Məhkəmə qərarları › İş №2-1(112)-31/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-31/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-31/2023 02.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması (sərəncamın verilməsi) barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması (sərəncamın verilməsi)” barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciət etmişdir.

2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2375/2019 saylı işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş üzrə icraat Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)-5774/2019 saylı (iddiaçı Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız sayılması və yaşayış sahəsinə hüququn itirilməsi “tələbinə dair) iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

3. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5774/2019 saylı, 24 fevral 2023-cü il tarixli Bakı İnzibati Məhkəməsinə ünvanladığı məktuba əsasən bildirilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti cavabdeh İddiaçı və qeyrilərinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011 )-5774/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyindən apellyasiya şikayəti 2(011)-5774/2019 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 14715/2019 saylı xx.xx.2019 tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5774/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsi ləğv edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2531/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-KommunalTəsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14715/2019 saylı, 24 dekabr 2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-31/2023 saylı işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə dayandırılmış icraat təzələnmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdi "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onu mənzillə təmin edə bilmədiyi üçün, yaşadığı yataqxananın mənzilin, növbəsində olduğu mənzil əvəzi olaraq, Cavanşir küçəsi ev 4, mənzil 61-i order əsasında verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X4 İttifaqı Komitəsinin və X5 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə. küçəsi 4A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlar alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X5 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, 61 nömrəli mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. Onun mənzilində uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da , həmin mənzil üzrə bütün kommunal xidmət haqları vaxtıvaxtında ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə prezidentinin və 1-ci vitse Prezidenti Mehriban xanımın təşəbbüsü, fərman və sərəncamı ilə qeyd etdiyi yataqxanalarda da məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verildi. İddiaçı isə mənzilinə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil - Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 4 ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Gösterilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qrumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X7 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, ünvan 4 yataqxana binasının 61 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 4 yataqxana binasının 61 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6, arvadı X2, 2 qızı Şəhrin və Zəhra Şahverdizadələr məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən İddiaçı 61 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda "xxxx" İstehsalat Birliyi "xxxx" İstehsalat Zavodunun xx.xx.2001-ci il tarixli, 0221 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 61 saylı otaq onun istfadəsinə verildiyindən, həmin otağa xx.xx.2015-ci ildə qeydiyyata alınmış və ona AZE ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən orderin isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Hətta iddiaçı F.G.Memmedov Bakı "xxxx" Zavodu ilə əmək münasibətlərində olduğunu təsdiq edən əmək kitabçasının təsdiq olunmuş surətini də iş materiallarına əlavə etməmişdir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "xxxx" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "xxxx" İstehsalat Birliyi"xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 4 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 61 saylı otağa dair İddiaçı verilmiş xx.xx.2001-ci il tarixli 0221 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, Üfüq" İstehsalat Birliyi "Radioquraşdırma zavodu” MMC tərəfindən İddiaçı adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq eldə edilmişdir. Ona görə də, İddiaçı adma yazılmış həmin order etibarsız hesab edilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindn müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

9. İnzibati Prosessual Məcəllənin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışında nümayəndələrinin iştirakını təmin etməmişlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır.

10. Məhkəmə iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsаssızdır.

İş materiallarında olan:

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı "xxxx" İB-nin 06 noyabr 2001-ci il tarixli, 0221 nömrəli Orderinə əsasən, İddiaçı və onun 3 nəfərdən ibarət ailə üzvləri Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş 3 mərtəbəsində yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 61 nömrəli mənzili tutmaq hüququna malikdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinin xx.xx.2018-ci il tarixli, 174 nömrəli arayışına əsasən bildirilmişdir ki, 1963-cü il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. ünvan 6 ünvanda yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin xx.xx.2006-cı ilin siyahısında göstərilmişdir – 23. İddiaçı G.oğlu- 0221 №-li order, 18 kv.m sahə, 1 otaq, 61 nömrəli mənzil, ailə tərkibi – 4 nəfər. Bakı “Radiquraşdırma” İB-nin HİK-nin X8 Şurasının və MMK-nın 24 sentyabr 2001-ci il tarixli 15 nömrəli protokolundan çıxarışına əsasən, Birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxananın 61 nömrəli otağına İddiaçı 4 nəfər ailə üzvü ilə daimi pasport qeydiyyatına düşməsinə HİK-i öz razılığını bildirir. Bakı "xxxx" İB-nin HİK-nin X3 Şurasının və MMK-nın Birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolundan çıxarışa əsasən, Birliyin xx.xx.2004-cü il tarixli 41 saylı çıxarışını əsas tutaraq Birliyə məxsus R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4 və S.Ə.ünvan 2A-da yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilirsə verilsin Birliyin Orderi əsasında fəhlə və qulluqçularına verdiyi mənzillər Orderdə göstərilmiş vətəndaşa məxsus olması və Birliyə məxsus R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4 və S.Ə.ünvan 2A ünvanında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Bakı "xxxx" İB-nin HİK-nin X3 Şurasının və MMK-nın Birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışa əsasən, Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, Birliyə məxsus S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, Birliyin yataqxanalarında yaşaayn fəhlə və qulluqçulara yaşadıqları mənzildə orderin verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına alınması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəb olunmuş mənzillərin verilməsi, Birliyə məxsus S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İddiaçı əlavə olaraq məhkəməyə EZ0000819 nömrəli hərbi biletinin surətini, 07 yanvar 2014-cü il tarixli təhsil-Qəbul aktının surətini, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 ssaylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin mədaxil qəbzlərini məhkəməyə təqdim etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 68/27-ç nömrəli, 14 may 2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, ünvan 4 binanın (keçmiş yataqxana) 61 saylı mənzildə 1992-ci ildən Laçın rayon məcburi köçkünü X6 4 nəfər (özü arvadı və 2 qızı) ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci il iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil İddiaçı tərəfindən zəbt edilmişdir. Hal-hazırda da faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin İddiaçı ünvanladığı M-51 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə kömək üçün yeganə əsas verən sənəd order sayılır, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Belə olan halda məcburi köçkünlərin faktiki olaraq məskunlaşdıqları və boş olmayan otağa dair təqdim olunan orderin mənzil qanunvericiliyinin tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir. Ona görə də, həmin orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 02/47 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, "xxxx" zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müaəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından əlavə məlumat verilə bilmir. –Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5774/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" İB Radioquraşdırma Zavodu MMC və Bakı şəhəri Xətai rayon Polis İdarəsi) qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilərək, ünvan 10 ünvanında yerləşən yataqxana binasının 61 saylı otağına dair İddiaçı verilmiş 06 noyabr 2001-ci il tarixli, 0221 saylı orderin etibarsız hesab edilməsi və onun həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14175/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5774/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2531/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14715/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

12. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin maddənin İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

13. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Həmin Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər. Qeyd edilən Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlər ətrafı ərazinin saxlanması Qaydaları»nın 1-ci bəndinə görə, yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş Birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır.

15. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı "xxxx" İstehsalat Birliyin 0221 nömrəli xx.xx.2001-ci il tarixli Orderinə əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4, 61 saylı mənzli tutmaq hüququna malikdir.

16. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, ("xxxx" İstehsalat Birliyi "xxxx" MMC-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubu) "xxxx" zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir.

17. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 14-cü bəndinə görə iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdriyyət və həmkarlar ittifaqı komitəsi tərəfinfən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir.

18. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələri təsbit edilmişdir ki, həmin Məcəllənin 10.0.13-cü maddəsinə görə, yaşayış sahələrindən istifadə qaydalarını və bu Məcəllənin 10.0.14-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən edir. Həmin Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə görə, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.

19. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 68/27-ç nömrəli, 14 may 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 4 binanın (keçmiş yataqxana) 61 saylı mənzildə 1992-ci ildən Laçın rayon məcburi köçkünü X6 4 nəfər (özü arvadı və 2 qızı) ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci il iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil İddiaçı tərəfindən zəbt edilmişdir. Hal-hazırda da faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır.

20. İş materiallarından müəyyən olunur ki, Bakı "xxxx" İstehsalat Birliyi adlı təşkilat mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarxli 462 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı "xxxx" İstehsalat Birliyi, "Mühəndis Texnikası" İstehsalat Birliyinin "xxxx" zavodu adlandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2008-ci il tarixli 14 saylı əmrinə əsasən "Mühəndis Texnikası" İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz" İstehsalat Birliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazrliyinin xx.xx.2009-cu il tarixli, 60 saylı əmrinə əsasən "xxxx" zavodu “Cihaz" İstehsalat Birliyinin tərkibindən çıxarılaraq "xxxx" İstehsalat Birliyinin tabeliyinə verilmişdir.

21. Beləliklə, Bakı "xxxx" İstehsalat Birliyi adlı mövcud olmayan təşkilatın adından məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adlarında orderlər yazılmışdır. Bakı şəhəri, ünvan 4 yataqxana binasının 61 saylı mənzilinə dair xx.xx.2001-ci il tarixli 0221 saylı order iddiaçıya yaşayış sahəsinin verilməsi qaydası və şərtləri pozulmaqla verilmişdir.

22. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

23. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

24. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş akt sərəncam olduğundan, iddia tələbi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncamın verilməsi kimi hesab edilmişdir.

26. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması (sərəncamın verilməsi) ” barədə iddia tələbi təmin edilməməlidir.

28. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRАRА АLDİ:

İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar