Məhkəmə qərarları › İş №2-1(112)-310/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-310/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-310/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" MMC-yə kreditlərin verilməsi üçün verilmiş 12 oktyabr 2011-ci il tarixli BKT-8 nömrəli lisensiyanın ləğv edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi X9 31 may 2023-cü il tarixli qərarının ləğv edilməsinə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi X9 31 may 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə kreditlərin verilməsi üçün verilmiş 12 oktyabr 2011-ci il tarixli BKT-8 nömrəli lisensiyası ləğv edilmişdir. İddiaçı hesab edir ki, mübahisələndirdikləri qərar qanunsuz olduğundan ləğv edilməlidir. "xxxx" MMC 12 oktyabr 2011-ci il tarixli BKT-8 nömrəli lisensiyası əsasında mərkəzi ofisi Bakı şəhərində olmaqla bir neçə rayonda 5 filialı ilə qanuna müvafiq olaraq fəaliyyət göstərmişdir. İlkin olaraq bildirilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyasının ləğv edilməsinə dair qərarın surəti iddiaçıya poçt vasitəsi ilə 15 iyun 2023-cü il tarixdə göndərilmişdi. Sosial şəbəkələrdən 02 iyun 2023-cü il tarixdə əldə edilən məlumata əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyasının ləğv edilməsinə əsas fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi, "xxxx" MMC tərəfindən müştərilərə verilmiş kreditlərin tam həcmdə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olması və kapital tələblərinin pozulması olmuşdur. "xxxx" MMC tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyətinin ümumiyyətlə həyata keçirilməməsi olmuşdur. Daha sonra qeyd edilmişdir ki, bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilat tərəfindən zəruri tədbirlər həyata keçirilməmişdir. "xxxx" MMC-nin alqı-satqısı 23 iyul 2021 -ci il tarixində həyata keçirilmiş, sentyabr ayının 1-dən BOKT fəaliyyətə yeni ünvanda başlasa da əvvəlki təsisçilərlə aralarında olan sövdələşmənin tam olaraq həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, indiyə qədər təhvil-təslim aktı tərtib və təslim edilməmiş, “SMART PROGRAM” proqram təminatı işlək vəziyyətdə olmamışdir. Qısa zamanda ofisdə şəbəkə qurulmuş və proqram təminatı yaradılmışdır. 2021-ci ilin dekabr ayının 13-ü Proqram təminatı tamamıilə sıradan çıxmış, proqramın çökməsi nəticəsində Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR), Azərbaycan Kredit Bürosu (AKB) və Portfel hesabatlarının vaxtında verilməsini təmin etmək mümkün olmamışdır. Proqram təminatının tam şəkildə işləməməsi nəticəsində yaranmış vəziyyət barədə Mərkəzi Bankın 4-cü Nəzarət Şöbəsi Kredit X1 Departamentinin məsul əməkdaşına məlumat verilmiş, 4-cü Nəzarət Şöbəsi Kredit X1 Departamenti rəsmi internet saytına 3 dəfə yazılı məlumat verilmiş və sonda JVb B006/S yanvar 2022-ci il məktub göndərilmişdir. Eləcə də İnformasiya Texnologiyaları Departamenti X5 X4 1-ci olaraq departamentin rəsmi internet sayıtında yaranmış problemlə bağlı məlumat göndərilmiş, daha sonra N2BOOO8/S yanvar 2022-ci il tarixli rəsmi məktub göndərilmişdir. Bu barədə"xxxx" MMC-in baş mütəxəssisinin rəsmi elektron poçt ünvanına və N2B0007/S yanvar 2022-ci il tarixidə məktub göndərilmişdir. "xxxx" MMC-də ümumi yaranmış çatışmamazlıqla bağlı Mərkəzi Bankın Baş Direktoruna №A/029 30 dekabr 2021-ci il tarixdə məktub və Mərkəzi Bankın Baş X2 N2B0005 yanvar 2022-ci il tarixdə məktub göndərilmişdir. Mərkəzi Banka və Maliyyə Nazirliyinə ünvanlandırılan hər müraciətdə araşdırma və aparılmış təhlilə əsasən rastlaşan nöqsanlara rəğmən təftiş və ya yoxlama aparılması xahiş olunsa da cavabsız qalmışdır. İddiaçı tərəfindən aparılan maliyə hesabatlarının və müstəqil audit yoxlamalarının nəticələrinə uyğun Mərkəzi Banka verilən faktiki məlumatlar əvvəlki rəhbərlik tərəfindən verilmiş yalnış məlumatlarla uyğun gəlmədiyindən hesabatlar arasında fərq yaranmış və bu isə işin təşkilində əlavə problemlər yaratmışdır. Bu yanlışlıqların aradan qaldırılması üçün Mərkəzi Bankın 4-cü Nəzarət Şöbəsinin Kredit X1 Departamentinə müvafiq köməklik göstərilməsi xahiş olunsa da, köməklik göstərilməmiş və Nəzarət Şöbəsinin funksiyasının yalnız nəzarət etməkdən ibarət olması bildirilmişdir. Hazırda "xxxx" MMC-nin fəaliyyətinin tam bərpa edilməsi istiqamətində iddiaçı tərəfindən aparılan iş nəticəsində xarici investorun Bank qarantı ilə "xxxx" ASC-i ilə kreditləşmənin aparılması ilə əlaqədar işlər yekunlaşma ərəfəsindədir. Bununla əlaqədar ilkin plan təsisçi paylarının bir hissəsinin satılması və əldə edilən vəsait hesabına restruktizasiya ilə əlaqədar Mərkəzi Bank qarşısında icra olnmamış 112 000 manat öhdəliyin icra olunması və sonrakı kiçik öhdəlikəri yerinə yetirməklə "xxxx" ASC-dən əldə ediləcək əlavə vəsait və təsisçilərin maliyyə vəsaiti hesabına fəaliyyətin davam etdirilməsi real olduğundan "xxxx" MMC- nin qeyd olunan öhdəliklərinin yerinə yetirdiyi halda Mərkəzi Bank tərəfindən kredit fəaliyyətin məhdudlaşdırılmamasına dair təminat verilməsi üçün edilən müraciətlər də cavabsız qalmışdır. Belə ki, təsisçilər tərəfindən əlavə vəsait cəlb edilməklə yaranmış maliyyə çatışmamazlıqları aradan qaldırıldığı halda yenidən lisenziyanın ləğv edilməsi məsələsinin gündəmdə qalıb-qalmayacağına dair Mərkəzi Bankın müvafiq qurumlarının rəhbərlərinin münasibətini fəaliyyət göstərilən iki il ərzində bildirmələr üçün etdiyimiz rəsmi müraciətlər cavabsız qalmışdır. Buna görə də əlavə vəsait cəlb etməklə maliyyə öhdəliklərinin yerinə yetirilməsi məsələsində birmənalı fikir olmamışdır. Lakin BOKT-in təsisçiləri bu öhdəlikləri razılıq əsasında icra etməyi bəyan etmişdir. Azərbaycan Respublikası Mərkəzi X9 "xxxx" MMC-yə kreditlərin verilməsi üçün verilmiş 12 oktyabr 2011-ci il tarixli BKT-8 nömrəli lisenziyasının ləğv edilməsinə dair 31 may 2023-cü il tarixli qərarında ləğv üçün əsas Bank olmayan Kredit Təşkilatları haqqında Azərbaycan Respublikası Qanununun 25.1.4. Fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın "xxxx" MMC-nin 12 oktyabr 2011-ci il tarixli BKT- 8 nömrəli kreditlərin verilməsi üçün verilmiş lisensiyasının ləğv edilməsinə dair istinad etdiyi qanunun normaları əsassızdır. Əvvəla qanunda “BOKT”ların fəaliyyətində yol verdiyi pozuntular dedikdə hansı maliyyə pozuntularının nəzərdə tutulduğu birbaşa göstərilməmişdir. İkincisi, iddiaçıdan əvvəl bu pozuntuların baş verməməsi üçün və ya vaxtında aradan qaldırılması üçün Mərkəzi Bankın aidiyyət nəzarətedici orqanının məsul əməkdaşları və rəhbərliyi vaxtında nəzarət funksiyasını həyata keçirməmişlər və bunun nəticəsində hazırkı həlli tələb olunan problemlər yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə Mərkəzi Bankın aidiyyəti qurumlarına rəsmi müraciətlər olunmuş, yaranmış problemləri nəzərlərinə çatdırılmış və həlli istiqamətində əməli köməklik göstərmələri xahiş olunmuşdur. Lakin aidiyyəti rəhbərlər onların vəzifə funksiyalarının yalnız nəzarət etməkdən ibarət olduqlarını şifahi olaraq bildirmişlər və yalnız irad məktubları yazmaqla kifayətlənmişlər. "xxxx" MMC-nin hazırkı fəaliyyətində yaranmış maliyyə problemləri və digər aradan qaldırılması çətinlik yaratmış maliyyə hesablılığı BOKT-in əvvəlki rəhbərliyi tərəfindən kobud qanun pozuntularına yol vermələri səbəbindən və buna nəzarəti həyata keçirməli olan məsul şəxslər tərəfindən nəzarətsizlik olmuşdur. Belə ki, "xxxx" MMC-nin Ağdaş filialının müdiri Elçin Həsənovun cinayətkar fəaliyyəti nəticəsində BOKT-in maliyyə vəsaiti küllü miqdarda mənimsənilmiş, törətdiyi cinayətə görə AR CM-nin 179.3.4-cü maddəsi ilə uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və bu günədək onun tərəfindən BOKT-a heç bir ödəniş olunmamışdır. Bundan başqa, BOKT-in əvvəlki rəhbərliyinin ciddi maliyyə pozuntularına yol verdiyi və Mərkəzi Bankın aidiyyəti qurumlarına yalnış maliyyə hesabatları verdiyi halda, buna vaxtında nəzarət edib yaranmış problemləri həll etmək vəzifəsini yerinə yetirmək əvəzinə, nədənsə onların bu yalnış hesabatlarının həqiqət kimi qəbul etmiş və sonda aparılmış müstəqil auidit yoxlaması zamanı iddiaçı tərəfindən aşkar edilən nöqsanlar əsasında deyil, real vəziyyəti əks etdirən hesabat təqdim edildiyi halda bu hesabtları təhrif olunmuş hesabat kimi qəbul edərək əsassız olaraq işin təşkilində nöqsanlara yol verilməsi barədə iddiaçı iradlara məruz qalmışdır. Əvvəlki təsisçilərin və "xxxx" MMC-nin rəhbərliyinin kobud maliyyə pozuntusuna yol verməklə Mərkəzi Bank tərəfindən rektruktizasiya məqsədi üçün ayrılmış və "xxxx" MMC-nin "xxxx"ASC-də olan hesabına xx.xx.2019-cu il tarixdə mədaxil olunmuş 204712,92 manat məbləğində vəsait təyinatı üzrə deyil, bir neçə gün sonra həmin vəsaitin hamısı BOKT-un kənd təsərrüfatı təyinatlı öhdəliyinin icrasına yönəldilmişdir... Bununla yanaşı alqı-satqı zamanı hesab olan 57000 manat Mərkəzi Banka rektruktizasiya üçün ödənilməli olduğu halda fürsətdən istifadə edərək əsassız xərclənmişdir.Nəzarət orqanı olan Bankın aidiyyəti qurumları göründüyü kimi “nəzarət edə bilməmişlər. Yeni təsisçilər tərəfindən "xxxx" MMC fəaliyyətə başladığı vaxtdan kreditləşmə fəaliyyətinin həyata keçirilməsi ilk vaxtlarda maliyyə mənbələrinə görə mümkün olmasa da, bu müddət ərzində bununla əlaqədar təsisçilər tərəfindən real maliyyə vasaitinin əldə edilməsi üçün Sahibkarlıq Fondu, ayrı-ayrı Banklarla və özəl maliyyə qurumları ilə dəfələrlər işgüzar görüşlər keçirmiş, mümkün imkanlardan istifadə edilmiş, təsisçinin xüsusi mülkiyyətində olan daşınmaz əmlakın satılması və ya girov qoyulması müqabilində yaranmış problemlərin həll edilməsi və fəaliyyətin tam bərpa olunması istiqamətində aktiv iş aparılmış və 2022-ci ilin noyabr ayından "xxxx"ASC ilə qoyulacaq böyük məbləğdə girov müqabilində kredit vəsaitinin ayrılmasına dair razılıq əldə edilsə də, və bu barədə məlumatlandırmağımıza baxmayaraq Mərkəzi Bank tərəfindən Bankın lisenziyası ləğv edildiyindən müqavilənin rəsmiləşdirilməsi mümkün olmamışdır. Bundan sonra yuxarıda qeyd edildiyi kimi xarici investorun Bank qarantı ilə "xxxx"ASC ilə kreditləşmənin aparılması ilə əlaqədar işlər apardığı, razılıq əldə edildiyi və Mərkəzi Bank qarşısında icra olunmamış 112 000 manat öhdəliyin icra olunduğu və sonrakı kiçik öhdəlikəri yerinə yetirildiyi halda BOKT-in kredit fəaliyyətin məhdudlaşdırılmamasına dair təminat verilməsi xahiş edilsə də və bunun üçün 15 iş günü lazım olduğu bildirilsə də müraciətlər cavabsız qalmışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq X13 Heyətinin 24 aprel 2019-cu il tarixli 10 nömrəli qərarı və dövlət zəmanəti əsasında Mərkəzi Bank tərəfindən "xxxx"MMC-yə 204 min AZN vəsait BOKT tərəfindən alınaraq 26 dekabr 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyinə kredit borcu hesabına ödənilmişdir . Demək olarki Prezident fərmanı BOKT tərəfindən icra olunmamış və buna nəzarət etməli olan aidiyyəti məsul şəxslərin nəzarətsizliyi ucbatından BOKT-un fəaliyyətinə xələl gətirilmişdir. Bununla yanaşı Milli Bankın hesabatlarında görünən 376996.10 AZN ilkin dəyəri və hesabat dövrünə xx.xx.2021-il tarixinə qalıq dəyəri 232868,41 AZN bina və qurğular mebel və avadanlıqlar, nəqliyyat vasitələri və qeyri maddi aktivlərin birdən birə balansdan itməsinə nəzarət etməli olan nəzarətçilər “hansı səbəbdən və nəyə görə” Nəzarətsizlik etdikləri bu gün BOKT-un lisenziyasının ləğv edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında olan öhdəliklərin qaytarılmasında olan problemlərin araşdırılmasındakı müraciətlərə bir dəfə də olsa nəzarətedici orqan tərəfindən nə maraq, nə sorğu və nədə təhlil aparılaraq mahiyyəti öyrənilməmişdir. Bildirilir istəyirk ki, "xxxx"MMC-də fəaliyyətinə sentyabr ayından başlamış, Müşahidə Şurasınin ilk iclasında sədr tərəfindən BOKT-un yoxlanılması tapşırığını almış və iki maliyyə qurumundan kömək istəmiş Maliyyə Nazilrli və Mərkəzi Bankdan, müraciətləri cavabsız qalmışdır. Mərkəzi Bankın kredit X1 departamenti 4-cü nəzarət şöbəsinin rəisi ilə görüşülmüş, BOKT-un hazırki vəziyyətinin yaxşı olmaması, ciddi qanun pozuntularının aşkarlandığı bildirilərək BOKT-un fəaliyətinə nəzarət şöbəsi olaraq köməklik göstərilməsi xahiş və tələb edilmiş, cavabında Mərkəzi Bankın müraciətlə yoxlama aparmadığını qeyd olunaraq tez bir zamanda təsisşilərin vəsait qoyaraq kreditin verilməsi bildirilmişdir. Yuxarıda sadalanan iradlar qeyd olunan səbəblər BOKT-un lisenziyasının ləğv edilməsi üçün əsas deyil... Bütün bu hallar Mərkəzi Bankın aidiyyəti qurumları tərəfində İdarə heyətinin sədrinə düzgün məruzə olunmadığından "xxxx" MMC-nin kredit verilməsinə dair lisenziyası əsassız olaraq ləğv edilmişdir. Hal hazırda danışıqlar aparılan investor BOKT-un fəaliyyətinin davam ellətdirilməsi üçün vəsait ayrılmasına hazır olduğunu bildirir, bu kollektivlə yanaşı iş birliyi qurmaq əzmindədir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.4-cü maddəsində BOKTnin fəaliyyətində yol verilmiş pozuntular dedikdə konkret olaraq hansı pozuntuların nəzərdə tutulduğu müəyyənləşdirilməmişdir. Bundan başqa iddia ərizəsində göstərilir ki, Mərkəzi Banka ayrı-ayrı vaxtlarda yazılı və şifahi qaydada müraciətlər olunaraq BOKT-nin üzləşmiş olduğu problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsi xahiş olunsa da, Mərkəzi Bank nəzarət funksiyalarını həyata keçirdiyini əsas göstərərək bundan imtina etmişdir. İddia ərizəsində qeyd olunur ki, BOKT-nin xx.xx.2021-ci il tarixində baş tutmuş alqı-satqı müqaviləsinə əsasən yeni mülkiyyətçiləri olsa da, hazırki vaxta qədər əvvəlki təsisçilərlə təhvil-təslim proseslərinin başa çatdırılması mümkün olmamış və nəticədə bu, problemlərin daha da dərinləşməsinə gətirib çıxarmışdır. Qeyd olunur ki, "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə verilmiş xx.xx.2011- ci il tarixli, BKT-8 nömrəli lisenziya Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 27 nömrəli Qərarı ilə ləğv olunmuş və qeyd olunan Qərar "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.4-cü və 25.1.5-ci maddələri ilə əsaslandırılmışdır. Qeyd olunan Qanunun 25.1-ci maddəsinə əsasən, BOKT-nin lisenziyası və ya filiallara verilmiş icazələr aşağıdakı bir və ya bir neçə əsas olduqda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ləğv edilə bilər: 25.1.4. fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının və ya Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə; 25.1.5. tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına təqdim etmədikdə və ya maliyyə bazarlarına nəzarət orqanına təhrif olunmuş hesabat təqdim etdikdə; Qeyd olunan Qanunun 24.2-ci maddəsinə əsasən, BOKT fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş forma və məzmunda hər hesabat rübü başa çatdıqdan sonra 10 gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, hesabatların təhlili nəticəsində bu Qanunun, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə BOKT-yə xəbərdarlıq məktubu göndərir. Məktubda BOKT tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların yerinə yetirilməsi müddəti göstərilir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, BOKT xəbərdarlıq məktubunda müəyyən olunan vaxt ərzində göstərilmiş tədbirlərin həyata keçirilməsi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunmuş vaxt ərzində tədbirlər tam və ya tələblərə uyğun şəkildə həyata keçirilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı BOKT-yə ikinci xəbərdarlıq məktubu göndərir və müvafiq tədbirlərin müəyyən olunmuş vaxt ərzində həyata keçirilməyəcəyi təqdirdə lisenziyanın ləğv ediləcəyi barədə xəbərdarlıq edir. Mərkəzi Bank tərəfindən BOKT-yə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək BOKT tərəfindən təqdim olunan prudensial və kredit portfeli hesabatlarının təhlili zamanı fəaliyyətinin təşkilində və həyata keçirilməsində çatışmazlıq və pozuntuların mövcudluğu, bu çatışmazlıq və pozuntuların nədən ibarət olması ətraflı şəkildə BOKT-nin nəzərinə çatdırılmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyatların tam həcmdə yaradılması, hesabatlarda təhrif edilmənin aradan qaldırılması üçün müvafiq düzəlişlərin edilməsi, inzibatçı dəyişikliyi barədə məlumat verilməsi, Audit Komitəsinin yaradılması, vaxtı keçmiş öhdəliklərinin icrasının təmin edilməsi və Mülki Məcəllənin tələblərinə əməl edilməklə zəruri həcmdə nizamnamə kapitalının artırılması və lisenziyada nəzərdə tutulan kreditləşmə fəaliyyətinin bərpa olunması və görülmüş işlərlə əlaqədar məlumat və təsdiqedici sənədlərin Mərkəzi Banka 10 (on) iş günü ərzində təqdim edilməsi tələb olunmuş və yol verilmiş pozuntuların aradan qaldırılmasına yönəlmiş göstərişin tələblərinə əməl edilməcəyi təqdirdə Mərkəzi Bank tərəfindən "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyasının ləğvi məsələsinə baxılacağı xəbərdarlığı olunmuşdur. BOKT tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda aşkar edilmiş pozuntulardan xəbərdar olduğunu bildirmiş, lakin xx.xx.2023-cü il tarixli məktubda tələb edilən göstərişlərin heç biri icra edilməmişdir. Bu səbəbdən Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixdə BOKT-yə eyni məzmunda təkrarən xəbərdarlıq məktubu göndərilmiş və tapşırıqların icrasının 5 iş günü ərzində yekunlaşdırılması tələb edilmiş, əks təqdirdə lisenziyanın ləğv edilməsi ilə bağlı inzibati icraata başlanılacağı bildirilmişdir. BOKT tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubla göstərişlərdən yalnız bir hissəsi - inzibatçılarla və Audit Komitəsi ilə bağlı məlumatlar verilmiş, digər tapşırıqlar isə icrasız olaraq qalmaqda davam etmişdir. Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixli məktubla BOKT-yə əvvəlki göstəriş məktublarında qoyulmuş tələblərin tam şəkildə icra edilməməsi ilə bağlı BOKT-yə verilmiş lisenziyanın ləğvinə dair inzibati icraata başlanıldığı və xx.xx.2023-cü il tarixdə ilk iclasın keçiriləcəyi bildirilmişdir. BOKT-yə verilmiş lisenziyanın ləğvi ilə bağlı başlanılmış inzibati icraat çərçivəsində keçirilmiş xx.xx.2023-cü il tarixli iclasda BOKT-nin İdarə heyətinin sədri Nümayəndə2 və Müşahidə Şurasının üzvü Nümayəndə1 da iştirak etmiş və iclasın yekunlarına dair tərtib olunmuş protokoldan da görünür ki, Nümayəndə2 problem və çatışmazlıqların mövcud olduğunu bildirmişdir. Beləliklə, Mərkəzi Bank tərəfindən müvafiq xəbərdarlıq məktubları ilə verilmiş göstərişlər müəyyən edilmiş müddətlər çərçivəsində BOKT tərəfindən icra olunmadığından X13 Heyətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə BOKT-yə verilmiş xx.xx.2011-ci il tarixli, BKT-8 nömrəli lisenziya ləğv edilmişdir. Qərarın surəti xx.xx.2023-cü il tarixdə BOKT-nin ünvan 1 ünvanında yerləşən ofisinə göndərilsə də, məktub "köçüb” qeydi ilə geri qaytarılmışdır. Daha sonra Qərar BOKT-nin Bakı şəhəri, H.ünvan 2 ünvanına göndərilmiş və xx.xx.2023cü il tarixdə qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, Mərkəzi Bank istər inzibati icraatın başlanılmasına qədərki dövr ərzində, istərsə də inzibati icraat mərhələsində qanunun tələbləri çərçivəsində hərəkət etmiş, yol verilmiş pozuntuların aradan qaldırılması istiqamətində BOKT-yə müvafiq göstərişlər vermişdir. Buna baxmayaraq, BOKT bu göstərişlərdən yalnız ikisini - inzibatçı dəyişikliyi Audit Komitəsinin yaradılması barədə məlumatları sonradan Mərkəzi Banka təqdim etmiş, digər pozuntuları isə aradan qaldırmamışdır. BOKT-nin üzləşmiş olduğu problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsi ilə bağlı Mərkəzi Banka edilmiş müraciətlərə müsbət münasibət bildirilməməsi ilə bağlı qeyd olunur ki, Mərkəzi Bankın maliyyə bazarlarının tənzimlənməsi və nəzarət edilməsi sahəsindəki fəaliyyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu, BOKT- lərə münasibətdə həmçinin "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, Mərkəzi Bank kredit təşkilatlrının, o cümlədən iddiaçı BOKT-nin cari fəaliyyətində yol verilmiş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün yaranmış problemlərin həlli istiqamətində yalnız qanunla nəzərdə tutulmuş səlahiyyət çərçivəsində tədbirlər görə bilər. Yuxarıda da qeyd edildiyi kimi, Mərkəzi Bank "Viza Kredit” BOKT-yə qarşı qanunla nəzərdə tutulmuş bütün mümkün tədbirləri görsə də, pozuntuların və çatışmazlıqların aradan qaldırılmasında müsbət nəticə əldə edilməmişdir. Qeyd olunan Qanunun 46.3-cü və 46.4-cü maddələrinə əsasən, Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla əhatə olunan sahələr, habelə istehlakçıların və investorların hüquqlarının qorunmasından irəli gələn hallar istisna olmaqla, nəzarət subyektlərinin cari fəaliyyətinə qarışmır. Nəzarət subyektləri Mərkəzi Bankın öhdəlikləri üçün, Mərkəzi Bank isə nəzarət subyektlərinin öhdəlikləri üçün məsuliyyət daşımır. "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş tələblər ölkə üzrə fəaliyyət göstərən bütün bank olmayan kredit təşkilatları üçün məcburidir və həmin təşkilatlarda rəhbərliyin və ya hər hansı digər vəzifəli şəxslərin dəyişməsi, dəyişmə zamanı təhvil-təslim prosedurlarının gecikdirilməsi qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməməsi üçün əsas deyildir. Belə ki, bu öhdəliklərin icrası hüquqi şəxs kimi BOKT- nin üzərinə düşür və icrasız qaldığı təqdirdə həmin BOKT barəsində müvafiq tədbirlərin görülməsinə əsas yaradır. BOKT tərəfindən hətta alqı-satqıdan sonra da 2 ilə yaxın müddət ərzində çatışmazlıq və pozuntuların davam etdirilməsi, habelə çatışmazlıq və pozuntuların aradan qaldırılması üçün verilmiş vədlərin yerinə yetirilməməsi, Mərkəzi Bank tərəfindən verilmiş göstərişlərin icra olunmaması nəticə etibarı ilə BOKT-yə verilmiş lisenziyanın ləğv edilməsini zəruri etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixdə ********** VÖEN dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-nin Müşahidə Şurasının sədrinə və İdayə Heyətinin sədrinə ünvanlanan 07 fevral 2023-cü il tarixli, 6-1- 06/2-557/2023 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında (Mərkəzi Bank) "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (BOKT) tərəfindən təqdim olunan prudensial və kredit portfeli hesabatlarının (xx.xx.2022-ci il) təhlili zamanı BOKT-yə verilmiş lisenziya üzrə nəzərdə tutulan fəaliyyətinin təşkilində, həyata keçirilməsində çatışmazlıq və pozuntular müəyyən edilmişdir. BOKT-nin təqdim etdiyi kredit portfeli hesabatına əsasən BOKT-nin sonuncu krediti xx.xx.2020-ci il tarixində verilmiş və kredit portfeli (830 min manat) tam olaraq ümidsiz kredit statusundadır. Eyni zamanda, "Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydalarının 7.1-ci bəndinə əsasən BOKT öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsəvvür etmək üçün bütün verdiyi kreditləri rübdə ən azı bir dəfə qiymətləndirməli və bu aktivlər üzrə xərclər hesabına müvafiq ehtiyatlar yaratmalıdır. Lakin, BOKT tərəfindən bu tələb pozulmuş, cəmi 363 min manat ehtiyat yaradılmışdır (hesablanmış faizlər nəzərə alınmaqla ehtiyat tələbinin 40%-i). BOKT-nin 2022-ci ilin birinci rüb prudensial hesabatında zərər 17 min manat olsa da, son üç rübdə mənfəət və zərər haqqında hesabat üzrə rəqəmlər eyni olmaqla hər hansı dəyişiklik etmədiyi görünür (hər üç rübdə zərər 37 min manat). Həmçinin xx.xx.2022-ci il və xx.xx.2022-ci İl tarixlərə prudensial hesabatlarda BOKT-nin kapitalı müvafiq olaraq 8 min manat və 153 min manat (müqayisədə 19 dəfə artım), əsas vəsaitlər müvafiq olaraq 56 min manat və 199 min manat (müqayisədə 3,5 dəfə artım) qeyd olunur. Ümumilikdə rəqəmlərin rüblər üzrə dəyişməməsi və ya kəskin dəyişməsi prudensial və kredit portfeli hesabatlarının təhrif olunması ehtimalını gücləndirir. Eyni zamanda, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 20.2-cİ maddəsinə əsasən BOKT maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış İllik maliyyə hesabatlarını Mərkəzi Banka təqdim etməlidir ki, bu barədə BOKT-yə xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq 2021-ci il üzrə maliyyə hesabatlarının xx.xx.2022-ci il tarixinədək təqdim olunması tapşırılsa da, BOKT tərəfindən müvafiq tapşırığa əməl olunmamış və BOKT-yə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərildikdən sonra qeyd olunan hesabat gecikmə ilə xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuşdur. BOKT 2022-ci il üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrinə hesabatların təqdim edilməməsinə görə xx.xx.2022-ci il tarixində BOKT-nin inzibatçısına cərimə tətbiq edilmiş, lakin cari tarixə kimi cərimənin ödənilməsi təmin olunmamışdır. Qanunun 14.2-ci maddəsi və “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialın açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalari”ın 5.2-ci bəndinə əsasən Mərkəzi Bankın reyestrinə daxil edilmiş məlumatlarda, habelə təsis sənədlərində (nizamnamədə, əsasnamədə) edilən dəyişikliklər barədə BOKT Mərkəzi Banka 5 (beş) təqvim günü müddətində yazılı bildiriş göndərir. Lakin, BOKT-də bir neçə dəfə inzibatçı ilə bağlı dəyişikliklər olsa da, bu dəyişikliklər, eləcə də mövcud inzibatçılar barədə Mərkəzi Banka rəsmi məlumat təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Mülki Məcəllə) 91-4.1-ci maddəsinin tələbinə əsasən ictimai əhəmiyyətli qurumlarda Audit Komitəsi yaradılmalıdır. Lakin, BOKT tərəfindən təqdim olunan prudensial hesabata əsasən BOKT-də Audit Komitəsi yaradılmamışdır. Eləcə də, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) qarşısında olan öhdəliklərin (458 min manat) qaytarılmasında ciddi problemlər olması ilə bağlı AKİA-dan Mərkəzi Banka məktub ünvanlanmış və BOKT tərəfindən öhdəliklərin icra olunması ilə bağlı dəstək göstərilməsi xahiş olunmuşdur. Mərkəzi Bankla BOKT arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu İl 28 fevral tarixli 551 nömrəli Fərmanı çərçivəsində imzalanmış kredit müqaviləsi üzrə öhdəliklər də icra olunmur. Belə ki, müvafiq qrafik üzrə 2021 və 2022-ci illər üzrə ödənişlər edilməmiş və xx.xx.2023-cü İl tarixə Mərkəzi Banka əsas borc üzrə 111 184,9 manat və faiz borcu üzrə 251,82 manat vaxtı keçmiş öhdəliyi qalmaqdadır. Həmçinin, prudensiai hesabata əsasən BOKT-nin nizamnamə kapitalı 1 470 min manat, kapitalı 152,6 min manatdır. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. Qeyd olunanlar, BOKT-nin ötən dövrdə fəaliyyətinin qanunvericiliyə uyğun qurulmadığını, eləcə də kreditləşdirmə istiqamətində əməli addımlar atmadığını təsdiqləyir. Qanunun 25.1.4 və 25.1.5-ci maddələrinə əsasən BOKT fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl etmədikdə və tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına təhrif olunmuş hesabat təqdim etdikdə ona verilmiş lisenziya ləğv edilə bilər. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyatların tam həcmdə yaradılması, hesabatlarda təhrif edilmənin aradan qaldırılması üçün müvafiq düzəlişlərin edilməsi, inzibatçı dəyişikliyi barədə məlumat verilməsi, Audit Komitəsinin yaradılması, vaxtı keçmiş öhdəliklərinin icrasının təmin edilməsi və Mülki Məcəllənin tələblərinə əməl edilməklə zəruri həcmdə nizamnamə kapitalının artırılması və lisenziyada nəzərdə tutulan kreditləşmə fəaliyyətinin bərpa olunması və görülmüş işlərlə əlaqədar məlumat və təsdiqedici sənədlərin Mərkəzi Banka 10 (on) iş günü ərzində təqdim edilməsi tələb olunur. Yol verilmiş pozuntuların aradan qaldırılmasına yönəlmiş hazırki göstərişin tələblərinə əməl edilmədiyi təqdirdə Mərkəzi Bank tərəfindən “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyasının ləğvi məsələsinə baxılacaqdır. -İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2023-cü il tarixli AO/015 saylı məktubda göstərilmişdir ki, ... "xxxx" MMC tərəfimizdən xx.xx.2023-cü ildə alqı-satqı həyata keçirilməsinə baxmayaraq qarşı tərəfin məsuliyyətsizliyi nəticəsində ancaq həmin ilin sentyabr ayının ortalarında cəmiyyətin sənədlərini təhfil-təslim aktı olmadan ( bu günki günə qədər də yoxdur) tərəfimizdən yerləşdikləri ofisin sanitar xidməti, mətbəx və sair otağlardan yığaraq heç bir balans dəyərləri olmadan və təqdim olunmadan kisələrə yığaraq təhlil alınmış və bu günki günə qədər əvvəlki şəxsi heyətin fəaliyyətinin hər bir sahə üzrə ortaya çıxan problemlərin, verilmiş kreditlərin, eləcədə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən AKİA və Aqrolizing ASC İlə müqavilə bağlayaraq, fərdi fermer təsərrüfatlarına verilmiş girovsuz kreditlərin ümidsiz taleyi ilə, restruktrizasya olunmuş kreditlərin qaytarılmaması təqdim olunmuş hesbatiarın dolğunluğu və düzgünlüyünün irad və müraciətlərin, nöqsanların araşdırılmasına vaxt sərf olunmuşdur . BOKT-un kredit portfeli alqı-satqı həyata keçirilən xx.xx.2021-ci ildən bu günə qədər cəmiyyətin fəaliyyətinin araşdırılması prosesi həyata keçirilir. İlk günlərdən "xxxx" MMC-nin maliyyə təsərrüfat fəaliyyətinin araşdırılmasında bizə köməklik göstərərək təftiş aparılması barədə Mərkəzi Banka və Maliyyə Nazirliyinə yazılı və şifahi müraciətlərimiz cavabsız qalmışdır. Araşdırılmalar başa çatmadığı üçün kredit verilməsi səylərimiz ancağ mənbə axtarmaqla qənaətlənməyimiz olmuşdur. Ehtiyat yaradılması barədə iradınıza cavab olarağ bildiririk ki , yaradılmalı olun ehtiyatın əsas hissəsini Kənd Təsərrüfat Nazirliyinin Pilot layihəsinə verilən kreditlərdir ki, bu barədə cəmiyyətin əvvəlki heyəti tərəfindən bu kreditlər yaramaz eksperiment olduğu üçün və kreditlərin fermerlər tərəfindən qaytarılmadığı üçün balansdan kənara atılmış və bu barədə sizə yazılı müraciət göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, Mərkəzi Bank tərəfindən edilən müraciət və göstərişlər BOKT-un bütün əməkdaşları qarşısında təkzib olunmaz qanundur. “ Viza Kredit BOKT " MMC-nin 2021-ci ilin iyun ayında alqı-satqısı olsa da ofisin köçürülməsi və təhviltəslim sentyabr ayından başlanmışdır. Köhnə rəhbərlikdən sənədləri təhvil verəcək Baş mühasib Rövşən Rzaqluyev həmin vaxt “CORONA" virusuna yoluxmuş karantin rejimində olması üzündən təhvil -təslim aktı gecikdi uzadıldı və verilmədi. Həmin vaxtları proqram təminatı təhvil verilmədiyindən hesabatları keçmiş rəhbərlik tərəfindən verilirdi. Sənədlərin olmaması təhvil-təslim aktının olmaması və proqram təminatının olmaması nəticəsində kredit portfeli üzərində qiymətləndirmə aparmaq mümkün olmamışdır. Portfelin vəziyyəti haqqında məlumat Mərkəzi Banka göndərilmiş, 549 borclunun bütün filiallar üzrə 330 kredit dosyesi təhfil verilməmişdir və nəticədə böyük bir çətinliklə üzləşdik. Kuratorlarla əlaqə saxladıq görüşdük yaranmış vəziyyətlə bağlı kömək edə bilmədilər. Kreditin verilməməsi BOKT-a daxili yoxlamanın aparılması çox vaxt tələb etdiyindən irəli gəlir.... BOKT-un 2022-ci il 1-rüb hesabatında görünən 17 min manat zərər icarə haqları ilə bağlıdır ki, rüblərdə zərərə düşən icarə haqları təsisçi tərəfindən ödənilmişdir və baş mühasibin işdən çıxması ilə əlaqədar prudensial hesabatda göstərilməmişdir. Tərəfimizdən prudensiai hesabat yenidən hazırlanır yaxın vaxtlarda təqdim olunacaq nəzərə almağınızı xahiş edirik . “Viza Kredit BOKT" MMC-nin 2021-ci iln maliyyə hesabatının kənar audit “X8”MMC ilə 19 aprel 2022-ci ildə müqavilə bağlanmışdır auditin aparılması üçün bütün şərait yaradılmışdır lakin sonunda audit yoxlaması aparan təşkilatın rəhbəri Qurbanov Abbasəli şükür oğlunun səhhətində yaranmış problemlə bağlı gecikmişdir. Bununla bağlı Mərkəzi Banka məlumat verilmişdir. Hesabat bizə verilən an məktubla yox BOKT-un inzibatçısı tərəfindən kuratora təqdim edilmişdir. Yoxlamanın nəticəsi barədə rəyini isə daha gec təqdim etdiyi üçün tərəfimizdən BOKT- un əvvəlki aidiyyəti rəhbər işçilərinə rəydə müəyyən olunmuş nöqsanlar barəsində sorğu göndərilmiş müəyyən olunmuş müddətdə aydınlığ gətirilmədiyi halda audit-in təklifinə əsasən hüqüqi qiymət verilməsi üçün aidiyyəti təşkilatlara müraciət olunacaq. BOKT-un 2022-ci il üzrə MKR hesabatının kecikdirilməsi, keçirilən video konfransa gecikdiyinə görə xx.xx.2022-ci il tarixli BOKT-un inzibatçısı 2 min manat cərimə tətbiq edilmiş, lakin cərimənin ödənilməsi təmin edilməmişdir. BOKT-un inzibatçısına təttbiq olunan cəriməni ödənilməməsi inzibatçının 1 il 4 ay işlədiyi vaxtda BOKT-da əmək haqqı almaması və iknci bir işdə işləməməsidir. Nəzərə alsaq Mərkəzi Bank artıq Ağdam rayon məhkəməsinin İcra şöbəsinə müraciət edib iş icraata götürülüb. BOKT-un təsisçiləri, inzibatçısı, baş mühasib və auditi barədə məlumat xüsusi blankda yazılı möhürlənmiş formada, eləcədə BOKT-un Nizamnaməsi yeni təsisçilərin sənədləri Mərkəzi Banka çatdırılmışdır. Bundan əlavə filiallar və inzibatçıları barədə məlumat 14 oktyabr 2022-ci il tarixli məktubla Mərkəzi Banka göndərilmişdir....Qanunun 25,1.4 və 25.1.5-ci maddələrinə əsasən maliyyə hesabatlarında pozuntular qeyd etdiyimiz kimi apardığımız araşdırmalarda tərəfimizdən müəyyən olunmuş və audit yoxlamasındada özünü göstərərək aradan qaldırılmağ üzrədir. -Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-nin Müşahidə Şurasının sədrinə və İdayə Heyətinin sədrinə ünvanlanan 27 fevral 2023-cü il tarixli, 6-1- 06/2-940/2023 saylı məktubda müraciətə baxılaraq bildirilmişdir ki, “Nəzərinizə çatdırırıq ki, Mərkəzi Bank tərəfindən BOKT-yə xx.xx.2023-cü il tarixli 6-1-06/2-557/2023 saylı məktub göndərilərək BOKT-də mövcud çatışmazlıq və pozuntular sadalanmış, qeyd olunanlar nəzərə alınaraq, inzibatçı dəyişikliyi barədə məlumat verilməsi, ehtiyatların tam həcmdə yaradılması, hesabatlarda təhrif edilmənin aradan qaldırılması üçün müvafiq düzəlişlərin edilməsi, Audit Komitəsinin yaradılması, vaxtı keçmiş öhdəliklərinin icrasının təmin edilməsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əməl edilməklə zəruri həcmdə nizamnamə kapitalının artırılması və lisenziyada nəzərdə tutulan kreditləşmə fəaliyyətinin bərpa olunması və görülmüş işlərlə əlaqədar məlumat və təsdiqedici sənədlərin Mərkəzi Banka 10 (on) iş günü ərzində təqdim edilməsi BOKT-yə tapşırılmışdır. Lakin, BOKT tərəfindən təqdim olunan cavab məktubunda Mərkəzi Bankın tapşırıqlarının icra edilmədiyi müəyyən olunmuşdur. Nəzərinizə çatdırırıq ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.4 və 25.1.5-ci maddələrinə əsasən BOKT fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl etmədikdə və tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına təhrif olunmuş hesabat təqdim etdikdə ona verilmiş lisenziya ləğv edilə bilər. Odur ki, BOKT-dən Mərkəzi Bank tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunan tapşırıqların tam icra edilməsi və təsdiqedici sənədlər əlavə edilməklə 5 (beş) iş günü ərzində yekunlaşdırılması tələb olunur. Yol verilmiş pozuntuların aradan qaldırılmasına yönəlmiş hazırki göstərişin tələblərinə əməl edilmədiyi təqdirdə Mərkəzi Bank tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyasının ləğv edilməsi ilə bağlı inzibati işə başlanılacaqdır. - "xxxx" BOKT MMC-yə verilmiş lisenziyanın ləğvi ilə bağlı başlanılmış inzibati icraat çərçivəsində keçirilmiş 17 mart 2023-cü il tarixli iclasın Protokolundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən "xxxx" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin (BOKT) “Bank olmayan kredit təşkilatlan haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.4 və 25.1.5-ci maddələrinə əsasən fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etməməsi və Mərkəzi Banka təhrif olunmuş hesabat təqdim etməsini rəhbər tutaraq BOKT-yə verilmiş xx.xx.2011-ci il tarixli, BKT-8 saylı lisenziyanın ləğvi ilə bağlı Mərkəzi Bankda xx.xx.2023-cü il tarixində inzibati icraat başlanılmışdır. “İnzibati icraat haqqında” Qanunun 21 və 51-ci maddələrinə uyğun olaraq, xx.xx.2023- cü il tarixli, 6-1-06/2-1130/2023 nömrəli məktubla BOKT-yə İnzibati icraatın başlandığı barədə məlumat verilmiş və işdə iştirakının təmin olunması məqsədilə BOKT inzibati icraat ilə bağlı iclasın vaxtı və onlayn təşkil olunması barədə xəbərdar edilmişdir. İclasda BOKT-nin İdarə Heyətinin sədri Nümayəndə2 və Müşahidə Şurasının üzvü Nümayəndə1 iştirak etmişdir. İclasda Kredit X1 departamentinin 4-cü nəzarət şöbəsinin rəisi Xəyyam İsmayılov işin müəyyən edilmiş halları və işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iclasda iştirak edən şəxslərə məlumat verdi və BOKT-nin malik olduğu hüquq və vəzifələri onlara izah etdi. Qeyd olundu ki, BOKT-yə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş və ehtiyatların tam həcmdə yaradılması, hesabatlarda təhrif edilmənin aradan qaldırılması üçün müvafiq düzəlişlərin edilməsi, inzibatçı dəyişikliyi barədə məlumat verilməsi, Audit Komitəsinin yaradılması, vaxtı keçmiş öhdəliklərinin İcrasının təmin edilməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əməl edilməklə zəruri həcmdə nizamnamə kapitalının artırılması və lisenziyada nəzərdə tutulan kreditləşmə fəaliyyətinin bərpa olunması və görülmüş işlərlə əlaqədar məlumat və təsdiqedici sənədlərin Mərkəzi Banka 10 (on) iş günü ərzində təqdim edilməli olduğu bildirilmişdir. Lakin, tapşırıqlara əməl edilmədiyindən xx.xx.2023-cü il tarixli ikinci xəbərdarlıq məktubu göndərilmiş, görülmüş işlərlə əlaqədar məlumat və təsdiqedici sənədlərin Mərkəzi Banka 5 (beş) iş günü ərzində təqdim edilməli olduğu qeyd olunmuşdur. Bu xəbərdarlıq məktubuna tam əməl olunmadığından və verilən tapşırıqlar İcra edilmədiyindən xx.xx.2023-cü il tarixli, 6-1-06/2-1130/2023 nömrəli məktubla inzibati icraata başlanılmışdır. Nümayəndə2 tərəfindən təşkilatın fəaliyyətində olan çatışmazlıqların əsasən əvvəlki rəhbərliklə təhvil-təslim prosesinin yekunlaşmaması ilə əlaqədar olduğu bildirilmişdir. X.İsmayılov tapşırıqlarla bağlı görülən işlər barədə ətraflı məlumat verilməsini xahiş etdi. Nümayəndə2 çatışmazlıqların minimuma çatdırılması istiqamətində çalışdıqlarını, Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi çərçivəsində ona təyin olunan cərimənin ödənilməməsinin səbəbinin təşkilatdan əmək haqqı almaması ilə bağlı olduğunu, proqram təminatı probleminin yekunlaşmaq üzrə olduğunu, kapital məsələsinin bankdan kredit cəlb etməklə həll edəcəklərini, inzibatçılarla bağlı sənədlərin Mərkəzi Banka təqdim olunmamasının fikir ayrılığı ilə bağlı olduğunu, Audit Komitəsinin yaradıldığım, ehtiyatın yüz faiz yaradıldığını, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlı portfelin balansdan kənara keçirildiyini və qeyd olunanların növbəti hesabatda əks olunacağını, Mərkəzi Banka olan öhdəliyin 1 il üzrə ödənişini yaxın zamanda ödəniləcəyini bildirdi. X.İsmayılov hesabatlarda təhrif olunmanın izah olunmasını, hesablar üzərindən bank əməliyyatlarının aparılması ilə bağlı məlumat verilməsini, əsas vəsaitlərində olan artımın səbəbinin qeyd olunmasını və hesabatlarda BOKT-nin zərərinin 17 min manat, sonraki ardıcıl 3 rübdə 37 min manat olmasının izah olunmasını xahiş etdi. Nümayəndə2 hesabatlarda səhvlərin olduğunu, ödənişlərdən yığılan vəsaitlərin sərəncama tutulduğunu, əsas vəsaitlərdəki artımın yeni ofisin avadanlıqları ilə bağlı olduğunu və İcarə haqqı ödənilmədiyi üçün ardıcıl 3 rübdə zərərin dəyişmədiyini, lakin bu məsələdə səhv etdiklərini bildirdi. X.İsmayılov hesabatlarda təhrif olunma faktının təsdiqləndiyini və Mərkəzi Banka yazılan məktublarda bu məsələyə münasibət bildirilmədiyini bildirdi. Həmçinin, BOKT tərəfindən cərimənin və Mərkəzi Banka (2 il üzrə) olan öhdəliyin hansı vəsait hesabına ödəniləcəyini soruşdu. Nümayəndə2 bankdan kredit cəlb olunduqdan sonra bu vəsaitdən cərimənin və Mərkəzi Banka olan öhdəliyin ödəniləcəyini bildirdi. Eyni zamanda, 2017-ci ildən hesabatların Mərkəzi Banka yanlış təqdim olunduğunu, eləcə də BOKT-də qeyrimüəyyənlik yaşandığını, kreditlər girovlu qeydiyyata alınsa da faktiki olaraq girovların olmadığını qeyd etdi. X.İsmayılov hesabatların səhvlərin olduğunu, korporativ idarəetmənin zəif olduğunu, maaşların verilə bilinmədiyi halda öhdəliklərin icra olunmasının real görünmədiyini, təşkilatın yeni təsisçi tərəfindən araşdırılaraq alındığını, qeyd olunan problemlərdən xəbərdar olduqlarını bildirdi. Bundan başqa, cəlb olunan kredit vəsaiti ilə cari öhdəliklərin ödənməsinin öhdəliklərin yerdəyişməsi olduğunu, BOKT-nin öhdəliklərini azaimayacağını, eləcə də nizamnamə kapitalının 1470 min manat, lakin kapitalın 152 min manat olduğu, bununla da Mülki Məcəllənin tələbinə əməl olunmadığını bildirdi. Nümayəndə2 öz növbəsində paylarını yeni təsisçiyə satılacağını, yeni təsisçi tərəfindən şəxsi əmlakının girov qoyularaq bankdan 3-4 min manat vəsait cəlb olunacağını və cari problemlərin həll olunacağını bildirdi. Həmçinin, BOKT-nin çatışmazlıqlarının tam həlli üçün vaxta ehtiyac olduğunu qeyd etdi. X. İsmayılov BOKT-nin gələcək planları və görüləcək işlərinin qeyri-müəyyən olduğunu bildirərək yeni təsisçi gələndən sonra strategiyanın müəyyən olunub olunmadığını soruşdu. Nümayəndə2 bununla bağlı Müşahidə Şurasının iclasının olacağını, strategiyanın hazırlandığı, lakin təsdiq olunmadığını bildirdi və Mərkəzi Bankla ikinci iclasın keçirilməsini, bütün çatışmazlıqların aradan qaldırılması üçün əvvəlcə 3 ay, daha sonra 2 ay vaxt verilməsini xahiş etdi. X14 departamenti Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin hüquq məsləhətçisi Ziya Şivəxanlı inzibati icraatın qanunvericilikdə müəyyən olunan müddətləri nəzərə almaqla ikinci iclasın keçirilə biləcəyini qeyd etdi. X.İsmayılov çatışmazlıqların aradan qaldırılması ilə bağlı konkret müddət deyilmədiyini, növbəti dövrdə BOKT-nin fəaliyyətinin müsbətə doğru dəyişəcəyinin sual altında olduğunu, yeni təsisçinin sadəcə əvvəlki təsisçinin payını aldığı, cari öhdəliklərin icra olunmadığı halda yeni öhdəliklərin cəlb olunmasının planlaşdırıldığı, BOKT tərəfindən Mərkəzi Bankın zənglərinə mütəmadi cavab verilmədiyini, tapşırıqların icra müddətinin artıq başa çatdığını, faktiki kreditləşməyə və ya digər fəaliyyət növlərinə başlamaqla bağlı əməli addım atılmadığının göründüyünü bildirdi. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bankın əməkdaşları tərəfindən inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun növbəti prosedur, o cümlədən lisenziyanın ləğv edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə BOKT tərəfindən iclasda iştirak edən şəxslərə müvafiq məlumatlar verildi. -Azərbaycan Respublikası Mərkəzi X12 İclasının Protokolundan 31 may 2023-cü il tarixli, 27 nömrəli Çıxarışa əsasən Azərbaycan Respublikası Mərkəzi X9 üzvlərinin və dəvət olunanların iştirakları ilə gündəlikdəki məsələyə baxılaraq “Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.4-cü və 25.1.5-ci maddələrinə istinad edilərək Azərbaycan Respublikası Mərkəzi X9 Qərarına əsasən “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VOEN: **********; hüquqi ünvanı: ünvan 3 keçirilməsi üçün verilmiş 12 oktyabr 2011-ci il tarixli BKT-8 nömrəli lisenziyanın ləğv edilməsi qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, ləğv edilməsi istənilən qərarın mübahisələndirilməsinin əsası qismində iddiaçı "xxxx" MMC-nin BOKT-nı 23 iyul 2021-ci il tarixində alqı-satqı yolu ilə aldığı, əvvəlki təsisçilərlə təhvil-təslimi həyata keçirə bilmədiyi, 2021-ci ildə Proqram təminatının sıradan çıxdığı, proqramın çökməsi nəticəsində Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR), Azərbaycan Kredit Bürosu (AKB) və Portfel hesabatlarının vaxtında verilmədiyi, yaranmış çətinliklə bağlı cavabdehin ayrı-ayrı departamentlərinə müraciət edərək müvafiq köməklik göstərilməsi, təftiş və ya yoxlamanın aparılması xahiş edilsə də, cavabdeh tərəfindən müraciətlərinin cavabsız qaldığı, cavabdeh tərəfindən nəzarət funksiyasının vaxtında həyata keçirilmədiyindən iddiaçının qeyd olunan problemlərlə üzləşmə səbəbləri dayanır. Hazırkı iddia tələbi üzrə iddiaçı çatışmazlıqların minimuma çatdırılması istiqamətində çalışdıqlarına, proqram təminatı probleminin yekunlaşdıracaqlarına, kapital məsələsinin bankdan kredit cəlb etməklə həll edəcəklərinə və sair bu kimi sadalanan məqamlara istinad edərək, cavabdeh tərəfindən iddiaçının müraciətlərinə qanunvericilin tələbi baxımından düzgün baxılmadığı qeyd ollunaraq sözügedən qərarın əsassız olmasını iddia edir. Cavabdeh isə öz növbəsində "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən istər inzibati icraatın başlanılmasına qədərki dövr ərzində, istərsə də inzibati icraat mərhələsində qanunun tələbləri çərçivəsində hərəkət edildiyi, yol verilmiş pozuntuların aradan qaldırılması istiqamətində iddiaçıya müvafiq göstərişlərin verilməsinə baxmayaraq, iddiaçı tərəfin göstərişlərdən yalnız ikisini - inzibatçı dəyişikliyi Audit Komitəsinin yaradılması barədə məlumatları sonradan Mərkəzi Banka təqdim etdiyi, digər pozuntuları isə aradan qaldırmadığını bildirmiş, qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bank olmayan kredit təşkilatları haqqında Qanunun: -10.1-ci maddəsinə əsasən kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra – lisenziya) almalıdır. -10.4-cü maddəsinə əsasən lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər. -15.1-ci maddəsinə əsasən BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə, habelə bu məqsədlə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. - 15.2-ci maddəsinə əsasən kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər: 15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq); 15.2.2. lizinq; 15.2.3. veksellərin uçotu; 15.2.4. qarantiyanın verilməsi; 15.2.5. sığorta agenti və (və ya) ödəniş agenti xidmətlərinin göstərilməsi; 15.2.6. borc alanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi. -15.3-cü maddəsinə əsasən bu Qanunun 15.2-ci maddəsində göstərilən fəaliyyət növləri üçün qanunvericiliklə lisenziyanın alınması tələb olunduqda, BOKT həmin fəaliyyət növləri ilə müvafiq lisenziya aldıqdan sonra məşğul ola bilər. -15.6-cı maddəsinə əsasən BOKT vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinə Azərbaycan Respublikasının ərazisində hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir. -24.1-ci maddəsinə əsasən BOKT-nin fəaiyyətinə nəzarət onun nizamnaməsində müəyyən edilmiş idarəetmə orqanı tərəfindən həyata keçirilir. -24.2-ci maddəsinə əsasən BOKT fəaliyyəti barədə prudensial tələblərə dair hesabatları Mərkəzi Bank tərəfindən müəyyən edilmiş forma və məzmunda hər hesabat rübü başa çatdıqdan sonra 10 gündən gec olmayaraq Mərkəzi Bankına təqdim etməlidir. -24.3-cü maddəsinə əsasən bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edilməklə Mərkəzi Bank həmin halların aradan qaldırılması barədə BOKT-yə icrası məcburi olan göstəriş göndərir. Göstərişdə BOKT tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün görülməli tədbirlər və onların yerinə yetirilməsi müddəti göstərilir. -24.4-cü maddəyə əsasən BOKT xəbərdarlıq məktubunda müəyyən olunan vaxt ərzində göstərilmiş tədbirlərin həyata keçirilməsi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən olunmuş vaxt ərzində tədbirlər tam və ya tələblərə uyğun şəkildə həyata keçirilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı BOKT-yə ikinci xəbərdarlıq məktubu göndərir və müvafiq tədbirlərin müəyyən olunmuş vaxt ərzində həyata keçirilməyəcəyi təqdirdə lisenziyanın ləğv ediləcəyi barədə xəbərdarlıq edir.( 6 iyul 2023-cü il tarixli 940- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 24.4-cü maddə ləğv edilmişdir.) -24.5-ci maddəsinə əsasən BOKT-lərin fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən yerində aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən bu Qanuna və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -24.6. BOKT-yə nəzarətin həyata keçirilməsi üçün tələb olunduqda BOKT, habelə BOKT-nin auditini aparan və ya aparmış auditorlar həmin BOKT-nin fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir. -25.1-ci maddəsinə əsasən BOKT-nin aşağıdakı bir və ya bir neçə əsas olduqda Mərkəzi Bank tərəfindən ləğv edilə bilər: 25.1.1. BOKT tərəfindən müvafiq ərizə təqdim edildikdə; 25.1.4. fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə; 25.1.4-1. bu Qanunun 12.1.2-2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə; 25.1.5. tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə Mərkəzi Bankına təqdim etmədikdə və ya Mərkəzi Bankına təhrif olunmuş hesabat təqdim etdikdə; Göründüyü kimi qanunvericilik bank olmayan kredit təşkilatlarının ləğv edilməsi istiqamətində əsasları müəyyən etmişdir ki, qeyd olunan əsaslardan biri və ya bir neçəsinin müəyyən edildiyi halda Mərkəzi Bank tərəfindən müvafiq BOKT-nın lisenziyanın ləğv edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Hazırkı işin hallarına əsasən məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən aparılmış inzibati icraat nəticəsində iddiaçıya xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək BOKT tərəfindən təqdim olunan prudensial və kredit portfeli hesabatlarının təhlili zamanı fəaliyyətinin təşkilində və həyata keçirilməsində çatışmazlıq və pozuntuların mövcudluğu, sözügedən pozuntuların qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyatların tam həcmdə yaradılması, hesabatlarda təhrif edilmənin aradan qaldırılması üçün müvafiq düzəlişlərin edilməsi, inzibatçı dəyişikliyi barədə məlumat verilməsi, Audit Komitəsinin yaradılması, vaxtı keçmiş öhdəliklərinin icrasının təmin edilməsi və qanunvericiliyin tələblərinə əməl edilməklə zəruri həcmdə nizamnamə kapitalının artırılması və lisenziyada nəzərdə tutulan kreditləşmə fəaliyyətinin bərpa olunması və görülmüş işlərlə əlaqədar məlumat və təsdiqedici sənədlərin Mərkəzi Banka 10 (on) iş günü ərzində təqdim edilməsi tələb olunmuş və yol verilmiş pozuntuların aradan qaldırılmasına yönəlmiş göstərişin tələblərinə əməl edilməyəcəyi təqdirdə cavabdehinn lisenziyasının ləğvi məsələsinə baxılacağı barədə xəbərdarlıq edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda aşkar edilmiş pozuntulardan xəbərdar olduqları bildirilmişdir. İnzibati icraat materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı tərəfindən sadalanan çatışmazlıqlar aradan qaldırılmadığından cavabdeh tərəfindən BOKT-nın ləğvinə dair inzibati icraata başlanılmış, BOKT-nın səlahiyyətli şəxslərinin iştirakı ilə iclas təşkil edilmiş, qeyd olunan pozuntular yenidən rəhbərliyin nəzərinə çatdırılmış, lakin qeyd olunan pozuntuların böyük qismi iddiaçı tərəfindən həll edilməmişdir. Məhkəmə iddiaçının üzləşmiş olduğu problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsi ilə bağlı Mərkəzi Banka edilmiş müraciətlərə müsbət münasibət bildirilməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, bank qanunvericiliyinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən kredit təşkilatlrının, o cümlədən Bank olmayan kredit təşkilatlarının fəaliyyətində yol verilmiş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün yaranmış problemlərin həlli istiqamətində yalnız qanunla nəzərdə tutulmuş səlahiyyət çərçivəsində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Lakin qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün iddiaçı özü öz fəaliyyəti istiqamətində müvafiq tədbirlər planı quraraq öz işini təşkil etmək və fəaliyyətində yol verilmiş pozuntuların və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Başqa sözlə qanunvericilikdə Mərkəzi Bankın nəzarət subyektlərinin öhdəlikləri üçün məsuliyyət daşıması nəzərdə tutulmamışdır. Odur ki, aparılan araşdırması nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən çatışmazlıq və pozuntular aradan qaldırılmadığından, verilmiş göstərişlər icra olunmadığından, cavabdehin iddiaçı barəsində apardığı inzibati icraatın nəticəsində gəlmiş olduğu qərar qanuni və əsaslı olmuşdur. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" MMC-yə kreditlərin verilməsi üçün verilmiş 12 oktyabr 2011-ci il tarixli BKT-8 nömrəli lisensiyanın ləğv edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi X9 31 may 2023-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dar iddiası əsassız olduğuna görə təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar