Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3093/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3, üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri Sabunçu Rayonu 3 saylı şəhər klinik xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasının qanunsuz hesab edilməsi və İİ qrup əlilliyə görə Prezident təqaüdünün ödənilmədiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən təqdim etdiyi iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə, məhkəmədən, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və üçüncü şəxs qismində Bakı şəhəri Sabunçu Rayonu 3 saylı şəhər klinik xəstəxanasını göstərməklə, iddiaçı X8 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1974-1976-cı illərdə Sovet Ordusu siralarında müddətli hərbi xidmətdə olmuşdur. Qarabağ torpaqları erməni işğalçıları tərəfindən işğala məruz qaldığı vaxtlarda o, da vətən torpaqlarını müdafiə etmək üçün könüllü olaraq Ağdam rayon Hərbi Komissarlığına ərizə ilə müraciət etmiş və 01 noyabr 1991-ci ildə hərbi xidmətə çağırılmışdır. Əsasən Ağdam və Ağdərə rayonlarının müdafiəsində iştirak etmişdir. Döyüş zonasında hərbi xidmətdə olarkən 23 avqust 1992-ci il tarixində Ağdərə uğurundə gedən döyüşlərdə minaya düşmüş, qolundan və sağ ayağından xəsarət alaraq Bakı Hərbi Hospitalına gətirilmiş və xx.xx.1992-ci il tarixədək stasionar müalicədə olmuşdur. Həmin vaxt hərbi xidmətdə olarkən hərbi travma almağı Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə də təsdiq olunmuşdur. Tam sağalmasa da öz istəyilə yenidən hərbi xidmətini davam etdirmişdir. xx.xx.1993-cü ildə Ağdam rayonunda Həkim Ekspert Komissiyasının BTE № 011514 saylı arayışı əsasında ona İİİ qrup ömürlük əlillik dərəcəsi təyin edilmişdir. Müharibə veteranıdır. Bir neçə ildən sonra sağlamlığında olan narahatçılıqlar özünü bürüzə verməyə başlamışdır. Bununla əlaqədar bir neçə dəfə xəstəxanalarda stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 757 saylı 22 iyun 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.1998 ci il tarixdən xx.xx.1998-ci il tarixədək MN MHHK-nin müayinə və müalicə olunduğu travmanın nəticələri - diaqnozu: “Asteno-nevrotik təzahürlərlə qapalıkəllə beyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” MN MHKH-dan verilmiş xx.xx.1998- ci il tarixli, xx.xx.1998-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisi-nevropotoloqun rəyi ilə təsdiq edilir), Travmadır, Hərbi Xidmət dövründə alınmışdır. Qeyd edilən xəstəliklərin müayinəsindən və müvafiq həkim komissiyasının rəyindən sonra onun İİ qrup əlil olmağı müəyyən edilmişdir. Azərbaycan Respuiblikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən ona 2022-ci ilin 04 may tarixədək Hərbi Xidmət dövründə travma aldığına görə İİ qrup əlil kimi Prezident tədaüdü verilmişdir. Lakin Azərbaycan Respuiblikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim etdiyi 0217003AANCD №li Forma 88 əsasında xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspeptiza Komissiyasının sonuncu müayinəyə dair qiymətləndirməsinin nəticəsi olaraq ona İİ qrup kimi Prezident təqaüdü verilməsi dayandırılmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Keçirilmiş qapalı KBT-si beyin silkələnməsinin qalıq əlamətləri MSS-nin funksiya pozğunluğu ilə ensefalopatiya Sol eşitmə sinirin travmatik nevriti. Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu....” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travmasi; Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1\3-nin qəlpə yaralanması. Qapalı КВТ-sı. MSS-nin fünksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır” Ağırlaşma F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: PSM də ixtisaslı müayinə məsləhət görüldü.” səbəbi ilə imtina verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00- F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3 nin qəlpə yaralanması. Qapalı KBT-sı. MSS-nin fünksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ budun yuxarı 1/3-nin qəlpə yaralanması. Qapalı KBT-sı MSS-nin funksiyasının pozulması, Asteno-nevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. Postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Üzvi emossional labil pozuntu. Koqnitiv funksiyanın pozulması. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Postravmatik neyrosensor ağır eşitmə. Sol qulaqda lll-İV dərəcə, sağ qulaqda ll-lll dərəcə. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ çox yüksək əlavə risk. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, Boyun fəqərələrinin C5-C6 seqmentar osteoxondrozu kökçük ağrılarla. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 27 iyul 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AALFL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyac olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq, müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 757 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Asteno-nevtotik təzahürlərlə qapalı kəllə-beyin travmasının nəticələri. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sistemi funksiyasının pozulmaması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, başındakı ağrılardan şikayətlənmiş, sağ budun aşağı, sağ saidin yuxarı 1/3-də, sağ dabanın iç səthində zərif çapıq toxuma, nevroloji status və intellektual-mnestik funksiyalar yaşa uyğun, ətraflarda simmetriya, əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, oynaqlarda hərəkətlər sərbəst, reflekslər canlı, Romberq vəziyyətində əllərdə tremor qeyd olunmuşdur. Həmçinin AR SN “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-in xx.xx.2021-ci il tarixli 7084 nömrəli “Üzvi emosional labil pozuntusu” diaqnozlu Tibbi Rəyi təqdim edilmişdir. Şikayətlərinə əsasən ƏƏSMN Tabeliyində DTSERA xx.xx.2022-ci il tarixdə keçirilmiş LOR müayinəsinin nəticəsi “Sol qulaqda 60 dBİ -İİİ dərəcə, saq qulaqda 40 dBİ-İİ dərəcə neyrosensor aqıreşitmə” kimi müəyyənləşdirilmişdir.Ekspertiza üçün əhəmiyyətli instrumental kranial müayinə nəticələri təqdim edilməmiş, hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya və davranış pozuntusu əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təstiqini tapmamışdır. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir. Üçüncü şəxs X12 X15 tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, xx.xx.1954-cü il təvəllülü xəstə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Mərkəzin Nevrologiya şöbəsində “Keçirilmiş qapalı kəllə beyin travması. Baş beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya, kəllə daxili hipertenziya, koqnitiv funksiyaların pozulması” diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X10 mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı Qəsəbəsi İnzibati Ərazi Dairə üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1630 №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsində Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 757 №-li, xx.xx.2010-cu il tarixli qərarından müəyyən olunur ki, Ağdam RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X6 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi kliniki tibbi mərkəzdə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ budun qəlpə yarası” (Ağdam RHK-nın xx.xx.2010-cu il tarixli 4/587 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/708 nömrəli arayışı, klinik tibbi mərkəzdən verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqun rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”, və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunduğu travmanın nəticələridiaqnoz: “Asteno-nevrotik təzahürlərlə qapalı kəllə-beyin travmasının nəticələri” və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunduğu travmanın nəticələri-diaqnoz: “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sistemi funksiyasının pozulması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” (MN MHKH-dan verilmiş xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqun rəyi ilə təsdiq edilir), “Travmadır, Hərbi Xidmət Dövründə Alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin a), ç) bəndləri. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********4 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Ağdam rayon sakini İddiaçı əlillik vəziyyəti barədə aşağıdakı sənədlərdən: xx.xx.2014-cü il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, müayinədən əvvəlki qrup - ikinci dərəcə əlillik, növbəti müayinə tarixi xx.xx.2015-ci il, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; əmək zəmanəti-əmək qabiliyyətsiz; X1: XİX Sinf-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları => S06-Kəllədaxili travma=>S06.0-Baş beyin silkələnməsi. Diaqnozun mətni; Keçirilmiş qapalı KBT-si beyin silkələnməsinin qalıq əlamətləri MSSnin funksiya pozğunluğu ilə Sol eşitmə sinirinin travmatik nevriti. Meyar: İkinci dərəcə əlillik => 2.2.12 Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..... xx.xx.2015-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, müayinədən əvvəlki qrup - ikinci dərəcə əlillik, növbəti müayinə tarixi xx.xx.2016-ci il, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; əmək zəmanəti-əmək qabiliyyətsiz; X1: XİX Sinf-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları => S06-Kəllədaxili travma=>S06.2-Baş beyin diffuzu travması. Diaqnozun mətni; Keçirilmiş kəllə beyin travması daxili hipertenzion sindrom İsterik nevroz kəkləmə ilə; Meyar: İkinci dərəcə əlillik => Digər: keçirilmiş kəllə beyin travması daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə. xx.xx.2016-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, müayinədən əvvəlki qrup - ikinci dərəcə əlillik, növbəti müayinə tarixi xx.xx.2021-ci il, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; əmək zəmanəti-əmək qabiliyyətsiz; X1: XİX Sinf-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları => S06-Kəllədaxili travma=>S06.2-Baş beyin diffuzu travması. Diaqnozun mətni; Keçirilmiş kəllə beyin travması daxili hipertenzion sindrom İsterik nevroz kəkləmə ilə; Meyar: İkinci dərəcə əlillik => Digər: keçirilmiş kəllə beyin travması daxili hipertenzion sindrom İsterik nevroz kəkləmə ilə. xx.xx.2021-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, X1: XX Sinf- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və əməliyyatlar =>Y36-Hərbi əməliyyatlar => Y32-Hərbi əməliyyatlar nəticəsində digər..... Diaqnozun mətni: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol budun yuxarı 1/3-nin qəlpə yaralanması. Qapalı KBT-sı. MSS-nin funksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır. Ağırlaşma F07 Baş beynin xəstəliyi zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beyinin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Ağırlaşma T90.5 Kəllədaxili travmanın nəticələri, Postravmatik ensefaloptiya. Meyar: İmtina edilir. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: PSM də ixtisaslı mayinə məsləhət görülmüşdür. xx.xx.2021-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, X1: V Sinf- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09-Simptomik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07-Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi.... Diaqnozun mətni: Baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Hərbi əməliyyatlar nəticəsində digər növ artlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol budun yuxarı 1/3 - nin qəlpə yaralanması. Qapalı KBT-sı MSS-nin funksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti: Meyar-imtina edilir. İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması: Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0217003AANCD №li Forma 088 göndərişi əsasında aparılmış xx.xx.2022-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, X1: XX Sinf- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və əməliyyatlar =>Y36-Hərbi əməliyyatlar => Y32-2 Hərbi əməliyyatlar nəticəsində digər..... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sağ budun yuxarı 1/3-nin qəlpə yaralanması. Qapalı KBT-sı. MSS-nin funksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. Postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beyinin xəstəliyi, emossional labil pozuntu. Koqnitiv funksiyanın pozulması. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Postravmatik nerosensor ağır eşitmə. Sol qulaqda İİİ-İV dərəcə, sağ qulaqda İİ-İİİ dərəcə. Essesnsial (birincili) hipertenziya xəstəliyi İİİ mərhələ çox yüksək əlavə risk. Boyun şöbəsinin fəqərararsı disklərin digər degenerasiyası. Boyun fəqərələrinin C5-C6 seqmentar osteoxondrozu kökçük ağrılarla. Meyar: İmtina edilir. İmtina edilmənin- Diqanoz əlillik əlaməti təyin edilməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərardan çıxarışdan müəyyən olunur ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AALFL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyac olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 757 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Asteno-nevtotik təzahürlərlə qapalı kəllə-beyin travmasının nəticələri” Qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sistemi funksiyasının pozulmaması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, başındakı ağrılardan şikayətlənmiş, sağ budun aşağı, sağ saidin yuxarı 1/3-də, sağ dabanın iç səthində zərif çapıq toxuma, nevroloji status və intellektual-mnestik funksiyalar yaşa uyğun, ətraflarda simmetriya, əzələ gücü -4,0-4,5 bal, tonus normal, oynaqlarda hərəkətlər sərbəst, reflekslər canlı, Romberq vəziyyətində əllərdə tremor qeyd olunmuşdur. Həmçinin AR SN “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-in xx.xx.2021-ci il tarixli 7084 nömrəli “Üzvi emosional labil pozuntusu” diaqnozlu Tibbi Rəyi təqdim edilmişdir. Şikayətlərinə əsasən ƏƏSMN Tabeliyində DTSERA xx.xx.2022-ci il tarixdə keçirilmiş LOR müayinəsinin nəticəsi “Sol qulaqda 60 dBİ-İİİ dərəcə, sağ qulaqda 40 dBİ-İİ dərəcə neyrosensor ağıreşitmə” kimi müəyyənləşdirilmişdir. Ekspertiza üçün əhəmiyyətli insturmentaln kranial müayinə nəticələri təqdim edilməmiş, hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya və daranış pozuntusu əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********5 №-li arayışda göstərilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ (ikinci) qrup müharibə əlilliyinə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) görə aylıq 350 (üç yüz əlli) manat məbləğində Prezident təqaüdü alıb. Təyinatın başlanma tarixi xx.xx.2011-ci il; təyinatın bitmə tarixi xx.xx.2021-ci il. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X15i tərəfindən verilmiş T 49/2023 saylı (ekspertizanın başlanma tarixi 12 yanvar 2023-cü il, başa çatma tarixi 30 yanvar 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1.2 Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibb-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “XX Sinif- xəstələnmənin və ölümün xarici səbəbləri =>Y35-Y36qanunla nəzərdə tutulmuş hərəkətlər və əməliyyatlar=>Y36-hərbi əməliyyatlar=> Y32.2hərbi əməliyyatlar nəticəsində digər...Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ budun yuxarı Vs-nin qəlpə yaralanması, qapalı KBT-sı, MSS-nin funksiyasının pozulması, asteno-nevrotik sindrom, sol eşitmə sinirinin posttravmatik nevriti, posttravmatik ensefalo- patiya, kəllədaxili hipertenziya, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər, baş beyinin xəstəliyi, emosional labil pozuntu, koqnitiv funksiya-nın pozulması, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, posttravmatik neyrosensor ağır eşitmə, sol qulaqda İİİ-İV dərəcə, sağ qulaqda İİ-İİİ dərəcə, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ çox yüksək əlavə risk, boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, boyun fəqərələrinin C5-C6 seqmentar osteoxondrozu kökcük ağrılarla” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələ- rin nəticələri əsasında müəyyən edilmişdir. 3.4. Vətəndaş İddiaçı aşkar edilən xəstəliklər və özünün əyani müayinəsi zamanı müəyyən olunan patofunksional dəyişikliklər ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli, istərsə də xx.xx.2022- ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hər hansı bəndini aid etmək mümkün olmadı. Məhkəmənin mövqeyi. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X7 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yeni “Forma 88”-in tərtib edilərək, əlilliyi müəyyən edən orqana göndərilməsi və ya əlillik təyin olunmuş şəxsin yenidən müayinə olunması nəzərdə tutulmamışdır. Ekspert rəyindən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyətinin Tibb-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “XX Sinif- xəstələnmənin və ölümün xarici səbəbləri =>Y35-Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və əməliyyatlar=>Y36-hərbi əməliyyatlar=> Y32.2-hərbi əməliyyatlar nəticəsində digər...Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ budun yuxarı Vs-nin qəlpə yaralanması, qapalı KBT-sı, MSS-nin funksiyasının pozulması, asteno-nevrotik sindrom, sol eşitmə sinirinin posttravmatik nevriti, posttravmatik ensefalo- patiya, kəllədaxili hipertenziya, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər, baş beyinin xəstəliyi, emosional labil pozuntu, koqnitiv funksiya-nın pozulması, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, posttravmatik neyrosensor ağır eşitmə, sol qulaqda İİİ-İV dərəcə, sağ qulaqda İİ-İİİ dərəcə, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ çox yüksək əlavə risk, boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, boyun fəqərələrinin C5-C6 seqmentar osteoxondrozu kökcük ağrılarla” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələ- rin nəticələri əsasında müəyyən edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya onda hazırda da aşkar olunan eyni xəstəliklərlə təyin olunmuş İİ dərəcə əlillik təyinatından on ildən artıq bir müddət keçdikdən sonra, ona əlillik dərəcəsinin təyinatından imtina barədə qərar qəbul edildiyi bildirilmişdir. Halbuki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. İddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya Quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” əbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət Orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir,əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 757 saylı qərarından görünür ki, iddiaçının yaralanmasının nəticəsi – diaqnoz “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1954-cü ildə doğulmuş İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3093/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3093/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver