Məhkəmə qərarları › İş №2-1(112)-3089/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3089/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3089/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, X1, Cavabdehin nümayəndəsi X9 iştirаkları ilə, İddiаçı X3 cаvаbdеh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X17 X13 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçıX6 cavabdehlər Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X14 X13 İdarəsinə (hazırki:X13 üzrə Mərkəzi Filialına) və Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təqaüdə çıxdığı xx.xx.2018-ci il tarixdən etibarən hesablanan əmək pensiyasının, hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının,məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı- xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixdək və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı - xx.xx.2019-cu il tarixdən nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. X2 xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 20 il məhkəmə sədri vəzifəsində çalışmağı nəzərə alınmaqla, bugünə olan məhkəmə sədrinin əmək haqqı və digər gəlirləri əsas götürülməklə,o cümlədən hakimlərə hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq əmək haqqı məbləğində müavinətin, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının, həmçinin, 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqqın nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğin - fərqin iddiaçıya bidəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 X13 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X14 X13 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan məlum olmuşdur ki, iddiaçıya pensiya təyin edilərkən, xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək Bakı şəhəri Kirov (Binəqədi) rayon Məhkəməsinin hakimi və sədri, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri vəzifəsində çalışmağı nəzərə alınmamış, son iş yeri olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi iddiaçıya pensiya hesablanmışdır. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” xx.xx.1992-ci il tarixdə qəbul edilmiş və xx.xx.2011-ci il tarixədək qüvvədə olan Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş və “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikası məhkəməsinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində haqq verilməsi qərara alınmışdır. Həmin qərarın 2-ci bəndinə əsasən İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. “Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 1996-cı il tarixli 80-İQR Qərarı ilə İddiaçı (Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsinin sədri kimi) 3-cü ixtisas dərəcəsi verilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X17 X13 üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçıya Dövlət X14 Yasamal rayon şöbəsi tərəfindən xx xxxxx 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə uyğun olaraq 30 il 09 ay hakim kimi iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindəki fəaliyyətinin ardıcıl gələn 60 ayı ərzində aldığı əməkhaqqı və digər gəlirləri nəzərə alınmışdır. İddiaçının hal-hazırda aldığı əmək pensiyası hesablanarkən nəzərə alınan məbləğlərə aşağıdakılar daxildir: hakimlərin vəzifə maaşı – 1.584 manat; qulluq stajına görə əlavə 45 % - 712,8 manat; hakimiyyət səlahiyyətlərinə görə əlavə 15 % - 237,60 manat; mükafat və müavinətə görə - 797,28 manat. İddia tələbinin hakimlərin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı həcmində əlavə və 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqq istisna olmaqla digər hissələr ona əmək pensiyası hesablanarkən nəzərə alınmışdır. İddia tələbinin hakimlərin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı həcmində əlavə və 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqq barədə qeyd olunmalıdır ki, iddiaçı qeyd olunan əlavələri almadığı üçün bu əlavələr pensiya hesablanması zamanı nəzərə alına bilməz. Odur ki, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqdəar olmayan müəyyən hərəkətlərin edilməsi vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını və hakimlik stajına görə əlavələrinin (qulluq stajına, hakimiyyət səlahiyyətlərinə əlavələr, həmçinin mükafat və müaivinətlər) nəzərə alınmasını xahiş etmişdir. Lakin, məhkəmə gedişatı zamanı təqdim olunmuş pensiya işindən məlum olmuşdur ki, iddiaçıya pensiya təyin olunarkən sözügedən əlavələr nəzərə alınmış, lakin pensiya məhkəmə sədri kimi işlədiyi dövr üzrə deyil, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi işlədiyi illər əsasında hesablanmışdır. Bu səbəbdən, iddiaçı iddia tələbini dəqiqləşdirmiş və pensiya məbləği hesablanarkən, onun məhkəmə sədri kimi işlədiyi dövrlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə məhkəmə sədri kimi pensiyanın yenidən hesablanması ilə bağlı müraciətin olmaması, iddianın mümkünlük şərtlərinin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçı cavabdehə müraciət edərkən, ona təyin olunmuş pensiya məbləğinin onun məhkəmə sədri kimi işlədiyi illər əsasında hesablandığını hesab etmiş və məhz hakimlərə nəzərdə tutulan əlavələrin ödənilməsi tələb etmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. İş materiallarına əlavə edilmiş: - X3 müraciətinə baxılması barədə Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X17 X13 İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubda qeyd olunmuşdur ki, Dövlət X14 Yasamal rayon Şöbəsi tərəfindən iddiaçıya xx xxxxx 2018-ci il tarixdən hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə uyğun olaraq 30 il 09 ay hakim kimi iş stajına görə sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının (2.786,90 manat) 80 faizi – 2.229,52 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikası hakimlərinin vəzifə maaşlarının artımı ilə əlaqədar xx xxx 2018-ci il tarixindən etibarən sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının 3.070,85 manata artırılması ilə əlaqədar əmək pensiyası yuxarıda qeyd edilən maddənin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi – 2.456,68 manat məbləğində müəyyən edilərək iddiaçıya ödənilmişdir. x xxxxxxxx 2019cu il tarixdən etibarən Azərbaycan Respublikası hakimlərinin vəzifə maaşlarının artımı ilə əlaqədar sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının 3.334,49 manata artırılması ilə əlaqədar əmək pensiyası yuxarıda qeyd edilən maddənin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi – 2.667,59 manat məbləğinə hesablanaraq müvafiq kart hesabına köçürülür. -Azərbaycan Respublikası Milli Məclisinin Aparatı Milli Məclisin, Komitələrin və X7 Şöbəsinin 03-04 saylı, xx xxxx 2020-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Milli Məclisi Arxiv fondunun sənədlərinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 21 may tarixli 80-İ QR nömrəli Qərarında, Bakı şəhəri, Binəqədi rayon xalq məhkəməsinin sədri X4 3-cü ixtisas dərəcəsinin verilməsi qeyd olunmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 8/664 saylı arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixdən Bakı Ağır Cinayətlər məhkəmə hakiminin vəzifə maaşı 1.584 manat təşkil edir. Eyni zaman arayışda göstərilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30 %-ni, 15 ilinə görə 45 % -i həcmində əlavə haqq ödənilir. Həmin qanunun 106-cı maddəsinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonraki dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25 %-i həcmində aylıq pul təminatı verilir. Həmçinin, xx.xx.2019cu il tarixdən hakimlərə hər ay bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 06/24-575 saylı arayışından görünür ki, X5 xx.xx.1987-xx.xx.2000-ci il tarixlərdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin, xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri olmuş, xx.xx.2005-xx.xx.2007-ci il tarixlərində isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri vəzifəsini icra etmişdir. xx.xx.2007-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş və xx.xx.2018-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Məhkəmə gedişatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, X4 xx xxxxx 2018ci il tarixdən yaşa görə 2.229,52 manat məbləğində pensiya təyin olunmuş, xx xxx 2018-ci il tarixdən pensiya məbləği 2.456,88 manata, xx xxxxxxxx 2019-cu il tarixdən isə 2.667,59 manatadək artırılmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1987- ci il tarixdən xx.xx.2007-ci il tarixədək məhkəmə sədri kimi pensiya məbləğinin, əlavələr nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir və bu halı onunla əsaslandırir, ona pensiya təyin olunarkən Əmək Pensiyaları haqqında Qanunun 20.7-ci maddəsinin tələbləri pozularaq, hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı nəzərə alınmışdır. İşin mübahisələndirilməyən halı odur ki, iddiaçı X5 xx.xx.1987-xx.xx.2000-ci il tarixlərdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin, xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri olmuş, xx.xx.2005-xx.xx.2007-ci il tarixlərində isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri vəzifəsini icra etmiş, xx.xx.2007-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş və xx.xx.2018-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Həmçinin, iddiaçıya pensiya məbləği təyin edilərkən qulluq stajına görə əlavə, həmçinin hakimiyyət səlahiyyətlərinə görə əlavələr, o cümlədən də mükafat və müavinətlar da nəzərə alınmışdır. İşin araşdırılmalı halı odur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının tələblərinə riayət olunub-olunmaması, o cümlədən, məhkəmə sədri kimi fəaliyyət göstərdiyi dövr nəzərə alınmaqla pensiya məbləği hesablanıb-hesablanmamasıdır. Hazırki iddia tələbi üç hissədən ibarətdir: 1) Pensiya məbləği hesablanarkən iddiaçının məhkəmə sədri kimi fəaliyyət göstərdiyi dövrün nəzərə alınması; 2) Həmin dövr əsasında onun aldığı əlavə haqqlarının pensiya məbləğində hesablanarkən nəzərə alınması; 3) 3-cü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində haqqın nəzərə alınmasıdır. Məhkəmə iddia tələbinin birinci və ikinci hissələrinə münasibət bildirir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, hakimlərin, sabiq hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərinin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.1-ci və 30.1-1-ci maddələrinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.Əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir Həmin Qanunun 31.1-ci və 31.2-ci maddələrinə əsasən, Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.1-ci maddəsinə əsasən, Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X15 (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Həmin Qaydaların 2.7-cı maddəsinə əsasən, pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” (bundan sonra – MEİS) X16 (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. Həmin Qaydaların 4.2.2-ci maddəsinə əsasən, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət X14 Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edibetməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Vətəndaşa pensiyanın təyin olunması isə məhz vətəndaşın öz ərizəsi (müraciəti) əsasında həyata keçirilir. Məhkəmə gedişatı zamanı təqdim olunmuş 702093 nömrəli pensiya işindən görünür ki, X2na xx xxxxx 2018-ci il tarixdən yaşa görə 2.229,52 manat məbləğində pensiya təyin olunmuş, xx xxx 2018-ci il tarixdən pensiya məbləği 2.456,88 manata, xx xxxxxxxx 2019cu il tarixdən isə 2.667,59 manatadək artırılmışdır. Pensiya işində mövcud olmuş sənədlərdən görünür ki, iddiaçıya pensiya məbləği təyin olunarkən onun xx.xx.2007-ci ildən xx.xx.2018-ci ilədək Bakı Ağır Cinayətlər məhkəməsində hakim vəzifəsində işləməsi və onun xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək əmək haqqının 157.221,72 manat təşkil etdiyi nəzərə alınmışdır. Lakin, pensiya işində olan sənədlərdən məlum olmuşdur ki, cavabdeh tərəfindən prossesual hərəkətlərin pozuntusuna yol verilərək iddiaçının ərizəsi olmadan pensiya təyin edilmişdir. Vətəndaşın ərizəsi olmadan pensiyanın təyin edilməsi isə, hazırki iş üzrə pensiyanın düzgün hesablanmamasına səbəb olmuşdur. Bəli ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun: -106-cı maddəsinə görə, digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlər hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. - 2019-cu il sentyabr ayının 1-dək qüvvədə olmuş 106-ci maddəsinin üçüncü hissəsinə görə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. - xx xxxxxxxx 2019-cu il tarixdən qüvvədə olmuş 106-ci maddəsinin üçüncü hissəsinə görə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. -107-ci maddəsinin birinci hissəsinin xx xxxxxxx 2010-cu ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət verilir. -Həmin normanın xx xxxxxxx 2010-cu ildən başlayaraq xx xxxx 2019-cu ilə qədərki redaksiyasına görə hakimlərə hər il qırx təqdim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. -109-cu maddəsinin dördüncü hissəsinə əsasən, hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci və 20.7.2-ci maddələrinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındaki sonraki artımlar da nəzərə alınmaqla müəyyən edilir: 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındaki fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 2017-ci ilin iyul ayının 1-dək qüvvədə olmuş 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Şərh olunan maddələrin normalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, X2na yaşa görə əmək pensiyası təyin edilərkən, onun hakim vəzifəsindəki fəaliyyətinin istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının, məhz onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi xx.xx.2013-cü ildən – xx.xx.2018-ci ilədək əmək haqqları nəzərə alınmışdır. Halbuki, iddiaçıya pensiya təyin edilərkən, iddiaçının öz şəxsi iradəsi ilə istənilən ardıcıl qələn 60 ayı ərzindəki əmək haqqlarının, onun məhkəmə sədri və ya məhkəmə hakimi kimi işlədiyi dövrlərin seçilməsinə yönəlməli idi. Nəzərə alsaq ki, məhkəmə hakimi kimi iddiaçının fəaliyyət göstərdiyi zaman onun əmək haqqısı 1.142 -1.325 manat təşkil etdiyindən, həmin əməkhaqqı rayon (şəhər) məhkəmələrin sədrlərinin əmək haqları ilə müqayisədə nisbətən aşağıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin arayışından görünür ki, xx.xx.2019-cu il tarixdən rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı 1.733 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1987-xx.xx.2007-ci ilə qədər müvafiq məhkəmələrdə məhkəmə sədri kimi işlədiyi dövrlər üzrə orta əmək haqqı ilə bağlı arayış təqdim edə bilməsə də, qüvvədə olan qanunvericiliyin tələblərindən görünür ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı maddəsinin tələblərinə görə: xx.xx.2004-cü il tarixədək məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 75 faizi həcmində; xx xxxxxx 2013-cü il tarixədək 60 faizi həcmində, həmin tarixdən hazırki günədək isə 70 faiz həcmində, lakin bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının hazırda pensiya məbləğinin yenidən hesablanması və pensiya təyin olunduqdan sonra pensiya məbləğinin məhz onun məhkəmə sədri kimi fəaliyyət göstərdiyi istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği əsasında hesablanmasını tələb etmək hüququ vardır. İddiaçının əmək pensiyası hesablanarkən ona həmin dövr üzrə əməkhaqqındaki sonraki artımlar da nəzərə alınmalıdır. Belə ki, Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X1 ümumilikdə məhkəmə sədri və hakimi kimi fəaliyyəti 30 il 09 ay 09 gün təşkil edir. Bu səbəbdən, iddiaçıya hər ay vəzifə maaşlarının 45 faizi həcmində əlavə haqq verilməlidir. Həmçinin, iddiaçının digər əlavə haqqların pensiya məbləğinə hesablanması ilə əlaqədar olan tələbə münasibətdə, məhkəmə bildirir ki, iddiaçı məhkəmə sədri kimi xx.xx.2007-ci il tarixədək fəaliyyət göstərdiyindən ona, müvafiq olaraq xx.xx.2010-cu il tarixədək qüvvədə olan “Məhkəmə və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə uyğun olaraq, məzuniyyətə çıxarkən verilməli olan iki aylıq vəzifə maaşı, həmçinin, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 15 faizi miqdarında, xx.xx.2019-cu il tarixdən isə 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı və müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsinə münasibət bildirir. Belə ki, Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 21 may tarixli 80-İ QR nömrəli Qərarı ilə, Bakı şəhəri, Binəqədi rayon xalq məhkəməsinin sədri X4 3-cü ixtisas dərəcəsi verilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, X2 3-cü ixtisas dərəcəyə malik olduğundan, onun minimum əmək haqqının üç misli məbləğində əlavə haqqlarının pensiya məbləği hesablanarkən nəzərə alınmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il, xx xxxx 2001-ci il və xx xxxx 2008-ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş məhkəmə hakimiyyətinin əsas prinsiplərinin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.1-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərələliyi və rolu haqqında Avropa Şurası Nazirllər Komitəsinin Tövsiyyəsinə görə isə, hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Beləliklə, qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarı ilə hakimin əməyini xüsusi dəyərləndirməni, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyi fərqli yanaşmanı tələb edir. Belə olan halda, qanunvericilikdə birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 25 faizi həcmində vergilərdən azad olunan aylıq pul təminatının verilməsi, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqqın verilməsi nəzərdə tutulduğundan, həmçinin, pensiya qanunvericiliyində vəzifə üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmalı olduğundan cavabdehin imtinası əsassız, hazırkı iddia tələbi isə əsaslı olmuşdur. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçıX3 cаvаbdеh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X17 X13 üzrə Mərkəzi Filialına qarşı iddia tələbi təmin edilərək, iddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə) və “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni xx xxxxx 2018-cu il tarixdən hesablanmaqla vəzifə maaşının 25 faizi həcmində vergilərdən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və hal-hazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1iddiası təmin edilsin. İddiaçının məhkəmə sədri kimi işlədiyi illər üzrə istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği (öz arzusu ilə) və “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 106-cı, 107-ci və 109-cu maddələrində nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmaqla, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən vəzifə maaşlarının 15 faizi miqdarında, xx.xx.2019-cu il tarixdən isə 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, hakimlik stajına görə verilən maaşın 45 faizi həcmində əlavə haqq, o cümlədən üçüncü ixtisas dərəcəsinə görə əmək haqqının üç misli məbləğində əlavə haqqlar nəzərə alınmaqla yenidən hesablanıb və hal-hazıra kimi yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar