Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-310/2020 12.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı istifadə olunmamış növbəti məzuniyyətlərə görə kompensasiya məbləğinin hesablanaraq ödənilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı – cavabdeh N nömrəli hərbi hissənin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona 72NN (yeddi min iki yüz) manat məbləğində ödənilməyən məzuniyət pulunun əvəzinin, 5NNN (beş min) manat məbləğində əlavə mənəvi təzminatın, cəmi N22NN (on iki min iki yüz) manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdeh N nömrəli hərbi hissədən tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək N994-N996-cı illər üzrə istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N95N-ci il təvəllüdlüdür. N97N-N996-cı illərdə “Azərbaycan Respublikası Müdafiə Nazrliyi Hərbi Hava Qüvvələri” də xidmət etmiş, Bakı şəhəri, Pirsaat-2 ünvanında yerləşən, N saylı hərbi hissədən baş gizir rütbəsi ilə təqaüdə çıxmışdır. Lakin, xx.xx.N992-ci ildən xx.xx.N996-cı ilədək məzuniyyət pulları işə götürən tərəfindən ona ödənilməyib. O, bir neçə dəfə məzuniyyət pulu barəsində soruşanda bəhanə gətirərək bildirmişdlər ki, onlarda məlumat yoxdur və ya o, pulu almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin komandirinə ödənilməmiş məzuniyyət pullarının ödənilməsinin təmin edilməsi və ona yazılı məlumat verilməsi barədə məktub göndərmişdir. N saylı hərbi hissənin “istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişi üzrə komissiyanın” sədri Elşad Pənahovun imzası ilə ona ünvanlanmış xx.xx.2NN6-cı il tarixli məktubun mətnindən də görünür ki, sözügedən ərizəsinə həmin komissiya tərəfindən baxılmış və Azərbaycan Respublikası Müdafiə nazirinin N8 mart 2NN5-ci il tarixli, N5 nömrəli qərarının tələblərinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər (rayon) idarəsinin hərbi hissələr və illər üzrə arayış əlavə olunması tövsiyə olunmuşdur. Sözügedən arayışın əsli tərəfindən N saylı hərbi hissəyə məktubla göndərilmişdir. Bunu ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sözügedən N saylı hərbi hissənin xx.xx.2NN6-cı il tarixli, 2569 nömrəli məktubunun əslini və tələb olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər (rayon) İdarəsinin hərbi hissələr və illər üzrə xx.xx.2NN6-cı il tarixli, 67 nömrəli arayışın surəti ilə təsdiq edir. Daha sonra mövcud problemlə bağlı, o, N saylı hərbi hissənin komandirinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xəbərnaməli müraciət etsə də, indiyədək onlar tərəfindən ona nə şifahi, nə də, yazılı məlumat verilməyib. Bunu ərizəinə əlavə edərək məhkəməyə təqdim etdiyi sözügedən xəbənamələrin əsilləri ilə təsdiq edir. Bu da bir daha cavabdeh N saylı hərbi hissə tərəfindən onun əmək hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edir. Məlumat üçün bildirir ki, o, sözügedən hərbi hissədə 9-cu dərəcəli dəstə rəhbəri (starşina) vəzifəsində xidmət etmişdir. xx.xx.N992-ci ildən xx.xx.N996-cı ilədək məzuniyyətə çıxmadığı üçün göstərilən tarixlərdə məzuniyyət pulunun nə qədər olduğu yadında qalmamışdır. Bu səbəbdən həmin illər üçün məzuniyyət pulunun müvafiq təşkilat tərəfindən hesablanması zərurəti də yaranmışdır. Onun hər il üçün məzuniyyət pulu 6NN (altı yüz) AZN təşkil etmişdir. Artıq N2 (on iki) ildir ki, cavabdeh tərəfindən onun əmək məzuniyyətinə çıxmaq hüququ pozulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “N994-cü il fevralın N-dən 2NNN-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 26 dekabr 2NN4-cü il tarixli, 39 nömrəli Qərarına və Azərbaycan Respublikası Müdafiə nazrinin N8 mart 2NN5-ci il tarixli, N5 nömrəli qərarı ilə təsdiq edilmiş “N994-cü il fevralın N-dən 2NNN-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmılş hərbi qulluqçulara həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması və ödənilməsi Qaydaları”na əsasən hərbi qulluqçulara pul kompensasiyası NN fevral N994-cü il tarixdən N2 iyun 2NNN-cu il tarixədək olan müddət üçün verilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi tərəfindən verilmiş arayışa əsasən ididaçı İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək xidmət etmişdir və xidmət illərinin yalnız 3(üç) ilinə görə kompensasiya almaq hüququna malikdir (N994-N996-cı illər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2NN4-cü il tarixli, 399 nömrəli Qərarına və Azərbaycan Respublikası Müdafiə nazirinin N8 mart 2NN5-ci il tarixli, N5 nömrəli Qərarına əsasən hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması zamanı onların vəzifə maaşları həqiqi hərbi xidmətdə olduğu dövrdə tutduğu sonuncu vəzifə üzrə 2NNN-cu ilin N2 iyun tarixinə qüvvədə olan vəzifələrə bərabər uyğunlaşdırma aparılmaqla təyin olunur. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin təqdim etdiyi pul təminatı haqqında arxiv arayışına əsasən N nömrəli hərbi hissə tərəfindən İddiaçı verilmiş N24N nömrəli, xx.xx.2NN9-cu il tarixli arayışında onun vəzifə maaşının 22N (iki yüz iyitmi) manat olması qeyd olunub. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin təqdim etdiyi N nömrəli hərbi hissə komandirinin N6 fevral N996-cı il tarixli, 35 nömrəli əmrindən arxiv çıxarışında ehtiyata buraxılmaqla əlaqədar olaraq baş gizir İddiaçı N994-N996-cı illər üçün məzuniyyət təqdim olunmaqla 2N aprel N996cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılması qeyd olunub. Əlavə olaraq Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin təqdim etdiyi N nömrəli hərbi hissə komandirinin N6 fevral N996-cı il tarixli, 35 nömrəli əmrindən çıxarışa əsasən baş gizir İddiaçı yaşla bağlı ehtiyata buraxılmaqla əlaqədar olaraq vəzifə maaşının 5 (beş) misli dəyərində birdəfəlik pul müavinəti, həmçinin N996-cı ilin yanvar-mart aylarındakı xidmətinə görə birdəfəlik pul mükafatı tam həcmdə ödənilmişdir. İddiaçı 6NN (altı yüz) manat vəzifə maaşını əsas gətirərək N2 il üçün 72NN (yeddi min iki yüz) manat məbləğində ödənilməyən məzuniyyət pulu və 5NNN (beş min) manat məbləğində mənəvi ziyana görə kompensasiya tələb etməsi tam əsassız və heç bir qanunu əsası olmayan iddiadır. Bu səbəbdən də, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “zərərin ödənilməsi” tələbi mümkün deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, arayış Müdafiə Nazirliyinin istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın hesablanması komissiyasına verilmişdir. Arayışda iddiaçının gizir rütbəsində xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N saylı hərbi hissədə xidmət etməsi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2NN8-ci il tarixli, 9/2-2N959 saylı arayışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət keçmiş və ona xx.xx.N994-cü il təqvim ilində, xx.xx.N994-cü il tarixdə, 39 nömrəli əmrlə, N (bir gün) müddətinə ailə vəziyyətinə görə qısamüddətli məzniyyət verilməsi qeyd olunmuş, qayıtma əmri yoxdur. N995-ci il təqvim ilində, xx.xx.N995-ci il tarixli, 9 nömrəli əmrlə xx.xx.N995-ci il tarixədək 7 (yeddi) gün müddətinə ailə vəziyyətinə görə qısamüddətli məzuniyyət verilməsi qeyd olunub. Qayıtma əmri yoxdur. xx.xx.N996-cı il tarixədək təqvim ilində, xx.xx.N996-cı il tarixli, 2N nömrəli əmrlə növbəti məzuniyyət hesabına ailə vəziyyətinə görə qısamüddətli məzuniyyət götürmüş, məzuniyyətdən xx.xx.N996-cı il tarixdə, 28 nömrəli əmrlə qayıtmışdır. xx.xx.N996-cı il tarixdə, 35 nömrəli əmrlə ehtiyata buraxılarkən N994-N996-cı illər üçün məzuniyyət təqdim olunmaqla xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılması qeyd olunub. Arayış N nömrəli hərbi hissənin istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişi üzrə komissiyasına təqdim etmək üçün verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş “pul təminatı haqqında” arayışdan görünür ki, N nömrəli hərbi hissədə yanvar N996-cı il tarixinə İddiaçı pul təminatı – rütbə maaşı – N76NN (on yeddi min altı yüz) manat; vəzifə maaşı – 4N25N (qırx bir min iki yüz əlli) manat; xidmət illərinə görə faiz əlavəsi (25%)-N47N3 (on dörd min yeddi yüz on üç) manat olmuşdur. İşdə olan N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən verilmiş “pul təminatı haqqında” xx.xx.2NN9-cu i ltarixli, N24N nömrəli arayışdan görünür ki, İddiaçı ehtiyata (istefaya) buraxılarkən hərbi hissənin şəxsi heyətin siyahısından çıxarıldığı tarixə onun pul təminatı 2NN8-ci il NN iyul tarixinə bərarbərləşdirilərək aşağıdakı məbləğdə olmuşdur: rütbə maaşı – NNN manat, vəzifə maaşı-22N manat, xidmət illərinə görə faiz əlavəsi (25%)-82.5N manat. İşdə olan N nömrəli hərbi hissənin istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi üzrə komissiyanın sədri tərəfindn təqdiq edilmiş “Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətin təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanmasına dair” 77 saylı protokoldan çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin baş çavuşu İddiaçı N994-N996-cı illərə dair istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hərbi xidmət keçdiyi illər ərzində hərbi xidmət zamanı istifadə etmədiyi məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsaslıdır. Belə ki, göründüyü kimi, iddiaçının hərbi xidmət keçdiyi illər ərzində hərbi xidmət zamanı məzuniyyətdən istfiadə etməməsiiş materiallarında olan arayışlarla təsdiq edilir, eləcə də, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən inkar olunmur. «Hərbi Qulluqçuların Statusu Haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının N997-ci il N3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi Xidmət Keçmə Haqqında Əsasnamə»yə əlavə edilməsi barədə Azərbaycan Respublikasının 2NNN-cu il NN may tarixli NNN5-NNN QD nömrəli Qanununda qeyd olunur ki, həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqihərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Repsublikası Qanununun NN-ci maddəsinin N bəndi və Azərbaycan Respublikasının N3/NN/97-li Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N2N maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumumun 28 mart 2NN4-cü il tarixli Qərarına əsasən, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Repsublikası Qanununun NN-ci maddəsinin N bəndinin 2N-ci abzasında və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N2N maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2NNN-cu ilin N2 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumumun 28 mart 2NN4-cü il tarixli Qərarına əsasən, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2NNN-cu ilin N2 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunmuşdur. Aərbaycan Respublikası Konstitusiyası N3N-cu maddəsinin İX hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı 2NNN-cu ilin iyun ayının N2-dək hərbi xidmətdən ehtiyata buraxılmışdır.Odur ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2NN4-cü il tarixli Qərarına müvafiq olaraq «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Repsublikası Qanununun NN-ci maddəsi N bəndinin 2N-ci abzasında və Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N2N maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququnun şamil olunduğu ehtiyata buraxılmış hərbi qulluqçu kateqoriyasına daxildir. Bununla da, qanunla və qanunun şərhinə dair məcburi qüvvəyə malik olan Konstitusiya Məhkəməsinin qərarı ilə hərbi qulluqçunun istənilən səbəbdən məzuniyyətdən istifadə etmədiyi halda məzuniyyətə görə pul kompensasiyası verilməsinin yalnız hərbi xidmətdə olduğu vaxtda deyil, 2NNN-cu ilin N2 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara xidmətdən tərxis olunduqdan sonra istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsinin yolverilməzliyi nəzərdə tutulmamış, əksinə, 2NNN-cu ilin N2 iyun tarixədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyindən və həmin müddətdə məzuniyyətdən tam istifadə etmədiyindən, hərbi xidmət dövrü istifadə etmədikləri məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsini tələb etməkdə haqlıdır. “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununun NN-ci maddəsinə əsasən, ildə bir dəfə gizirlərə 35 günlük növbəti məzuniyət verilir. Hərbi qulluqçu təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N2N-ci maddəsinə əsasən, hərbi qulluqçu (müddətli həqiqi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqihərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Əlavə olaraq məhkəmə iddiaçının iddia ərizəsinin məzmununda kompensasiyanın ödənilməsi qaydalarının müəyyən edilməsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N7 saylı, xx.xx.2NN2-ci il tarixli Qərarına istinad etməsi ilə bağlı qeyd edir ki, iddiaçı 2NNNcu ilin iyun ayının N2-dək ehtiyata buraxılmış hərbi qulluqçu olduğundan, onun istifadə edilməmiş növbəti kompensasiyasının ödənilməsi qaydasını və məbləğini müəyyən edən qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “N994-cü il fevralın N-dən 2NNN-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 399 nömrəli, 26 dekabr 2NN4-cü il tarixli Qərarıdır. Bu səbəbdən də, iddiaçıya kompensasiya məbləği Nazirlər Kabinetinin həmin Qərarına əsasən hesablanmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 6N-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 6N-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın N25-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 2N may 2NN4-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 6N-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin NN-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın N4-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 7N, 75, 8N, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti ərzində (N994- N996-ci illərdə) istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə ona pul kompensasiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 54N-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-310/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-310/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver