Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-308/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X22 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X18 və X20 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla Daşınmaz əmlakın Dövlət reyestrində düzəliş edilməklə yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv. metrdən ibarət olan 1 otaqlı mənzilinə dair dövlət reyestrində müvafiq düzəlişlərin edilərək, X3 adına həmin mənzilə dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X6 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri 14 №li notariat kontorunda X10 ilə Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən ümumi sahəsi 9,9 kv. m-dan ibarət olan 13 saylı evə dair alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsinin əsasında atası xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəli ilə AR ƏMDK yanında DƏDRX-dən yuxarıda qeyd edilmiş evə dair mülkiyyət hüququ üzrə çıxarış almışdır. Həmin vaxtdan atası X6 Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən ümumi sahəsi 9,9 kv. m-dan ibarət olan 1 (bir) otaqlı mənzilin mülkiyyətçisidir. Lakin 2006-ci ildə atasının adına verilmiş çıxarışdan görünür ki, İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan bir otaq paylı mülkiyyət üzrə həm atasına, həm də vətəndaş X15 məxsusdur. Bununla bağlı atası DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi İdarəsinə müraciət edərək, onun mülkiyyətində olan İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dan ibarət olan bir otaqlı mənzilə dair hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən onun adına çıxarış verilməsini xahiş etmişdir. xx xxxx 2019-cü il tarixdə atası ölmüşdür. Onun ölümündən sonra, xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, ‘‘sözügedən ünvanda yerləşən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X5 adına (yaşayış sahəsi 9,9 kv.m. olan 1 otağından ½ hissə) paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi İdarəsinin cavabı tamamilə əsassızdır. Vəkilinin sorğusuna əsasən Dövlət Notariat Arxivindən 05/01-666/14 №li, xx xxx 2019-cü il tarixdə göndərilmiş Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda xx xxxxxxxx 2006-ci il tarixdə 4Ə-834 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işində (kserosurət) olan sənədlərdən görünür ki, vətəndaş X10 mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, İzzət Həmidov küçəsindəki 13 saylı evdə 9,9 kv.m-dən ibarət olan 1 otağı atası X4 tam satmışdır. 2006-ci ildə Daşınmaz əmlakın Dövlət reyestrindən atasının adına verilmiş çıxarışdan görünür ki, 9,9 kv.m-dən ibarət bir otaqlı mənzilin ½ hissəsi atasına, ½ hissəsi X15 məxsusdur. Cavabdeh mübahisəli mənzilə dair atasının adına çıxarış verilməsindən verdiyi imtinada göstərmişdir ki, “sözügedən ünvanda yerləşən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X5 adına (yaşayış sahəsi 9,9 kv.m. olan 1 otağından ½ hissə) paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. Lakin, notariat işində olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən evdə 9,9 kv.m-dən ibarət 1 otaqlı mənzil X11 istifadəsində heç vaxt olmamış, o vaxt yuxarıda qeyd edilmiş ünvanda Əfsanə Mustafayevaya 27,6 kv.m-dən ibarət iki otaqlı mənzil məxsus olmuşdur. X21 xx xxxxxx 2006-ci il tarixdə ölmüş, ölümündən sonra 27,6 kv.m-dən ibarət iki otaqlı mənzil vərəsəlik hüququ əsasında hal-hazırda X12 məxsusdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş **********98 №li xx.xx.2020-ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otaqlı mənzilə dair dövlət reyestrində müvafiq düzəlişlərin edilərək atası X3 adına həmin mənzilin reyestrdən çıxarışın verilməsi vəzifəsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Həmçinin, sözügedən ünvanda yerləşən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X5 adına (yaşayış sahəsi 9.9 kv.m olan 1 otağından 1/2 hssə) paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. Bu səbəblərdən, ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2019-cu il tarixli, **********75 saylı cavab məktubu ünvanlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov (indiki İzzət Həmidov) küçəsi, 13 saylı ev, ilkin olaraq, Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 432/13 saylı sərəncamı əsasında X8 adına qeydiyyata alınaraq xx.xx.2001 -ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. X18, xx.xx.2001-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağını X2 və sonuncuya xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov (indiki İzzət Həmidov) küçəsi, 13 saylı evin X9 miras qalmış 9,9 kv.m yaşayış sahəsi olan bir otağının ½ hissəsinə dair X10 vərəsə kimi tanınmış, ½ hissəsinə dair isə vərəsəlik açıq qalmışdır. Lakin, sözügedən şəhadətnamə əsasında, X5 müraciəti ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən texniki səhvə yol verilmiş və İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağı bütövlükdə X5 adına qeydiyyata alınaraq xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında isə X10 xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağını X1 və sonuncu xx.xx.2006-cı il tarixli, ********* nömrəli qeydiyyat vəsiqəsi almışdır. Göründüyü kimi, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən texniki səhvə yol verildiyinə görə X3 adına verilmiş ********** nömrəli, xx.xx.2011 -ci il tarixli çıxarışda müvafiq texniki səhv düzəldilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmənin xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli qərardadları ilə müvafiq olaraq X18 və X20 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X25 etiraza uyğun izahat verərək və etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Dövlət Notariat Arxivinin 05/01-666/14 №li xx xxx 2019-cu il tarixli məktubu ilə verilmiş Bakı şəhəri 14 saylı notariat kontorunda xx xxxxxxxx 2006-cı il tarixdə 4Ə-834 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə (ksero surəti) əlavə edilmiş sənədlərdən görünür ki; Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya MH ******* №-li çıxarışı ilə X5 adına, Bakı şəhəri Nəsimi rayonu İzzət Həmidov küçəsində istifadədə olan 0.3823 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 1 mərtəbəli binada yerləşən – kv.m ümumi, 37.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı – nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X11 – 2 otaq/27.6 kv.metr, X5 – 1 otaq/9.9 kv. metr olmaqla adlarına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 13024 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsinin xx xxxxxx 2006-cı il tarixli AZ-1 178409 nömrəli ölüm haqqında şəhadətnamədə X13 xx.xx.2006-cı il tarixdə ölməyi ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin yanvar ayının 26 günündə 84 №ilə qeyd edilmişdir. X10 (“satıcı”) ilə X6 (“alıcı”) arasında xx xxxxxxxx 2006-cı il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “satıcı” Bakı şəhəri İzzət Həmidov küçəsindəki 13 saylı evdə özünə məxsus sahəsi 9,9 kv.m-dən ibarət 1 otağı “alıcı”nın mülkiyyətinə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddiaçı X14 cavabdehlər X7, X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, 14 saylı Dövlət Notariat Kontoruna qarşı Bakı şəhəri, 7-ci Sverdlov (indiki İzzət Həmidov) küçəsində yerləşən 13 saylı evin sahəsi 9,9 kv. metr olan 1 yaşayış otağına dair bağlanmış alqı-satqı müqaviləsinin, müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, evdən çıxarılma, evə köçürülmə, mənəvi zərərin ödənilməsi və Daşınmaz Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinin vəzifəli şəxsləri haqqında cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması tələblərinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri, 7-ci Sverdlov (indiki İzzət Həmidov) küçəsində yerləşən 13 saylı evin sahəsi 9,9. kv. metr olan 1 yaşayış otağına dair xx xxxxxxxx 2006-ci il tarixli alqı-satqı müqaviləsi üzrə X5 əldə etdiyi 8.770 manat məbləğində pulun ½ hissəsinin, yəni 4.385 (dörd min üç yüz səksən beş) manatın ondan alınaraq X17 verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş işin hallarına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventanlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM serialı 103883 nömrəli xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu 7-ci Sverdlov küçəsi, 13 saylı ev 37,5 kv.m sahəsi olan 3 otaqdan ibarətdir. Həmin evin yaşayış sahəsi 9,9 kv.m olan 1 otağı X13, digər 2 yaşayış otağı X8 adına hüquqi qeydiyyata alınmışdır. Bakı şəhəri, 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 7-ci Sverdlov küçəsi 13 saylı evin X9 miras qalmış 9,9 kv.m yaşayış sahəsi olan 1 otağının ½ hissəsinə dair X7 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş, mirasın ½ hissəsi açıq qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X3 adına verilmiş Seriya MA ******* №li çıxarışdan (notarial qaydada təsdiq olunmuş surət) görünür ki, ünvan 4 ünvanında ümumi sahəsi 50.3 kv. metr olan mənzilin 1 otağı (y/s 9,9 kv. metr) ½ hissədə X3, ½ hissədə X13 (açıq qalır), 2 otağı isə (y/s 27.5 kv. metr) X8 adına olmaqla daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə 138 nömrəli reyestr kitabının 13024 nömrəli vərəqində qeydiyyata alınmışdır. “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx xxxx 2019-cu il tarixli AZ-İİ 035612 nömrəli ölüm haqqında şəhadətnamədə X3 xx.xx.2019-cu il tarixdə ölməsi ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 07 ayının 22 günündə 1367 № ilə qeyd edilmişdir. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********75 №li xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 13 saylı evin, - saylı mənzilinin 9,9 kv. metr sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2019-cu il tarixli ərizəyə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Sözügedən ünvanda yerləşən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X5 adına (yaşayış sahəsi 9,9 kv. metr olan 1 otağından ½ hissə) paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, X18, xx.xx.2001-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağını X2 və sonuncuya xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov (indiki İzzət Həmidov) küçəsi, 13 saylı evin X9 miras qalmış 9,9 kv.m yaşayış sahəsi olan bir otağının ½ hissəsinə dair X10 vərəsə kimi tanınmış, ½ hissəsinə dair isə vərəsəlik açıq qalmışdır. Lakin, sözügedən şəhadətnamə əsasında, X5 müraciəti ilə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən texniki səhvə yol verilmiş və İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağı bütövlükdə X5 adına qeydiyyata alınaraq xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında isə X10 xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağını X1 və sonuncu xx.xx.2006-cı il tarixli, ********* nömrəli qeydiyyat vəsiqəsi almışdır. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş Seriya MA ******* №li çıxarışda isə ünvan 4 ünvanında yerləşən mənzilin 1 otağının (y/s 9,9 kv. metr) ½ hissədə X3, ½ hissədə X13 (açıq qalır), 2 otağının isə (y/s 27.5 kv. metr) X8 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alındığı göstərilmişdir. İddiaçı hazırda DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə mübahisəli evlə bağlı X6 üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəlişin edilməklə yeni çıxarışın verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-308/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-308/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver