Məhkəmə qərarları › İş №2-1(112)-3097/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3097/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3097/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı Xasəmməd oğlunun, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Xasəmməd oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xasəmməd oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hüququnun yarandığı 57 yaşdan, yəni 25 iyul 2017-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1960-cı ildə Qəbələ rayonunda anadan olmuş, 1977-ci ildə Qəbələ rayonunda orta məktəbi bitirdikdən sonra 01 sentyabr 1977-ci ildə Bakı şəhərində olan 16 saylı Texniki peşə məktəbinə daxil olmuş və 24 iyun 1978-ci ilə kimi həmin peşə məktəbində əyani təhsil almış və məktəbi bitirdikdə ona 3-cü dərəcəli bənna ixtisası verilmişdir. Bundan sonra o, 29 iyun 1978-ci ildə “Visotjilstroy” Trestinin 302 saylı Tikinti Quraşdırma idarəsinə 3-cü dərəcəli Bənna qəbul edilmişəm, keçmiş Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmağı ilə əlaqədar olaraq 19 aprel 1979-cu ildə işdən azad edilmişdir. 25 may 1979-cu ildən 30 may 1981-ci ilə kimi keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15 iyul 1981-ci ildə yenidən “Visotjilstroy” Trestinin 302 saylı Tikinti Quraşdırma idarəsinə 3-cü dərəcəli bənna qəbul edilmiş, ona 01 avqust 1983-cü ildə 4-cü dərəcəli bənna dərəcəsi, 01 yanvar 1987-ci ildə isə 5-ci dərəcəli bənna dərəcəsi verilmişdir. 29 sentyabr 1989-cu ildə “AzNKZT” İTT Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə keçirilməklə işdən azad edilmişdir. 02 oktyabr 1989-cu ildə “AzNKZT” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə tikinti sahəsinə 5-ci dərəcəli bənna qəbul edilmiş, 01 iyul 1993-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur.15 iyul 1993-cü ildə yenidən 302 saylı Tikinti İdarəsinə 5-ci dərəcəli bənna qəbul edilmiş, ona 02 may 1994-cü ildə 6-cı dərəcəli bənna dərəcəsi verilmişdir. 20 iyul 1994-cü ildə işdən azad edilmişdir. 21 iyul 1994-cü ildə “AzNKZT” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 6-cı dərəcəli bənna kimi işə qəbul edilmiş.10 iyul 1995-ci ildə öz xahişim ilə işdən azad olunmuşdur. 06 iyun 1997-ci ildə “AzNKZT” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə Tikinti Sahəsinə 6-cı dərəcəli bənna kimi işə qəbul edilmiş, 25 dekabr 2002-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(b) bəndinə əsasən (müqavilə müddəti qurtardığı üçün) işdən azad edilmişdir. 05 yanvar 2004-cü ildə "xxxx" MMC Tikinti sahəsinə 6-cı dərəcəli bənna kimi işə qəbul edilmiş, 01 dekabr 2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2(b) bəndinə əsasən (müqavilə müddəti qurtardığı üçün) işdən azad edilmişdir. 15 dekabr 2006-cı ildə “X1” MMC-yə 5-ci dərəcəli suvaqçı işinə qəbul edilmiş, 27 dekabr 2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2(b) bəndinə əsasən işdən azad edilmişdir. 10 yanvar 2020-ci ildə "xxxx" MMC tikinti şirkətinə bənna qəbul edilmiş, 12 mart 2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq 01 yanvar 2006-cı ilə kimi 25 il 1 ay 17 gün ümumi, 22 il 3 ay 10 gün isə xüsusi (güzəştli şərtlərlə) iş stajı vardır.Ona görə də qanunvericiliyə uyğun olaraq 25 iyul 2017-ci ildən 57 yaşına çatdığı vaxtdan iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçı həmin hüququndan istifadə etmək üçün 2017-ci ilin sentyabr ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin ona həmin idarə tərəfindən güzəştli şərtlərlə pensiya təyinatından əsassız olaraq imtina olunmuşdur. Bundan sonra da o, dəfələrlə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün həmin idarəyə ərizələr ilə müraciət etmişdir. Sonuncu dəfə iddiaçı 22 avqust 2022-ci il tarixli ərizə ilə həmin idarəyə güzəştli şərtlərlə pensiya təyin olunması üçün müraciət etmişdir. Yenə də ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Güzəştli şərtlərlə pensiya təyinatından əsassız olaraq imtina olunmuşdur. Həmin Filial tərəfindən iddiaçıya göndərilmiş 13 sentyabr 2022-ci il tarixli **********0 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 27 may 2022-ci il tarixli 14 nömrəli arayışında xx.xx.1978-xx.xx.1989-cu il və xx.xx.1993xx.xx.1994-cu il tarixləri arasındakı dövrlər ərzində 302 saylı Tikinti İdarəsində və 2 saylı Tikinti Quraşdırma İdarəsində "xxxx" ASC-nin iddiaçıya dair 2 iyun 2022-ci il tarixli 170 nömrəli arayışında isə xx.xx.1989-xx.xx.1993-cu il, xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1997- xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində Azərneftkimyazavodtəmir Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda bənna vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyib-işləməmədiyi barədə hər hansı bir məlumat qeyd edilməyib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Eyni zamanda Mərkəzi Filiala təqdim edilən 5 iyul 1978-ci il tarixli PİT- ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığorta olunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrü ümumi iş stajınıza daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 2 ay 12 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və 2006-2020-ci illər üzrə cəmi 1 il 10 ay) təşkil edir. Belə ki, 2006-2020-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 22 ay (1 il 10 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa iddiaçının fərdi hesabınn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21011,04 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddiaçı bildirir ki, cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mənə güzəştli şərtlərlə pensiya təyinatından əsassız olaraq imtina olunmuşdur. Belə ki, cavabdeh orqan öz imtina məktubunda qeyd edir ki, o güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün onun tərəfindən 25 illik ümumi iş stajı toplanmamışdır. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən bu halı əsassız hesab edir və onun göstərdikləri ilə razı deyil. Çünki onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin tələblərinə uyğun olaraq 01 yanvar 2006-cı ilə kimi 25 il 1 ay 17 gün ümumi, 22 il 3 ay 5 gün isə xüsusi (güzəştli şərtlərlə) iş stajı vardır. Belə ki, Sovet Ordusunda xidmət illəri və xx.xx.1978 - xx.xx.1979-cü illərdə (9 ay 21 gün), xx.xx.1981-xx.xx.1989-cü illərdə (8 il, 2 ay, 14 gün) və xx.xx.1993-xx.xx.1994-cü illərdə (1 il 5 gün) “Visotjilstroy” Trestinin 302 saylı Tikinti Quraşdırma idarəsində cəmi həmin idarədə 10 il 10 gün bənna işləmiş, bundan başqa xx.xx.1989-xx.xx.1993-cü illərdə (3 il 8 ay 29 gün), xx.xx.1994xx.xx.1995-cü illərdə (11 ay 11 gün) və xx.xx.1997-xx.xx.2002-ci illərdə ( 5 il 6 ay 19 gün) “AzNKZT” İTT Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində cəmi həmin idarədə 10 il 2 ay 29 gün bənna işləmiş, bunlardan başqa xx.xx.2004-cü ildə (1 il 11 ay 26 gün) "xxxx" MMC-də bənna işləmiş - yekun olaraq qeyd olunan 3 İdarədə ümumilikdə xx.xx.2006-cı il tarixinədək - cəmi 22 il 3 ay 5 gün bənna işləmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, xx.xx.2006-cı il tarixinə qədər hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 25 il 1 ay 17 gün ümumi iş stajı vardır. Ona görə də qanunvericiliyə uyğun olaraq 25 iyul 2017-ci ildən 57 yaşına çatdığı vaxtdan iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Cavabdehin qeyd olunan imtina məktubunda həmçinin qeyd edilir ki, “...Lakin iddiaçının sözügedən arayışlarda bənna vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyib-işləməməyi barədə hər hansı bir məlumat qeyd edilməyib. Bu səbəbdən də onun güzəştli iş stajını müəyyən etmək mümkün deyil”. Bununla bağlı iddiaçı bildirir ki, Tikinti- Quraşdırma İdarələri konkret halda, mövcud olmadığı halda, izahlı arayışın alınması mümkün deyil, izahlı arayış işləyən işçilərə verilməsi mümkündür. Həmin Təmir Quraşdırma İdarələrində onun bənna kimi təkbaşına çalışmağı mümkün deyil idi. Ən azı, tikinti-quraşdırma idarələrində bir neçə bənna briqadası və ya manqasından ibarət tərkibdə fəaliyyət göstərməsi sübuta ehtiyacı olmayan bir haldır. Belə ki, elə adından da görünür ki, tikinti-quraşdırma və tikinti-təmir işlərini yerinə yetirmək onların əsas fəaliyyət istiqamətini təşkil edir. Həmçinin iddiaçının işlədiyi dövrlərdə o briqada halında işləmişdir. 302 saylı Bakı Tikinti İdarəsində işlədiyi dövrdə bənna briqadasında briqadiriləri Xəlilov Hacıağa və Hüseynov İkram olmuşlar. Briqada da 18 nəfər işçi olurdu. Onlardan 6-7 nəfəri bənna, qalanları isə fəhlə olurdu. 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrdə isə yenə də bənna briqadasında işləmişdir. Orada da briqadiri Finəddin (familyasının unutmuşdur) olmuşdur. Həmin vaxt da yenə briqadada 6-7 nəfər bənna,6-7 nəfər də fəhlə olmuşdur. Hər iki Tikinti İdarəsində işlədiyi dövrdə hündürmərtəbəli yaşayış binalarının tikintisini aparmışlar. O, 10 ildən çox bir, 10 ildən çox isə başqa bir - tikinti-quraşdırma təşkilatında bənna kimi işləmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçı daimi olaraq həmin idarələrdə bənna peşəsində işləmişdir. "xxxx" MMC tərəfindən pensiyanın təyin edilməsi barədə verilmiş 10 oktyabr 2022-ci il tarixli 40 saylı arayışda göstərilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr bəndinin - bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna kimi 12 il 6 aydan çox xüsusi (güzəştli) əmək stajı olduğu üçün güzəştli şərtlərlə pensiya hüququ verilir. Həmçinin "xxxx" ASC tərəfindən pensiyanın təyin edilməsi barədə verilmiş 10 oktyabr 2022-ci il tarixli 446 saylı arayışda göstərilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr bəndinin - bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna kimi 12 il 6 aydan çox xüsusi (güzəştli) əmək stajı olduğu üçün güzəştli şərtlərlə pensiya hüququ verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının XXVİİ (22900000 “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri») bölməsinin 2290000a-12680 kodu üzrə - «Bənna briqadalarında və kompleks briqadaların manqalarında daim işləyən bənnalar» güzəştli pensiya hüququ verən peşələrə aid edilmişdir. Cavabdeh sənədləri ətraflı araşdırsa idi, müəyyən edilərdi ki, iddiaçı ömrü boyu eyni işdə, eyni peşədə (bənna briqadalarında və kompleks briqadalarında xüsusi bənna manqalarında daimi bənna) işləmişdir. 1977-1978-ci illərdə Bakı şəhər 16 saylı Texniki Peşə Məktəbində bənna ixtisası üzrə təhsil almışdır. Təhsilini bitirən kimi ən böyük Tikinti İdarəsində (302 saylı) bənna briqadasında bənna işləmiş, həmin İdarədən hərbi xidmətə getmiş və orada da bənna (əsas hərbi biletinin 12 səhifəsində olan qeydlər) işləmişdir. Hərbi xidmətdən gəldikdən sonra da ən böyük Tikinti İdarələrinin bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daimi bənna işləmişdir. Cavabdeh əmək stajının müəyyən edilməsi üçün arayışlara istinad edilməsini tələb edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qanunvericilikdə sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmadığından, cavabdeh ümumi iş stajını hesablayarkən əmək kitabçası ilə yanaşı, iş yerindən verilmiş arayışları, arxiv arayışlarını,texniki peşə məktəbindən verilmiş təhsil haqqında və hərbi biletdəki qeydlərə istinad etməlidir. Həmçinin cavabdeh imtina məktubunda ona təqdim olunmuş Texniki peşə məktəbini bitirmə haqqında attestatla bağlı heç bir araşdırma aparmamış və təhsil müddətini iddiaçının ümumi iş stajına daxil etməmişdir. İddiaçı peşə məktəbində istehsalatdan ayrılmaqla əyani təhsil almış və həmin müddət onun əmək stajına daxil edilməlidir. İddiaçı peşə məktəbində əyani təhsil aldığı üçün onu Bakı şəhərinə qeydiyyata götürmüş və yataqxana ilə təmin etmişlər. Qanunvericilikdə ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçıya Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş 4418 saylı attestata əsasən, o, 01 sentyabr 1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (9 ay 24 gün) Bakı şəhər 16 saylı texniki peşə məktəbində təhsil almışdır. Həmin attestatda onun hansı formada təhsil almağı (əyani, qiyabi) qeyd edilməsə də, o əyani təhsil almışdır. Cavabdeh də iddiaçının əyani təhsil almaması barədə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə iddiaçının texniki peşə məktəbində oxuduğu təhsil müddətinin onun ümumi iş stajına hesablanmalıdır. O, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də tikinti sahəsində 6-cı dərəcəli bənna kimi işləmiş və bu ona məxsus olan 5 iyul 1978-ci il tarixli HT- ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur. Lakin cavabdehin imtina məktubunda isə göstərilir ki,” ...Eyni zamanda Mərkəzi Filiala təqdim edilən 5 iyul 1978-ci il tarixli MT- ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyini dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığorta olunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az təşkil edir. cavabdeh orqanın bu göstərdikləri də tamamilə əsassızdır. Belə ki, o, "xxxx" MMC-də tikinti sahəsində 6-cı dərəcəli bənna işlədiyi xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində faktiki olaraq işləyib vaxtlı-vaxtında əmək haqqını almışdır. Əmək haqqından da bütün ödəmələr tutulmuşdur....İddiaçı işlədiyi dövrə aid sənədlərin harada olmasını müəyyən edə bilməmiş, ancaq onu bildirir ki, "xxxx" MMC-nin direktoru S.Q.Hacıyev tərəfindən möhürlə təsdiqlənmiş 2011-ci ilin oktyabr-noyabr aylarına aid hesablanmış əmək haqqı cədvəllərindən görünür ki, işçilərdən bütün vergilər, o cümlədən DSMF 3 % tutulmalar tutulmuşdur. İddiaçının işlədiyi dövrdə də eyni qayda ilə ondan da bütün vergilər tutulmuşdur. Onu da bildirir ki, işlədiyi həmin idarənin haqq-hesabı ilə heç bir işi olmamış və buna görə iddiaçının heç bir cavabdehliyi və məsuliyyəti yoxdur. Eyni zamanda bildirir ki, cavabdeh orqanın 13 sentyabr 2022-ci il tarixli imtina məktubunda həmçinin qeyd olunur ki, “....Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21011,04 manat təşkil edir.” Bununla bağlı iddiaçı bildirir ki, cavabdeh orqanın iddiaçının pensiya kapitalının yaranmaması barədə imtina məktubunda göstərdiklərini və bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2006-cı ilədək yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən iddiaçıya bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək o, artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmiş idi. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı və pensiya kapitalı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin İddiaçı dair 27 may 2022-ci il tarixli 14 nömrəli arayışında xx.xx.1978-xx.xx.1989-cu il və xx.xx.1993- xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər ərzində 302 saylı Tikinti İdarəsində və 2 saylı Tikinti Quraşdırma İdarəsində, "xxxx" ASC-nin iddiaçıya dair 2 iyun 2022-ci il tarixi 170 nömrəli arayışında isə xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1997-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində Azərneftkimyazavodtəmir Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda bənna vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyibişləməməsi barədə hər hansı bir məlumat qeyd edilməyib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Eyni zamanda M.X.X2 təqdim etdiyi 5 iyul 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasında iddiaçının xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur. İddaçının adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sıqortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrü iddaçının ümumi is stajına daxil etmək mümkün olmadığından M.X.Mirzəvevin ümumi is stajı 25 ildən az (24 il 2 ay 12 gün xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.2002-ci il tarixləri asındakı dövrlər və 2006-2020-ci illər üzrə cəmi 1 il 10 ay)) təşkil edir. Belə ki, iddiaçının 2006-2020ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 22 ay (1 il 10 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21011,04 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən hüququnun yarandığı 57 yaşdan, yəni 25 iyul 2017-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzminda imtina verilmişdir. -Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xasəmməd oğlu xx.xx.1960-cı il tarixdə Qəbələ rayonunun Qaeadiyin kəndində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin xx.xx.1978-ci il tarixli 4418 saylı Attestatın surətindən görünür ki, İddiaçı Xasəmməd oğlu xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri 16 saylı Texniki peşə məktəbini “bənna” sənəti üzrə təhsil almış, məktəbi bitirdikdə ona 3-cü dərəcəli bənna ixtisası verilmişdir. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı Xasəmməd oğlu xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur; -ИТ-İ № ******* saylı əmək kitabçasının tərrcümə edilmiş notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Xasəmməd oğlunun iş stajı aşağıdakı kimi müəyyən edilmişdir: -xx.xx.1977- xx.xx.1978-ci illərdə Bakı şəhəri 16 saylı Texniki peşə məktəbində təhsil; -xx.xx.1978-xx.xx.1979-cu illər ərzində “Visotjilstroy” Trestinin 302 saylı Tikinti Quraşdırma idarəsinə 3-cü dərəcəli Bənna; -xx.xx.1979-xx.xx.1981-ci illər ərzində keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur (2 il, 5 gün); -xx.xx.1981-xx.xx.1989-cu illərdə “Visotjilstroy” Trestinin 302 saylı Tikinti Quraşdırma idarəsinə 3-cü, 4-cü, 5-ci dərəcəli bənna (8 il, 2 ay, 5 gün); -xx.xx.1989-xx.xx.1993-cü illərdə “AzNKZT” İTT Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində bənna (3 il, 8 ay, 29 gün); -xx.xx.1993-xx.xx.1994-cü illərdə 302 saylı Tikinti İdarəsinə 5-ci, 6-cı dərəcəli bənna (1 il, 5 gün); -xx.xx.1994-xx.xx.1995-ci illərdə “AzNKZT” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 6-cı dərəcəli bənna (11 ay, 11 gün); -xx.xx.1997-xx.xx.2002-ci illərdə “AzNKZT” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə Tikinti Sahəsinə 6-cı dərəcəli bənna (5 il, 6 ay, 19 gün); -xx.xx.2004-xx.xx.2005-ci illərdə "xxxx" MMC Tikinti sahəsində 6-cı dərəcəli bənna (1 il, 11 ay, 26 gün., xx.xx.2006-cı il tarixədək 1 il 11 ay 27 gün); -xx.xx.2006-xx.xx.2010-cu illərdə X1” MMC-də 5-ci dərəcəli suvaqçı; -xx.xx.2020-xx.xx.2020-ci illərdə "xxxx" MMC tikinti şirkətinə bənna vəzifəsində işləmişdir. -"xxxx" MMC tərəfindən iddiaçıya verilən 10 oktyabr 2022-ci il tarixli 40 №li arayışında aşağıdakılar göstərilmişdir: “Arayış verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1978-ci il tarixdə 77/k №-li əmrlə 302 saylı Tikinti İdarəsində 3-cü dərəcəli bənna vəzifəsinə qəbul edilib. xx.xx.1983-cü il tarixdən 4-cü dərəcəli bənna vəzifəsində, xx.xx.1987-ci il tarixdən isə 5-ci dərəcəli bənna vəzifəsində işləmişdir. xx.xx.1989-cu ildə 96 №-li əmrlə 2 saylı Tikinti Quraşdırma İdarəsinə köçürmə yolu ilə işdən azad edilib. xx.xx.1993-cü ildə 87 №-li əmrlə yenidən 302 saylı Tikinti İdarəsinə 5-ci dərəcəli bənna vəzifəsinə qəbul edilib. xx.xx.1994-cü ildə 48 №-li əmrlə 2 saylı Tikinti Quraşdırma İdarəsinə köçürmə yolu ilə işdən azad edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci İl 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr bəndinin - bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna kimi 12 il 6 aydan çox xüsusi (güzəştli) əmək stajı olduğu üçün güzəştli şərtlərlə pensiya hüququ verilir”. -"xxxx" tərəfindən verilən xx.xx.2022-ci il tarixli 170 №li arayışında aşağıdakılar göstərilmişdir: “Arayış verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1989-ci il tarixdən xx.xx.1993-ci il tarixə qədər «Azərneftkimyazavotəmir-Trestinin» 2 Saylı TQİ-in tikinti sahəsində 5-ci dərəcəli bənna vəzifəsində işləmişdir. Sonradan 21,07.1994-cü il tarixdə yenidən 6-ci dərəcəli bənna vəzifəsinə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə öz xahişi ilə 33/k №-li Əmrlə işdən azad edilib. xx.xx.1997-ci il tarixdə yenidən 6-ci dərəcəli bənna vəzifəsinə qəbul edilmiş və xx.xx.2002-ci il tarixdə 80/K №-li Əmrlə müqavilə müddəti bitdiyi üçün işdən azad edilib. Bildiririk ki, « Azərneftkimyazavotəmir-Trestinin» 2 Saylı TQİ-in bazasında xx.xx.2001-ci il tarixli 145 №-li İqtisadi İnkişaf Nazirliyinin sərəncamı ilə “Tikinti-Quraşdırma AzərX4-2” ASC yaradılmışdır və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamenti Qeydiyyatı İdarəsi tərəfindən "Tikinti-Quraşdırma Azər.X4-2” ASC-nin adı dəyişilərək "PROTEAN CONSTRUCTİON” ASC adlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəziələrin və göstəricilərin siyahısının 29cu bəndinin bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölümünə əsasən zərərli şəraitdə 6-cı dərəcəli bənna vəzifəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ verilir. -"xxxx" tərəfindən verilən xx.xx.2023-cü il tarixli 45 №li arayışında aşağıdakılar göstərilmişdir: “İddiaçı, həqiqətən xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixə qədər “Azərneftkimyazavodtəmir” Trestinin 2 Saylı TQİ-nin tikinti sahəsində 5-ci dərəcəli bənna vəzifəsində işləmişdir. Sonradan xx.xx.1994-cü il tarixində yenidən 6-cı dərəcəli bənna vəzifəsinə qəbul edilmiş və xx.xx.1995-ci il tarixində öz xahişi ilə 33/k №-li əmrlə işdən azad edilib. xx.xx.1997-ci il tarixdə yenidən 6-cı dərəcəli bənna vəzifəsinə qəbul edilmiş və xx.xx.2002-ci il tarixdə 80/k №-li Əmrlə müqavilə müddəti bitdiyi üçün işdən azad edilmişdir. Bildiririk ki, “Azərneftkimyazavodtəmir” Trestinin 2 Saylı TQİ-nin bazasında xx.xx.2001-ci il tarixli 145 №-li İqtisadi İnkişaf Nazirliyinin sərəncamı ilə “Tikinti-Quraşdırma Azər. X4-2” ASC yaradılmışdır və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamenti Qeydiyyatı İdarəsi tərəfindən “Tikinti- Quraşdırma Azər. X4-2” ASC-nin adı dəyişdirilərək “Protean Construction" ASC adlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr bəndinin - bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna kimi xüsusi (güzəştli) əmək stajı olduğu üçün güzəştli şərtlərlə pensiya hüququ verilir. Həmin vəzifələrin əmək funksiyaları ilə bağlı bildirmək istəyirik ki, bina, sənaye qurğuların daş konstruksiyalarının hörgü və təmirində bənnalar mürəkkəb və xüsusi mürəkkəb işləri yerinə yetirmişdir. İddiaçı da “Azəreftkimyazavodtəmir” Trestinin 2 Saylı Tikinti Quraşdırma İdarəsində tikinti ilə məşğul olan kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna kimi yüksəkmərtəbəli yaşayış binalarının tikinti və təmir işlərində ağır əmək şəraitində çalışmış, daş konstruksiyalı binaların özülünün qoyulması, həmin binalarda bütün mərtəbələrdə mənzillərin otaqlarının və arakəsmələrin hörgü işlərini icra etmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatı barədə xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət reyestrində hüquqi ünvanı AZ1129, ünvan 1alat Təsərrüfat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2003-cü il tarixdə 0103-P35-38981 nömrə ilə, hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2005-ci il tarixdə 0205-S19-3096 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olduğu bildirilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Azərneftkimyazavodtəmir” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinin 06 iyun 1996-cı il tarixdə D-118 nömrə ilə qeydiyyata alındığı bildirilmiş və müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfinfdən verilmiş 07 mart 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərneftkimyazavotəmir Tresti”nin 2 saylı Tikinti Quraşdırma İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin xx.xx.2002-ci il tarixdə 100% özəlləşdirilməsi prosesi başa çatdırılmışdır. -İddiaçının texniki peşə məktəbində təhsil aldığı dövrün onun iş stajına daxil edilibedilmədiyi, habelə mübahisələndirilməyən iş stajı barədə məlumatların göndərilməsi məzmunlu sorğuya cavabdeh tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 2 ay 12 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və 2006-2020-ci illər üzrə cəmi 1 il 10 ay)) təşkil edir. Bundan başqa, həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədər düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu qanunla əlaqədar olaraq, adıçəkilən şəxsə Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyinatı masəsləsinə baxılarkən onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 2 ay 5 gün (xx.xx.1977-xx.xx.1978-ci il (təhsil dövrü), xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1973-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı istər Qanunun 9.1-ci, istərsə də 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. -AR ƏƏSMN yanında DSMF-in Bakı şəhəri Xətai rayon şöbəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün təqdim edilmiş sənədlərinə baxılmış və güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmadığı əsas gətirilərək ərizə təmin edilməmişdir. İşin faktiki hallarına əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilk dəfə 2017-ci ilin sentyabr ayında olmaqla müxtəlif vaxtlarda cavabdeh inzibati orqana müraciət etmiş, lakin təmin edilməmişdir. İddıaçının sonuncu müraciətində cavabdeh iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 2 ay 12 gün) təşkil etdiyini, iş yerlərindən təqdim etdiyi arayışlarda bənna vəzifəsində daim işləyib-işləməməsi barədə məlumatın qeyd edilmədiyindən həmin güzəştli iş stajının müəyyən edilməsinin mümkün olmadığı, həmçinin iddiaçının xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasında "xxxx" MMC-də işlədiyi dövrdə həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqqları ödəmədiyi, o cümlədən iddiaçının 2006-2020-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Sözügedən Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1). xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2). xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları bildirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, cavabdeh iddiaçının mübahisələndirilməyən ümumi stajını 23 il 2 ay 5 gün hesablamışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.2004-xx.xx.2006cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi barədə qeyd aparılmışdır. Dövlət Vergi Xidmətindən alınmış məlumatda isə həmin müəssisənin (VÖEN **********) xx.xx.2003-cü il tarixdən dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığorta olunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyinə münasibətdə isə nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqmda» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu baxımdan, iddiaçının 05 yanvar 2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövr (ümumilikdə 25 il 1 ay 17 gün) onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının ümumi iş stajı qanunla tələb edilən 25 ildən çox təşkil edir (23 il 2 ay 5 gün + 1 il 11 ay 27 gün= 25 il, 1 ay, 2 gün) Məhkəmə cavabdehin güzəştli stajı ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirir ki, "xxxx" MMC-nin və "xxxx" ASC-nin arayışlarında iddiaçının işlədiyi bənna peşəsinin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının XXVİİ (22900000 “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri») bölməsinin 2290000a - 12680 kodu üzrə - «Bənna briqadalarında və kompleks briqadaların manqalarında daim işləyən bənnalar» güzəştli pensiya hüququ verən peşələrə aid edildiyi bildirilmiş, hətta iddiaçının əmək funksiyalarının nədən ibarət olması barədə ətraflı məlumat verilmişdir. Həm də vurğulanmaldır ki, iddiaçının işlədiyi müəssisələrin hər birində 10 ildən artıq bənna kimi işləməsi ("xxxx" MMC –də 12 il, 3 ay, 7 gün, "xxxx" ASC-də 10 il, 3 ay, 10 gün) onu deməyə əsas verir ki, o daimi olaraq həmin idarələrdə bənna işləmişdir. Ona görə də, məhkəmə cavabdehin iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı arqumentini qəbul etmir və iddiaçının ümumilikdə 22 ildən artıq güzəştli iş stajının olması qənaətindədir. Məhkəmə cavabdehin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmaması ilə bağlı olan mövqeyinə münasibətdə bildirir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən şəxsə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün pensiya kapitalının yığılması tələb olunmurdu. Bu baxımdan, cavabdehin dəlili qanuni sayılmamalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçının 57 yaşı tamamdır, xx.xx.2006-cı ilədək ümumilikdə 25 il 1 ay 17 gün ümumi, 22 il 6 ay 17 gün xüsusi staja vardır. Məhkəmə həmçinin vurğulayır ki, iş materialları ilə iddiaçının hüququ yarandığı vaxtdan sonra, 2017-ci ilin sentyabr ayında cavabdeh inzibati orqana ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etməsi təsdiq olunduğundan, iddiaçıya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Xasəmməd oğluna, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən hüququnun yarandığı 57 yaşdan, yəni 25 iyul 2017-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Xasəmməd oğluna, hüququnun yarandığı 57 yaşdan, yəni 25 iyul 2017-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar