Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3078/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-2002-ci təqvim illəri ərzində istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04.08.1998-17.01.2004-cü il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi Əks Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyində zabit vəzifələrində xidmətdə olmuş və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “q” bəndi ilə (ştatların ixtisarına görə) ehtiyata buraxılmışdır. 2004-cü ildən DİN-nin Daxili Qoşunlarında xidmətini davam etdirmiş və 18.04.2018-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu) ilə ehtiyata buraxılmışdır. 1998, 1999, 2000, 2001, 2002 və 2003-cü təqvim illərində keçmiş MTN-də xidmətdə olarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istifadə etməmişdir. Daxili Qoşunlarda xidmətdə olarkən istifadə etmədiyi məzuniyyət barədə keçmiş MTN-ə (indiki DTX-yə) müvafiq sorğular verilmişdir. Sorğu cavablarına əsasən 2003, 2004-cü təqvim illərinə görə ödənilsə də, 1998, 1999, 2000, 2001 və 2002-ci illərə görə istifadə olunmamış məzuniyyət günləri əvəzinə kompensasiyalar ödənilməmişdir. Pretenziya qaydasında etdiyi müraciətlərə cavab verildiyindən, qeyd edilən illərin (1998, 1999, 2000, 2001 və 2002) kompensasiyalarının ödənilməsi üçün mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 dekabr 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair 13-1/57 №li 18.01.2021-ci il tarixli münasibətdə (etiraz) göstərmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 04.08.1998-ci il tarixdən 17.01.2004-cü il tarixədək Azərbaycan Respublikası PYXİ, HƏKX və MTN-də zabit vəzifəsində xidmətdə olmuş və "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “q" bəndi ilə (ştatların ixtisarına görə) ehtiyata buraxılmış, 2004-cü ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirmiş və 18.04.2018-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmış, 1998, 1999, 2000, 2001, 2002 və 2003-cü təqvim illərində keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş növbəti məzuniyyətlərdən istifadə etməmişdir. Bundan başqa, iddiaçı ərizəsində qeyd etmişdir ki, Daxili Qoşunlarda xidmətdə olarkən istifadə etmədiyi məzuniyyət günləri barədə keçmiş Milli Təhlükəsizlik Nazirliyinə (indiki Dövlət Təhlükəsizlik Xidməti) müvafiq sorğular verilmiş, sorğu cavablarına əsasən 2003 və 2004-cü təqvim illərinə görə kompensasiya ödənilsə də, 1998-2002-ci illərə istifadə olunmamış məzuniyyət günlərinin əvəzinə kompensasiya ödənilməmişdir. İddiaçının ərizəsini əsassız hesab edirlər və aşağıda göstərilən səbəblərə görə iddia təmin olunmamalıdır. Belə ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu, ehtiyatda olan polkovnik- leytenant İddiaçı 16 iyun 2004-cü il tarixdən 18 aprel 2018-ci il tarixədək Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş və daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 18 aprel 2018-ci il tarixli 43 nömrəli əmrinə əsasən Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu iə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü i tarixli Qərarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarına əsasən 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası və məbləği müəyyən edilmişdir. Həmin Qərarın 2-ci bəndinə əsasən 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim ərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən stifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün stifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qədər qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vumaqla müəyyən edilir. Bu Qərarın 3.1-ci maddəsinə əsasən 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda isə, kompensasiyanın ödənilməsi üçün 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla məbləğ müəyyən olunur. Sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Husa oğlu daxili işlər nazirinin müavini-daxili qoşunların komandanına ərizə ilə müraciət edərək, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin tərkibində xidmət etdiyi müddət ərzində süfadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının verilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Müraciətlə bağlı İdarə tərəfindən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsindən daxil olmuş 12/15/1724 nömrəli 15.02.2019-cu il tarixli (məxfi) məktubdan məlum olur ki, sabiq hərbi qulluqçu İddiaçı 04.08.1998-ci il tarixdən 17.01.2004-cü il tarixədək MB Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə etmiş və bununla bağlı ona müvafiq ödənişlər həyata keçirilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı 1998-2002-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə etdiyindən və bununla bağlı ona müvafiq ödənişlər həyata keçirildiyindən qeyd olunan normativ hüquqi aktın tələbi ona şamil olunmamışdır. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı X3 Daxili Qoşunlarının Baş idarəsinə qarşı “istifadə olunmamış növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsinə dair” iddiası əsassız və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarının tələblərinə zidd olduğundan təmin edilməməlidir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məhkəməyə təqdim etdiyi iddiaya dair münasibətdə (etiraz) göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 1998-ci ilin may ayında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə həqiqi hərbi xidmətə qəbul edilərək, əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. 2004-cü ilin yanvar ayında “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. "1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarının 3.2-ci bəndinə müvafiq olaraq istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi halları nəzərə alınır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı adına olan pul təminatı şəxsi vərəqəsində mövcud qeydlərə əsasən 1998-2002-ci illərdə həqiqi hərbixidmətdə olduğu dövrdə istifadə etdiyi məzuniyyətlərlə bağlı ödənişlərin aparılması barədə müvafiq qeydlər aparılmışdır. Eləcə də həmin dövr ərzində iddiaçının növbəti məzuniyyətdən geri çağırılması ilə bağlı hər hansı əmr mövcud olmamışdır. Həmçinin bildirirlər ki, 1 saylı Bakı İnzibati-iqtisadi Məkəməsinin 2-1(81)-1567/2016 nömrəli, 23.07.2016-cı il tarixli, 2-1(81)-1568/2016 nömrəli, 20.04.2016-cı il tarixli Qərarları ilə cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı irəli sürülmüş eyni məzmunlu iddia tələbləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1486/16 nömrəli 10.08.2016-cı il tarixli və 2-1(103)-1870/2016 nömrəli 19.09.2016-cı il tarixli qərarları ilə apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı inzibati-iqtisadi Məkəməsinin sözügedən qərarları qüvvədə saxlanılmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1486/2016 nömrəli 10.08.2016-cı il tarixli qərarından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1 (102)-2089/2016 nömrəli 28 dekabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 2- 1(102)-2089/2016 nömrəli 28 dekabr 2016-cı il tarixli qərarın “Əsaslandırıcı hissə”sinin 7-ci abzasında iddiaçının növbəti məzuniyyətlə bağlı digər aidiyyəti sənədlərinin məhv olması nəzərə alınaraq, pul təminatı şəxsi vərəqəsində göstərilən dövr üçün növbəti məzuniyyətdən istifadə edilməsi barədə aparılmış müvafiq qeydlər əsas götürülmüşdür. Bundan əlavə hazırki iddiada qeyd olunan Ali Məhkəmənin 2-1(102)-2721/2019 nömrəli 20 noyabr 2019-cu il tarixli qərarının “Əsaslandırma hissəsi”nin 4-cü abzasında iş materiallarına iddiaçıya məzuniyyət verilməsi haqqında əmrlərin surətlərinin əlavə edilməsi işin halı kimi qeyd olunmuşdur və həmin əmrlərin mütləq qaydada təqdim olunması tələbi qərarda nəzərdə tutulmamışdır. İddiaçı 01.04.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin etiraz ərizəsinə dair rəydə DTX tərəfindən məhkəməyə təqdim olunmuş pul təminatı şəxsi vərəqədən çıxarışlara əsasən, 1998-2002-ci təqvim illərində növbəti məzuniyyətdən istifadə olunma barədə yalnız: 1998-ci ilə görə 10.12.1998-24.12.1998-ci il tarixdə, 1999-cu ilə görə isə 30.11.1999-13.01.2000-ci il tarixlər qeyd olunduğunun nəzərə alınmaqla, 2000, 2001 və 2002-ci təqvim illərinə görə (135 gün) istifadə olunmamış məzuniyyət günləri əvəzinə kompensasiyanın ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında məhkəmə tərəfindən İddiaçı İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, həmin Məcəllənin 54-cü maddəsinin tələblərinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı tələbini dəqiqləşdirməkdən imtina etmiş və məhkəmədən 01.04.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizənin nəzərə alınmaqla, ilkin olaraq məhkəməyə müraciət etdiyi iddia tələbinə münasibətdə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. 20.05.2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və 3-cü şəxs müvafiq olaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin nümayəndəsi X2 iddianı qəbul etməyərək, etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək, etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, İddiaçı 04 avqust 1998ci ildən 17.01.2004-cü ilədək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi Əks Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi tərəfindən verilmiş 13 №li 18.01.2021-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, arxiv sənədlərinə istinadən polkovnik- leytenant İddiaçı Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: 1.Daxili işlər nazirinin 10.06.2004-cü il tarixli 1247 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 16.06.2004-cü il tarixli 62 №-li n/h üzrə əmrilə Mingəçevir ŞHKdan ehtiyatdan gəlmiş hesab edilərək, DQBİ-nin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 16 iyun 2004-cü il tarixdən Daxili qoşunların komandanının sərəncamında hesab edilmişdir; 2. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 28.06.2004-cü il tarixli 25 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 01.07.2004-cü il tarixli 154 №-li əmrilə Daxili qoşunların komandanının sərəncamından gəlmiş hesab edilərək xüsusi təyinatlı taborda kəşfiyyat rəisi vəzifəsinə təyin edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; 3. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 25.11.2004-cü il tarixli 44 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 06.12.2004-cü il tarixli 286 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə getmiş hesab edilmişdir; 4. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 25.11.2004-cü il tarixli 44 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 06.12.2004-cü il tarixli 294 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, hərbi-elmi şöbədə zabit vəzifəsinə təyin edilmişdir; 5. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 28.08.2007-ci il tarixli 16 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 30.08.2007-ci il tarixli 213 №-li əmrilə növbəti “mayor” hərbi rütbəsi verilmişdir; 6. Daxili işlər nazirinin 14.08.2008-ci il tarixli 1693 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 01.09.2008-ci il tarixli 203 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün DQBİ-yə getmiş hesab edilmişdir; 7. Daxili işlər nazirinin 14.08.2008-ci il tarixli 1693 №-li ş/h üzrə əmrinə əsasən Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının 03.09.2008-ci il tarixli 87 №-li n/h üzrə əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək DQBİ-nin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə şəxsi heyət üzrə idarənin mənəvi-psixoloji hazırlıq şöbəsində baş zabit vəzifəsinə təyin edilmişdir; 8. Daxili işlər nazirinin 29.02.2012-ci il tarixli 487 №-li ş/h üzrə əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 05.03.20012-ci il tarixli 25 №-li n/h üzrə əmrilə şəxsi heyət üzrə idarənin mənəvi-psixoloji hazırlıq şöbəsində baş zabit vəzifəsindən azad edilib, şəxsi heyət üzrə idarədə kadrlar şöbəsi rəisinin müavini vəzifəsinə təyin edilmişdir;
9. Daxili işlər nazirinin 26.09.2012-ci il tarixli 2018 №-li ş/h üzrə əmrinə əsasən Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının 01.10.2012-ci il tarixli 104 №-li n/h üzrə əmrilə növbəti “polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir; 10. Daxili işlər nazirinin 28.04.2015-ci il tarixli Ə1076ş/h-001-15 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavinidaxili qoşunların komandanının 01.05.2015-ci il tarixli 48 №-li n/h üzrə əmrilə şəxsi heyət üzrə idarədə kadrlar şöbəsi rəisinin müavini vəzifəsindən azad edilib, şəxsi heyət üzrə idarədə mənəvi-psixoloji hazırlıq şöbəsi rəisinin müavini vəzifəsinə təyin edilmişdir; 11.Daxili işlər nazirinin 21.02.2018-ci il tarixli Ə358ş/h-001-18 №-li əmrinə əsasən Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 18.04.2018-ci il tarixli 43 №-li n/h üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq şəxsi heyət üzrə idarədə mənəvi-psixoloji hazırlıq şöbəsi rəisinin müavini vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla DQBİ-nin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilmişdir (qeyd olunan əmrlərin surətləri arxiv arayışına əlavə olunmuşdur). Hazırda iddiaçı 1998-2002-ci təqvim illəri ərzində xidmət etdiyi dövr ərzində istifadə olunmamış növbəti məzuniyyətlərin əvəzinə kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi 07.01.2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, müraciətlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsindən daxil olmuş müvafiq məktubdan məlum olur ki, 04.08.1998-ci il tarixdən 17.01.2004-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə etmiş və bununla bağlı ona müvafiq ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarına əsasən 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası və məbləği müəyyən edilmişdir. Həmin Qərarın 2-ci bəndinə əsasən 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. Bu Qərarın 3.1-ci maddəsinə əsasən 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda isə, kompensasiyanın ödənilməsi üçün 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla məbləğ müəyyən olunur. Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə etdiyindən və bununla bağlı ona müvafiq ödənişlər həyata keçirildiyindən həmin qərarın tələbləri ona şamil olunmur. Aşağıdakı hüquqi məsələlərə əsasən məhkəmə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2014-cü il tarixli qərarından görünür ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikasının 11.05.2010-cu il tarixli, 1005-İİİQD nömrəli Qanununda qeyd olunur ki, həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin 20-ci abzasına və “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinin ikinci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən müvafiq dövlət orqanları istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablayarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma aparmalı, hərbi qulluqçuların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edibetməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə almalıdırlar. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş (məhkəmə tərəfindən əsillərinə baxış keçirilərək, surətləri işə əlavə olunmuş) Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İddiaçı 1998-2002-ci il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə-Hərbi Əks-kəşfiyyat Xidmətində və Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə ona hesablanan pul təminatı və növbəti məzuniyyətlərindən istifadə edib-etmədiyini əks etdirən pul təminatı şəxsi vərəqələrindən müəyyən olunmuşdur ki, İddiaçı 1998, 1999, 2000, 2001 və 2002-ci illərdə növbəti əmək məzuniyyətlərindən istifadə etmişdir. İddiaçı tərəfindən də 01.04.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş ərizədə qeyd olunan pul təminatı şəxsi vərəqədən çıxarışlarda olan məlumatlar 1998 və 1999-cu illərə münasibətdə etiraf olunmuş, 2000, 2001 və 2002-ci təqvim illərinə münasibətdə isə həmin məlumatlar mübahisələdirilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69, 75 və 85.1cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev