Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3083/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X6, cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Suraxanı rayon şöbəsinin nümayəndəsi-X10 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 (hazırda Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X14 X16) Suraxanı rayon şöbəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 (hazırda Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X14 X16) Suraxanı rayon şöbəsinə (bundan sonra mətndə DSMF Suraxanı rayon şöbəsi) qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin və qanunla pensiya yaşına çatdığı tarixdən ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1958-ci il tarixdə, Füzuli rayonunda doğulub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına, xx.xx.2020-ci il tarixdə (qadınlar 61 yaş 6 ay) çatıb. xx xxxxxx 2019-cu il tarixdə 4 saylı Asan xidmət vasitəsi ilə DSMF Suraxanı rayon şöbəsinə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmiş, Şöbənin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubuna əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə əsas olaraq məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı yoxdur. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni əlavə edilmiş 22-1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası Azərbaycan Respublikası vətəndaşlarına avtomatlaşdırılmış qaydada təyin olunur və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasına əsas kimi “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi yox, həmin Qanunun 22-1-ci maddəsinə əsasən fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının olmaması qeyd olunmalı idi. Beləliklə iddiaçı əmək fəliyyətinə 1976-cı ildən başlamış 1998-cı ilədək ümumi əmək stajı 22 il təşkil edir. Dövlət X14 (DSMF) tərəfindən torpaq payına görə fərdi uçota alınıb və ona fərdi şəxsi hesab açılaraq, dövlət sosial sığorta şəhadətnaməsi müvafiq qaydada rəsmiləşdirilmişdir (Dövlət X3 nömrəsi SSNO**********43). xx.xx.2011-ci il tarixli CİP/1N079853 nömrəli mədaxil qəbzinə əsasən nəgd şəkildə və xx.xx.2012-ci il tarixli 17 nömrəli qəbzə əsasən isə Kapital Bank vasitəsi ilə köçürmə qaydasında torpaq payına görə DSMF Füzuli rayon şöbəsinə hər biri 10 manat olmaqla, cəmi 20 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin bu ödədiyi məcburi dövlət sosial sığorta haqqlarının heç biri DSMF tərəfindən fərdi hesabının sığorta hissəsinə daxil edilməmişdir. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən “İşəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək” dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yəni DSMF-nin vəzifəsidir. Dövlət X11 səhvindən və hərəkətsizliyindən onun ödədiyi məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabının sığorta hissəsinə daxil edilməməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2018-ci ilin 1 iyul tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmamasına səbəb olmuş və müvafiq olaraq həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il olaraq hesablanmamışdır. Beləliklə nəticə olaraq pensiya yaşına çatmağına baxmayaraq torpaq payına görə ödədiyi 20 manat məcburi dövlət sosial sığorta haqqından DSMF tərəfindən fərdi hesabının sığorta hissəsinə daxil edilməli olan pensiya kapitalının həmin hesaba daxil edilməməsi səbəbindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən, ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməmiş və həmin pensiyanın təyin edilməsindən DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən imtina edilmişdir. Cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinin nümayəndəsi X12 məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası ilə iddiaçının 22 il sığorta stajının olduğu müəyyən edilmiş və həmçinin iddiaçı da iddia ərizəsində bunu qeyd etmişdir. Göründüyü kimi iddaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunvericiliklə tələb olunan ikinci şərt ödənilmir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Müvafiq işlə əlaqədar xx.xx.2020-ci il tarixdə AR ƏƏSMN tabeliyində Dövlət X11 X15 və X4 sorğu ilə müraciət edilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, sığortaolunan İddiaçı ƏƏSMN “X1 sistemi”nin “Sığorta” (hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən 2006-2019cu illər ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər edilməmişdir. 2011-ci il üzrə sığortaolunan tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesaba (B2) əsasən, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə siğortaolunanlar haqqında məlumatlar (B3) təqdim edimədiyi üçün məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın fərdi şəxsi hesabında əks olunmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən və işin faktiki hallarından görünür ki, iddiaçının pensiya hüququnun yaranması üçün qanunvericiliklə nəzərdə tutulan şərtlərdən heç biri ödənilmir. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-X12 etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı xx.xx.1958-ci ildə Füzuli rayonunda doğulmuşdur. xx xxxxxx 1983-cü il tarixdə verilmiş nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Azadova soyadı verilmişdir (İİİ-ЖГ seriyalı 314143 saylı şəhadətnamə). Notarial qaydada təsdiq edilmiş xx xxxx 1976-cı il tarixli Kolxozçunun Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən X2 1976-cı ilin iyun ayında öz ərizəsinə əsasən “Komsomol” kolxozuna kolxozçu kimi qəbul olunmuşdur. 1978-ci ildə (avqust ayı) ali məktəbə qəbul olunması ilə əlaqədar olaraq kolxozdan azad edilmişdir. xx.xx.1978xx.xx.1982-ci il tarixlərdə D.Bunyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakultəsində əyani təhsil alıb. xx.xx.1982-ci ildə Horadiz pambıqtəmizləmə zavodunda mühasibatlıq şöbəsinə mühasib qəbul edilmişdir. xx.xx.1983-cu il tarixdə ərizəsinə əsasən mühasib vəzifəsindən azad edilmişdir. xx.xx.1984-cü ildə K.Əsədov adına kolxozda mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə K.Əsədov adına kolxozda torpaq islahatı aparıldığı üçün kolxozun fəaliyyəti dayandığına görə tutduğu vəzifədən azad olunmuşdur. SSN 0**********43 №-li Azərbaycan Respublikası Dövlət Sosial Sığorta şəhadətnaməsi İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli CİP/1 seriyalı 079853 nömrəli mədaxil qəbzi ilə nağd və xx.xx.2012-ci il tarixli 17 nömrəli qəbzə əsasən isə “Kapital Bank” Füzuli filialı vasitəsi ilə Dövlət X11 Füzuli rayon şöbəsinə hər biri 10 manat olmaqla, cəmi 20 manat torpaq pay sosial sığortga haqqı ödənilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMFnin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 61 yaş 6 aya çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiya hüququ vardır. Sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İşə məhkəmədə baxılarkən, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X14 X16 tərəfindən iddiaçıya (nümayəndəsi N.B.Azadov) ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********4 №li cavab məktubunda göstərilmişdir ki, “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” şəxs kimi uçotda olan “İddiaçı (SUN: **********3) tərəfindən təqdim edilmiş 2011-ci il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”a (B2) əsasən həmin dövr üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (B3) təqdm edilmədiyi üçün müraciətdə qeyd olunan ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sığortaolunan İddiaçı 0**********43 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” şəxs kimi uçotda olan “İddiaçı tərəfindən 2011-ci il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın (B2) “Nazirliyin X1 Sistemi”nin “Sığorta (Hesabat)” altsisteminə konvertasiya edilməsi və həmin il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın (B3) təqdim edilməsi üçün funksionallığın verilməsi istiqamətində müvafiq işlərin aparılması üçün X5 tenologiyaları departamentinə müraciət edilmişdir. Departament tərəfindən işlər yekunlaşdıqdan sonra təqdim edilmiş funksionallıq əsasında “Elektron Hökumət Portalı”nda (e-qov.az) Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin təqdim etdiyi xidmətlərdə qeyd olunmuş “Məcburi dövlət sosial sığorta üzrə hesabatların təqdim edilməsi” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” şəxs kimi uçotda olan “İddiaçı” 2011-ci illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”a (B1) əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (B3) təqdim edə bilər. “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” şəxs kimi uçotda olan “İddiaçı” tərəfindən 2011-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sğorta olunanlar hqqında məlumat” təqdim edildikdən sonra həmin dövr sığortaolunanın fərdi şəxsi hesabında öz əksini tapacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının 60 yaşının tamam olduğu tarixə təhsil aldığı dövr də daxil olmaqla 22 il sosial sığorta stajı vardır. İşin mübahisə olunmayan halına görə iddiaçı 61 yaş 06 ayda, yəni xx xxxxxx 2020-ci ildə pensiya yaşına çatmışdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırkı vəziyyətdə araşdırılmalı və mübahisə olunan hal iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalına malik olubolmamasıdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, 2011-ci il üzrə iddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesaba (B2) əsasən, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə siğortaolunanlar haqqında məlumatlar (B3) təqdim edimədiyi üçün onun tərəfindən xx.xx.2011-ci il və xx.xx.2012-ci il tarixlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sonuncunun fərdi şəxsi hesabında əks olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi ) orqanın vəzifəsidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunan İddiaçı fərdi şəxsi hesabında əks olunmaması iddiaçının təqsirindən baş vermədiyindən bu hal onun pensiya hüququna təsir edə bilməz Məhkəmə onu da qeyd edir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissə-hissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etmir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı pensiya yaşına (61 yaş 06 ay) çatdığı, yən xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı pensiya yaşına (61 yaş 06 ay) çatdığı, yəni xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X14 X16 Suraxanı rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3083/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3083/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver