Məhkəmə qərarları › İş №2-1(112)-3074/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3074/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3074/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, iddiaçılar İddiaçı6 və İddiaçı1, zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş X5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Bakı Şəhər Cavabdehnə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X7) qarşı “istismara icazənin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh tərəfindən tikinti obyektinin istismarına verilmiş xx.xx.2017-ci il tarixli Ə-301-159 saylı icazənin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 01 may 2017-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-cü məhəllə, bina 26 üzrə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydiyyatdan keçərək 1117- MM4-0046 saylı çıxarış və şəhadətnamə əsasında idarəçilik "xxxx" MMMC-yə təhvil verilmişdir. Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26-nın həyətində avtomobillərin yuma məntəqəsi (moyka kimi tanınan obyekt) binanın həyətində balkonların altında 3 metr aralıqda uzun müddətdir ki, qanunsuz fəaliyyət göstərirdi, məntəqədə istifadə edilən suyun və tozsoranın səsi yaşamağı dözülməz hala gətirib çıxarmışdı. Sakinlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etdi. Hər 2 nazirlik tərəfindən avtoyuma məntəqəsinə baxış keçirildi, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən səsin normadan yüksək olması, Fövqəladə Hallar Nazirliyindən isə avtoyuma məntəqəsinin qeyri-qanuni tikinli olması barədə aktlar verildi və bu aktların əsasında avtoyuma məntəqəsinin sökülməsi tələbi ilə məhkəməyə müraciət olunması tövsiyə edildi. İddiaçı Nərimanov Rayon Məhkəməsinə ("xxxx" MMC-nin hüquqi ünvanı Nərimanov rayonu olduğu üçün) müraciət etmiş, Nərimanov Rayon Məhkəməsi tərəfindən dərhal moykanın fəaliyyətinin dayandırılması barədə qərardad qəbul edildi, həmin qərardad Bakı şəhər Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də təsdiqləndi. Bildirilir ki, 04 avqust 2017-ci il tarixdən avtomobillərin yuma məntəqəsinin fəaliyyəti dayandırılmış, üzərinə Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin avtoyuma məntəqəsi bağlanmış və möhür vurulmuşdur. Yasamal rayon icra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdehnə avtomobillərin yuma məntəqəsinə nəzarət edilməsi barədə məktub göndərilmişdi. Nərimanov rayon Məhkəməsi xx.xx.2018-ci il tarixdə avtoyuma məntəqəsinin "xxxx" MMC-nin hesabına sökülməsi barədə qətnamə qəbul etdiyi halda, Bakı şəhəri, Cavabdeh Başçısmin vəzifəsini icra edən zaman Səməd İslamov qanunsuz olaraq və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixdə Cavabdehnə göndərdiyi məktuba məhəl qoymadan xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən ünvanda avtoyuma məntəqəsinin istismarına icazə vermiş, əsasını isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən (xx.xx.2017-ci il tarixdə qeyri-qanuni tikili olması barədə akt mövcud olduğu halda) xx.xx.2017-ci il tarixdə tərtib edilən razılaşdırmanın olmasını qeyd etmişdir. Lakin FHN-dən xx.xx.2020-ci il tarixli məktubla bildirildi ki, onlar tərəfindən heç bir razılaşdırma barədə rəy verilməmişdir. Məkyubun surəti iddia ərizəsinə əlavə olunur. Beləliklə, X7 məhkəmə proseslərinə məhəl qoymadan, məhkəmənin qətnaməsindən 2 (iki) ay sonra xx.xx.2018-ci il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətindən sahə mülkiyyətçilərinin ümumi əmlakını natura şəklində ayıraraq ünvan 3 ünvanla Zahid Xəlilov küçəsi 78 B) binanın həyətində yerləşən yuma məntəqəsinə çıxarışı qanunsuz və saxtakarlıqla əldə etmişdir. Bildirilir ki, idarəçilik mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaranmasından sonra binanın həyətində hər hansı bir tikintinin aparılması yalnız mənzil mülkiyyətçilərinin birgə razılaşması əsasında həyata keçirilir, istənilən obyekt yalnız cəmiyyətin adına təsərrüfat fəaliyyəti kimi sənədləşdirilə bilər.

3. Məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə X7 hazırki iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək mübahisələndirən inzibati aktın iddiaçıların hüquqi marağına toxunan halları barədə ətraflı məlumatı və buraxılmış müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizəni təqdim edilməsi təklif etmişdir.

5. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıların sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daha sonra qeyd olunmalıdır ki, iddiaçılar öz iddia ərizəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə istinad edirlər, halbuki həmin qətnamədən üçüncü şəxs X7 apellyasiya şikayəti vermiş və sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-144/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmişdir. Hal-hazırda iddiaçılar tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-144/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. İş Ali Məhkəmənin icraatındadır. Hesab edir ki, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinin məqsədi məhz sözügedən kassasiya şikayətinin baxılmasının dayandırılmasıdır. Bundan əlavə, iddia ərizəsində göstərilmiş "xxxx" MMMC-yə gəldikdə isə qeyd olunmalıdır ki, həmin qurum Bakı İnzibati Məhkəməsinə müraciət edərək hal-hazırda mübahisə olunan obyektə verilmiş Çıxarışın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 7 may 2021-ci il tarixli 2-1(112)-139/2021 nömrəli qərarı ilə iddia təmin olunsa da, üçüncü şəxs X5 apelyasiya şikayəti təmin olunmuş , Bakı Apellyasiya Məhkəməsinin 4 may 2022ci il tarixli 2-1(103)-209/2022 saylı Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 7 may 2021-ci il tarixli 2-1(112)-139/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi isə mümkün sayılmamışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-1274/2022 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(103)-209/2022 saylı Qərardad qüvvədə saxlanılmışdır. Beləliklə, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək subyektiv hüququ olmadığından iddia ərizəsinin mümkün sayılmamasını xahiş etmişdir.

6. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, icazə sənədləri fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında 01 may 2017-ci il tarixli Şəhadətnaməyə sasən "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən “ünvan 4 ünvanı ünvan 5quqi ünvanıdır. Fəaliyyət ərazisi ünvan 7 saylı evdir. Qanuni təmsilçisi İddiaçı6dur.

9. İş materiallarında olan Cavabdeh Başçısının Tikinti obyektinin istismarına xx.xx.2017-ci il tarixli Ə-301-159 nömrəli icazəyə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin xx.xx.2017-ci il tarixli razılaşdırması nəzərə alınaraq təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq ünvan 8 ünvanında avtoyuma məntəqəsi 29 dekabr 2017-ci il tarixindən X6 tikinti obyektinin istismarına icazə verilsin.

10. İş materiallarında olan Cavabdeh Başçısının 10 yanvar 2018-ci il tarixli məktubunda bildirilmişdir ki, avtoyuma məntəqəsinə baxış keçirilmiş və Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin xx.xx.2017-ci il tarixli rəyini nəzərə alaraq tikinti obyektinin istismarına icazə verilmişdir. Bunları nəzərə alaraq X6 məxsus qeyd edilən avtoyuma məntəqəsinin sənədlərinin rəsmiləşdirilməsinə və obyektin özəlləşdirilməsinə etiraz etməmişdir.

11. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ö/001742 nömrəli istismara hazırlıq aktına əsasən Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 ünvanında yerləşən avtoyuma məntəqəsinin tikintisinin başlanması xx.xx.2017-ci il, qurtarması xx.xx.2018-ci il, binanın ümumi sahəsi 33,36 kv.m., tikintialtı sahəsi 36,21 kv.m.-dir.

12. Sakinlərin müraciətinə cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti tərəfindən xx.xx.2020-ci il tarixi məktubla bildirilmişdir ki, ünvan 9 ünvanında X5 adına rəsmiləşdirilən qeyri-yaşayış obyektinə Fövqəladə Hallar Nazirliyinin X8 Xidməti tərəfindən razılaşdırılma barədə rəy verilməmişdir.

13. Sakinlərin müraciətinə cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən bildirilmişdir ki, araşdırma zamanı binanın həyətində fəaliyyət göstərən avtoyuma məntəqəsini tikintisinə dair heç bir icazəverici sənəd təqdim edilmədi. "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2003-cü il tarixli 549 saylı Sərəncamına əasən Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edildiyindən həmin məsələ ilə bağlı MMCnin rəhbərliyinə və ya məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

14. Vəkil sorğusuna cavab olaraq Azərbayca Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 10 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına rəsmiləşdirilən qeyriyaşayış obyektinə Fövqəladə Hallar Nazirliyi X8 Xidməti tərəfindən razılaşdırılma barədə rəy verilməmişdir.

15. Qüvvədə olan yekun məhkəmə qərarına əsasən iddiaçı "xxxx" MMMC-nin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7 və Bakı şəhəri Cavabdeh) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

16. İddiaçılar tərəfindən təqdim edilmiş “X4” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ünvan 11 ünvanla Zahid Xəlilov küçəsi 78B) ünvanında yerləşən tədqiqat obyektinin (avtoyuma məntəqəsi) üç tərəfdən hündürlüyü 60 sm ölçüdə olan dəmirbetonun üzərində, yığma metal kontstruksiyadan quraşdırılmış birmərtəbəli qeyri-yaşayış sahəsi olduğu, qeyri-yaşayış sahəsinin döşəməsinin metlaxla, divarlarının və tavanının daxildən “lambri” plastik təbəqələrlə üzləndiyi müəyyən edilir. Tədqiq olunan obyektin daxilində avtoyuma məntəqəsi üçün nəzərdə tutulmuş müvafiq qurğu və avadanlıqlar vardır. Qeyri-yaşayış sahəsi mövcud 9 mərtəbəli yaşayış binasından 5,0 metr məsafədə yerləşir.

17. Məhkəmə tərəfindən iddiaçıların iştirakı ilə obyektin yerində müayinəsi zamanı müəyyən olunmuşdur ki, Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 ünvanında yerləşən bina qapalı şəkildə inşa edilmiş, binanın həyətinə eyni istiqamətdə yerləşən iki tərəfdə giriş var, avtoyuma məntəqəsi binadakı qapalı həyətdə, iddiaçılar tərəfindən təqdim edilmiş mütəxəssis rəyində təsvir edilən vəziyyətə uyğun olmaqla 7 və 8-ci bloklara girişin bir xeyli yaxınlığında inşa edilmiş (quraşdırılmış), birinci mərtəbənin yerdən hündürlüyü vizual müşahidəyə əsasən təqribən 1 metrə qədərdir. Bina böyük kompleks olduğundan, sakinlərə məxsus nəqliyyat vasitələri binanın həyətində saxlanılır, bu səbəbdən binanın həyətinə giriş-çıxış imkanları məhduddur. İddiaçılardan İddiaçı2 8-ci blok 1 və 2-ci mərtəbədə, İddiaçı3 8-ci blok 4-cü mərtəbədə, İddiaçı1 8-ci blok 3-cü mərtəbədə, İddiaçı5 8-ci blok 8-ci mərtəbədə, İddiaçı4 7-ci blok 1-ci mərtəbədə, İddiaçı7 7-ci blok 1-ci mərtəbədə, İddiaçı6 2-ci blok 9-cu mərtəbədəki mənzillərində yaşamaqla həmin mənzillərin sakinləridir.

18. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçılar İddiaçı6 və İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdilər.

19. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın təmin edilməməsini xahiş etdi.

20. Cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

21. İddianın tələbi istismara icazənin ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır.

22. İnzibati icraat haqqında Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

23. Məhkəmə müəyyən edir ki, bina sakinləri avtoyuma məntəqəsinə dair hüquqmüəyyənedici sənədləri (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) mübahisələndirmiş, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin çıxarışın verilməsi üçün əsas olan sənəd cavabdeh qurum tərəfindən qəbul edlmiş istismara icazə sənədidir. Bundan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

24. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

27. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

28. Mübahisələndirilən istismara icazə sənədinin (inzibati aktın) iddiaçılara nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır.

29. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

31. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 02№-li qərardadından:

29. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır.

31. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir.

32. Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında19 may 2016-cı il Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 nömrəli Fərmanından:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıqplanlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir; 1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının siyahısı aşağıdakı kimi müəyyən edilir:

1. İstehsal sahələri obyektləri

2. Sosial təyinatlı obyektlər.

3. İnzibati obyektlər.

4. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri obyektləri

34. Məhkəmə hesab edir ki, avtoyuma məntəqəsi digər növ xidmət sahələri obyektlərinə aiddir.

35. Beləliklə, bir tərəfdən ünvan 9 ünvanında X5 adına rəsmiləşdirilən qeyri-yaşayış obyektinə dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ö/001742 nömrəli obyektin istismara hazırlıq aktı məhkəməyə təqdim edilmiş, digər tərəfdən isə sakinlərin müraciətinə cavab olaraq Fövqəladə Hallar Nazirliyinin X8 Xidməti tərəfindən həmin obyektə dair razılaşdırılma barədə rəy verilmədiyi bildirilmişdir. Cavabdeh qurum mübahisələndirilən aktda məhz Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin razılaşdırılmasına istinad etmişdir (həmin razılaşdırma məhkəməyə təqdim edilməmişdir).

36. Beləliklə, məhkəmə qeyd edir ki, müvafiq icazə verilən zaman qüvvədə olan qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş istismara hazırlığı barədə rəyə əsasən yerli icra hakimiyyəti orqanı həmin obyektin istismarına icazə verməli olduğu halda, iş materiallarında olan istismara hazırlıq aktı xx.xx.2018-ci il tarixli (tikintinin başlanması xx.xx.2017-ci il, qurtarması xx.xx.2018-ci il qeyd edilməklə), tikinti obyektinin istismarına icazə isə ondan əvvəl, xx.xx.2017-ci il tarixlidir.

37. Qeyd edilən hallara əsasən üçüncü şəxs həmin inzibati aktın məzmunun etimadının qanunla qorunması hüququna istinad edə bilməz.

38. Bununla yanaşı, məhkəmə qeyd edir ki, yerində müayinə zamanı müəyyən olunmuşdur ki, avtoyuma məntəqəsi binadakı qapalı həyətdə, iddiaçıların yaşadığı mənzillərin yerləşdiyi girişlərin lap yaxınlığında quraşdırılmışdır. Məhkəmə hesab edir ki, obyektin istismarına icazə verilərkən cavabdeh tərəfindən avtoyuma məntəqəsinin fəaliyyətinin və yerləşməsinin xüsusiyyətləri (qapalı həyətdə girişə bir neçə metr yaxınlıqda yerləşməsi, sutka ərzində istismar olunması imkanı və istifadə zamanı yaratdığı səs-küy), qapalı həyətə giriş-çıxışın sakinlərə yaratdığı məhdudiyyətlər nəzərə alınmamış və bu da bina sakinlərinin haqlı etirazına səbəb olmuşdur.

39. Şəhərsalma və Tikinti Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi əhali üçün sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin (şəraitinin) yaradılması məqsədlərinə xidmət edir.

40. Odur ki, məhkəmə hesab edir ki, həmin avoyuma məntəqəsi iş və istirahət mühitinin (şəraitinin) yaradılması məqsədlərinə xidmət etmədiyindən şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun hesab edilə bilməz və qeyd edilən halın müəyyən edilməsi üçün hər hansı xüsusi biliyə ehtiyac yoxdur, əraziyə vizual müşahidə yetərlidir.

41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 13 ünvanda (hazırda ünvan 14stismarına verilmiş xx.xx.2017-ci il tarixli Ə-301-159 saylı icazə (tikinti obyektinin istismarına icazə) ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar