Məhkəmə qərarları › İş №2-1(112)-3079/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3079/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3079/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyası verilməsinin dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən oniki barmaq bağırsağın xorası, mədənin subtotal rezeksiyası, qostroenteroanastomos əməliyyatından sonrakı vəziyyət diaqnozu ilə İİ dərəcəli əlillik dərəcəsi almışdır. Xəstəliyi ilə əlaqədar fiziki iş görülməsi əks göstəriş hesab edilmişdir. Bu sbəbdən də o, xəstəliyi ilə əlaqədar əmək pensiysası alırdı. Hazırda növbəti tibbi yoxlamadan keçmə müddətində təkrar müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli rəyi ilə xəstəliyi ilə bağlı diaqnoz öz təsdiqini tapmışdır. Ancaq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərarla ona pensiya təyin edilməsinə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun əlavə ixtisaslaşmış müalicə edilməyinə ehtiyac var. Belə ki, cavabdeh hesab edir ki, iddiaçı müalicə oluna bilər və səhhəti yaxşılaşsa, o, pensiya almaq hüqunu itirə bilər. Hesab edir ki, bu şəkildə imtina əsassızdır. O səbəbdən ki, iddiaçı hal-hazırda xəstədir, bu xəstəlik tibbi sənədlərlə öz təsdiqini tapır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia tələbinə dair dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edərək ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0315003AACVG saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsağın xorası. Xroniki qanaxma və deşilmə olmadan. Hissəvi qastroektomiya, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0315003AADEB saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsağın xorası. Mədənin subtotatl rezeksiyası, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət. Dompinq sindromu. Həzm funksiyasının pozulması; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (üm...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0315003AAGH8 saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki, qanaxma və ya deşilmə olmadan, 12 barmaq bağırsağın xorasına görə əməliyyat-laparatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Əməliyyatdan sonra Demping sindromu. Anastomozit. Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağrsaq keçməməzliyi. Həzm funksiyasının pozulması. İkincili anemiya. Qaraciyərin piy distrofiyası. Hepatomeqaliya. Mədə hissəsinin qazanılma olmaması, Hissəvi qastroektomiya. Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Əməliyyatdan sonra Demping sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bütün həkimlərin konsultasiyası olmalıdır” səbəbi ilə imtina verilmişdir. Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki, qanaxma və ya deşilmə olmadan, 12 barmaq bağırsağın xorasına görə əməliyyat-laparatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Əməliyyatdan sonra Demping sindromu. Anastomozit. Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağrsaq keçməməzliyi. Həzm funksiyasının pozulması. İkincili anemiya. Qaraciyərin piy distrofiyası. Hepatomeqaliya. Xroniki qastrit. Defikasiyanın teztez pozulması. Kəskin asteno-nevrotik vəziyyət. Boyu əvvəl 1.75 sm, bugün 1.65 sm. Çəkisi əvvəl 75 kq, Ağırlaşma Z90.3 Mədə hissəsinin qazanılma olmaması, Hissəvi qastroektomiya Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Əməliyyatdan sonra Dömping sindromu Ağırlaşma Z98.0 Bağırsaq anastomozunun olması, Qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət Ağırlaşma R16.0 Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, Hepatomeqaliya Ağırlaşma K91.1 «Operasiya olunmuş mədə» sindromu, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi. Ağırlaşma K66.0 Periton bitişmələri, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi Yanaşı xəstəliklər K76.0 Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Qaraciyərin piy distrofiyası Yanaşı xəstəliklər D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, ikincili anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0315003AACVG saylı göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsağın xorası. Xroniki qanaxma və deşilmə olmadan. Hissəvi qastroektomiya, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0315003AADEB saylı göndərişi əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: 12 barmaq bağırsağın xorası. Mədənin subtotatl rezeksiyası, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət. Dompinq sindromu. Həzm funksiyasının pozulması; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (üm...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0315003AAGH8 saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki, qanaxma və ya deşilmə olmadan, 12 barmaq bağırsağın xorasına görə əməliyyat-laparatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Əməliyyatdan sonra Demping sindromu. Anastomozit. Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağrsaq keçməməzliyi. Həzm funksiyasının pozulması. İkincili anemiya. Qaraciyərin piy distrofiyası. Hepatomeqaliya. Mədə hissəsinin qazanılma olmaması, Hissəvi qastroektomiya. Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Əməliyyatdan sonra Demping sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bütün həkimlərin konsultasiyası olmalıdır” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki, qanaxma və ya deşilmə olmadan, 12 barmaq bağırsağın xorasına görə əməliyyat-laparatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Əməliyyatdan sonra Demping sindromu. Anastomozit. Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi. Həzm funksiyasının pozulması. İkincili anemiya. Qaraciyərin piy distrofiyası. Hepatomeqaliya. Xroniki qastrit. Defikasiyanın tez-tez pozulması. Kəskin asteno-nevrotik vəziyyət. Boyu əvvəl 1.75 sm, bugün 1.65 sm. Çəkisi əvvəl 75 kq, Ağırlaşma Z90.3 Mədə hissəsinin qazanılma olmaması, Hissəvi qastroektomiya. Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Əməliyyatdan sonra Dömping sindromu. Ağırlaşma Z98.0 Bağırsaq anastomozunun olması, Qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Ağırlaşma R16.0 Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, Hepatomeqaliya. Ağırlaşma K91.1 «Operasiya olunmuş mədə» sindromu, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi. Ağırlaşma K66.0 Periton bitişmələri, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Yanaşı xəstəliklər K76.0 Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, Qaraciyərin piy distrofiyası. Yanaşı xəstəliklər D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, İkincili anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3079/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı Forma 88-də qoyulmuş diaqnozu düzgündürmü?

2. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur?

3. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı cari sağlamlıq vəziyyəti nəzərə alınaraq aşkar olunan xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?

4. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü?

5. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılsın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 tərəfindən verilmiş T 198/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı Forma 88-də şəxsin səhhətini əks etdirən kliniki, laborator-instrumental müayinələr əsasında düzgün müəyyən olunmuşdur. Həmin diaqnozda olan əsas xəstəlik və ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin əhatə dairəsinə düşmür. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə ilk dəfə Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli 0315003AADEB saylı göndərişi əsasında baxılaraq onda “12 barmaq bağırsağın xorası. Mədənin subtotatl rezeksiyası, qastroenteroanastomoz əməliyyatından sonrakı vəziyyət. Dompinq sindromu. Həzm funksiyasının pozulması” diaqnozuna uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh iddiaçının 2021-ci ildə növbəti əlillik qiymətləndirilməsi zamanı barəsində tərtib edilmiş tibbi göndərişlərin natamam doldurulduğu, sonuncu dəfə xx.xx.2021-ci il tarixli 0315003AAGSK saylı göndərişdə isə qoyulmuş “Onikibarmaq bağırsağın xorası, Xroniki, qanaxma və ya deşilmə olmadan, 12 barmaq bağırsağın xorasına görə əməliyyat-laparatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Əməliyyatdan sonra Demping sindromu. Anastomozit. Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi. Həzm funksiyasının pozulması. İkincili anemiya. Qaraciyərin piy distrofiyası. Hepatomeqaliya. Xroniki qastrit. Defikasiyanın tez-tez pozulması. Kəskin asteno-nevrotik vəziyyət. Boyu əvvəl 1.75 sm, bugün 1.65 sm. Çəkisi əvvəl 75 kq, Ağırlaşma Z90.3 Mədə hissəsinin qazanılma olmaması, Hissəvi qastroektomiya. Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Əməliyyatdan sonra Dömping sindromu. Ağırlaşma Z98.0 Bağırsaq anastomozunun olması, Qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Ağırlaşma R16.0 Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, Hepatomeqaliya. Ağırlaşma K91.1 «Operasiya olunmuş mədə» sindromu, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xroniki bağırsaq keçməməzliyi. Ağırlaşma K66.0 Periton bitişmələri, Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi” diaqnozu üzrə qiymətləndimrə apararkən əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatından imtina etmişdir. Halbuki, iddiaçı barəsində məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyində də iddiaçının tibbi sənədlərinin təhlili və müayinəsinin nəticəsinə əsasən onda “onikibarmaq bağırsağın xorası, xroniki qanaxma və ya deşilmə olmadan, onikibarmaq bağırsağın xorasına görə əməliyyat-laporatomiya, hissəvi qastroektomiya və qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət, əməliyyatdan sonra Demping sindromu, anastomozit, qarın boşluğu orqanlarının bitişmə xəstəliyi, xroniki bağırsaq keçməməzliyi, həzm funksiyasının pozulması, ikincili anemiya, qaraciyərin piy distrofıyası, hepatomeqaliya, xroniki qastrit, defekasiyanın tez-tez pozulması, kəskin asteno-nevrotik vəziyyət, “boyu əvvəl 1.75 sm, bu gün 1.65 sm, çəkisi əvvəl 75 kq”. Ağırlaşma: Z90.3 mədə hissəsinin qazanılma olmaması, hissəvi qastroektomiya. Ağırlaşma: K91.3 cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, əməliyyatdan sonra Demping sindromu. Ağırlaşma: Z98.0 bağırsaq anastomozunun olması, qastroenteroanastomozun qoyulmasından sonrakı vəziyyət. Ağırlaşma: R16.0 başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, hepatomeqaliya. Ağırlaşma: K91.1 “operasiya olunmuş mədə” sindromu, qarın boşluğu orqanlarının bitişmə xəstəliyi, xroniki bağırsaq keçməməzliyi. Ağırlaşma: K66.0 periton bitişmələri, qarın boşluğu orqanlarının bitişmə xəstəliyi” müəyyən edilmişdir. Başqa sözlə, iddiaçı barəsində Forma 88-də göstərilən diaqnoz düzgün müəyyən edilmişdir, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Beləliklə, məhkəmə hesab edir ki, ekspert rəyi ilə öz təsdiqini tapmış iddiaçıda aşkar olunan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Belə ki, adı çəkilən Əsasnamənin: -2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58- K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); Məhkəmə ekspert rəyinin iddiaçının cari sağlamlıq vəziyyətinin tibbi göndərişdə göstərilən xəstəliklərə uyğun olması hissəsində razılaşsa da lakin rəyin nəticə hissəsində qeyd edilən iddiaçıya qoyulmuş diaqnozda olan əsas xəstəlik və ağırlaşmaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin əhatə dairəsinə düşmədiyi hissəsi ilə razılaşmır. Belə ki, ekspert rəyin tədqiqat hissəsində qeyd etmişdir ki, “(.....) diaqnozdakı xəstəliklər müəyyən edilsə də son üç ildə ixtisaslaşmış stasionarda müalicəsi yetərincə olmadığından və müalicəni davam etdirməli olduğundan verilmiş imtina qərarını düzgün hesab etmək olar.” Məhkəmə qeyd edilən ekspert rəyini bu hissədə əsassız hesab edir ona görə ki, əvvəla, iddiaçı barəsində müəyyən olunmuş və tibbi göstərişdə qeyd edilən xəstəliklər yuxarıda qeyd edildiyi kimi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğundur. İddiaçıya əlillik təyinatı ilkin deyil, təkrar təyinatdır. İddiaçı bundan əvvəl 2016-cı ildə 5 il müddətinə əlillik təyin edilərkən eyni xəstəliklərdən əziyyət çəkmiş və ona səhhətinə uyğun tibbi göndəriş tərtib edilərək göndərilmiş və cavabdeh ona əlillik təyin etmişdir. Başqa sözlə, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspertin iddiaçının “son üç ildə ixtisaslaşmış stasionarda müalicəsi yetərincə olmaması” mövqeyini məhkəmə rəydə hansı normativ əsasa görə tələb olunduğunun qeyd edilməməsi səbəbindən əsaslı hesab etmir. Nəhayət, ekspertin “verilmiş imtina qərarını düzgün hesab etmək olar” barədə mövqeyini isə məhkəmə ekspert qarşısında qoyulmuş suala cavab kimi deyil, hüquq haqqında mübahisənin həlli kimi qiymətləndirdiyindən ekspert rəyini bu hissədə obyekiv sübut kimi dəyərləndirmir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar