Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3076/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Sumqayıt 4 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci dərəcə əlillik təyinatının bərpa olunmaqla 2-ci qrup əlillik təyinatının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdən təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək, ona yəni İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edirəm. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə doğulmuşdur. Onun barəsində MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri diaqnozu təyin olunaraq, ona İİ dərəcə əlillik təyin edilmişdir. O, uzun zamandır ki, bu xəstəlikdən əzab çəkir və xəstəliyinin müalicəsi də mümkün deyildir. O, hər dəfə ayrı-ayrı yoxlamalardan keçir. Agentlik tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********4 saylı saylı məktubda qeyd edilir ki, onun əlillik vəziyyəti 9 nömrəli şəhər poliklinikasının göndərişi əsasında Tibbi-Sosial Ekspertiza Komissiyasında əyani müayinə vasitəsilə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Məktubda həmçinin qeyd edilir ki, göndərişdə və tibbi sənədlərində qeyd edilən əsas xəstəlik və ağırlaşması (Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri, kəskin asteno nevrotik hal Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.5.20 bəndinə uyğun olaraq üçüncü dərəcə əlilliyin təyinatına əsas verir. O, həmin məktuba narazılığını bildirərək İİ dərəcə əlillik dərəcəsinin olduğu üçün bunun yenidən araşdırılaraq həqiqi əlillik təyinatının verilməsi barədə ərizəni təqdim etmişdir. Lakin ərizəsinə cavab olaraq Agentlik tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********0 saylı məktuba əsasən heç bir araşdırma aparılmadan eyni məzmunlu cavab verilmişdir. Təkrar məktubda qeyd edilir ki, ona xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Hal - hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.Onun barəsində MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri diaqnozu təyin olunaraq ona İİ dərəcə əlillik təyin edilmişdir. O, uzun zamandır ki, bu xəstəlikdən əzab çəkir və xəstəliyinin müalicəsi də mümkün deyildir. Səhhətində yaxşılaşma deyil, pisləşmənin olması davam etməkdədir. Lakin cavabdeh nazirlik ona məxsus İİ dərəcə əlillik dərəcəsini əsassız olaraq ləğv etmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, Sumqayıt 4 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan Agentlik iddiaya dair yazılı etirazında (münasibəti) göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti 9 saylı şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.6 -İkitərəfli qarışıq konduktiv və ..., Diaqnozun mətni: iki tərəfli koxlear nevrit. Ağır eşitmə İİ dərəcə..” “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: iki tərəfli koxlear nevrit” səbəbi ilə bir il müddətinə verilmişdir. 9 saylı şəhər Poliklinikasının xx.xx.2008-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: Vİİİ Sinif-Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.6- İkitərəfli qarışıq konduktiv və ..., Diaqnozun mətni: iki tərəfli koxlear nevrit. Ağır eşitmə İİ dərəcə. Hipertoniya xəstəliyi İİ m. Şəkərli diabet İİ tip. Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: iki tərəfli koxlear nevrit.” səbəbi ilə bir il müddətinə verilmişdir. 9 saylı şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G04 - Ensefalit, mielit və ensefalomielit => G04.0 - Kəskin disseminə olunmuş ensefalit., Diaqnozun mətni: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri Ensefalopatiya Hipertoniya xəst İl m. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G04 - Ensefalit, mielit və ensefalomielit => G04.0 - Kəskin disseminə olunmuş ensefalit, Diaqnozun mətni: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri Ensefalopatiya Hipertoniya xəst İİ m., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.” səbəbi ilə beş il müddətinə verilmişdir. Daha sonra iddiaçı barədə əlillik müddətinin bitməsi ilə əlaqədar 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi Agentliyə daxil olmuşdur. Həmin göndəriş əsasında Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmişdir. Beləliklə, 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi və əyani müayinənin nəticəsi əsasında əsasında “Səbəbi: Ümumi xəstəlik; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G00 - Digər rubrikalarda təsnif olunmayan bakterial meningit => GOO.O - Qrippoz meningit, Diaqnozun mətni: G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianin qalıq əlamətləri (difteriya) Ağırlaşma F48.8 Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik hal, Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90- 90.8).” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Ona verilən əlillik dərəcəsi ilə razılaşmayan vətəndaş yenidən Agentliyə bununla bağlı müraciət ünvanlamış və ona Agentlik tərəfinən qanunvericiliyə uyğun olaraq müvafiq qaydada cavab verilmişdir. Sonuncu dəfə Sumqayıt 4 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Diaqnozun mətni: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, mərkəzi sinir sisteminin keçirilmiş iltihabi (difteriya) xəstəliyindən sonrakı” vəziyyət. Dəqiqləşdirilməmiş ensefalopatiya, ensefalopatiya. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, vegetativ disfunksiya. Eşitmənin konduktiv və neyrosensor itirilməsi, iki tərəfli koxliyar nevrit. neyrosensor agireşitmə İV dərəcə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, diabetik retinopatiya Essensial (birincili) hipertenziya, arterial hipertoniya İİ mərhələ. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2. Presbiopiya, Presbiopiya., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edən müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırıİmiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini aitsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Göründüyü kimi, Poliklinikanın sonuncu göndərişi TSEK tərəfindən əlilliyin qiymətləndirməsini aparmaq üçün xəstəliklə bağlı zəruri məlumatları özündə əks etdirmədiyindən qiymətləndirmə aparmaq mümkün olmaması səbəbilə mərkəzə geri göndərilmişdir. Üçüncü şəxsin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı və onun nümayəndəsi X5 ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə icasında iştirak etmiş, cavabdeh Agentliyin nümayəndəsi X4 məhkəmə iclasında yazılı etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddiaçı xəstəliyə görə ona təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirilmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İşin halları. İş materiallarında olan; AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı ildə Göyçay rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı aid aşağıdakı; - 9 saylı şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında xx.xx.2007ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİİİ sinif- Qulağın və məməyəbənzər çıxıntıların xəstəlikləri =>H90-H95-Qulağın digər xəstəlikləri =>H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi =>90.6-ikitərəfli qarışıq konduktiv və…. Diaqnozun mətni: iki tərəfli koxler nevrit.Ağır eşitmə İİ dərəcə…Meyar: 2.3 Üçüncü dərəcə əlillik =>Digər: iki tərəfli koxlear nevrit. - xx.xx.2014-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİİİ sinif-Qulağın və məməyəbənzər çıxıntıların xəstəlikləri =>H90-H95-Qulağın digər xəstəlikləri =>H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi =>90.6-ikitərəfli qarışıq konduktiv və…. Diaqnozun mətni: iki tərəfli koxler nevrit. Ağır eşitmə İİ dərəcə. Hipertoniya xəstəliyi İİ m Şəkərli diabet İİ tip…Meyar: 2.3 Üçüncü dərəcə əlillik =>Digər: iki tərəfli koxlear nevrit. İmtina edilmənin səbəbi-əlillik dərəcəsinin ağırlaşması. - xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09-Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G04-Ensefalit, melit və ensefalomielit=>G04.0-Kəskin disseminə olunmuş ensefalit..Diaqnozun mətni: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri Ensefalopatiya hipertoniya xəst İİ m..Meyar: 2.2 ikinci dərəcəli əlillik=>Digər:MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri… - 9 saylı şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09-Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G04-Ensefalit, melit və ensefalomielit=>G04.0-Kəskin disseminə olunmuş ensefalit..Diaqnozun mətni: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri Ensefalopatiya hipertoniya xəst İİ m..Meyar: 2.2 ikinci dərəcəli əlillik=>Digər: MSS iltihabi xəstəliyi keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri… - Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan (xx.xx.2021-ci il tarixli) müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. - xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09-Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G00 - Digər rubrikalarda təsnif olunmayan bakterial meningit=>G00-Qrippoz meningit..Diaqnozun mətni G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriay)…Ağırlaşma F48.8 Digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik ha..Meyar: 2.3 Üçüncü dərəcə əlillik=>2.5.20 anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) - 9 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi və əyani müayinənin nəticəsi əsasında xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİ sinif-Sinir sistemi xəstəlikləri=>G00-G09-Mərkəzi sinir Sisteminin iltihabi xəstəlikləri =>G00—Digər rubrikalarda təsnif olunmayan bakterial meningit=>G00-Qrippoz meningit..Diaqnozun mətni G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəlilərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriay)…Ağırlaşma F48.8 Digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar, kəskin asteno nevrotik ha..Meyar: 2.3 Üçüncü dərəcə əlillik=>2.5.20 anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. - Agentliyin xx.xx.2021-ci il tarixli Protokoluna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq İddiaçı xx.xx.2021-ci il tarixli qərarla ümumi əsaslarla 5 (beş) il müddətinə İİİ qrup əlillik təyin olunmuşdur. - Sumqayıt 4 saylı şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirmə aparılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Diaqnozun mətni: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, mərkəzi sinir sisteminin keçirilmiş iltihabi (difteriya) xəstəliyindən sonrakı” vəziyyət. Dəqiqləşdirilməmiş ensefalopatiya, ensefalopatiya. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, vegetativ disfunksiya. Eşitmənin konduktiv və neyrosensor itirilməsi, iki tərəfli koxliyar nevrit.neyrosensor agireşitmə İV dərəcə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, diabetik retinopatiya Essensial (birincili) hipertenziya, arterial hipertoniya İİ mərhələ. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2. Presbiopiya, Presbiopiya., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edən müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən verilmiş **********0 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Ona xx.xx.2021-ci ildən “ümumi xəstəlik” səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “G09 mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, keçirilmiş neyroinfeksianın qalıq əlamətləri (difteriya). Ağırlaşma F48.8 digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik hal” diaqnozu müddətsiz üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Hal-hazırda səhhətində ağırlaşmalar əmələ gəlibsə, yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 184/2023 saylı (ekspertizanın başlanma tarixi 23 fevral 2023-cü il, başa çatma tarixi 29 mart 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyn edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Rəydə göstərilmişdir ki, tibbi müayinə zamanı İddiaçı vəziyyətinin Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdur, lakin xəstəliklər kəskinləşərkən vəziyyətinin ağırlığından asılı olaraq stasionar, yaxud ambulator müalicəyə cəlb edilə bilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X7 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz.
Məhkəmənin mövqeyi. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə iddiaçıda aşkar olunan xəstəlik müəyyən olunmuşdur: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14). İş materiallarından görünür ki, həmin xəstəliklə bağlı olaraq iddiaçının adına xx.xx.2021-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, eyni diaqnozla iddiaçıya əvvəllər (xx.xx.2015-ci il tarixdə bir il müddətinə; xx.xx.2016-cı il tarixdə 5 il müddətinə) İİ dərəcə əlillik təyin olunmuşdur. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.1966cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunmuş üçüncü dərəcəli əlilliyin dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev