Məhkəmə qərarları › İş №2-1(112)-3093/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3093/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3093/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iş üzrə cavabdehin iradəsini ifadə edən ƏMDX-in rəis müavini Elçin Yusifovun "xxxx" MMC-yə qarşı müəssisənin istifadəsində olan 0,6 ha torpaq sahəsinin məcburən icarəyə götürülməsinə dair tələbi əsassız olduğundan cavabdehin bu hərəkətindən çəkindirmək” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: 1.İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iş üzrə cavabdehin iradəsini ifadə edən ƏMDX-in rəis müavini Elçin Yusifovun "xxxx" MMC-yə qarşı müəssisənin istifadəsində olan 0,6 ha torpaq sahəsinin məcburən icarəyə götürülməsinə dair tələbi əsassız olduğundan cavabdehin bu hərəkətindən çəkindirmək” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məktub ünvanlayaraq aşağıdakıları bildirmişdir: "Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51- ci maddəsinin altıncı hissəsinə və "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanunun 4- cü maddəsinin ikinci hissəsinə əsaslanaraq Azərbaycan Respublikasında həmin qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədi ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Cavabdeh öz məktubunda həm də qeyd edir ki, Azəarbaycan Respublikası Prezidentinin 12 mart 1999- cu il tarixli 116 nömrəli Fərmanın tələbinə əsasən dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi və layihələşdirilmiş habelə üzərində üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye yaxud texnoligiyalı parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bakı şəhər Qaradağ rayon Sahil qəsəbəsi Salyan şossesi ünvanda yerləşdiyi və müəssisənin istifadəsində olan dövlətə məxsus torpaq sahəsinin icarəyə götürülməsi tələb olunur". Beləki, "xxxx" MMC 2011-ci ildən başlayaraq müəssisənin yerləşdiyi torpaq sahəsini dövlət özəlləşdirmə planına əsasən özəlləşdirməyə çaılşmış lazımı sənədləri təqdim etmiş, lakin istədiyinə nail olmamışdır. Hətta özəlləşmə üçün 200.000 manat pul da ödəmiş, lakin yenə də özəlləşdirə bilməmişdir. Axırda bu barədə Bakı İnzibati Məhkəməsinə iddialar vermiş, 2015-ci ildən buna nail ola bilməmişdir. Əsas problem o olub ki, özəlləşməyə görə iddiaçıya cavab verilməyib. Yalnız “səbirli” olmağı məsləhət bilmişlər. Halbuki bu bir dövlət proqramıdır və Bakı şəhər İcra Hakimiyyəti başçısının 1999cu il 3 iyun tarixli, 518 saylı Sərəncamı ilə "xxxx" Müəsisəsinin istifadəsi üçün 0.6 ha torpaq sahəsi ayrılmışdır. Bu müəsisəsinin yerləşdiyi və istifadəsində olduğu torpaq sahəsinin ölçüsü 0.6 ha təşkil etsə də, həmin torpaq sahəsində ümumi sahəsi 28.2 kv.m olan tikilisi var idi. 2010-cu il 10 avqust tarixdə həmin tikili "xxxx" MMC-nin mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir. "xxxx" MMC-nin istifadəsində olan bu torpaq sahələrinə dair inşaat pasportu var. "xxxx" MMC-nin istifadəsində olan 0,6 ha torpaq sahəsinin həmin müəsisələrə təhkim olunmaqla özəlləşdirilməsi məqsədilə cavabdehə müraciət etsə də, onun müraciətinə heç bir cavab verilməmişdir. Buna görə də 2016-cı ildən başlayaraq məhkəmələrə iddialar verilir. Hətta 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 mart tarixli 2-1(81)- 1851/2017 nömrəli qərardadı ilə cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tanınmaqla, ona qarşı qaldırılan iddia tələbi - iddiaçının müraciətinə cavab verilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və "xxxx" MMC-nin istifadəsində olan 0,6 ha torpaq sahəsinin həmin müəsissələrə təhkim olunmaqla, özəlləşdirilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi kimi icraata qəbul edilmişdir. Lakin ƏMDX həmin torpaq sahələrini o cümlədən də istifdəsində olan "Turan" K/M məxsus torpaqları özəlləşdirməkdən faktiki olaraq imtina edir. Bu mübahisə iki dəfə Ali Məhkəmə səviyyəsində araşdırılmışdır. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 sentyabr 2023-cü il tarixli, 3-21- 3/2-14235/2023 nömrəli məktubla “Çeşmə-f’ Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilərək, qanunvericiliyin tələbinə uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi ünvanında yerləşən cəmiyyətin istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması tələb olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Xidmətin vəzifəsidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin istifadəsinə icarə müqaviləsi əsasında verildiyindən, Xidmətin iddiaçıya qarşı qeyd olunan tələbi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçın hazırkı iddianı qaldırmaqda məqsədi torpaq sahəsinin icarəyə verilməsinin tələb edilməsi hüququnun Xidmətə qadağan edilməsi ilə bağlıdır ki, qanunvericiliyə əsasən belə bir tələbinin yolverilən olması iddiaçı tərəfindən əsaslandırmamışdır. Hazırkı iddia tələbi mülkiyyətin bərabər hüquqlu subyektlərindən biri olan dövlətin torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsini məhdudlaşdırılmasına yönəldiyindən, qanunvericiliyə əsasən belə bir iddiaya məhkəmədə baxıla bilməz. Göründüyü kimi, iddiaçının hazırkı tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilmiş iddia növlərinin heç biri ilə uyğun gəlmir və həmin iddiaya inzibati icraat qaydasında baxıla bilməz. Bundan əlavə iddiaçı ərizəsində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. - 34.3. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

3. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

4. İddiaçının hazırkı iddiası cavabdeh inzibati orqanının inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən 28 sentyabr 2023-cü il tarixli “İstifadə edilən torpaq sahəsinin icarəyə götürülməsi barədə“ bildirişi ilə iddiaçıya “bildirişin təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla icarə müqaviləsinin şərtlərinin müəyyən edilməsi və müvafiq icarə müqaviləsinin bağlanması üçün zəruri sənədlərin müəyyən edilməsi və müvafiq icarə müqaviləsinin bağlanması üçün zəruri sənədlərin təqdim edilməsi zəruri olması, bildirişdə göstərilən müddətdə münasibət bildirilmədikdə, bu, bilərəkdən dövlət mülkiyyətində olan torpaq sahəsindən əsassız istifadə etməklə dövlət büdcəsinə zəruri daxilolmalardan yayınma kimi qəbul edilərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciətlər olacagı” bildirilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçı cavabdeh tərəfindən yuxarıda qeyd edilən inzibati akt olmayan bildirişi ilə onun qanundan irəli gələn hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçıda istifadə etdiyi dövlət torpagı ilə bağlı dövlət büdcəsinə qanunvericiliklə nəzərdə tutulmuş ödənişlərinin edilməsinə dair müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən göndərilmiş bildiriş ilə iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır.

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. . Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən müvafiq tələblə cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübutlar iddia ərizəsinə əlavə edilməmiş, məhkəmədə işə baxılan zaman da təqdim edilməmişdir. 6 Göründüyü kimi, iddiaçı – hazırki iddia tələbi ilə bağlı “iş üzrə cavabdehin iradəsini ifadə edən ƏMDX-in rəis müavini Elçin Yusifovun "xxxx" MMC-yə qarşı müəssisənin istifadəsində olan 0,6 ha torpaq sahəsinin məcburən icarəyə götürülməsinə dair tələbi əsassız olduğundan cavabdehin bu hərəkətindən çəkindirmək” barədə tələblə cavabdehə müraciət etməmişdir.

7. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmə iclasını təyin etmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə bildirməmişdir.

8. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı Çeşmə-F” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iş üzrə cavabdehin iradəsini ifadə edən ƏMDX-in rəis müavini Elçin Yusifovun "xxxx" MMC-yə qarşı müəssisənin istifadəsində olan 0,6 ha torpaq sahəsinin məcburən icarəyə götürülməsinə dair tələbi əsassız olduğundan cavabdehin bu hərəkətindən çəkindirmək” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar