Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3080/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (direktoru) X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “göstəriş məktubunun ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-1/2- 19615/2023 nömrəli göstəriş məktubunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bazarın Nəzarət Dövlət Xidmət tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-1/2-19615/2023 tarixli uyğunluq sertifikatının ləğvi edilməsi və müvafiq məlumatların təqdim edilməsi barədə göstəriş məktubu daxil olmuşdur. İddiaçı MMC xx.xx.2021-ci il tarixində İddiaçı MMC AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi, Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşması üzrə orqanlara olan tələblər” standartına, akkreditasiya haqqında Azərbaycan Respublikası Qanuna, texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının qanununa uyğun akkreditasiya olunmuşdur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən AZ 02.0556.01.21 nömrəli akkreditasiya attestatı verilmişdir, bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin tərtib etdiyi Azərbaycan Respublikası Dövlət Təsnifatı, X3 (AZT 053-2018) rəsmi nəşrinə uyğun 1154 növdə məhsul kodu üzrə akkreditasiya sahəsi tərtib olunmuşdur və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. İki eyni motiv üzrə Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu məhkəməsi xx.xx.2023-cü il tarixli 3(005)-1223/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3(103)-564/2023 nömrəli qərarları inzibati işə İddiaçı MMC-nin xeyrinə qərar verilərək xitam verilmişdir (İXM-nin 538- 1.2-ci maddəsi). "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasın qanunun əsas anlayışlarında akkreditasiya sahəsində AZS İSO/İEC 17065:2021 standartının 5-ci, 6-cı bəndlərinə uyğun olaraq müvafiq sahələr üzrə məhsul sertifikatlaşdırılmasına heç bir məhdudiyyət tətbiq edilməmişdir. Bu Qanunun 8.2-ci maddəsinə əsasən iddia olunan pozuntunun törədilməsi əsassızdır, həmin maddə də akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun fəaliyyətinə dair ümumi tələblər öz əksini tapmışdır, cəmiyyətdə fəaliyyət sahəsində həmin məhsula dair kodlaşdırılması nəzərdə tutulmuşdur, cəmiyyət fəaliyyət sahəsinin genişləndirilməsi məqsədi ilə akkreditasiya mərkəzinə əlavə standartın alınması üçün daim müraciətlər etməkdədir. “Standartlaşdırma haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir. Göründüyü kimi, Qanunda fiziki və hüquqi şəxslərin standartlaşdırma üzrə sənədlərin rəsmi nəşrlərini milli standartlaşdırma qurumundan almaq, habelə bu tələbə əməl edilməsini təsdiq etmə vəzifəsi bilavasitə uyğunluğun qiymətləndirilməsi prosesinə aid edilmişdir. Uyğunluğu qiymətləndirən qurumun özünün akkreditasiyası zamanı onlar tərəfindən müvafiq sənədlərin rəsmi nəşrlərinin əldə olunması və bunun tədiq edilməsi isə Qanunda nəzərdə tutulmamışdır. AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasına olan tələblər” də, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunun, “Texniki tənzimləmələr haqqında” Azərbaycan Respublikasının Qanunun heç bir tələbində uyğunluğun qiymətləndirilməsi prosesi zamanı hər hansı bir standartın akkreditasiya sahəsinə əlavə olunması tələbi yoxdur. Məsələn, sözügedən AZ 031.xx.xx.06079.22 nömrəli sertifikatın verilməsi zamanı akkreditasiya sahəsində olan 25.99.29 məhsul kodu və bu sahə üzrə texniki mütəxəsisin olması sertifikatlaşdırılma prosesin aparılıb, uyğunluq sertifikatının verilməsi üçün yetərli və tamdır. Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi tərəfindən mütəxəsis qismində məhkəməyə dəvət olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” X16-in mütəxəsisi Təranə Hüseynova da öz çıxışında bildirmişdir ki, sertifıkatlaşma orqanı hər hansı bir məhsul kodu (məsələn: 25.99.29) akkreditasiya sahəsində mövcuddursa və mütəxəsis (işçi) varsa, məhsulun sertifikatlaşdırılmasına aid heç bir məhdudiyyət yoxdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidmətinin nümayəndəsi X5 təşəbbüsü ilə şahid qismində dəvət edilmiş X7 bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ, AZS İSO/İEC 17065-2014 standartı üzrə Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan sertifikatlaşma orqanlarının uyğunluq sertifikatlarının verilməsi prosesi zamanı məlumatların inteqrasiyasını həyata keçirir. xx.xx.2022-ci il tarixdə 25.99.29 məhsul kodu və TS EN 12420:2014 standartı və digər sertifikatlaşma prosesinin məlumatları “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-in elektron bazasına yerləşdirilmişdir. “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən bütün məlumatların düzgünlüyü yoxlanılaraq sertifikata, “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən AZ 031.xx.xx.06079.22 nömrəsi verilmişdir. Bundan əlavə , AZS İSO/İEC 17065-2014 standartı üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı akkreditasiya olunan zaman akkreditasiya sahəsində məhsul və xidmət növlərinin ümumiləşmiş adı və məhsul kodu akkreditasiya sahəsində qeyd olunubsa uyğunluğu qiymətləndirən qurum həmin məhsul koduna görə hər hansı bir məhsulu sertifikatlaşdırıb uyğunluq sertifikatı verə bilər. AZS İSO/İEC 17065-2014 standartı üzrə sertifikatlaşdırma orqanı akkreditasiya olunan zaman, həmin məhsul kodlarının akkreditasiya sahəsinə qeyd olunması, bu məhsul kodları üzrə məhsul, xidmət sahələrinin sertifikatlaşdırma prossesinin icra edəcək təcrübəli işçi personalının olmasından sonra yoxlanılıb, müvafiq məhsul kodları akkreditasiya sahəsinə qeyd olunaraq akkreditasiya sahəsi “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən təsdiq olunur. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
3. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan “Uyğunluq sertifikatının ləğv edilməsi və müvafiq məlumatların təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli Göstərişə əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2022-ci il tarixli AZ 031.xx.xx.06079.22 nömrəli uyğunluq sertifikatında akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, qurum barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və iş üzrə toplanmış digər materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-1621/2023 nömrəli qərarı ilə İddiaçı MMC İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.44-cü yarımbəndinə əsasən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanı həyata keçirmək, habelə uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestrini aparmaq Dövlət Xidmətinə həvalə olunmuşdur. Yuxarıda qeyd olunanları və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi’nin 3.0.44-cü yarımbəndini rəhbər tutaraq qərar alınmışdır:
1. İddiaçı MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmiş 1 sayda uyğunluq sertifikatı (əlavə olunur) ləğv edilsin və bu barədə uyğunluq sertifikatı təqdim edilmiş quruma məlumat verilsin.
2. İddiaçı MMC bu göstərişin yerinə yetirilməsi barədə yazılı məlumatı (təsdiqedici sənədlərin surətləri ilə birlikdə) 10 gün müddətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etsin.
4. xx.xx.2021-ci il tarixində İddiaçı MMC AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi, məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşması üzrə orqanlara olan tələblər” standartına, “Akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanuna, texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununa uyğun akkreditasiya olunmuş və MMC-yə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən AZ 02.0556.01.21 nömrəli akkreditasiya attestatı verilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidməti tərəfindən daxil olmuş MN1531310, 11 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC tərəfindən Akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməklə uyğunluq sertifikatı verilmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidməti tərəfindən İddiaçı MMC barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN1531310 nömrəli Protokola münasibətdə: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-2079/2023 nömrəli Qərarı ilə Hüquqi şəxs İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1621/2023 nömrəli Qərarı ilə şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 3(011)-2079/2023 saylı qərarı ləğv edilmiş və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1968/2024 nömrəli Qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3080/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) iddia ərziəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Uyğunluq sertifikatının ləğv edilməsi və müvafiq məlumatların təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli Göstəriş verilsə də, uyğunluq sertifikatı ləğv edilməmişdir və faktiki olaraq sistemdə əks olunur.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
15. X11 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X9rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X8rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
16. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən qəbul edilən və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan aktla bağlıdır.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən halda inzibati məsuliyyətə cəlb edilməsi (inzibati xəta haqqında protokolun tərtib edilməsi) ehtimalı heç bir halda inzibati aktın yaratdığı hüquqi nəticə kimi qiymətləndirilə bilməz. Bu, inzibati hüququn fəlsəfəsi ilə uzlaşmır. Belə ki, hazırkı işdə olduğu kimi (X2 uyğun olaraq) inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə qiymət verərkən səlahiyyətli qurum inzibati xətanın tərkibinin yaranması məsələsinə qiymət verir.
18. İddia ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-1/2- 19615/2023 nömrəli göstəriş məktubunun ləğv edilməsi xahiş edilmişdir.
19. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN1531310, 11 aprel 2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC tərəfindən Akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməklə uyğunluq sertifikatı verilmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət və Dövlət Xidməti tərəfindən İddiaçı MMC barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN1531310 nömrəli Protokol əsasında İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində icraat başlanmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-2079/2023 nömrəli Qərarı ilə Hüquqi şəxs İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1621/2023 nömrəli Qərarı ilə şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 3(011)-2079/2023 saylı qərarı ləğv edilmiş və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
20. Məhkəmə müəyyən edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan “Uyğunluq sertifikatının ləğv edilməsi və müvafiq məlumatların təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli Göstərişdə İddiaçı MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola istinad olunaraq uyğunluq sertifikatının ləğv edilməsi qərara alınmışdır.
21. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh orqan tərəfindən “Uyğunluq sertifikatının ləğv edilməsi və müvafiq məlumatların təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli Göstərişdə istinad olunan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta üzrə icraata yekun məhkəmə aktı ilə (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1621/2023 nömrəli Qərarı ilə) xitam verilmişdir. Odur ki, hazırda xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol əsasında verilmiş “Uyğunluq sertifikatının ləğv edilməsi və müvafiq məlumatların təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli Göstəriş hər hansı hüquqi nəticə yaratmır.
22. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-1/2- 19615/2023 nömrəli Göstərişi əsasında müvafiq uyğunluq sertifikatl ləğv edilsə belə, bu hal faktiki olaraq iddiaçıya münasibətdə deyil, uyğunluq sertifikatı təqdim edilmiş quruma münasibətdə hüququ nəticə yaradır.
23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, mübahisələndirilən göstəriş iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır.
24. Məhkəmə qeyd edir ki, müvafiq yoxlamanın nəticəsində qəbul edilən qərar iddiaçının qanunla qorunan hüquqlarına təsir etdiyi təqdirdə inzibati məhkəmə araşdırmasının predmeti ola bilər.
25. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
27. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan, prosessual xərclərə dair hissə istisna olmaqla 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva