Məhkəmə qərarları › İş №2-1(112)-3099/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3099/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3099/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar X11, X3, İddiaçı1, İddiaçı2 və X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara ayrılmış torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, müvafiq çıxarışların verilməsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X11 Bakı şəhəri Əzizbəyov rayonunun Qala bələdiyyəsinin 02 avqust 2005-ci il tarixli 265 saylı Sərəncamına və həmin tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Qala qəsəbəsində Yeni massivdə ona fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və sahənin sxemi təsdiq edilərək ona verilmişdir. Ona ayrılmış torpağın tam dəyəri Bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi hasara alınmış və müntəzəm olaraq cari tədiyyə və digər ödənişlər ödənilmişdir. İddiaçı X4 Bakı şəhəri Əzizbəyov rayonunun Qala Bəldiyyəsinin 06 sentyabr 2005-ci il tarixli 264 saylı Sərəncamına və həmin tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Qala qəsəbəsində Yeni massivdə ona fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və sahənin sxemi təsdiq edilərək ona verilmişdir. Ona ayrılmış torpağın tam dəyəri Bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi hasara alınmış və müntəzəm olaraq cari tədiyyə və digər ödənişlər ödənilmişdir. İddiaçı1 Bakı şəhəri Əzizbəyov rayonunun Qala Bəldiyyəsinin 02 avqust 2005-ci il tarixli 267 saylı Sərəncamına və həmin tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Qala qəsəbəsində Yeni massivdə ona fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və sahənin sxemi təsdiq edilərək ona verilmişdir. Ona ayrılmış torpağın tam dəyəri Bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi hasara alınmış və müntəzəm olaraq cari tədiyyə və digər ödənişlər ödənilmişdir. İddiaçı2 Bakı şəhəri Əzizbəyov rayonunun Qala Bəldiyyəsinin 26 dekabr 2005-ci il tarixli 556 saylı Sərəncamına və həmin tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Qala qəsəbəsində Yeni massivdə ona fərdi ev tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmış və sahənin sxemi təsdiq edilərək ona verilmişdir. Ona ayrılmış torpağın tam dəyəri Bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi hasara alınmış və müntəzəm olaraq cari tədiyyə və digər ödənişlər ödənilmişdir. İddiaçı X8 Bakı şəhəri Əzizbəyov rayonunun Qala Bəldiyyəsinin 02 avqust 2005-ci il tarixli 266 saylı Sərəncamına və həmin tarixli Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Qala qəsəbəsində Yeni massivdə ona fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və sahənin sxemi təsdiq edilərək ona verilmişdir. Ona ayrılmış torpağın tam dəyəri Bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi hasara alınmış, orada 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş və müntəzəm olaraq cari tədiyyə və digər ödənişlər ödənilmişdir. Fərdi yaşayış evinin Çıxarışı vardır. Bundan sonra iddiaçılar hazırki iddia tələbi üzrə cavabdehə müraciət etmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixli ayrı-ayrılıqda eyni məzmunlu məktubları ilə qanuni xahişlərini təmin etmədi. Cavabdeh əsas səbəb kimi onlara alqı-satqı yolu ilə Bələdiyyə tərəfindən verilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi haqqında müqavilələr keçmiş “Torpaq və Xəritəçəknə Komitəsi” təsdiq edilməməsi göstərilmişdir. İddiaçılar bildirir ki, alqı-satqı müqavilələri qanunla müəyyən edilmiş qaydada, yəni AR Prezidentinin 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rəsmiləşdirilmiş və onların sərəncamına verilmişdir. Həmin müqavilələrin “Torpaq və Xəritəçəknə Komitəsi” tərəfindən təsdiq edilib-edilməməsi məsələsi birmənalı Bələdiyyənin səlahiyətinə aiddir. Ona görə hesab edir ki, 17 ildən çox qanuni yolla əldə etdikləri torpaq sahəsi üzərində mülkiyyət hüquqları mübahisəsiz olaraq tanınmalıdır.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X6, X1, İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işindən İddiaçı1, və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi üzrə icraat ayrılmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X7 cavab olaraq bildirilmişdir ki, sözügüdən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir. Torpaqların alqı-satqısı qaydalarına əsasən rayon, şəhər, bələdiyyə orqanı 10 gün müdətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərinin (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına köçürür və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər, bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X7 cavab olaraq bildirilmişdir ki, sözügüdən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir. Torpaqların alqı-satqısı qaydalarına əsasən rayon, şəhər, bələdiyyə orqanı 10 gün müdətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərinin (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına köçürür və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər, bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

6. Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 02 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Yani massiv küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi Qala Bələdiyyəsinin 267 saylı qərarı ilə İddiaçı1 satılmışdır.

7. Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Yani massiv küçəsində yerləşən 400 kv.m torpaq sahəsi Qala Bələdiyyəsinin 556 saylı qərarı ilə İddiaçı2 satılmışdır.

8. Əzizbəyov rayonu X9 26 dekabr 2005-ci il tarixli 556 saylı Sərəncamı ilə İddiaçı2 Qala qəsəbəsində ev tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır.

9. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında tərəflər iştirak etmirlər.

II. İddianın mümkünlüyü

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

11. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsi iddianı qaldıran şəxslər tərəfindən deyil, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.

12. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.

13. İddia ərizəsi iddiaçıların məhkəmədə təmsilçi ola bilməyən səlahiyyətli nümayəndələri X10 tərəfindən imzalanmışdır. X5 qeyd edilən şəxslərlə yaxın qohumluq münasibətlərinin olması müəyyən edilmir.

14. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması iddiaçıların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Belə ki, iddiaçılar hüquqi maraqlarına uyğun olaraq lazımi qaydada qaldırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar