Məhkəmə qərarları › İş №2-1(112)-3088/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3088/2020

19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3088/2020 19.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Zülfüqarov X8 (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Zülfüqarov X8 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zülfüqarov X15 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zülfüqarov X11 təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09 aprel 1958-ci il tarixində anadan olmuşdur. Hal-hazırda onun özündə oxunmaz vəziyyətdə olan sovet vaxtından qalan doğum haqqında şəhadətnamə vardır. Sənədlərini bərpa etmək üçün Cavabdehnə müraciət etmiş 01 fevral 2020-ci il tarixli, 05/76-175/15 saylı məktubla imtina cavabı almışdır. İmtinada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olması göstərilmişdir. Onun doğum haqqında şəhadətnaməsi oxunmaz vəziyyətdə olduğuna görə o, şəxsiyyət vəsiqəsi ala bilmir. Bu səbəbdən də digər sənədləri bərpa edə bilmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 09 aprel 1958-ci il təvəllüdlü Zülfüqarov X15 onun qardaşıdır. Qardaşının şəxsiyyət vəsiqəsi yoxdur və ona məxsus doğum haqqında şəhadətnamə oxunmaz vəziyyətdədir. Buna görə də o, şəxsiyyətini təsdiq edən sənədi ala bilmir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/76- 175/15 saylı məktubundan görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 9.8-ci bəndinə müvafiq olaraq şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən ərizəsinin təmin edilməsinin mümkün olmadığı, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə sorğusu əsasında 09 aprel 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş Zülfüqarov X8 doğumunun qeydə alınıb-alınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydindən çıxarışın surəti məhkəmə tərəfindən cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh 22 aprel 2020-ci il tarixli, 05/76741/B saylı məktubla doğum haqqında akt qeydinin surətini məhkəməyə təqdim etmişdir. Həmin akt qeydindən görünür ki, Zülfüqarov X15 09 aprel 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28 aprel 1958-ci il tarixdə 1669 saylı nömrə ilə qeyd edilmişdir. Atası qrafasında Zülfüqarov X7, anası qrafasında X5 yazılmışdır. İşdə olan Xİ-ЖГ № 454456 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 26 aprel 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akty qeydləri kitabında 09 may 1960-cı il tarixdə 2093 sayla qeyd edilmişdir. Atası qrafasında X2, ana qrafasında X4 adı yazılmışdır. İş materiallarında olan iddiaçıya məxsus İ-ИЕ № 622560 saylı doğum haqqında şəhadətnaməyə baxış keçirilərkən müəyyən edildi ki, doğum haqqında şəhadətnamənin qələmlə yazılmış yazıları pozulmuş və həmin yazılar oxunmaz vəziyyətdə olmaqla yararsız vəziyyətə düşmüşdür. Buna görə də təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. İmtinaya əsas olaraq iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi göstərilmişdir. Halbuki işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı şəxsiyyətini təsdiq edən sənədin əldə etməsiüçün ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının doğum qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki, təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 09 aprel 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28 aprel 1958-ci il tarixdə 1669 sayla qeyd edilmiş Zülfüqarov X11 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 09 aprel 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28 aprel 1958-ci il tarixdə 1669 sayla qeyd edilmiş Zülfüqarov X11 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar