Məhkəmə qərarları › İş №2-1(112)-3076/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3076/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3076/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Teymur Rauf oğlu İsmayılovun katibliyi, iddiаçı Xanalıyev Qədim Əliyar oğlunun (Bakı şəhərində qeydiyyatdadır.orta təhsilli, işləmir), cavabdehinn nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, məsləhətçi hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Xanalıyev Qədim Əliyar oğlunun cаvаbdеh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı «müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin qoyulması» barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Xanalıyev Qədim Əliyar oğlu cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiаçı Xanalıyev Qədim Əliyar oğlu xx.xx.1990-ci ildən xx.xx.1992-ci ilədək Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir, xx xxxxxx 1992-ci ildən xx xxxxxx 1994-cu ilədək N saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, döyüş əməlliyatlarında iştirak etmişdir. 2-ci qrup Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar əlildir. Hal-hazırda iddiaçı 5 nəfərdən ibarət ailəsilə birlikdə , sahəsi 38,6 kv.m kv km olan mənzildə yaşayır. İddiaçı hesab edir ki, bir nəfər üçün yaşayış sahəsi 9 kv.m olduğu üçün o, mənzil növbəsinə götürülməlidir. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri sənədləri təqdim etməklə mənzil növbəsinə götürülməsi haqqında ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin Xətai rayon İcra Hakimiyyəti 24.01. 2020-ci il tarixli cavab məktubu ilə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir.İmtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində mənzil var. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuna ziddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddia tələbinə dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki,iddiaçı Qarabağ Müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə alınmasını xahiş etmişdir. İddiaçının mülkiyyətində ünvan 1 mənzil 14 ünvanda olan, ümumi ahəsi 67,6 kv.m, yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqlı mənzil olduğundan, o, mövcud qanunvericiliyə əsasən mənzilə ehtiyacı olan şəxs hesab edilmir.Caavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiаçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаssızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə ona məxsus şəxsiyyət vəsiqəsini, cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli qərarını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyi barədə Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-ci il tarixli qərarını, iddiaçı barəsində cinayət işi istintaq olunmaması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli məktubunu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2019-cu il tarixli arayışını təqdim etmişdir. İş mateiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 90 nömrəli evin ,14 saylı mənzil xx.xx.2004-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 1972-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır, Qarabağ müharibəsi əlilidir. İddiaçı beş nəfərdən ibarət ailəsi ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan, ümumi sahəsi 67,6 kv.m, yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqdan ibarət mənzildə yaşayır. İddiaçı Qarabağ müharibəsi əlili olduğu üçün güzəştli mənzil uçotuna götürülməsini xahiş etmiş, cavabdeh tərəfindən isə iddiaçı mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyindən müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər”. İşin faktiki hallarına əsasən iddiaçı beş nəfərdən ibarət ailəsi ilə hazırda yaşadığı 3 otaqlı, ümumi sahəsi 67,6 kv.m, yaşayış sahəsi 38,6 kv.m olan mənzilin mülkiyyətçisidir. Belə olan halda o, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanuna uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Xanalıyev Qədim Əliyar oğlunun cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmu mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddiaçı Xanalıyev Qədim Əliyar oğlunun cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibatii kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar