Məhkəmə qərarları › İş №2-1(112)-3088/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3088/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3088/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı X1(Bakı şəhərində qeydiyyatdadır, peşəsi- sürücü, işləmir), cavabdehin nümayəndəsi X2(İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İcra Hakimiyyəti) 21.02.1992-ci il tarixli 4/7 saylı qərarı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikintisi üçün iddaçıya ayrılmış 0.12 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş Lenin rayon XDS İKnin (indiki Sabunçu rayon İcra Hakimiyyəti) 21.02.1992-ci il tarixli 4/7 saylı qərarı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikintisi üçün iddaçıya ayrılmış 0.12 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İcra Hakimiyyəti) 21.02.1992-ci il tarixli 4/7 saylı qərarı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmişdir. Bundan başqa Kürdəxanı qəsəbəsinin ərazisindən ayrılmış 0.12 ha ölçüdə olan torpaq sahəsi barədə yerquruluşu planından çıxarışda onun koordinatları da göstərilmişdir. Həmçinin həmin torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla iddiaçıya təhvil verilmişdir və hazırda ondan istifadə edir. İddiaçı keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İcra Hakimiyyəti) 21.02.1992-ci il tarixli 4/7 saylı qərarı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikintisi üçün iddaçıya ayrılmış 0.12 ha ölçüdə olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi məqsədi ilə bütün lazımi sənədləri əlavə etməklə dəfələrlə cavabdehə müraciət etmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək faktiki 960.0 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, öhdəliyin icrası haqqında iddia olduğu üçün qanunla iddia müddətinin tətbiqi nəzərdə tutulmamışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının ərizəsinə dair imtina məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1962-cı ildə Bakı şəhərində anadan olmuşdur. 031810 nömrəli, 30.01.2017-ci il tarixdə verilən müharibə veteranı vəsiqəsinə əsasən, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Lenin rayon(indiki Sabunçu rayon) İcra Hakimiyyətinin başçısının 21.02.1992-ci il tarixli, 4/7 saylı qərarı ilə İddiaçı Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikinitisi üçün 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavininin Q-293-091 nömrəli, 30.11.2020-ci il tarixli məktubuna əsasən, Sabunçu rayon İcra Hakimiyyəti başçısının 4 saylı, 21.02.1992-ci il tarixli qərarı ilə Kürdəxanı qəsəbəsinn şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartalda mövcud 960,0. kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-00501-2020 nömrəli, 09.10.2020-ci il tarixli cavab məktubuna əlavə edilmiş sənədə əsasən, Lenin rayon (indiki Sabunçu) İcra Hakimiyyətinin başçısının arxiv fondu üzrə 21.02.1992-ci il tarixli, 4 saylı qərarının təsdiq edilmiş surətinə görə İddiaçı Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********54 nömrəli, 15.01.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının 193 nömrəli Çağrı Mərkəzinə daxil olmuş 08.01.2021-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmış, koronovirus ( COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edildiyi üçün ərizənin icrasında gecikmə baş vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********75 nömrəli, 01.06.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının 193 nömrəli Çağrı Mərkazinə daxil olmuş 03.05.2021-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılan araşdırma zamanı elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin Abşeron Meyvə tingliyi sovxozunun ərazisində yerləşdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 nömrəli, 03.05.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, iddiaçının müraciətinə **********88 nömrəli, 12.01.2021-ci il tarixli məktubla cavab vermiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********88 nömrəli, 12.01.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin Abşeron Meyvə tingliyi sovxozunun ərazisində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********48 nömrəli, 15.09.2021-ci il tarixli cavab məktubuna əsasən, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin Abşeron Meyvə tingliyi sovxozunun ərazisində yerləşir. Məhkəmə sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğu ilə əlaqədar sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bu sənədlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********88 nömrəli, 12.01.2021-ci il tarixli və **********23 nömrəli, 03.05.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatına alınmasından imtina edilməsi barədə bildiriş, sözugedən torpağın sahəsini hüquq müəyyənedici sənəd üzrə 0,12 ha, faktiki 0,098 ha müəyyən edən 19.03.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, 02.12.2020-ci il tarixli və 11.03.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqarın dövlət qeydiyyatı haqqında ərizələr daxildir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir., İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 2.1-ci mаddəsinə əsаsən, dаşınmаz əmlаkа mülkiyyət və digər əşyа hüquqlаrının dövlət qеydiyyаtı Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinə uyğun оlаrаq dаşınmаz əmlаkа hüquqlаrın əmələ, məhdudlаşdırılmаsının (yüklülüyünün) bаşqаsınа kеçməsinin və bu hüquqlаrа хitаm vеrilməsinin dövlət tərəfindən tаnınmаsı və təsdiq еdilməsi bаrədə hüquqi аktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. İşin faktiki hallarına əsasən Lenin rayon (indiki Sabunçu rayon) İcra Hakimiyyətinin 21.02.1992-ci il tarixli, 4/7 saylı qərarı ilə İddiaçı Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikinitisi üçün 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin qərarı cavabdehə təqdim edərək sərəncamda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi mübahisəli torpaq sahəsinin Abşeron Meyvə tinğliyi sovxozuna məxsus olmuş ərazidə yerləşməsi olması göstərilmişdir. Məhkəmə cavabdehin imtinasında göstərilənlərlə bağlı ilkin olaraq qeyd edir ki, cavabdeh mübahisəli torpağın Abşeron Meyvə tinğliyi sovxozunun ərazisində yerləşməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən torpaq sahəsi sovxozun ərazisində yerləşdiyi üçün onun dövlət orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən vətəndaşa ayrılması hərəkətinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmasına dair dəlil göstərilməmişdir. Bundan başqa hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Lenin rayon (indiki Sabunçu rayon )İcra Hakimiyyətinin başçısının sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasınn Milli Arxiv Fondunun sənədlərində də (fond- 130, siy.1, iş.96,vər.58) mövcuddur. 1992-cü ildə (torpaq sahəsi iddiaçıya ayrılan zaman) qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Həmin Məcəllənin 20-ci maddəsinin 3-cü bəndinə əsasən, dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir: “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” 18 oktyabr 1991-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilməsi, şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam veriməsi qərara alınmışdır. Göründüuyü kimi, 1993-cü ildə qüvvədə olmuş qanunvericiliyə əsasən yerli icra hakimiyyəti başçıları, onlara aid ərazidə vətəndaşlara torpağ verilməsi səlahiyyətinə malik idilər. «Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması cavabdehin imtina məktubunda göstərilməmiş, məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamə ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının istifadəsində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Lenin rayon (indiki Sabunçu rayon) İcra Hakimiyyəti başçısının 21.02.1992-ci il tarixli 4/7 saylı qərarı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0.12 ha ölçüdə olan torpaq sahəsi üzərində İddiaçı oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2,34, 68,110-cü mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. Lenin rayon (indiki Sabunçu rayon) İcra Hakimiyyəti başçısının 21.02.1992-ci il tarixli 4/7 saylı qərarı ilə Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsi, sahə 9, 2-ci kvartaldan fərdi yaşayış evinin tikintisi üçün iddiaçı ayrılmış 0.12 ha ölçüdə olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar