Məhkəmə qərarları › İş №2-1(112)-309/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-309/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-309/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində 1985-ci ildən 1991-ci ilə kimi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində 1974-cü ildən 1975-ci ilin may ayına kimi işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-5652/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)- 1251/2021 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-5652/2020 saylı qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1955-ci ildə Əli- Bayramlı şəhərində anadan olmuş, müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxtlarda işlədiyi illər əmək kitabçasında öz əksini tapmışdır. Lakin 1985- 1991-ci illərdə “Azərinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyində, 1974-1975-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işləsə də, əmək kitabçasında qeyd olunmamışdır. O, bununla bağlı əldə etdiyi arxiv arayışlarını cavabdeh orqana təqdim etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, o, “Azərinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində 1985-ci ildən 1991-ci ilə kimi işləmişdir. Prezidentin İşlər İdarəsinin arxiv arayışından görünür ki, o, 1974-cü ildən 1975ci ilin may ayına kimi həmin idarədə işləmişdir. İş materiallarına əlavə edilmiş hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, o, 2 il hərbi xidmətdə olmuşdur. Onun əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, kifayət qədər iş stajı vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşma çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd olunan Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Qeyd olunan Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir, Yəni 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 cntyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən idarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı XX.XX.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə təqdim edilmiş sənədlərinizə pensiya təyin edən komissiya tərəfindən baxılmışdır. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajınız və pensiya kapitalınız olmadığı üçün ərizənizi təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin xx.xx.2012-ci il tarixli 141 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, X4 Azərbaycan KP MK-nin “Kommunist" nəşriyyatının 11 dekabr 1974-cü il tarixli 504 saylı əmrinə əsasən “Azərbaycan qadını” jurnalı redaksiyasına kuryer vəzifəsinə qəbul edilmiş, 6 may 1975-ci il tarixli 107 saylı əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı 1974-cü ilin dekabr ayından 1975-ci ilin may ayına kimi - 1974-cü ilin dekabr, 1975-ci ilin yanvar-may ayları üzrə əmək haqqı almışdır (rubl ilə). İddiaçı 1975-ci ilin aprel ayı 10 rubl mükafat almışdır. Əsas: Fond 11149, siy.1, iş 58,59; siy.4, iş 102,103. İş materiallarında olan “Azərinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsinin xx.xx.2012-ci il tarixli 30 nömrəli əmək haqqının ödənilməsi cədvəlindən görünür ki, X4 1985-1990-cı illərdə əmək haqqı almışdır. İş materiallarında olan “Bakı Tikiş Evi” ATSC-nin xx.xx.2012-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən Volodarski adına Tikiş fabrikində işləyib, xx.xx.1977-ci il tarixdə 680 nömrəli əmrlə 3-cü dərəcəli çilingər qəbul edilib, xx.xx.1983-cü ildə 56 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə 7 nömrəli əmrlə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin olunub və xx.xx.1998ci il tarixdə 4 nömrəli əmrlə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. 1991-ci ilin dekabr, 1992-ci ilin yanvar-dekabr, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-dekabr, 1995-ci ilin yanvar-dekabr, 1996-cı ilin yanvar-dekabr, 1997-ci ilin yanvar-dekabr, 1998-ci ilin yanvar-sentyabr ayları üzrə əmək haqqı almışdır. İş materiallarında olan “X5” MMC-nin arayışından görünür ki, İddiaçı oğlıı xx.xx.1998ci il tarixdə 4 nömrəli əmrlə “X5” MMC-də texniki nəzarətçi vəzifəsinə təyin olunub və xx.xx.2002-ci il tarixdə 8 nömrəli əmrlə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. 1998-ci ilin dekabr, 1999-cu ilin yanvar-dekabr, 2000-ci ilin yanvar-noyabr, 2001-ci ilin yanvar-dekabr, 2002-ci ilin yanvar-noyabr ayları üzrə əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin 133 saylı, xx.xx.2012-ci il tarixli arxiv arayışından görünür ki, Bakı Slavyan Universitetinin arxiv fondunun sənədlərindən aydın olur ki, İddiaçı həqiqətən 1973-cü il M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutuna xx.xx.1973-cü il tarixli, 37/l əmrinə əsasən dülgər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1973-cü ildə 166/l əmrinə əsasən qarderob işçisi vəzifəsinə keçirilmişdir və xx.xx.1974-cü ildə öz xahişi ilə 105/l əmrinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Əsas: fond İV, sax. Vaxt 10, siyahı 1974-cü il. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının 252 saylı, xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanlanmış arxiv arayışından görünür ki, X9 filialında mühafizə olunan Əli Bayramlı DRES-nin Tikinti Quraşdırma idarəsinin 1985-1988-ci illərə aid əmrlər kitabında X3 işləməsi barədə xx.xx.1985-ci il tarixli, 30 nömrəli, xx.xx.1987-ci il tarixli, 32 nömrəli, xx.xx.1988-ci il tarixli, 54 k nömrəli məzuniyyət əmrləri vardır. X9 filialında mühafizə olunan Əli Bayramlı DRES-nin Tikinti Quraşdırma idarəsinin 1985-1988-ci illərə aid əmək haqqı hesablama kitabına əsasən X4 1985-1990-cı illərin yanvar-dekabr və 1991-ci ilin yanvariyun ayları üzrə əmək haqqı almışdır. Filialda mühafizə olunan Əli Bayramlı “Şirvanenerjiinşaat Tikinti idarəsinin 1991-ci ilə aid əmək haqqı hesablanma cədvəllərində son olaraq iyun ayında adınıza əmək haqqı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək dayandırılması, xx.xx.2010-cu il tarixdən bərpa olması, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdən bərpa olması, xx.xx.2016-cı il tarixdən xx.xx.2020ci il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdən bərpa olması, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması və hal-hazırda fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, “X6” MMC-nin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2014-cü il tarixdən bəyannamə ilə aktivləşməsi və hal-hazırda fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində hüquqi ünvanı AZ1001, ünvan 5dud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2005-ci il tarixdə 0105-P159-44000 nömrə ilə və hüquqi ünvanı AZ1073, ünvan 6əti aktiv olan “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 0104-P50-39817 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdən fəaliyyətinin dayandırılması barədə qeyd aparılmışdır. İş materiallarında olan İddiaçı məxsus 075866 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Bakı Slavyan Universitetinə dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü ildə qarderob vəzifəsinə keçirilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmiş, xx.xx.1977-ci ildə Volodarski adına Tikiş fabrikində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə "xxxx" MMC-yə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1998ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə “X5” MMC-yə texniki nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı XX.XX.1955-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1973-cü ildə Bakı Slavyan Universitetinə dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1973-cü ildə qarderob işçisi vəzifəsinə keçirilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmiş, xx.xx.1977-ci ildə Volodarski adına Tikiş fabrikində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə "xxxx" MMC-yə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə “X5” MMC-yə texniki nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. Eyni zamanda iddiaçı 1985-1991-ci illərdə Əli Bayramlı DRES-nin Tikinti Quraşdırma idarəsində (“Şirvanenerjiinşaat Tikinti idarəsi), xx.xx.1974-cü ildən xx.xx.1975ci ilədək Azərbaycan KP MK-nin “Kommunist" nəşriyyatının “Azərbaycan qadını” jurnalı redaksiyasında kuryer vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də daxil olmaqla 26 il 9 ay 25 gün sosial sığorta stajına malikdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışları ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan həmin sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Beləliklə, iddiaçı 25 ildən artıq sığorta stajına, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində 1985-1991-ci illərdə, “Azərbaycan qadını” jurnalı redaksiyasında xx.xx.1974xx.xx.1975-ci illərdə işlədiyi müddət sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar