71 ABŞ dolları (əsas borca silinmə 54,71); xx.xx.2018-ci ildə 55,29 ABŞ dolları (əsas borca silinmə 55,29 faiz borcuna); xx.xx.2018-ci ildə 54,71 ABŞ dolları (əsas borca silinmə 54,71 faiz borcuna); xx.xx.2018-ci ildə 54,71 ABŞ dolları (əsas borca silinmə 54,71 faiz borcuna); xx.xx.2018-ci ildə 58,82 ABŞ dolları (əsas borca silinmə 58,82 faiz borcuna); xx.xx.2018-ci ildə 79,71 ABŞ dolları (əsas borca silinmə 63,7 faiz borcuna faiz borcuna silinmə 16,01). Cəmi ödənilən məbləğ 2.227,67 ABŞ dolları, o cümlədən əsas borca silinmiş məbləğ 1.650 ABŞ dolları, faiz borcuna silinən məbləğlər 576,82 ABŞ dolları, cəriməyə silinən məbləğ 0,83 ABŞ dolları. Azərbaycan Respublikası Maliyyə X1 Apellyasiya Komissiyası tərəfindən İddiaçı müraciətinə xx.xx.2019-cu il tarixdə elektron informasiya sistemi vasitəsilə verilmiş cavab məktubunda bildirilmişdir ki, onun kredit tarixçəsi barədə kredit təşkilatları uçotunun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim edilmiş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X2 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı barəsində “xxxx” KB ASC tərəfindən kredit məlumatlarının Azərbaycan Respublikası Maliyyə X2 təqdim edilməməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı onun barəsində tətbiq edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “xxxx” KB ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar