Məhkəmə qərarları › İş №2-1(112)-3091/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3091/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3091/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 212 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, işlədiyi “xxxx” MMC-nin (əvvəlki adı BTRİB) Bağçılıq Yoldaşlıq Cəmiyyətinə 1989-cu il tarixində ərizə ilə müraciət edərək bağ sahəsinin ayrılmasını xahiş etmişdir. Qeyd edilən ərizəsinə əsasən xx xxxxxx 1989-cu il tarixində Cəmiyyət tərəfindən onu üzvülüyə qəbul edərək bağ üçün nəzərdə tutulan ünvan 2 ünvanında yerləşən 5 (beş) sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi o zaman Bakı Telefon İdarəsi tərəfindən yaradılmış Bağçılıq Yoldaşlıq Cəmiyyətinin birgə razılığı əsasında ona verilməsi icazə sənədində də öz əksini tapmışdır. Ona məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 212 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə rəsmi şəkildə ərizə ilə müraciət etmişdir. Müraciətinə əsasən X10 Cəmiyyətin üzvlərinin siyahısında adının olmadığını səbəb gətirərək **********37 saylı, xx xxxxxx 2019-cu il tarixli bildirişlə ərizənin icrasını mümkünsüz hesab edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı şəhər X8 İcraiyyə Komitəsinin (indiki adla Bakı şəhəri İcra Hakimiyyəti) xx xxxxxxx 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən Pirallahı rayonu, Dübəndi qəsəbəsində bağ təsərrüfatı üçün nəzərdə tutulan torpaq sahəsi Bakı X6 Birliyinə ayrılmışdır. Cəmiyyətə ayrılmış torpaq sahəsi ilə (cəmiyyətin əvvəlki hüquqi adı) xxxx X2 Yoldaşlıq Cəmiyyətinin xx xxxxxx 1989-cu il tarixli, 2 nömrəli protokoldan çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən bağ üçün ayrılmış 5 (beş) sot torpaq sahəsi cəmiyyətin üzvlərinin qərarına əsasən ona ayrılmışdır. Digər sənəddə isə xx xxxxxx 2012-ci il tarixli Bağçılıq Yoldaşlıq Cəmiyyətin üzvlərinin siyahısında onun adı sıralama ilə 22-ci yerdə göstərildiyi qeyd edilmiş və həmin yer ərazinin planında da müəyyən edilmişdir. Eyni zamanda “xxxx” MMC-nin hüquq şöbəsinin təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli arayışdan göründüyü kimi keçmiş xxxx X2 Yoldaşlıq Cəmiyyətin sənədlərinə əsasən ünvan 3 ünvanında yerləşən bağ üçün ayrılmış 5 (beş) sot torpaq sahəsinin ona məxsus olması cəmiyyətin sənədlərində öz əksini tapmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X1 iddia tələbi ilə əlaqədar verdiyi izahatında bildirmişdi ki, İddiaçı “xxxx” MMC-də (keçmiş adı Bakı X6 Birliyi) 1981-ci il tarixdən işləyir. Bakı şəhəri X8 İcraiyyə Komitəsinin (Bakı Şəhəri icra Hakimiyyəti) 20/396 saylı, xx.xx.1987-ci il tarixli qərarına əsasən Pirallahı rayonu, Dübəndi qəsəbəsində bağ təsərrüfatı üçün nəzərdə tutulan torpaq sahəsi öz əməkdaşlarına bağçılıq təsərrüfatı məqsədi ilə verilməsi üçün “xxxx” MMC-yə (əvvəlki adı: Bakı X6 Birliyi) ayrılmışdır. Bağçılıq təsərrüfat verilən əməkdaşların siyahısında İddiaçı da adı olmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X9nin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan X9 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Tərəflərindən “xxxx X2 Yoldaşlıq Cəmiyyəti"nə aid, arxivə təhvil verilməmiş sənədləri, möhür və ştampı aşkar olunmuşdur. Həmin sənədlərin, möhür və ştampın MMC-dən təhvil götürülməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də müraciətləri təmin edilməmişdir. İddiaçı iddiası əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilsə də səlahiyyətli numayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan SSR Rabitə Nazirliyi Bakı şəhər Telefon Rabitəsi X2 Yoldaşlıq Cəmiyyəti tərəfindən 94/95 ATS baş mühəndisi İddiaçı verilmiş xx.xx.1989-cu il tarixli torpaq sahəsindən istifadə hüququna icazənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 4 nəfər ailə üzvü – özü, atası İddiaçı, anası İsaqova Başxanım, arvadı Şəhla İsaqova ilə birlikdə X7 Cəmiyyətinin üzvü kimi ünvan 2 (12) ünvanında yerləşən 5 (beş) sot torpaq sahəsi təhkim edilmişdir. - BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.1989-cu il tarixli iclası 2 №-li protokoldan çıxarışdan görünür ki, Bağçılıq Yoldaşlıq Cəmiyyəti ATS-94-ün mühəndisi İddiaçı BYC-nin üzvülüyünə qəbul edilməsini və ona Dübəndi qəsəbəsində 5-ci Şimal küçəsi 212 (12) ünvanda yerləşən 5 sot torpaq sahəsi verilməsini qərara almışdır. - BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri V.Ə.Vəlibəyova tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahısında görünür ki, həmin siyahıda ATS 94/95 baş mühəndis X3 adı vardır. - “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, həqiqətən keçmiş "xxxx” X2 Yoldaşlıq Cəmiyyətinin sənədlərinə baxış keçirilərkən orada İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surəti, “xxxx" X2 Yoldaşlıq Cəmiyyətinə Bakı şəhər X8 20/396 nömrəli, xx xxxxxxx 1987-ci il tarixli qərarı ilə ayrılmış, Dübəndi qəsəbəsi, 5-ci Severskaya küçəsində 212(12) saylı bağ sahəsinin ayrılması ilə bağlı xx.xx.1989-cu il tarixli icazənin surəti, "xxxx” X2 Yoldaşlıq Cəmiyyətinnin üzvlərinin təsdiq edilmiş surəti, ayrılmış torpaq sahəsinin A4 vərəqdə çəkilmiş cizgizi, Yoldaşlığın üzvlərinin siyahısı, Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxxxxx 1987-ci il tarixli qərarının surəti A4 vərəqdə sxematik plan aşkar edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********37 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, müraciəti ilə əlaqədar olaraq bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar olunmamışdır. Həmçinin bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6.0 kv-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43 №-li, xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 №-li qərarından çıxarışdan, xx.xx.1987-ci il tarixli, 665 №-li torpaq sahəsinin naturada ayrılması barədə akt və cizgidən, xx.xx.1986-cı il tarixli BTRİB-nin bağ sahəsi əldə edən işçilərinin siyahısından görünür ki, 74 üzvdən ibarət BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinə Bakı şəhəri, Dübəndi qəsəbəsində 4.1 ha sahə ayrılaraq naturada verilmiş, 74 nəfərdən ibarət siyahıda İddiaçı adı qeyd edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********71 №-li, xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmişdir. Göstərilən bağ sahəsinin bir hissəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən yaxınlıqdan keçən 6,0 Kv-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Bağların bölgüsünə dair sxeminin təqdim olunmadığından iddia edilən naturada koordinatları müəyyən edilmiş torpaq sahəsinin müraciətdə qeyd edilən Dübəndi bağ massivində yerləşən 212 saylı bağ sahəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti tərəfindən **********91 №-li, xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli, xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X9nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X9 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə təhvil verildiyi üçün iş üzrə mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması məqsədi ilə naturada müəyyən edilmiş koordinatlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və aşağıdakı kimi cavablanmışdır: bildirilir ki, göstərilən bağ sahəsinin bir hissəsi idarənin elektron kadastr baza məlumatlarına əsasən yaxınlıqdan keçən 6,0 Kv-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Bağların bölgüsünə dair sxeminin təqdim olunmadığından və qonşuluqda qeydiyyatdan keçmiş bağ nömrələri olmaması səbəbindən “iddia edilən naturada koordinatları müəyyən edilmiş torpaq sahəsinin müraciətdə qeyd edilən Dübəndi bağ massivində yerləşən 212 saylı bağ sahəsinə uyğun olub-olmaması"nı müəyyənləşdirmək mümkün olmamışdır. - “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 6-02/06-08/i-093/1210 №-li, xx.xx.2020ci il tarixli məktubdan görünür ki, BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.1998-ci il tarixli qərarına əsasən ona Dübəndi qəsəbəsi 5-ci (beşinci) Şimal küçəsi, 212 ünvanda ayrılmış 5 (beş) sot torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçibkeçməməsi barədə arayışın verilməsinə dair ərizəyə (İ-093) «xxxx» ASC-də baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvandan “xxxx” ASC-yə məxsus elektrik verliş xətləri keçmir, torpaq sahəsi elektrik verliş xətlərinin mühafizə zonasında yerləşmir. - “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş “BTRİB əməkdaşlarının Bağçılıq Yoldaşlıq Cəmiyyətinə qəbul edilməsi ilə bağlı müraciətlərin qeydiyyat kitabı”nın əslinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin kitab 1986-cı ildən tərtib edilməyə başlamışdır. A-94/95 böyük mühəndisi İddiaçı torpaq sahəsinin və ssudanın alınması ilə bağlı ərizəsi xx.xx.1989-cu il tarixdə qeydə alınmış və 12 №-li torpaq sahəsi ona təhkim edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1981-ci il tarixdən “xxxx” MMC-də (keçmiş adı Bakı X6 Birliyi) işləyir və BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx xxxxxx 1989-cu il tarixli iclasında qəbul edilmiş qərara əsasən cəmiyyətin üzvülüyünə qəbul edərək ona ünvan 4 (12) ünvanında yerləşən 5 (beş) sot torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir və istifadə etdiyi bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən həmin idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adının aşkar olunmaması, həmçinin bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6.0 kv-luq elektrik xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X9 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X9nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X9 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə ünvan 2 saylı ünvanda yerləşən iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina olunması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adının aşkar olunmaması, bağ sahəsinin bir hissəsi yaxınlığında elektrik xəttinin mühafizə zonasında yerləşməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh orqanda olan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı xx.xx.1986-cı il tarixdə tərtib edilmiş və İddiaçı isə xx.xx.1989-cu ildə cəmiyyətə üzv qəbul edilmişdir. BTRİB-in Bağçılıq Yoldaşlıq Cəmiyyətinin bütün sənədlərinin cavabdehə təhvil verilməməsi hal iddiaçının iradəsindən asılı deyildir. Bundan əlavə məhkəmə araşdırılması zamanı mübahisəli torpaq sahəsindən “xxxx” ASC-yə məxsus elektrik verliş xətlərinin keçmədiyi, torpaq sahəsinin elektrik verliş xətlərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər (bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, bağ sahəsinin bir hissəsi yaxınlığında elektrik xəttinin mühafizə zonasında yerləşməsi) iddiaçının qanuni istifadəsində olan və sonradan mülkiyyətinə keçmiş 0,05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və iddiaçı İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 5-ci Şimal küçəsi ünvanında yerləşən 212 saylı 0,05 ha bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. - 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti tərəfindən **********91 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan görünür ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc taarif cədvəlinə müvafiq 60,60 manat təşkil edir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, prosessual xərc olan 60,60 manat cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 5-ci Şimal küçəsi ünvanında yerləşən 212 saylı 0,05 ha bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsindən 60 (altmış) manat 60 (altmış) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidmətinin hesabına ( Benefisiarın Bankı: Kapital Bank ASC Xətai Filialı, Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ23AİİB**********701778107, VÖEN: **********) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar