Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3085/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X23 işə cəlb edilməklə soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X23 işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X20 və Misirxanova Məryəmin soyadının “Şixzadayeva” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X23 ilə 23 dekabr 2006-cı il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan iki övladları - 17 yanvar 2008-ci il tarixdə X14 və 25 yanvar 2010-cu il tarixdə X15 anadan olmuşlar. 09 iyul 2015-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarının pozulması, övladlarının onun himayəsində qalmaları, onların saxlanması üçün cavabdehdən hər ay ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2015-ci il tarixdə ona nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Həmin vaxtdan bu günədək cavabdeh övladları ilə maraqlanmamış, aliment ödəməkdən yayınmış, uşaqlarla görüşməyə cəhd etməmiş, hətta onun olduğu yeri müəyyən etmək, onunla hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Bugünədək cavabdehin külli miqdarda aliment borcu yaranmışdır. 23 oktyabr 2016-cı il tarixdə X10 ilə nikaha daxil olmuşlar və övladları ilə birlikdə ona məxsus mənzildə yaşayırlar. Ailə başçısı kimi Zamir onun və övladlarının bütün xərclərini qarşılayır. Bioloji ataları olmasa da, övladları Zamiri ata kimi qəbul edir. Zamir də, onlara ata kimi qayğı ilə yanaşır. O, hazırda əri Zamirin soyadını, yəni "Şıxzadayeva" soyadını qəbul etmişdir. X20 və Misirxanova Məryəm də, onun hazırkı soyadını, yəni "Şixzadayeva" soyadını qəbul etmək istəyirlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim olunaraq bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdehnə müraciət edərək, övladları – xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X2 “Şixzadayeva” soyadına dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də, soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il təvəllüdlüdür. İşdə olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 dekabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 233548 nömrəli “Nikahın pozulması haqqında şəhadtənamə”nin surətindən görünür ki, X23 ilə X16 arasında olan nikah ləğv edilmiş, nikah ləğv olunandan sonra qadına “Mirzağayeva” soyadı verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 12-ci ayının 05 günündə, 357 nömrə ilə qeyd edilmişdir. İşdə olan 5 saylı Bakı “Asan xidmət” X21 tərəfindən verilmiş AZ-İİ seriiyalı, 160308 nömrəli, xx.xx.2016-cı il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 ilə X17 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin oktyabr ayının 23 günündə, 5421 nömrə ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 072096 nömrəli, 29 mart 2008-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2008-ci il tarixdə, Bakı şəhərində doğulmuş, ata qrafasında X23, ana qrafasında X16 göstərilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 801048 nömrəli, 24 dekabr 2011-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə, Bakı şəhərində doğulmuş, ata qrafasında X23, ana qrafasında X16 göstərilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2497/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə, cavabdeh X18 qarşı atanın razılığı olmadan uşağın ölkə xaricinə gedib-gəlməsinə icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları 17 yanvar 2008-ci il təvəllüdlü X6 və 25 yanvar 2010-cu il təvəllüdlü X5 ataları X12 razılığı olmadan onunla sərbəst şəkildə ölkədən gedib-gəlmələrinə razılıq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından olan 17 yanvar 2008-ci il təvəllüdlü X14 və 25 yanvar 2010-cu il təvəllüdlü X13 himayəsinə verildiyi İddiaçı ilə birlikdə konstitusion hüquq olan – azad hərəkət etmək hüququnu, yəni ölkədən gedib-gəlmək hüququnu sərbəst həyata keçirə bilmirlər. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə uşaqların maraqları, yəni azad hərəkət etmək hüquqları (ölkədən gedibgəlmək hüquqları) valideynlərin maraqlarından üstün tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mülki işin araşdırılması zamanı uşaqların konstitusion hüquq olan azad hərəkət etmək hüququna dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı əsas müəyyən edilmədiyindən 17 yanvar 2008-ci il təvəllüdlü X6 və 25 yanvar 2010-cu il təvəllüdlü X5 ataları X12 razılığı olmadan 18 yaşına çatanadək (daimi əsaslar olmadan) anaları İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst getməsinə və qayıtmasına icazə verilməlidir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, 17 yanvar 2008-ci il təvəllüdlü X6 və 25 yanvar 2010-cu il təvəllüdlü X5 18 yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, ataları – cavabdeh X12 razılığı olmadan, anaları İddiaçı ilə birgə Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst surətdə gedib-gəlməsinə icazə verilməsi qət edilmişdir. İşdə olan Cavabdeh başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 2021-ci il 03 mart tarixdə keçirilmiş iclasının 7 saylı, 03 mart 2021-ci il tarixli protokolundan görünür ki, gündəlikdə duran məsələ - xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X2 “Şixzadayeva” soyadına dəyişdirilməsinə baxılması haqqında olmuşdur. Müzakirə zamanı çıxış edən komissiyanın üzvləri Ə.Q.Axundov, A.Ə.Bayramova və N.T.Hüseynova çıxış edənlərin göstərdikərini bir daha təsdiq edərək, uşaqların soyadının “Misirxanov” soyadından “Şixzadayeva” soyadına dəyişdirilməsinin qanunvericiliyin tələblərinə və uşağın manafeyinə zidd olması səbəbindən mümkün olmadığını qeyd edərək, təklifin səsə qoyulmasını xahiş etmişlər. Təklif səsə qoyularaq 7 nəfər lehinə, əleyhinə yoxdur, bitərəf yoxdur olmaqla, Cavabdeh başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya verilən məlumatı dinlədikdən sonra toplanmış sənədlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3, 54.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarxli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 4.1 və 6.26-cı maddələrinə istinad edərək, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X2 “Şixzadayeva” soyadına dəyişdirilməsinə icazə verilməmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının övladları X19 və X1 “Şixzadayeva” soyadına dəyişdirilməsi ilə bağlı Cavabdehnə ünvanladığı müraciətə Qəyyumluq və Himayəçilik üzrə Komissiyada baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də, soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Nəzərə çatdırır ki, keçmiş əri uşaqlarının soyadının dəyişdirməsinə razılıq verəcəyi təqdirdə məsələyə baxıla bilər. İşdə olan X11 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş **********193 nömrəli ərizədən görünür ki, anaları Şixzadayeva (Misirxanova) Kəmalə Neman qızı olan xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X8 “Şixzadayev” soyadının verilməsinə razlıq verir. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 7202/4986/2015-5-34 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X4ndan X3 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər uaşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmşdir. X4 tərəfindən heç bir ödəniş edilmədiyindən və faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığından tərəflərindən borclu barəsində xx.xx.2020-ci il tarixli axtarış qərarı qəbul edilərək, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. X3 nümayəndəsi (vəkili) Vəkil xx.xx.2022-ci il tarixdə Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək, qeyd olunan icra sənədi üzrə Bakı İnzibati Məhkəmsəinə məlumat verilməsni xahiş etmişdir. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi üçün verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2021-ci il tarixli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının soyadlarını dəyişdirməsini xahiş etdiyi övladları 17 yanvar 2008-ci il təvəllüdlü X6 və 25 yanvar 2010cu il təvəllüdlü X15 onun əvvəlki nikahından olan övladlarıdır. İddiaçı ilə əvvəlki əri X23 arasındakı rəsmi nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X9 X3 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. X23 tərəfindən heç bir ödəniş edilmədiyindən və faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığından, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən A.Misirxanov barəsində xx.xx.2020-ci il tarixli axtarış qərarı qəbul edilərək, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. İddiaçı övladlarının soyadının dəyişdirilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. İmtinanın əsası kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3, 54.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 4.1 və 6.26-cı maddələrinə istinad etməklə imtina edilmiş, iddiaçıya keçmiş ərinin uşaqlarının soyadının dəyişdirilməsinə razılıq verəcəyi təqdirdə məsələyə yenidən baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini hazırki işə tətbiq edərək qeyd edir ki, iş üzrə xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X5 valideynləri boşanaraq, ayrı-ayrı ünvanlarda yaşayırlar. Hazırda atalarının soyadını daşıyan uşaqlar anaları ilə birlikdə yaşayırlar. Uşaqların anası, hazırki iş üzrə İddiaçı yeni nikaha daxil olaraq soyadını dəyişmişdir. Onun hazırda rəsmi nikaha daxil olduğu Z.Şixzadayevlə birgə nikahlarından bir övladları vardır. İddiaçı hazırki əri X11 uşaqlara soyadının verilməsinə etiraz etmir. 10 yaşına çatmış uşaqlar ananın iştirakı ilə məhkəmə iclasında dindirilmiş, dindirilmə zamanı bildirmişlər ki, müxtəlif soyadlar onlar üçün narahatçılıq yaradır, hazırki soyadlarının dəyişdirilməsinə razıdırlar. Uşaqların atalarıın olduğu yeri müəyyən etmək qeyri-mümkündür. Belə ki, o, üzrsüz səbəbdən uşaqları saxlamaqdan, aliment ödəməkdən yayınır. Bu işdə olan İcra Şöbəsinin yuxarıda qeyd edilən müvafiq arayışı ilə təsdiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən işin yuxarıda sadalanan hallarına qiymət verilməmiş, uşaqların 10 yaşına çatması, onların fikrini, razılıqlarını nəzərə almadan, atalarının üzrsüz səbəbdən aliment verməkdən yayınması, axtarışda olması, yəni, onun olduğu yerin müəyyənləşdirilməsi mümkün olmadığından, həmin valideynin rəyini nəzərə almadan, uşaqların maraqlarını əsas tutaraq, uşaqların ailədə başqa soyadla yaşamasının onlar üçün narahatçılıq doğurmasını, uşaqların soyadlarının dəyişməsi üçün ciddi əsaslar olması nəzərə alınmamış, bununla da, əsassız olaraq, iddiaçının müraciətindən imtina edilmişdir. Halbuki, “Uşaq hüququları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqularının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüququi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə işin hallarına məcmu halda qiymət verərək hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 “Şixzadayeva” olaraq dəyişdirilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3085/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3085/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver