Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-309/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsinə (hazırki: X4 üzrə Mərkəzi filialına) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsinə (hazırki: X4 üzrə Mərkəzi filialına) qarşı məhkəməyə müraciət edərək, ona xx xxxxxx 2017ci il tarixdən 57 yaşının tamam olduğu gündən pensiyanın təyin edilməsi və bu günədək ödənilməmiş pensiyanın qaytarılması cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixindən xx.xx.1983cü ilədək “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətində fəhlə işləmişdir. Həmin idarədə xx.xx.1983-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək güzəştli şərtlərlə pensiya hüquqi verən “daşyonan” peşəsində işləmişdir. “xxxxxxxxxxxxxxxxxx” QSC-nin ona təqdim etdiyi xx xxxx 2019-cu il tarixli arayışı təsdiq edir. Həmin arayışda qeyd olunur ki, o Dağ-mədən bölməsinin 1.2.1 açıqda dağ-mədən işləri və yer səthində işlər bölümünün “a” bəndinə uyğun daşyonan peşəsində işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların,işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın 1-cü Dağ-mədən işləri bölməsinin “Açıqda dağ-mədən işləri və yer səthində işlər” bölümünün 2010100a-12690 yarım bəndində nəzərdə tutulmuş daşyonan peşəsində iş stajı 23 ildən çoxdur. xx xxxxxx 2006-cı il tarixinədək ümumi əmək stajı hərbi xidmətlə birgə 25 ildən çox təşkil edir. Bu günədək ümumi əmək stajı 36 ildən çoxdur. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə xx xxxxx 2019-cu il tarixində 57 yaşda güzəştli şərtlərlə pensiyanın təyin olunması ilə əlaqədar müraciət etmiş, lakin idarə müxtəlif bəhanələr gətirərək ona pensiyanın təyin edilməsinə imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi filialın nümayəndəsi və vəkili X2 yazılı etiraz təqdim edərək bildirmişdir ki, idarənin xx xxxx 2019-cu il tarixli, **********9 nömrəli imtina məktubu onunla əsaslandırılın ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İdarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil edilməyib. xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə “çalışmışlarsa “ sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. İddiaçı xx xxxxxx 1960-cı il təvəllüdlüdür; yəni ƏPQ-nin 9-1ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixədək güzəştli pensiya hüququ verən yaş həddinə çatmamışdı. Dolayısı ilə, iddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməz. İddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi filialın nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. AZE № 09514533 seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. İddiaçı ünvan 1 mənzil 68 ünvanında qeydiyyatdadır. HЗ-3981560 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx xxx 1979-cu ildən xx xxxx 1981-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. İşdə olan iddiaçının AT-İİİ-0660846 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək-İsmayıllı təsərrüfatlar arası tikinti idarəsində yardımçı fəhlə vəzifəsinə təyin edilmişdir; -xx.xx.1982-ci ildə 2-ci fərəcəli köməkçi fəhlə götürülmüşdür. -xx.xx.1983-cü ildə-Təbii daşla üz çəkmə üzrə işə keçirilmiş və 2-ci dərəcəli daş-qranit yonan dərəcəsi verilmişdir. -xx.xx.1985-3-cü dərəcəli daş-qranit yonan dərəcəsi verilmişdir. -01.1.1987-ci ildə-(Əməyin ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar Vahid tarif ixtisaslaşma rəhbərliyi, 3,2,1 buraxılış 1986 il/ dərəcə və peşələri müəyyən etmək) 3cü dərəcəli daş yonan -xx.xx.1987-ci ildə 4-cü dərəcəli daş yonan dərəcəsi verilmişdir. -xx.xx.1992-ci ildə 5-ci dərəcəli daş yonan dərəcəsi verilmişdir. -xx.xx.1992-ci ildə- “Soyuz metro xüsusi tikinti” İdarənin Bakı filialına keçirilmişdir. -xx.xx.1992-ci ildə “Soyuz metro xüsusi tikinti” İdarəsnin Bakı filialına 5-ci dərəcəli daş yonan qəbul edilmişdir. -xx.xx.1993-cü ildə Əməyin ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaaqədar Vahid tarif ixtisaslaşma rəhbərliyi, dərəcə və peşələri müəyyən etmək 5-ci dərəcəli daş yonan. - xx.xx.1993-cü ildə-Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına və Az.nəqliyyat metro xüsusi tikinti 91/4 saylı xx.xx.1993-cü il tarixli əmrinə əsasən Soyuz metro xüsusi tikintinin Bakı filialı adı dəyişdirilərək Az tunel Stroy DŞ-nin Xüsusi naxış işləri İdarəsi adlandırılmışdır. - xx.xx.2014-cü ildə AR Əmək Məcəllənin 68-ci maddəsinin 2(a) bəndinə uyğun (öz xahişi ilə) işdən azad edilmişdir. - xx.xx.2014-cü ildə- “xxxxxxxxxxxxxxxxxx” MMC-yə mərmər ustası kimi işə qəbul edilmişdir. - xx.xx.2015-ci ildə -İşdən azad edilmişdir. Azərbaycan respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC-nin xx xxxx 2019-cu il tarixli A/272 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də “Azərtunelmetrotikinti” SC-nin X5 İdarəsində xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək 2-ci dərəcəli fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək 2-ci dərəcəli daşyonan, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək 3-cü dərəcəli, xx.xx.1987-ci ildən 22.0701992-ci ilədək 4-cü dərəcəli, xx.xx.1992—ci ildən xx.xx.2014-cü ilədək 5-dərəcəli qranit-daşyonan işləmişdir. xx.xx.2014-ci il tarixindən 14/K-saylı əmrə əsasən AR ƏM-nin 68-ci maddəsinin 2(a) bəndinə uyğun (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin xx xxxx 2019-cu il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında, onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı da təqdim edilmişdir. İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, 25 ildən çox əmək stajı (hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il 9 ay 26 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1982-xx.xx.1983-cü il tarixədək fəhlə, xx.xx.1983cü il tarixdən xx.xx.2006-cı tarixədək “Azərtunelmetrotikinti” SC X6 İdarəsində (hazırkı “xxxxxxxxxxxxxxxxxx” QSC) işlədiyi daşyonan peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-ci il tarixli 320№-li qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının” 1-ci Dağ-mədən işləri bölməsinin “Açıqda dağ-mədən işlər və yer səthində işlər” bölümünün 2010100a və 2010100a -12690 kodu altında zərəli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (23 il 3 ay 11 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Göründüyü kimi iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi , ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx xxxxxx 2017 -ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X4 üzrə Mərkəzi filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 57 yaşdan, xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi filialın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-309/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-309/2020
27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver