Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3081/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “son-haqq hesab aparılarkən iddiaçının işdən azad edildiyi 2023-cü ilin iyun ayı üzrə işlənilmiş günlərə mütənasib olaraq vəzifə maaşına ödənilən əlavələrin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə DVX) qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işəburaxmaya görə hesablanmış əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli **********998900 nömrəli əmrin ləğv edilməsi, DVX-də vəzifə maaşına və ixtisasına uyğun işə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edilənə qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqının ona ödənilməsi öhdəliyinin cavabdeh DVX-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, “son-haqq hesab aparılarkən iddiaçının işdən azad edildiyi 2023-cü ilin iyun ayı üzrə işlənilmiş günlərə mütənasib olaraq vəzifə maaşına ödənilən əlavələrin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra- cavabdeh) xx.xx.2023-cü il tarixli **********868600 nömrəli əmri ilə pensiyaya çıxmağı ilə əlaqədar olaraq “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75- ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Lakin son haqq-hesab düzgün hesablanmamışdır, işdən azad olduğu hesabat ayı üçün vəzifə maaşına əlavə və məzuniyyət üçün müavinət verilməmişdir.
4. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, iddiaçı Əliyev X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmış və öz ərizəsi əsasında qəbul edilmiş "İşdən azad edilmə haqqında" xx.xx.2023-ci il tarixli **********868600 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə nin 75-ci maddəsinin 1ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsdə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin icrası məqsədilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və əmək qanunvericiliyinin tələblərinə əsasən sabiq əməkdaş İddiaçı istifadə etmədiyi 49.5 əmək məzuniyyəti günlərinin ödənilməsi barədə xx.xx.2023-ci il tarixli **********868600 nömrəli əmr qəbul edilmiş və icrası təmin edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, ona ödənilmiş son haqq-hesabın hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşı nəzərə alınmış, hər ay əmək haqqına ödənilmiş əlavələr isə nəzərə alınmamış və bununla da son haqq-hesab əmək qanunvericiliyinin tələbləri pozulmaqla aparılmışdır. İddiaçının gəldiyi nəticənin qanunvericiliyin yanlış şərhi olduğunu bildirilmiş və qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Vergi işçilərinin fəaliyyətinin qiymətləndirilməsi, onlara verilən əmək haqqına əlavələr və mükafatların verilməsi iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında" Əsasnamə ilə deyil, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın 3.1-ci maddəsinə əsasən büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması, işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi, işçilərə maddi yardımın göstərilməsi və s. istiqamətlərə xərclənir. Bu istiqamətlərdən biri Qaydaların 3.1.1-ci yarımbəndinə görə işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması, digəri isə 3.1.2-ci yarımbəndinə görə işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi kimi müəyyən edilmişdir. Buradan aydın olur ki, vergi orqanlarının işçilərinə verilən kollektiv və fərdi mükafatlar və vəzifə maaşlarına əlavələr fərqli anlayışlardır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamədə göstərilən kollektiv və fərdi mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid olmalarına dair müddəalar fərqli hüquqi təbiətə malik olan vergi orqanı işçilərinə verilən vəzifə maaşlarına əlavələrə aid edilə bilməz. İddiaçı isə ona ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsini tələb edərkən həmin anlayışları eyniləşdirmiş və “vəzifə maaşına əlavələr kollektiv mükafatlandırma şəklində verildiyindən və daimi xarakter daşıdığından orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid olduğunu" bildirməklə yanlış nəticəyə gəlmişdir. Vergi orqanları işçilərinin vəzifə maaşlarına verilən əlavələrin orta əmək haqqının və son haqqhesabın hesablanması zamanı nəzərə alınıb-alınmaması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nda imperativ qaydada qeyd edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Bundan əlavə, iddiaçının mövqeyinə görə vəzifə maaşına əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarında nəzərə alınan ödənişlərin siyahısında göstərilən kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.)” anlayışı ilə əhatə olunur. Bununla bağlı qeyd edilmişdir ki, vergi orqanı əməkdaşlarına verilən əmək haqqına əlavələr kompensasiya xarakteri daşımır, daimi hesab olunmur, zərərli əmək şəraitində, gecə vaxtı. çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə nəzərdə tutulmur. Bu əlavələr vergi orqanları tərəfindən dövlət büdcəsində nəzərdə tutulan proqnoz göstəricilərinin icrası ilə bilavasitə bağlıdır. Başqa sözlə, proqnoz gəstəricilərinin icrası mümkün olmadıqda belə əlavələrin verilməsi dayandırıla da bilər. Oxşar hüquqi mövqeyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydasf'nda rast gəlmək mümkündür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Göründüyü kimi Nazirlər Kabinetinin hüquqi aktlarında əks olunan mövqe vahid təcrübəyə əsaslanır və vəzifə maaşına əlavələri birmənalı olaraq məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Həmçinin qeyd edilmişdir ki, artıq bundan əvvəl vergi orqanı əməkdaşı olmuş Mustafayev Hacıbala analoji iddia tələbi məhkəmə müraciət etmiş və iş bütün instanisyalan keçməklə yekunlaşmışdır. Belə ki, məhkəmələr tərəfindən iddiaçının dəlilləri əsassız hesab edilərək iddia tələbi rədd edilmişdir. Sözü gedən işə baxmış Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli qərarının 25-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında" Əsasnamənin 15.11-ci maddəsinə əsasən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktı ilə Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası’’nda əmək haqqında əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğün olmalıdır, istinad edilən qaydaların tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Güründüyü kimi, vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavələr orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilmədiyindən İddiaçı son haqq-hesabın ödənilməsi zamanı da həmin əlavələrin nəzərə alınmaması qanunamüvafiq olmuş və cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqların pozulmasına yol verilməmişdir. Odur ki, iddiaçının gətirdiyi dəlillər əsassız hesab edilməli, iddia tələbi isə təmin edilməməlidir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ.Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Məhkəmə iş materiallarında olan:
Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********86860 nömrəli “İşdən azad edilmə haqqında” əmrinin sutətindən görünür ki, İddiaçı – vergi xidməti müşaviri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 19 iyun 2023-cü il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilməsi; qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmək kitabçasının təhvil verilməsini və ya təhvil götürülməsi barədə bildirişin göndərilməsinin təmin etməsi, İddiaçı bu əmrlə tanış edilməsini, qanunvericiliklə müəyyən edilmiş müddətdə onunla son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsinə əsasən İddiaçı ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin təmin edilməsi barədə əmr verilmişdir. Cavabdehin etiraz ərizəsinə qoşma kimi əlavə edilmiş X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********551400 nömrəli əmrinin surətindən görünür ki, Bakı şəhəri X4 üzrə Baş İdarəsinin işçilərinə 2023-cü ilin iyun ayı üzrə ayrılmış vəsait həcmində aylıq vəzifə maaşlarına əlavələrin verilməsi, xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmr ilə təsdiq edilmiş "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası"nın tələbləri nəzərə alınmaqla və əmək qabiliyyətinin itirilməsi hallarına münasibətdə koronavirus infeksiyasına yoluxma halları istisna olmaqla, əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin hesablanmasının və ödənilməsini təmin etməsi barədə əmr verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********834300 nömrəli “müraciətə baxılması haqqında” məktubundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tam olaraq dövlət büdcəsindən maliyyələşən qurumdur. Xidmətin əməkdaşlarına dövlət büdcəsindən ayrılmış vəsait hesabına hər ay müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə vəzifə maaşı, xüsusi rütbəyə və xidmət illərinə görə əlavələr ödənilir. Bundan əlavə, əməkdaşların maddi rifahının yaxşılaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaiti hesabına (qeyd edək ki, bu vəsait də dövlət büdcəsinin tərkib hissəsidir) ayrılmış limit dairəsində vəzifə maaşına əlavələrin (VMƏ) ödənilməsi təmin edilir. Qeyd olunan VMƏ-lərin ödənilməsi Azərbaycan Respublikası Vergilər nazirinin (hazırda Dövlət Vergi Xidməti) xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”na əsasən həyata keçirilir. Qeyd edilmişdir ki, büdcə təşkilatı olaraq Dövlət Vergi Xidməti dövlət büdcəsindən ayrılan vəsaitlər, o cümlədən məzuniyyət haqqının ödənilməsi üçün ayrılan vəsait cari il üçün nəzərdə tutulur və məzuniyyətin növbəti illərə keçirilməsi növbəti illərdə dövlət büdcəsinin xərc yükünün əsassız olaraq artırılmasına səbəb olur və bu hal müvafiq dövlət maliyyə nəzarəti orqanları tərəfindən nöqsan kimi qeydə alınır. Bununla əlaqədar belə halların qarşısının alınması üçün müvafiq qabaqlayıcı tədbirlər görülmüş, o cümlədən qeyd olunan Qaydalar hazırlanarkən nəzərə alınmışdır. Belə ki, qeyd olunan Qaydalarda məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaiti hesabına ödənilən VMƏ-lərin nəzərə alınmaması qeyd olunur. Lakin, digər tərəfdən əməkdaşların maddi təminatının vacibliyi nəzərə alınaraq qeyd olunan Qaydalarda əmək məzuniyyəti, yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin sahə kollektiv sazişə əsasən işçilərə verilən ödənişli məzuniyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Yəni, vergi orqanı əməkdaşına, o cümlədən ona, işlədiyi dövrdə məzuniyyətə çıxdığı hallarda VMƏ-nin ödənilməsi təmin edilmişdir ki, nəticə etibarı ilə müraciətində qeyd etdiyi vəsaitlərin digər formada ona ödənilməsi təmin edilmişdir. Hesabat ayında işdən azad olunmuş işçiyə vəzifə maaşına əlavənin ödənilməsi ilə bağlı bildirilmişdir ki, vergi orqanı işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi hüququ Dövlət Vergi Xidmətinin müvafiq əmrilə rəsmiləşdirildikdən sonra yaranır və qeyd olunan ödənişlər yalnız əmrin imzalandığı tarixə faktiki işləyən əməkdaşlar üzrə aparılır. Əmək məzuniyyətinə çıxan zaman bir aylıq vəzifə maaşı məbləğində müavinətin ödənilməsi barədə müraciəti ilə bağlı qeyd edilmişdir ki, cari ildəki məzuniyyətlə bağlı ərizəsində müavinətin ödənilməsi ilə bağlı müraciəti olmadığından qeyd olunan müavinətin rəsmiləşdirilməsi və ödənilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə olaraq, əlavə ödəniş tələbinin təmin edilməsi büdcə təşkilatı olaraq Dövlət Vergi Xidmətinin imkanı xaricindədir.
İV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən:
2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən:
1. X2 istifadə olunan əsas anlayışlar 1.0. X2 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; ...
78. Hüquqi aktların Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilməsi qaydası 78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X5 Reyestrinə (bundan sonra – X5 Reyestri) daxil edilməlidir. 78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X5 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. 78.3. X5 Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir. 78.4. X5 Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir. 78.5. X5 Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur. ... Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X3 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
12. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
1. Əsas anlayışlar: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; ...
2. Qanunun tətbiq dairəsi 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. ...
22. Dövlət məvacibi 22.1. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən:
Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 157.4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. 157.5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. 157.6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” na əsasən, 3.1.2-ci bəndinə əsasən işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən xərclərə aiddir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə:
Maddə 52. Məhkəmə baxışının hədləri. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 11. Qanunçuluq prinsipi. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13. Ehtimad hüququnun pozulması prinsipi. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
V. Məhkəmənin mövqeyi.
18. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.
19. Əvvəla məhkəmə onu qeyd edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı son-haqq hesab aparılarkən onun işdən azad edildiyi 2023-cü ilin iyun ayı üzrə işlənilmiş günlərə mütənasib olaraq vəzifə maaşına ödənilən əlavələrin hesablanması və ödənilməsindən ibarətdir.
20. Hazırki qərarda sadalanan qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, yaxud natura formasında verilən haqdır. Aylıq tarif (vəzifə maaşı), tarif (vəzifə) maaşına verilən əlavə ödənişlər və mükafatlar aylıq əmək haqqının tərkibini təşkil edir. Əmək haqqına əlavə dedikdə, işçilərə əmək şəraitinə, yüksək ixtisasına, elmi dərəcəyə müvafiq olaraq, habelə həvəsləndirmək məqsədilə verilən digər ödəmələr başa düşülür.
21. İddiaçının aldığı əlavələr büdcədənkənar vəsaitlər hesabına ödənilir və bunu tənzimləyən xüsusi norma – Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” iddiaçı ilə son haqq-hesab aparılarkən tətbiq edilmişdir.
22. Cavabdehin etirazının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsinə əsasən xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növü hesab olunur. Həmin Qanunun 1.1.3-cü maddəsində isə dövlət qulluqçusunun anlayışı verilmiş və göstərilmişdir ki, dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Dövlət orqanı isə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır (1.1.4cü maddə). Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.
24. Beləliklə, yuxarıda qeyd edilən normaların həm ayrı-ayrılıqda, həm də məcmu halında hazırkı işə tətbiqinin mümkünlüyünü araşdırdıqda müəyyən edilir ki, iddiaçı vergi orqanının keçmiş əməkdaşı olmaqla dövlət qulluğunun xüsusi növündə çalışmışdır. Vergi orqanında işlədiyi müddət ərzində iddiaçının fəaliyyəti “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” və “Dövlət qulluğu haqqında” Qanunun müddəaları ilə tənzimlənmişdir.
25. Cavabdehin də istinad etdiyi və hazırkı işə tətbiqi mübahisə doğurmayan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbinə görə vergi orqanlarında xidmət haqqında qanunvericiliyə hazırkı qərarın 25-ci bəndində sadalanan digər normalarla yanaşı “Dövlət qulluğu haqqında” Qanun və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları daxildir.
26. Azərbaycan Respublikası vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” X5 reyestrində qeydiyyata alınmadığından normativ hüquqi akt statusuna malik olmamışdır.
27. Ona görə də, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin yuxarıda qeyd edilən tələbi baxımından “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın hazırkı işə tətbiqinə dair cavabdehin etirazının dəlilləri əsassızdır.
28. Bundan başqa, nəzərə alınmalıdır ki, dövlət vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun ümumi prinsipləri həmin xidmətdə (xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədə) də tətbiq olunmalıdır. Bununla bağlı hazırkı qərarda qeyd edilən normalarda həmin xüsusatlar öz əksini tapmışdır.
29. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
30. Bundan başqa, hazırkı qərarın 13-cü bəndində qeyd edilən normaya əsasən də müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxildir.
31. Məhkəmə hesab edir ki, son haqq-hesabın hesablanması ilə bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə hər hansı norma nəzərdə tutulmamışdır və bu məsələ ilə bağlı Əmək Məcəlləsinin 139.2-ci maddəsinə istinad edilməlidir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməsi və iddiaçıya son-haqq hesab aparılarkən işdən azad edildiyi 2023-cü ilin iyun ayı üzrə işlənilmiş günlərə mütənasib olaraq vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə barədə yeni qərar çıxarılmalıdır
34. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
36. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı – İddiaçı son-haqq hesab aparılarkən işdən azad edildiyi 2023-cü ilin iyun ayı üzrə işlənilmiş günlərə mütənasib olaraq vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova