Məhkəmə qərarları › İş №2-1(112)-3081/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3081/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3081/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 15 mart 2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci təvəllüdlüdür. HT-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1977-ci ildən əmək fəaliyətinə başlamış, daha sonra 1979-1981-cu il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə xidmət etmişdir. İddiaçı hərbi xidmətini bitirdikdən sonra xx.xx.1982-ci ildən əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyətini hal-hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərqaz” İstehsalat birliyinin Bakı X9 Departamentinin 2 saylı Xətti İstismar Xidmətində 4-cü dərəcəli qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işləməklə davam etdirir. Əmək fəaliyyətinin vəzifə sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 10-cu bəndinin Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.2-ci fəhlələr yarımbəndinin a) hissəsinin neft və qaz hasilatı iizrə operatorlar zərərli əmək şəraiti hesab edilir. Hal hazırda iddiaçının 63 yaşı var və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı o, güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün cavabdehə rəsmi qaydada müraciət etsə də, xx.xx.2024cli il tarixində cavabdeh onun müraciətinə rəsmi qaydada imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’ nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür, va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdehə təqdim olunan 28 fevral 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və “Azəriqaz” İB Bakı X9 Departamentinin iddiaçıya dair arayışında xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində Abşeron Magistral X8 2 saylı Xətti İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1982-xx.xx.1982-ci illərdə tullantıların utilizasiya zavodunun işçisi; xx.xx.1982-xx.xx.1983-cü illərdə çilingər şagirdi; xx.xx.1983-xx.xx.1984-cü illərdə işçi; xx.xx.1984-xx.xx.1985-ci illərdə fəhlə; xx.xx.1985-xx.xx.1986-ci illərdə tornaçı; xx.xx.1986xx.xx.1989-cu illərdə yükləyici; xx.xx.1989-xx.xx.1990-cı illərdə maşinist; xx.xx.1990xx.xx.1992-ci illərdə çilingər; xx.xx.1992-xx.xx.1994-cü illərdə böyük usta, baş iş icraçısı, iş icraçısı; xx.xx.1994-xx.xx.2001-ci illərdə usta; xx.xx.2001-xx.xx.2007-ci illərdə usta, çilingər-təmirçi, çilingər-növbətçi; xx.xx.2008-xx.xx.2010-cu illərdə çilingər-baxıcı; xx.xx.2010-xx.xx.2022-ci illərdə qaz paylayıcı stansiyasının operatoru işləmiş; xx.xx.2022ci il tarixdə Birliyin Bakı X9 Departamentinə 4-cü dərəcəli qaz paylayıcısı stansiyasının operatoru peşəsinə təyin edilmişdir. НЗ seriyalı, ******* nömrəli Hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1979xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. SOCAR “Qaz İxracı” İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin Abşeron Magistral X8 2 saylı Xətti İstismar Xidmətində 4-cü dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. SOCAR “Qaz İxracı” İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 2 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. (Əmr No287-k, xx.xx.2022) İşlədiyi müddətdə peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru İddiaçı əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: -Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrdən çox olan avtomatlaşdırılmamış qazpaylayıcı stansiyada və ya qaz paylayıcı məntəqədə (və yaxud gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrə qədər olan avtomatlaşdırılmış QPS və QPMdə) boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi; İstehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi; -Qoyulmuş rejimə uyğun olaraq cihazların,armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi; -Rejim jurnalında qazın texnoloji rejimində aparılan dəyişikliyin qeydiyyatının aparılması. -Qaz xəttinə “odaranfın (etil mel kaptan) verilməsinin təmin edilməsi; -Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi; -Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının işlək olmasına nəzarət edir; -Cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması; -Qaz paylayıcı məntəqələrdə(QPM) avadanlıq və kommunikasiyaların cari təmirində iştirak edilməsi; -Avadanlığın, kommunikasiyann, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanıması; -Odarantın və separatorlardan yığılan maye kondensat qarışığının uçotunun aparılması; -Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək; -İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək; -Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək; -Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi; -Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək; -Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatımamazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək; -Sahə üzrə tətbiq edilən beynəlxalq standartların tələblərinə riayət etmək; -Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək; -İş yerinin təmiz saxlanmasına cavabdehlik (otlardan təmizləmək); -Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi. İşlədiyi müddət qaz paylayıcı stansiyanın operatoru peşəsi 12 il 5 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli qərarda göstərilmişdir: a) Fəhlələr - 10.2 və 1.2.1.1.4 bəndinin qaz paylayıcı stansiyanın operatoru peşəsinə uyğundur. “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı 05 iyun 2008-ci il tarixdən Qaz Nəqli İdarəsinin Abşeron Magistral X8 2 saylı xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru peşəsində işə başlamışdır, 02 iyun 2010-cu il tarixdən ARDNŞ “Azəriqaz” X1 kəmərləri sahəsinin 2 saylı xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru peşəsinə, 01 mart 2013-cü il tarixdən ARDNŞ Qaz İxrac idarəsinin Abşeron Magistral X8 2 saylı xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru peşəsinə keçirilmişdir. 17 noyabr 2022-ci il tarixdən hal-hazıradək SOCAR "Azəriqaz” İstehsalat Birliyinin Bakı X9 Departamentinin 2 saylı xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışır. Beləliklə, işçinin “qaz paylayıcı stansiyanın operatoru” peşəsində fasiləsiz iş stajı 16 il 7 ay təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinin xx.xx.2022ci ildən sonra qüvvədə olan redaksiyasında göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsini tələb etdiyi 15 mart 2021-ci il tarixində qüvvədə olan pensiya qanunvericiliyinə görə kişilər üçün adi pensiya yaşı 65, güzəştli şərtlərlə pensiya yaşı isə 60 yaşdır. Yəni iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 60 yaşı tamam olmalı, 25 il ümumi stajı, 12 il 06 ay isə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı olmalıdır. Göründüyü kimi iddiaçının həmin dövrə qədər olan ümumi stajı və pensiya kapitalının olması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh iddiaçının həmin dövrə qədər olan güzəştli stajının olmamasına istinad edir. Eyni zamanda cavabdeh hesab edir ki, iddiaçının xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində Abşeron Magistral X8 2 saylı Xətti İstismar Xidmətində qaz paylayıcısı stansiyanın operatoru vəzifəsinin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” sahəsinə uyğun deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Məhkəmə müəyyən edir ki, baxmayaraq ki, iddiaçı işlədiyi dövrün güzəştli əmək stajına daxil edilməsinə dair müvafiq müəssisədən rəsmi arayış təqdim etmişdir, cavabdeh həmin vəzifənin güzəştli pensiya hüququ verən fəaliyyət sahəsinə aid olmadığı qənaətinə gələrək bu dövrü nəzərə almamışdır. Halbuki, iş materiallarından aydın görünür ki, iddiaçının tutduğu “qaz paylayıcı stansiyanın operatoru” vəzifəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər Siyahısı"nın 10.2-ci bəndində qeyd olunan – neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsindəki operator vəzifəsinə tam şəkildə uyğun gəlir. Cavabdeh bu vəzifənin həmin sahəyə aid olmadığını iddia etsə də, nəzərə almamışdır ki, iddiaçının sözügedən vəzifədəki fəaliyyəti birbaşa Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 2 saylı X7 həyata keçirilmişdir. Həm müəssisənin adı, həm də funksional istiqaməti onu açıq şəkildə neft sektoruna məxsus müəssisə kimi xarakterizə edir. Məhkəmə hesab edir ki, əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Beləliklə, yuxarıda göstərilən araşdırılmalar, cavabdehin irəli sürdüyü arqumentlərin əsassız olduğuna dəlalət edir. Göründüyü kimi iddiaçı 60 yaşının tamam olduğu 15 mart 2021-ci ildə 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli staja malik olmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 15 mart 2021-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar