Məhkəmə qərarları › İş №2-1(112)-3078/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3078/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3078/2023 25.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1956-cı ilin 30 may tarixində anadan olmuş İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST" mərkəzinə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.Həmin ərizə aidiyyəti üzrə DSMF- nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala göndərilmişdir. Mərkəzi Filial İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli **********5 saylı cavabda göstərmişdir ki, təqdim edilmiş əmək kitabçasına və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışına əsasən ümümi sığorta stajı xx.xx.2006cı il tarixinədək 18 il 2 ay 20 gün olduğundan tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 18 il 2 ay 20 gün sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 13877.29 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan başqa xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd olunmuş Əbulfət Əliyevin xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Yod zavodunda işləməsi faktı araşdırılmışdır. Azərbaycan Respublikası Milli Arxivinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı Yod zavodunun sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Qələbə” kolxozunda işləməsi faktı araşdırılarkən, Füzuli rayon “Qələbə” kolxozunun sənədləri Füzulı rayon Arxiv idarəsinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. X5 Və Araşdırma şöbəsinin 17 sentyabr 2021ci il tarixli xidməti məruzəsinə əsasən: - xx.xx.1997-ci il tarixdən 18 03.1998-ci il tarixədək “Bakı İcarə təmir Tikinti İdarəsi”, - 18.03 1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “2 saylı Avtobazanın” faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır. Beləliklə həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı əmək kitabçasında xx.xx.1999-cu il tarixdən 01 03.2002-ci il tarixədək Bakı Yod zavodunda işləməsi barədə həmin müəssisənin rəhbərliyi tərəfindən qanunun tələblərinə cavab verən qaydada qeyd aparılmışdır. Bakı Yod zavodunun sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi həmin dövrün sığorta stajına daxil edilməməsi üçün əsas ola bilməz. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Qələbə" kolxozunda işləməsi faktı araşdırılarkən Füzuli rayon “Qələbə" kolxozunun sənədlərinin Füzüli rayon Arxiv idarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu onunla bağlı olmuşdur ki, Füzuli rayonun “Qələbə" kolxozunun ərazisi işğala məruz qalmışdır. İddiaçı əmək kitabçasından görünür ki, xx.xx.1992-ci il tarixdə o, xx.xx.1992-ci il tarixli qərara müvafiq olaraq öz ərizəsinə əsasən üzümçülük üzrə icarədar təyin edilmişdir. Bundan sonra onun əmək kitabçasında bu vəzifədən azad edilməsi barədə qeyd aparılmamışdır. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi məqsədi ilə Ə Əliyev Füzuli rayon Məhkəməsinə müraciət etmiş və onun xx.xx.1992-ci il tarixdən 01.01,1994-cu ıl tarixə kimi icarədar işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Həmin məhkəmənin 22 avqust 2022-ci il tarixli 2(064)-1104/2022 saylı Qətnaməsi ilə onun ərizəsi qismən təmin edilmiş və onun xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cu il (işxal günü) tarixinədək Füzuli rayonu, Qorqan kəndində fəaliyyət göstərən “Qələbə” kolxozunda icarədar işləməsi faktı müəyyən edilmişdir.Bununla da onun həmin kolxozda 1 il 6 ay 12 gün işləməsi faktı təsdiq olunmuşdur X6 və Araşdırma şöbəsinin 17 sentyabr 2021-ci il tarixli xidməti məruzəsinə əsasən: - xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Bakı İcarə Təmir Tikinti İdarəsi”, - xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “2 saylı Avtobazanın" faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən edə bilməməsi, İddiaçı əmək kitabçasında bu barədə aparılmış qeydlərin etibarsız hesab edilməsi və qəbul edilməməsi üçün əsas ola bilməz. Əmək kitabçasında aparılmış digər qeydlər Mərkəzi Filial tərəfindən mübahisələndirilməmişdir. Qanunla tələb olunan (25 il) əmək stajının olmasını təsdiq edən sübutlar: İddiaçı məxsus əmək kitabçasından görünür ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Füzuli rayonu “Mübariz” üzümçülük Sovxozunda fəhlə işləmişdir. Bu dövrün stajı 7 il 10 ay 26 gün təşkil edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Mərkəzi Filiala təqdim etdiyi arayışa əsasən 2 il müddətində hərbi xidmətdə olmuşdur. Bu dövr onun əmək stajına daxil edilir. xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Mübariz” Üzümçülük Sovxozunda fəhlə və sürücü işləmişdir. Bu dövrün stajı 14 il 6 ay 23 gün təşkil edir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər üzümçülük üzrə icarədar təyin edilmişdir. Staj 1 ay 7 gün təşkil edir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonu Qorqan kəndində fəaliyyət göstərən Qələbə Kolxozunda icarədar işləmişdir. Bu dövr Füzuli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(604)-1104/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Bu dövrün stajı 7 il 6 ay 12 gün təşkil edir. xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Dövlət Neft Şirkətinin X4 Bakı İcarə Təmir Tikinti İdarəsində sürücü işləmişdir. Bu dövrün stajı 9 ay 29 gün təşkil edir. xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Baş Tikinti İdarəsinin 2 saylı Avtobazasında sürücü işləmişdir. Bu dövrün stajı 7 il 6 ay 16 gün təşkil edir. xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Yod Zavodunda sürücü işləmişdir. Bu dövrün stajı 2 il 5 ay 13 gün təşkil edir. xx.xx.2005-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Füzuli rayonunda yerləşən "xxxx" MMC-də sürücü işləmişdir. Bu dövr 9 ay 15 gün təşkil edir. Həmin dövrün stajı xx.xx.2006cı il tarixədək götürüldükdə, 8 ay 12 gün təşkil edir. Beləliklə, İddiaçı əmək kitabçası və məhkəmə qərarı ilə müəyyən edilmiş iş stajı xx.xx.2006-cı il tarixə ümumilikdə 25 il 7 ay 18 gün təşkil edir Mərkəzi Filialın araşdırdığı dövrləri tədqiq etmək üçün tərəfindən həmin müəssisələrə və Milli Arxivə müvafiq sorğular verilmişdir. Müəyyən edilmişdir ki, həmin müəssisələrin və təşkilatların rəhbərliyi tərəfindən sənədlər Dövlət Arxivinə təhvil verilməmiş, bəzi hallarda isə ölkədə aparılan iqtisadi islahatlarla bağlı, o cümlədən müəssisələrin Əmlak Komitəsi tərəfindən özəlləşdirilməsi nəticəsində onların müxtəlif növ müəssisələrə çevirilməsi hüquqi varislərin müəyyən edilməsini mümkünsüz edir. İddiaçı əmək kitabçasında 1 halda (Füzuli rayonun Qələbə kolxozunda işləməsi ilə bağlı) müvafiq qeydiyyatın aparılmaması isə dövlət ərazisinin işğalı ilə bağlı olmuşdur. Mərkəzi Filialın şübhə altına aldığı dövrlər əmək stajına hesablanmalı, əmək kitabçasında göstərilən dövrlərin nəzərə alınmaması əsassız və qanunsuz hesab edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın **********2 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubunda İddiaçı təqdim etdiyi xx.xx.1979-cu il tarixdə tərtib edilmiş l/İT-l № ******* saylı əmək kitabçasında qeyd olunmuş xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı sübhə yarandığı qeyd edilmişdir. Belə ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan 8 ay 13 günün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən 01 03.2002-ci il tarixədək 22 il 10 ay 20 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 24 il 10 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının sosial sığorta stajı hesablanarkən Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(064)-1104/2022 nömrəli qətnaməsinə əsasən onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon, Qorqan kəndində fəaliyyət göstərən “Qələbə" adına kolxozdakı əmək fəaliyyəti dövrləri də nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qeyd olunan Qanunun 22-1 1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçı 01,01.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin is. hərbi xidmət və va digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda ve kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilmesi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci il tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə dövlət sosial sığorta sistemində qeydə alınmış fərdi uçot məlumatlarına əsasən sosial sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda həmin Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçı dair İT seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1973-cü il tarixli 70 nömrəli əmrə əsasən xx.xx.1973-cü il tarixdə Füzuli rayonu Mübariz üzümçülük sovxozunda öz ərizəsinə əsasən fəhlə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə 72 saylı xx.xx.1975-ci il tarixli əmrə əsasən ordu sıralarına göndərilməsi üçün fəhləlikdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə 72 saylı xx.xx.1977ci il tarixli əmrə əsasən ordu sıralarından tərxis olunduğu üçün öz ərizəsinə əsasən Füzuli rayon “Mübariz” sovxozuna fəhlə qəbul edilmişdir. xx.xx.1978-ci il tarixdə 95 saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən “Mübariz” üzümçülük sovxozunda öz ərizəsinə əsasən sürücü təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə 02 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən sovxoz fəhlə komissiyasının xx.xx.1992-ci il tarixli 03 nömrəli qərarı ilə üzümçülük üzrə icarədar təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə 18 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Qələbə” kolxozunda xx.xx.1992-ci il tarixli məktuba əsasən sovxozdan kolxozun sərəncamına göndərilmişdir. xx.xx.1992-ci il tarixdə 01 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Qələbə” kolxozunda ərizəsinə əsasən üzümçülük üzrə icarədar təyin edilmişdir (DNŞ Maşınqayırma İ/B Bakı İcarə Təmir Tikinti İdarəsi). xx.xx.1997-ci il tarixdə 09 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən 80-00 saylı maşına üçüncü dərəcəli sürücü təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə 2 saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 27-ci maddəsi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə 38/k saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən ərizəsinə əsasən 3-cü dərəcəli sürücü təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə 86/k saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixdə 24-k saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən Bakı yod zavodu Nəqliyyat bölməsinə MAZ-5334 markalı avtomobilə 3-cü dərəcəli sürücü təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə 09-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə 90 saylı əmrə əsasən X2 Müəssiəsinə ərizəsi nəzərə alınmaqla üçüncü dərəcəli sürücü təyin edilmişdir. xx.xx.2006-ci il tarixdə 02.02.06-cı il tarixli əmrə əsasən ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən təqdim edilmiş 735 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən may 1975-ci il tarixdən 20 may 1977-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1104/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonu, Qorqan kəndində fəaliyyət göstərən “Qələbə” adına kolxozda icarədar işləməsi faktı müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan ış və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçasına və Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin arayışına əsasən ümumi sığorta stajı xx.xx.2006-cı il tarixinədək 18 il 2 ay 20 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 18 il 2 ay 20 gün sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 13877.29 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitaldan azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilən əmək kitabçasında qeyd olunmuş xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Yod zavodunun, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "Qələbə” kolxozunda əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış və bu səbəbdən Azərbaycan Respublikası Miili Arxiv İdarəsinə tərəfimizdən sorğu göndərilmişdir. Füzuli rayon Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçasında qeyd edilən Füzuli rayon "Qələbə” kolxozunun sənədləri Füzuli rayon Arxiv idarəsinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçasında qeyd olunan Bakı Yod zavodunun sənədləri Azərbaycan Respublikası Dövlət Arxivində və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. X6 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçasında qeyd olunan xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci tarixədək işlədiyi “Bakı İcarə Təmir Tikinti İdarəsi”, həmçinin xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi “2 saylı Avtobazanın” faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qətiyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. xx.xx.2006-cı il tarixdən aktiv vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatda olduğu üçün yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmur. Aktiv vergi ödəyicisi kimi qeydiyyatın olmadığı halda yaşa görə sosial müavinət almaq hüququ var. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının BA-02526-2022 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, BBTİ 2 saylı Avtobazanın 1998-1999-cu illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin **********39 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 392 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Tikinti və Şəhər İnkişafı Departamentinin X3 2 nömrəli avtobazasının əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır və qeyd olunan avtobazanın hüquqi varisi hesab edilir. Həmin səhmdar cəmiyyətin səhmlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi 27 noyabr 2001-ci il tarixdə başa çatmış və tam özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərmişdir. Kadr və digər kargüzarlıq sənədlərin müəssisənin arxivində saxlanıldığını və qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı oğiunun əmək kitabçası üzrə göstərilən tarix ərzində fəaliyyəti haqda arayışların təqdim edilməsi ilə bağlı həmin səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarına müraciət etmək məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin **********53 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 379 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X4 Bakı icarə təmir-tikinti idarəsinin bazasında “Sabunçu Tikinti" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2007ci il tarixdə səhmləri tam özəlləşdirilirək mülkiyyətçisi dəyişmişdir. Kadr və digər kargüzarlıq sənədlərin müəssisənin arxivində saxlanıldığını və qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmək məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********30020123X00037 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində “Maşınqayırma” İstehsalat Birliyinin Bakı İcarə Təmir-Tikinti İdarəsinin sənədləri saxlanılmadığından vətəndaş İddiaçı iş stajı barədə arxiv arayışının verilməsi imkan xaricindədir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmək məqsədəmüvafiq hesab edilir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********042300 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində Dövlət Neft Şirkətinin X4 Bakı İcarə Təmir Tikinti İdarəsinin və Bakı şəhəri İcra Hakimiyyətinin Bakı Tikinti və Şəhər İnkişafı Departamentinin X3 2 saylı Avtobazası adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş edilmişdir. Reyestrdə “AZ RES Azər Kimya DŞ Bakı Yod Zavodu” adlı qurumun xx.xx.1996-cı il tarixdə KOL-76 nömrə ilə dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmişdir. Bundan başqa, hüquqi şəxsin fəaliyyətinə dair məlumatlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyil. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş 014 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Füzuli rayonundan məcburi köçkündür. ünvan 1 ünvanında məskunlaşmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********887700 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınmışdır. Cəmiyyətin fəaliyyət növü-"sair yardımçı nəqliyyat fəaliyyəti". Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-cı il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********033100 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2005-ci il tarixli təsis müqaviləsi ilə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən X2 müəssisəsinin bazasında təsis edilmiş, xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınmışdır. Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “sair yardımçı nəqliyyat fəaliyyəti”dir. Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. “Füzuli” İMM adlı qurumun vergi uçotuna və dövlət qeydiyyatına alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Füzuli Rayon Vergilər Şöbəsinin **********921100 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Horadiz Avtonəqliyyat" MMC-nin (**********) xx.xx.2005-cı il tarixli 01 saylı təsis yığıncağının qərarına əsasən X2 Müəssiəsinin bazasında "xxxx" adlandırılmaqla MMC formasında müəssisə təsis edilmiş və müəssiənin nizamnaməsi qəbul edilmişdir. Müəssiənin 33 (otuz üç) təsisçidən ibarət təsisçisi vardır və hüququ ünvanı Füzuli rayon Horadiz şəhəri müəyyən olunmuşdur. 12 yanvar 2006-cı il tarixdən 0606-F7-325 saylı qeydiyyat nömrəsi ilə "xxxx" MMC yaradılmışdır. Həmin tarixdən X2 Müəssiəsinin fəaliyyətinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********526500 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, dövlət reyestrində X2 Müəssisəsinin xx.xx.1997-ci il tarixdə D-2043 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Halhazıradək X2 Müəssisəsinin VÖEN almaq üçün vergi orqanına müraciəti mövcud deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı 30 yanvar 1956-cı il tarixdə doğulmuşdur. İddiaçının İT seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasında xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən 01 03.2002-ci il tarixədək və xx.xx.2005- 02.02.06-cı illərdə işləməsinə dair qeydlər var. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən təqdim edilmiş 735 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən may 1975-ci il tarixdən 20 may 1977-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1104/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonu, Qorqan kəndində fəaliyyət göstərən “Qələbə” adına kolxozda icarədar işləməsi faktı müəyyən edilmişdir. İddiaçıya cavabdeh tərəfindən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən 01 03.2002-ci il tarixədək 22 il 10 ay 20 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 24 il 10 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır Mübahisəli sosial sığorta stajı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də olan əmək fəaliyyəti dövrüdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində X2 Müəssisəsinin xx.xx.1997-ci il tarixdə D- 2043 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən bildirilmişdir ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2005-ci il tarixli təsis müqaviləsi ilə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən X2 müəssisəsinin bazasında təsis edilmiş, xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınmışdır. Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “sair yardımçı nəqliyyat fəaliyyəti”dir. Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. “Füzuli” İMM adlı qurumun vergi uçotuna və dövlət qeydiyyatına alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (25 il 07 ay 05 gün). Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə cavabdeh qurumun İddiaçı tərəfindən X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan 8 ay 13 günün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmaması barədə dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 Müəssisəsinin iddiaçı ilə əmək münasibətlərinə daxil olmamışdan əvvəl (xx.xx.1997-ci il tarixdən) hüquqi şəxs kimi qeydə alındığı müəyyən edilmiş, X2 Müəssiəsinin bazasında "xxxx" MMC yaradılmış, iddiaçının əmək kitabçasında xx.xx.2005-ci il tarixdən xx.xx.2006cı il tarixədək "xxxx" MMC-də işləməsinə dair qeydlər mövcuddur. Odur ki, xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmaması xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə də iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın yenidən hesablanmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə pensiyanın yenidən hesablanması hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X8 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddai təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 1 iyul 2020 – 30 iyun 2021-ci il arası dövrdə kişilər üçün pensiya yaşı 65-dir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1956-cı ildə doğulduğu üçün xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar