Məhkəmə qərarları › İş №2-1(112)-309/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-309/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-309/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin **********451700 saylı 14 iyun 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin **********451700 saylı, 14 iyun 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2020-ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********451700 saylı, 14 iyun 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması barədə **********451700 saylı, 14 iyun 2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas – 1) iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən sonra, cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq aşkarlanmış və nəticədə 14 iyun 2023-cü il tarixdə kameral qərar qəbul edilmişdir. Uyğunsuzluğa əsas kimi 7501720.81 manat məbləğində xərclər sənədlərlə təsdiqini tapmadığı üçün kameral vergi yoxlaması ilə malın dəyəri sətirindən silinir müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən alış aktları qərəzli olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq, xərc kimi tanınmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama barədə qərar qəbul edərkən, gəlirdən çıxılan xərclərin, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatları öz qərarında əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunuun 61.1ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Cavabdeh tərəfindən qəbul edilmiş, mübahisələndirilən inzibati akt əsaslandırılmamışdır. Nəzərə çatdırırlar ki, 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə cavabdeh inzibati orqan tərəfindən keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş 2021-ci il üzrə gəlir vergisinə dair cari və dəqiqləşdirilmiş bəyannamələr üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 04 noyabr 2021-ci il tarixli, 16 noyabr 2021-ci il tarixli, 07 dekabr 2021-ci il tarixli, 22 yanvar 2022-ci il tarixli, 08 fevral 2022-ci il tarixli, 21 aprel 2022-ci il tarixli və 10 mart 2023-cü il tarixli uyğunsuzluq məktubları göndərmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş 04 noyabr 2021-ci il tarixli (2021-ci il üzrə gəlir vergisi üzrə CARİ bəyannaməyə əsasən) uyğunsuzluq məktubunda qeyd olunmuşdur ki, 25133088,53 manat məbləğdən az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş 16 noyabr 2021-ci il tarixli (2021ci il üzrə gəlir vergisi üzrə dəqiqləşmiş bəyannaməyə əsasən) uyğunsuzluq məktubunda qeyd olunmuşdur ki, 6810150,87 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş 07 dekabr 2021-ci il tarixli (2021-ci il üzrə gəlir vergisi üzrə dəqiqləşmiş bəyannaməyə əsasən) uyğunsuzluq məktubunda qeyd olunmuşdur ki, 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş 22 yanvar 2022-ci il tarixli (2021ci il üzrə gəlir vergisi üzrə DƏQİQLƏŞMİŞ bəyannaməyə əsasən) uyğunsuzluq məktubunda qeyd olunmuşdur ki, 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş 21 aprel 2022-ci il tarixli sənədlərin tələb edilməsi haqqında məktubda qeyd olunmuşdur ki, aparılmış araşdırma nəticəsində, baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində 8822214,21 manat məbləğində aşağıda qeyd olunan bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir: hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçisinin adından alış aktlarının əldə olunması – Fiziki şəxs vergi ödəyicisi kimi öz adından alış aktlarının əldə olunması - vergi ödəyicisinin muzdlu işçisinin adından alış aktlarının əldə olunması – eyni şəxsdən spesifikliyi uyğun olmayan müxtəlif növ mallar üzrə alış aktlarının əldə olunması qeyd olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş 10 mart 2023-cü il tarixli (2021-ci il üzrə gəlir vergisi üzrə dəqiqləşmiş bəyannaməyə əsasən) uyğunsuzluq məktubunda qeyd olunmuşdur ki, 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş 07 dekabr 2021-ci il tarixli, 22 yanvar 2022-ci il tarixli və 10 mart 2023-cü il tarixli uyğunsuzluq məktublarında eyni əsaslar qeyd olunmuşdur. Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********451700 saylı, 14 iyun 2023-cü il-cü il tarixli qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin, cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını təsdiq edən hər hansı sübut bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 2021-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı bəyannamənin xərclər bölməsində 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2021-ci il üçün kassa metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11 -ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), Nəqliyyat xərcləri (1233) və “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (25095976,79 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (17490542,56 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınıın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (iş, xidmətlərin) (121280,56) manat + cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (26313,70 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (17594255,98 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (17594255,98 manat) məbləğin müqayisəsi nəticəsində 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsində və kameral vergi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən) əldə edilmiş gəlir 25 159 161,87 manat, iddiaçının özünün təqdim etdiyi dəqiqləşmiş bəyannamədə malların təqdim edilməsi, işlərin görülməsi üzrə xərclər 25 119 036,36 manat, o cümlədən malın dəyəri 25 033 366,06 manat, kameral vergi bəyannaməsində isə malların təqdim edilməsi, işlərin görülməsi üzrə xərclər 17 617 315,55 manat, o cümlədən malın dəyəri 17 531 645, 25 manat qeyd edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********886700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 1500344,16 manat gəlir vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********655700 nömrəli Qərarı göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2021-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edərək heç bir əsas olmadan vergi orqanı tərəfindən hesablanılmış vergi məbləğini azaltmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********323400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği bərpa edilərək 1500344,16 manat gəlir vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********451700 nömrəli Qərarı göndərilmişdir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatışmalların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatlanın başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir, 37.3-cü maddəsinə əsasən isə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.İddia ərizəsində qeyd edilən dəlillərə münasibətdə bildirilir ki, iddiaçı mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********451700 nömrəli qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada ona təqdim olunmadığını qeyd etmişdir. Bildirirlər ki, vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Elektron sənəd mübadiləsi” barədə Müqavilənin 4.1.7-ci bəndinə müvafiq olaraq vergi ödəyicisinin vəzifələrindən biri vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görməkdir. “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmçinin, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********451700 nömrəli qərar vergi ödəyicisinin elektron qutusuna xx.xx.2023cü il 12:27:45 tarixində göndərilmiş, vergi ödəyicisi tərəfindən də xx.xx.2023-cü il 9:54:41 tarixində oxunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********451700 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.

5. Sonradan cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, İddiaçı 2021-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı bəyannamənin xərclər bölməsində 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsində işlərin görülməsi üzrə xərclər 25 119 036,36 manat, o cümlədən malın dəyəri 25 033 366,06 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 62 610,73 manat qeyd edilmişdir. Qeyd edirlər ki, 2021-ci il ərzində iddiaçının əldə etdiyi alış aktları cəmi 18330026,12 manat, o cümlədən təsdiq edilmiş alış aktları 17430682,73 manat, ləğv edilmiş alış aktları isə 899343,3812 manat olmuşdur. Kameral vergi yoxlaması zamanı xx.xx.2023-cü il tarixli **********451700 nömrəli qərarla iddiaçıya 1 500 344,16 manat vergi məbləği hesablanan zaman ləğv edilmiş alış aktları xərc sənədi kimi nəzərə alınmamışdır. İddiaçının 2021-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı bəyannamənin xərclər bölməsində 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər nəzərə alınmamış, müvafiq məbləğ kameral vergi yoxlaması zamanı bərpa edilmişdir (7501720,81x20%=1 500 344,16 manat). Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış-malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi özfəaliyyəti ilə bağlı olan bütün əməliyyatlann başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir, 37.3-cü maddəsinə əsasən isə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. İddia ərizəsində qeyd edilən dəlillərə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********451700 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********451700 nömrəli qərarına əsasən iddiaçıya 2021-ci il gəlir vergisi üzrə 1.508.359,26 manat məbləğində vergi borcu hesbalanmışdır.

9. Cavabdeh tərəfindən məhkəməyə mübahisələndirilən qərarın surəti, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubun surəti, bəyannamələrin surəti (gəlir vergisi 2021; cari və kameral), xx.xx.2018-ci il tarixli “Elektron sənəd mübadiləsi” barədə müqavilənin surəti, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat.

10. Məhkəmənin 2-1(112)-11778/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1406/2024 nömrəli məktubla, 9/1406 nömrəli ekspert rəyi təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

17. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə, xx.xx.2023-cü il tarixdə mübahisələndirilmişdir.

18. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. (-). Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.3-1. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən; 71-1.5.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (subagentə) təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən; 71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə; 71-1.5.11. ixrac qeydi ilə satış barədə. 71-1.5.12. alınmış avans ödənişləri barədə. 71-1.6. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktura aksizli malların istehsalçıları və ya idxalçıları tərəfindən tərtib edilir. 71-1.7. Agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) subagentə verilməsi, habelə subagent tərəfindən malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi zamanı bu Məcəllənin 71-1.5.5-ci maddəsinə uyğun olaraq elektron qaiməfaktura tərtib edilir və müvafiq olaraq əməliyyatın subagentə ötürülməsi və subagent tərəfindən aparılması ilə bağlı qeyd aparılır. 71-1.8. Aksizli malların istehsalçısı tərəfindən aksizli malların istehsal binasının hüdudlarından ona məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılışı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulmuş növdə elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Maddə 71-2. Malların alış aktı 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

22. Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək, məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması aparılmış, cavabdeh tərəfindən İddiaçı 2021-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı bəyannamənin xərclər bölməsində 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər olduğu müəyyən edilmişdir. Bu hal, cavabdeh tərəfindən onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2021-ci il üçün kassa metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11 -ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), Nəqliyyat xərcləri (1233) və “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (25095976,79 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaiməfakturaların və alış aktlarının məbləği (17490542,56 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (iş, xidmətlərin) (121280,56) manat + cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (26313,70 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (17594255,98 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (17594255,98 manat) məbləğin müqayisəsi nəticəsində 7501720,81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsində və kameral vergi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən) əldə edilmiş gəlir 25 159 161,87 manat, iddiaçının özünün təqdim etdiyi dəqiqləşmiş bəyannamədə malların təqdim edilməsi, işlərin görülməsi üzrə xərclər 25 119 036,36 manat, o cümlədən malın dəyəri 25 033 366,06 manat, kameral vergi bəyannaməsində isə malların təqdim edilməsi, işlərin görülməsi üzrə xərclər 17 617 315,55 manat, o cümlədən malın dəyəri 17 531 645, 25 manat qeyd edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********886700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 1500344,16 manat gəlir vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********655700 nömrəli Qərarı göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 2021-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edərək vergi orqanı tərəfindən hesablanılmış vergi məbləğini azaltmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar iddiaçıya xx.xx.2023-cü il tarixli **********323400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi əsas gətirilməklə, dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği bərpa edilərək 1500344,16 manat gəlir vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********451700 nömrəli Qərarı göndərilmişdir. Halbuki, iş materiallarında olan sənədlərin göstəriciləri ilə bəyannamə göstərişiləri arasında fərqlilik müəyyən edilmir. Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərc sənədləri iş materiallarında olan alış aktları, elektron qaimələr və s. sənədlərdə öz əksini tapmışdır. Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərcləri iş materiallarında olan elektron alış aktlarında, elektron qaimələrdə malları təqdim edən şəxslər və həmin sənədlərin rekvizitləri qeyd edilən elektron alış aktlarında, elektron qaimələrdə ayrıayrılıqda öz əksini tapmışdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1 və - 71-2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Belə olan təqdirdə, gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1 və - 71-2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edildiyindən və iddiaçının xərcləri iş materiallarında olan sənədlərlə öz təsdiqini tapdığından cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2021-ci il üzrə gəlir vergisi məbləği əsassız hesab edilməlidir.

23. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən vergi məbləğinin düzgünlüyünü yoxlamaq üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Məhkəmənin sözügedən ekspertizasının nəticəsi olaraq təqdim edilmiş ekspert rəyi ilə tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlər nəzərə alaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 iyun 2023-cü il tarixli **********451700 nömrəli qərarı ilə İddiaçı 2021-ci il üzrə hesablanmış gəlir vergisinin düzgünlüyü mövcud sənədlərlə müəyyən edilmir. İş materiallarında olan və əlavə təqdim sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı 2021-ci il vergi hesabat dövrü üzrə onun dövriyyə gəlirləri - 25.159.161,87 manat (ixrac yük gömrük bəyannamələrində öz əksini tapmış), Gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 25.119.036,36 manat, o cümlədən elektron alış aktları ilə təsdiqini tapmış 25.033.366,06 manat (malın dəyəri) təşkil edir. Həmçinin xərclər - Əmək haqqı 10.700 manat, Sosial Sığorta xərcləri 2.747,10 manat, icarə Haqqı 9600 manat, Bank xərci 12,47 manat, Digər xərclər isə (elektron qaimələrlə öz əksini tapmış) 62.610,73 manat təşkil etmişdir. Qeyd edilir ki, təqdim edilmiş vergi ödəyicinin bəyannamə məlumatlarında İddiaçı gəliri (dövriyyə) - 25.159.161,87 manat, xərcləri - 25.033.366,06 manat (malın dəyəri-elektron alış aktları)+10.700 manat (əmək haqqı)+2.747,10manat (sosial siğorta xərcləri)+9600(icarə haqqı xərcləri)+12,47(bank xərcləri)+62.610,73 (digər xərclər-elektron qaimələr)=25.119.036,36 manat olmuş və 25.159.161,87 (gəlir-dövriyyə) - 25.119.036,36 (bütün xərclər) = 40.125,51 manat (xalis gəlir)*20%(gəlir vergisi)= 8.025,10 manat gəlir vergisi məbləği hesablanmışdır. Yəni təqdim edilmiş iş materiallarında olan sənədlərin göstəriciləri ilə bəyannamə göstərişiləri arasında fərqlilik müəyyən edilmir. Üçüncü, dördüncü, beşinci və altıncı suallar üzrə: Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərc sənədləri iş materiallarında olan alış aktları, elektron qaimələr və s. sənədlərdə öz əksini tapmışdır, o cümlədən: Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərcləri - 25.033.366,06 manat (malın dəyəri-elektron alış aktları)+10.700 manat (əmək haqqı)+2.747,10 manat (sosial siğorta xərcləri) + 9600 manat (icarə haqqı xərcləri)+12,47 manat (bank xərcləri)+62.610,73 manat(digər xərclər-elektron qaimələr)=25.119.036,36 manat təşkil edir. Qeyd edilir ki, iş materiallarında olan elektron alış aktlarında, elektron qaimələrdə malları təqdim edən şəxslər və həmin sənədlərin rekvizitləri qeyd edilən elektron alış aktlarında, elektron qaimələrdə ayrı-ayrılıqda öz əksini tapmışdır. Həmçinin qeyd edilir ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərcləri təsərrüfat əməliyyatlarının ümumi məzmunu - alış aktları (kənd təsərrüfatı məhsullarının alışı), icarə haqqı, əmək haqqı, rabitə, bank, sosial sığorta xərcləri təşkil edir. Yeddinci sual üzrə: Hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, ekspert qarşısında “əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərdə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu sualı qoyulmuşdur”. Bununla bağlı bildirilir ki, iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərclərini əks etdirən sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Alış aktlarının elektron qaydada tərtib edilməsi, əsasən malların elektron alış aktı ilə əldə edilməsi və həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən digər xərclərin elektron qaimələr vasitəsilə əldə edilməsi tələbinə uyğun tərtib edilmişdir. Səkkizinci sual üzrə: Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1 və - 71-2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edildiyindən ciddi hesabat sənədləri olduğu müəyyən edilir. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********451700 saylı 14 iyun 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar, həmçinin kameral vergi yoxlaması, yoxlamanın nəticələri ilə bağlı bildirilir ki, xərc sənədləri vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib edildiyi halda, vergi orqanı tərəfindən xərcləri təsdiq edən sənədlərin xərc sənədi kimi qəbul etmədiyini və bu xüsusatını əsaslandırmadığı halda, vergi orqanının qəbul etdiyi mübahisələndirilən qərar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun deyildir.

24. Məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır.

25. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir.

26. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

29. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

34. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1406 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır və iddiaçıdan 100 (bir yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 iyun 2023-cü il tarixli, **********451700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ**********00000003944, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar