Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3091/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Bakı şəhəri Səbail rayon İcra şöbəsinə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Bakı şəhəri Səbail rayon İcra şöbəsinə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərinin Nəsimi, Səbail, Sabunçu, Binəqədi və Yasamal rayonlarının icra şöbələrinin icra məmurlarının hərəkətsizlikləri qanunsuz hesab edilərək, bunun nəticəsində İddiaçı Mənzil Tikinti Kooperativinə dəymiş 905.000 manat təşkil edən maddi zərərin cavabdehlərdən İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" MMC cavabdehlər "xxxx" MMC və İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 17 mart 2018-ci il və 19 mart 2018-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi və həmin müqavilələr üzrə cəmi 164.025 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutulması və mülkiyyət hüququna əsaslanaraq digər cavabdeh “Mahal" MTK-dan mülkiyyətçi "xxxx" MMC-yə məxsus ümumi dəyəri 706.589,92 manat olan çoxmərtəbəli yaşayış binalarında qəlib quraşdırılmasında istifadə edilən mexanizm və avadanlıqların məcburi alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin predmeti olan “Mahal" MTK tərəfindən qanunsuz şəkildə özü və 3-cü şəxslər tərəfindən istifadə edilən və yararsız vəziyyətə düşmə təhlükəsi altında olan mülkiyyətçi "xxxx" MMC-yə məxsus ümumi dəyəri 706.589.92 manat təşkil edən mexanizm və avadanlıqlara həbs qoyulması, qeyd edilən malların saxlama fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən anbar tipli qeyri-yaşayış sahəsinə saxlanca verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan “Mahal" MTK tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılan müddətdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı tələsik və qanunsuz olaraq icra edilmişdir. Belə ki, Bakı şəhərinin Binəqədi, Səbail və Yasamal rayonları üzrə İcra şöbələrinin icra məmurları tərəfindən vəzifə səlahiyyətləri aşılmaqla, özbaşınalıq edilərək İddiaçı MTK-ya məxsus tikinti sahələrindən, həmçinin Sabunçu rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tamamilə qanunsuz olaraq, “Mahal" MTK-ya heç bir aidiyyəti olmayan ünvan 1 ünvanda yerləşən X5 tam mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin həyətinə, mülkiyyətçinin xəbəri və razılığı olmadan, hasardan aşaraq, daxil olmaqla, özgəsinə məxsus olan mexanizm və avadanlıqlar daşınaraq, saxlama fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən anbar tipli qeyriyaşayış sahəsinə saxlanca verilmişdir. Nəsimi rayon İcra Şöbəsinə müvafiq ərizə yazılaraq qərardadın ləğvi ilə əlaqədar tikinti sahələrindən çıxarılan mexanizm və avadanlıqların tikinti sahələrinə geri qaytarılması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(103)-768/2019 nömrəli məktubu ilə həmin məhkəmənin e-2- 2(103)-768/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmiş və həmin məktub xx.xx.2019-cu il tarixdə şöbənin dəftərxanası vasitəsi ilə qəbul olunmuşdur. Bundan başqa, qəbul edildiyi andan qanuni qüvvəyə minən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(103)- 768/2019 nömrəli qərardadı ilə Nəsimi rayon İcra Şöbəsinin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına izah verilməsi barədə ərizəsi də təmin olunmuş və qərardada aşağıdakı kimi izah verilmişdir: “Nəsimi rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilsin. İzah edilsin ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)- 768/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1166/2019 saylı, xx.xx.2019-cıı il tarixli “iddianı təmin etmə barədə” qərardadının ləğv edilməsi - həmin qərardadın doğurduğu nəticələrin aradan qaldırılması, o cümlədən üzərinə həbs qoyulmuş və saxlanca verilmiş mexanizm və avadanlıqların İddiaçı MTK-ya geri qaytarılması üçün əsasdır". Sözügedən məhkəmə qərardadı icra edilməsi üçün Nəsimi rayon İcra Şöbəsinin 14 noyabr 2019-cu il tarixli məktubu ilə Bakı şəhərinin Binəqədi, Səbail, Yasamal və Sabunçu rayonu üzrə İcra Şöbələrinə göndərilmişdir. Lakin buna baxmayaraq, tikinti sahələrindən çıxarılan mexanizin və avadanlıqlar onların götürüldüyü ünvanlarda yerləşən sahələrə geri qaytarılmamışdır. İddiaçı tərəfindən edilmiş şikayətlərə və bunun nəticəsi olaraq, İcra Baş İdarəsinin tapşırığına baxmayaraq, icra şöbələri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(103)-768/2019 nömrəli qərardadı üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. İcra və probasiya şöbələri tərəfindən hərəkətsizlik edilmişdir ki, bu da öz növbəsində “Mahal" MTK-ya və üçüncü şəxslərə xüsusilə külli miqdarda maddi ziyanın vurulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı inzibati orqanların müvafiq qərarları ilə müxtəlif ərazilərdə yaşayış binalarının pilot layihə olaraq inşa edilməsi, həmçinin bununla bağlı ərazilərdən köçürülmüş sakinlər, icra hakimiyyəti orqanları və üçüncü şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icra edilməsini təmin etmək məqsədilə "xxxx" MMC ilə 05 fevral 2020-ci il tarixli müqavilə imzalayaraq, binaların inşa edilməsi üçün tələb olunan avadanlıqlar və texniki vasitələrin aylıq icarə haqqını ödəmək şərti ilə icarəyə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinin tələbinə əsasən avadanlıqlar və texniki vasitələrin aylıq icarə haqqı 57.000 Azərbaycan manatı təşkil edir, 4.2-ci bəndinin tələbinə əsasən isə icarə haqqı hər kvartalın yekununa görə (üç ayda bir dəfə) cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənin bank hesabına ödənilməlidir. Cavabdehlərin hərəkətsizliyi ucbatından iddiaçı "xxxx" MMC-dən avadanlıqlar və texniki vasitələr icarəyə götürmək məcburiyyətində qalmış və həmin avadanlıqların və texniki vasitələrin hesabına üzərinə götürdüyü öhdəlikləri icra edə bilmişdir. Bu isə cavabdehlərin hərəkətsizliyi nəticəsində iddiaçının məcbur olaraq maddi ziyan çəkdiyini göstərir. Cavabdehlər iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallardan görünür ki, iddiaçı "S-H Road Construction” MMC cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MMC-yə qarşı “borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək “Gilan Beton" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 17 mart 2018-ci il və 19 mart 2018-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi və həmin müqavilələr üzrə üzrə cəmi 164.025 manat məbləğində pulun cavabdehdən tutulması, cavabdehlər "xxxx" MMC və “Mahal" MTK-dan "xxxx" MMC-yə məxsus olan mexanizm və avadanlıqların məcburi alınaraq qaytarılması və ya cavabdehlərdən onların dəyəri olaraq 706.589,92 AZN məbləğində pulun tutulması və 30 AZN məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "S-H ROAD Construction” MMC xx.xx.2019-cu il tarixdə həmçinin iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi "xxxx" MMC-yə məxsus, ümumi dəyəri 706.589,92 manat təşkil edən mexanizm və avadanlıqlara həbs qoyulması, qeyd edilən malların saxlama fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin Xırdalan şəhəri, Müşviqabad qəsəbəsində yerləşən anbar tipli qeyri-yaşayış sahəsinə saxlanca verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin e-2-2(81)-1166/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-768/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianı təmin etmə tədbiri barədə e-2-2(81)-1166/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iddiaçı "xxxx" MMC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə ərizə ilə Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək xx.xx.2019-cu il tarixli qərardadla üzərinə həbs qoyulmuş və saxlanca verilmiş avadanlıqların geri qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-768/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-768/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına izah verilməsi barədə ərizəsi təmin edilmiş, izah edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)- 768/19 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1166/2019 saylı xx.xx.2019-cu il tarixli “iddianı təmin etmə barədə” qərardadının ləğv edilməsi - həmin qərardadın doğurduğu nəticələrin aradan qaldırılması, o cümlədən, üzərinə həbs qoyulmuş və saxlanca verilmiş mexanizm və avadanlıqların İddiaçı MTK-ya geri qaytarılması üçün əsasdır. İşdə olan Nəsimi rayon İcra və X4, Sabunçu, Binəqədi və Yasamal rayon icra və probasiya şöbələrinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1166/2019-045 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi tələbkarın nümayəndəsinin ərizəsinə əsasən əmlakların olduğu yer üzrə icra edilməsi üçün həmin qurumlara göndərilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) ilə İddiaçı MTK (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəçi yaşayış binalarının inşa edilməsini təmin etmək üçün tələb olunan avadanlıqları və texniki vasitələrini aylıq icarə haqqını ödəmək şərti ilə İcərəyə verəndən icarəyə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 57000 Azərbaycan manatı təşkil etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış 855000 manat borc və həmin məbləğin gecikdirilməsinə görə 50000 manat cərimə olmaqla, ümumilikdə 905000 manat məbləğində pulun İddiaçı Mənzil Tikinti Kooperativindən tutularaq “Yeni Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. İddiaçı hazırda avadanlıqların cavabdehlər tərəfindən geri qaytarılmamasını, bunun nəticəsində borcunun (məhkəmə tərəfindən ondan tutulması qət olunan 905.000 manat pulun) yarandığını iddia edərək həmin zərərin cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddənin mənasına görə, kompensasiyanın ödənilməsi tələbinə dair iddialar üzrə iddiaçının məqsədi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bunun üçün zərər cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmalıdır. Yəni iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalı, müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməli, inzibati orqan qanunvericiliyə əsasən daşıdığı vəzifəsini pozmalı, orqanın hərəkəti (hərəkətsizliyi) qanunsuz olmalı, orqanın vəzifə pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Hazırkı işdə belə bir səbəbli əlaqə müəyyən edilməməklə yanaşı iddiaçıya dəymiş ziyana münasibətdə icra şöbələrinin cavabdehliyi də istisna olunur. Çünki iddianı təmin tədbiri nəticəsində dəymiş zərərin ödənilməsi qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. Göründüyü kimi, qanunverici şəxsin yekun məhkəmə qərarı qəbul edildikdən sonra tətbiq edilmiş müvəqqəti təminat tədbirləri nəticəsində vurulmuş zərərin tələb edilməsi qaydasını müəyyən etmiş, bu zaman zərərin müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edən şəxsdən tələb olunması təsbit edilmişdir. İddiaçı isə hazırkı iddianı müvafiq iddianı təmin tədbiri irəli sürən şəxsə deyil, məhkəmə qərarını icra edən inzibati orqana qarşı qaldırmış, bu zaman onun hüquqlarının və qanunla qorunan maraqlarının cavabdehlər tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının hazırda geri qaytarılmasını tələb etdiyi avadanlıqların üzərinə həbs qoyulmasına əsas olan iş üzrə Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh İddiaçı MTK-dan 386.247,24 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu, cəmi 406.247,24 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin tutularaq ilk iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilməsi, ilk iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin ilk iddia üzrə iddiaçıya aid edilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMCyə qarşı müqaviləyə əlavənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MTK-ya qarşı avadanlıqların qaytarılması və zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddia və ikinci iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumlarının müvafiq olaraq qarşılıqlı iddia və ikinci iddia üzrə iddiaçılara aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 185,52 manat pul məbləğinin 120 manat hissəsinin ilk iddia üzrə cavabdeh İddiaçı MTK-dan, qalan 85,52 manat hissəsi isə ilk iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. "xxxx" MMC və İddiaçı MTK bu qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2- 2(103)-1377/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ilk iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaçı tərəfindən irəli sürülmüş mexanizm və avadanlıqların geri qaytarılması barədə tələbinin rədd edildiyi hissədə ləğv olunmuş, iddia tələbi həmin hissədə təmin edilmişdir. Həmin qətnamədən İddiaçı MTK 2022-ci il 9 mart tarixində kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-308/2022 saylı qərarı ilə İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “166. Tərəflər arasında bağlanmış 2018-ci il 18 mart tarixli podrat müqaviləsinin 1.1-ci bəndində podratçının sifariş üzrə işləri öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə həyata keçirməsi nəzərdə tutulmuşdur.
167. Eyni zamanda, ilk iddiaçının istinad etdiyi həmin müqaviləyə 1 saylı əlavənin “F” bəndində qəlib quraşdırılmasında istifadə ediləcək hər cür ana (əsas) və köməkçi vəsaitin (qəlib taxtası, yaba, qəlib yağı) və vəsaitlərin amortizasiyasının podratçıya aid olması göstərilmişdir.
168. Hətta cavabdehin məhkəməyə təqdim etdiyi müqaviləyə 1 saylı əlavənin “B” bəndində də qeyd edilir ki, iş yerinə gətirilməli olan hər cür qəlib materialları podratçı tərəfindən təmin ediləcəkdir. 1
69. Bundan başqa, iş materiallarından görünür ki, ilk iddiaçının istinad etdiyi tərəflər arasında başlanmış 2018-ci il 12 aprel tarixli podrat müqaviləsinə əlavənin “f” bəndində də qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana (əsas) və köməkçi vəsaitlərin (qəlib taxtası, yaba, qəlib yağı) podratçıya aid olması göstərilmişdir (İİ cild, i/v 37-39).
170. Göründüyü kimi, istinad olunan razılaşma şərtlərində görə, ilk iddiaçı cavabdehin sifarişini yerinə yetirərkən ilk iddiaçının özü tərəfindən təchiz edilən avadanlıq və alətlərdən, eləcə də qəlib quraşdırılması avadanlığından istifadə etməli idi.
171. İlk iddiaçı sözügedən mexanizm və avadanlıqları MMC ilə bağlanmış icarə müqavilələri əsasında sonuncudan icarəyə götürərək tikintidə istifadə etdiyini bildirmiş, həmin icarə müqavilələrini və buna dair təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir.
172. Eyni zamanda, 2018-ci il 19 aprel, 7 və 16 may tarixli gömrük bəyannamələrinə və onlara aid invoyslara istinadən apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, qeyd olunan mexanizm və avadanlıqlar MMC tərəfindən "xxxx"ndən alınmış və MMC-nin adına idxal olunmuşdur.
173. Həmçinin cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki: “... İddiaçı MTK tərəfindən sözügedən qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin alınması üçün "xxxx" MMC-yə qeyri-rəsmi olaraq 200.000 ABŞ dolları ödənilmiş və həmin mallar "xxxx" MMC tərəfindən şərtləşdirilmiş qaydada alınaraq İddiaçı MTK-ya təhvil verilmişdir.” (İ cild, i/v 48). 1
174. Göründüyü kimi, cavabdeh özü də qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların ilk iddiaçı tərəfindən təchiz edildiyini etiraf etmiş, lakin buna görə cavabdeh tərəfindən ilk iddiaçıya 200.000 ABŞ dolları ödədiyini bildirmişdir.
175. Bununla bağlı, apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, tikinti sahələrində qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların olmasını etiraf edən cavabdeh həmin əşyaların ona məxsus olduğunu, yəni müqavilə şərtlərindən fərqli olaraq qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların podratçı ilk iddiaçıya deyil, məhz sifarişçiyə (özünə) məxsus olduğuna və onların əldə olunması üçün ilk iddiaçıya pul vəsaiti ödədiyinə istinad etdiyi üçün həmin halları sübut etmə yükü onun üzərinə düşür. Lakin o, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1- ci maddəsi (bax yuxarıda § 147) ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki cavabdehi Azərbaycanın daşınmaz əmlak bazarında yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsini, tikintisini və idarə olunmasını təşkil və təmin edən, kifayət qədər böyük büdcəyə və balansa malik olan hüquqi şəxsdir və kifayət qədər bahalı olan, tikinti sahələrində istifadə edilən mexanizm və avadanlıqların onun mülkiyyətində, qanuni istifadəsində və ya balansında heç bir sənəd olmadan mövcud olması inandırıcı və mümkün olan hal deyildir. Bu baxımdan, əksi sübut olunmadığı üçün hazırda cavabdehə məxsus tikinti sahələrində qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların hər birinin MMC ilə bağlanmış icarə müqavilələri əsasında ilk iddiaçının qanuni sahibliyində olması faktı qəbul edilməlidir.” Beləliklə, istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilir ki, iddiaçının cavabdehlər tərəfindən götürülməsi və geri qaytarılmaması nəticəsində ona zərər dəyməsini iddia etdiyi avadanlıqlar ona deyil, həmin iş üzrə iddiaçı qismində çıxış edən "xxxx" MMC-yə məxsus olmuşdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(005)-4715/2019 nömrəli qərardadından o da müəyyən olunur ki, iddiaçı X6 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 500000 manat məbləğində pulun tutulması və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 habelə məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi iddianın təmini tədbiri qismində ərizəsində qeyd etdiyi "xxxx" MMC-yə məxsus mexanizmlərin, avadanlıqların, qəlib quraşdırılmasında istifadə edilən əsas və köməkçi vasitələrin üzərinə həbs qoyulması, həmin malların onun saxlancına verilməsi və icrasının Abşeron rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il və 17 oktyabr 2019-cu il tarixli 2(005)-4715/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, T.Tağıyevin ərizəsində göstərilən mexanizmlərin, avadanlıqların, qəlib quraşdırılmasında istifadə edilən əsas və köməkçi vasitələrin siyahıya alınması, onların üzərinə həbs qoyulması və həmin malların iddiaçı X1 verilməsi qərara alınmışdır. "xxxx" MMC-nin məhkəmə sorğusuna veridyi cavab məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1166/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə "xxxx" MMC-nin Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən saxlanc anbarına verilmiş əmlaklar Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-4715/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən təhvil-təslim aktı ilə X3 təhvil verilmiş və bu barədə müvafiq dövlət orqanlarına da məlumat verilərək təsdiq edilmişdir. Göründüyü kimi, mübahisəli avadanlıqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həmin əmlakın sahibinə qarşı qaldırılmış mülki iş üzrə icraat çərçivəsində cavabdehlər tərəfindən saxlanca verilmiş anbardan götürülmüş və məhkəmə qərardadında göstərilən şəxsə - T.Tağıyevə təhvil verilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova