Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3100/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X11 Nazirliyinin nümayəndəsi X8 iştirаkları ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X11 Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X11 Nazirliyinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı əmrinin ləğv olunması və xx xxxxxx 2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulmuş, 1982-ci ildə müəllimə kimi əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. 2004-cü il tarixdən Dövlət X15 işləməyə başlamış, Fondun mərkəzi aparatının İşlər idarəsinin arxiv müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildə aparatın Fərdi uçotun təşkili şöbəsinin Bəyannamələr sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2007-ci ildə Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin Arxivləşdirilmiş pensiya sənədləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, xx xxxxxx 2011-ci il tarixli əmrlə ona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə və Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin 09/11/-308 saylı əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq Dövlət X14 aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Dövlət X14 Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş, xx xxxx 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. O, Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı əmrini qanunsuz hesab edir və hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, dövlət qulluqçusu işlədiyi müddət ərzində onun heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən heç bir irad tutma, töhmət və ya xəbərdarlıq almamışdır. Dövlət X14 Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsində işlədiyi müddətdə əsas fəaliyyəti şöbə rəhbərliyinin göstərişi ilə əmək bölgüsünə əsasən hər ayın ilk günü Fondun yerli şöbələrindən (Naxçıvan MR daxil olmaqla, respublikanın bütün ərazisi üzrə şəhər və rayon şöbələrindən) məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə aylıq icmal məlumatları, xərclər və gəlirlər barədə rəsmi məlumatları kağız formada toplayaraq sonrakı təhlil və ya istifadə üçün şöbə rəhbərliyinə təhvil verilməsi olmuşdur. Onun yığdığı məlumatların dürüstləşdirilmiş forması büdcənin icrası adlanan aylıq hesabatdır ki, onu da sektorun böyük məsləhətçisi Türkel İmamzadə hər ay elektron sistemə yığıraq və sektor müdiri Ramil İbrahimova təhvil verirdi. Onlar bu məlumatları birlikdə yoxladıqdan sonra aidiyyatı üzrə dövlət orqanlarına göndərir. Fondun tabe olduğu Əmək və X11 Nazirliyinin aparatına, digər nazirliklərə və dövlət orqanlarına həmin məlumatlar yalnız şöbə rəhbərliyi tərəfindən hazırlanmış və yekun xarakterli məlumatlar şəklində təqdim edilir. O, eyni zamanda şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqlar üzrə üzərinə düşən vəzifələri də icra etmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin rəhbərliyinin qəbuluna çağrılmış və ondan işdən azad edilməyi barədə ərizə yazmağı tələb edilmiş, əks təqdirdə “maddə” ilə işdən azad olunacağı bildirilmişdir. O, hansı səbəbdən işdən azad olunmağını soruşduqda, ona bildirilmişdir ki, Fonddan şikayət var. Lakin onu şikayətlə tanış etməmiş, şikayətin nədən ibarət olmasını ona bildirməmişlər. O, ərizə yazmaqdan imtina edərək, Fonda qayıtmış, bu barədə şöbə rəhbərliyinə məruzə etmiş, eyni zamanda iki dəfə Fondun direktorunun qəbuluna düşməyə çalışmış, lakin onu qəbul etməmişlər. O, 2020-ci ilin 15 yanvar tarixinə kimi işə gəlmiş, verilən tapşırıqları yerinə yetirmiş, yalnız 15 yanvarda şöbə rəhbərliyi tərəfindən ona, Fondun direktorunun xidməti məruzəsi əsasında 2020-ci ilin yanvar 8-dən nazirin əmri ilə işdən azad olunmağı barədə məlumat verilmişdir. O, 7 gün müddətində iş yerinə gələrək şöbədə əmək fəaliyyətini davam etdirmiş, digər əməkdaşlarla birlikdə tabel kitabına gündəlik saat 9.00-da və 18.00-da imza etmişdir. Bundan başqa qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri, yəni dövlət qulluğundan azad edilmə dövlət qulluğunda vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilərdi. Lakin bu maddədə nəzərdə tutulmuş əsasların ona heç bir aidiyyatı yoxdur. Eyni zamanda onun barəsində heç bir araşdırma aparılmamış, ondan izahat alınmamış, işdən çıxarılmağının səbəbləri ona bildirilməmişdir. xx xxxxxx 2020-ci il tarixli əmrdə əsas kimi Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında Dövlət X14 direktoruH.Məmişovun xx xxxxxx 2019-cu il tarixli **********1 saylı xidməti məruzəsigöstərilmişdir. Bu xidməti məruzə 2019-cu ilin sonuncu iş günü yazılmış, 2020-ci ildə iş günü 06 yanvarda başlamışdır. Onu isə 08 yanvarda çağırmış vəaraşdırma aparmadan işdən azad olunmağı barədə əmr vermişlər. Halbuki,Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraqintizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərininəmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurətolduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlətqulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizanıtənbehinin tətbiqinə mane olmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X11 Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 xx xxxxxx 2019-cu il tarixli **********1 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 (Fond) aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi İddiaçı ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuşdur. Fond və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təqdim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq yaranmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin fərq M.Mehdiyevə tərəfindən Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitlər nəzərə alınmadığı üçün yaranmışdır. Beləliklə, Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan həmin səhvin mövcudluğu bütün digər məlumatların dəyişdirilməsini zəruri etməklə yanaşı Fondun işgüzar nüfuzuna xələl yetirmişdir. X19 və proqnozlaşdırma şöbəsinin xx xxxxxx 2019-cu il tarixli **********3 nömrəli xidməti məruzəsində qeyd edilir ki, Fondun yerli orqanlarının xəzinə hesablarına daxil olan işsizlikdən sığorta haqları üzrə daxilolmalar barədə operativ məlumatın hazırlanması və icmallaşdırılması işi də şöbənin əməkdaşı X3 həvalə edilmişdir. Lakin cari il ərzində işsizlikdən sığorta haqları üzrə operativ məlumat hazırlana bilinməmiş və işçi tərəfindən ona verilmiş tapşırıq icra edilməmişdir (surəti əlavə olunur). Bundan əlavə, Fondun aparatının Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin 2019-cu il 20 noyabr tarixli **********7 nömrəli xidməti məruzəsində M.Mehtiyeva tərəfindən icra və əmək intizamının pozulduğu göstərilmişdir. Belə ki, M.Mehdiyevə 15-xx xxxxxxx 2019-cu ilin tarixlərində qanunvericiliyin tələblərini pozaraq işə gəlməmiş, lakin sonradan davamiyyət kitabçasına həmin günlər üçün imza çəkmişdir. Həmçinin Nazirliyin “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” xx.xx.2018-ci il tarixli **********3 nömrəli əmrinin tələblərinə məhəl qoyulmamışdır. M.Mehtiyeva bunu izahatında təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 21.01,2020-ci il tarixli, 2-1(102)-225/2020 nömrəli qərarına istinadən qeyd edə bilərik ki, iddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında Qanunun 33.1.6-cı maddəsi ilə xitam verildiyindən Həmkarlar ittifaqının rəyinin alınması zəruri deyildir. Bununla belə, Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin razılığı təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili X10 ayrı-ayrılıqdaiddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki; Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin **********1 nömrəli xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsində qulluq keçən İddiaçı ilə xx.xx.2020-ci il tarixdə xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilmiş (1.3 bəndi), əsas kimi Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 direktoru H.Məmişovun xx xxxxxx 2019-cu il tarixli **********1 nömrəli xidməti məruzəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin sektor müdiri Aqşin Əlizadənin xx.xx.2019-cu il tarixli **********7 saylı xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 (bundan sonra - Fond) aparılmış araşdırmalar nəticəsində Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi X7 tərəfindən icra intizamının kobud şəkildə pozulması, habelə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi məlum olmuşdur. Məsələ ilə əlaqədar X2 yazılı izahatı alınmışdır. O, izahatında 2019-cu ilin 15-18 oktyabr tarixlərində şöbə müdirindən icazə alaraq işə gəlmədiyini, lakin sonradan davamiyyət kitabçasına həmin günlər üçün imza çəkdiyini bildirmişdir. Bundan başqa Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini- Hesabat və statistika sektorunun müdiri X1 Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinə məktub ünvanlayaraq X2 ona həvalə edilmiş tapşırıqları icra edə bilmədiyini, mütəmadi olaraq icra etdiyi işlərdə nöqsanlara yol verdiyini bildirmişdir. Bundan başqa məktubda bildirilmişdir ki, X7 vəzifəsi üzrə Fondun yerli şöbələrindən müxtəlif hesabatlar qəbul etməli, analitik təhlillər aparmalı, həmin hesabatları icmallaşdırmalı, dövri olaraq müvafiq orqanlara hesabatlar hazırlamalıdır. Bu isə öz növbəsində yüksək peşəkarlıq tələb edir. Buna baxmayaraq onun kompüter bilikləri, analitik təhlil qabiliyyəti və riyazi bilik səviyyəsi tutduğu vəzifəyə uyğun deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırki təsnifatda tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.4-cü maddəsinə əsasən Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi X2 daha aşağı təsnifatdan olan vəzifəyə keçirilərək Fondun yerli şöbələrindən birinə göndərilməsini təklif etmişdir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini Ramil İbrahimovun xx.xx.2019-cu il tarixli **********3 saylı xidməti məruzəsindən görünür ki, Fondun Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin **********7 nömrəli 2019-cu il 20 noyabr tarixli məruzəsində də qeyd olunduğu kimi Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi X7 tərəfindən əmək inztizamı kobud şəkildə pozulmuşdur. Eyni zamanda bildirilir ki, Fondun Büdcə və proqnozlaşdırma şöbəsi tərəfindən hər ayın ilk iş günü Fondun yerli orqanlarından gəlir və xərclər barədə operativ məlumatlar toplanır və icmallaşdırılır ki, bu funksiyanı da Hesabat və statistika sektorunun böyük məsləhətçisi X7 icra edir. Qeyd olunan məlumatlar əsasında həm Nazirliyin Apartına həm də digər mərkəzi icra hakimiyyəti orqanlarına hər ayın ilk iş gününə Fondun gəlir və xərcləri barədə operativ məlumatlar ötürülür. Həmçinin məlumunuz olduğu kimi Fondla Vergilər Nazirliyi arasında 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparılmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi həyata keçirilir. 2019-cu ilin iyul ayı üzrə daxilolma məlumatları təhlil edilərkən məlum olmuşdur ki, Vergilər Nazirliyi ilə Fondun məlumatları arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq mövcuddur. Fərq araşdırılarkən məlum olmuşdur ki, şöbənin Hesabat və statistika sektorunun əməkdaşı Mehdiyevə Mətanət ona tapşrılmış daxilolma məlumatlarını icmallaşdırarkən Fondun yerli orqanlarına daxil olan ama SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitləri nəzərə almamış və bunun nəticəsində həmin fərq yaranmışdır. Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan qeyd olunan səhvin mövcudluğu iyul ayından etibarən cari ildə təqdim olunan bütün digər məlumatların dəyişdirilməsini zəruri edir ki, bu da fondun digər orqanlar qarşısnda işgüzar nüfuzuna xələl yetirir, peşəkarlıqla icra edilmiş digər işlərin nəticələrinə kölgə salır. Eyni zamanda Fondun yerli orqanlarının xəzinə hesablarına daxil olan işsizlikdən sığorta haqları üzrə daxilolmalar barədə operativ məlumatın hazırlanması və icmallaşdırılması işi də şöbənin əməkdaşı X3 həvalə edilmişdir. Lakin cari il ərzində işsizlikdən sığorta haqları üzrə operativ məlumat hazırlana bilinməmiş və işçi tərəfindən ona verilmiş tapşırıq icra edilməmişdir. Fondun Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin **********7 nömrəli 2019-cu il 20 noyabr tarixli məruzəsi, həmçinin şöbənin əməkdaşı X2 ona həvələ edilmiş qulluq funksiyalarını icra edə bilməməsi, tapşırıqların öhdəsindən gələ bilməməsi nəzərə alınaraq, məqəsəmüvafiq hesab etdiyiniz təqdirdə onun Fondun digər struktur bölmələrində işlə təmin olunması üçün Fondun Hüquqi təminat və insan resursları ilə iş şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 direktoru Himalay Məmişovun xx xxxxxx 2019-cu il tarixli **********1 nömrəli yazılı məruzəsinə əsasən Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 (Fond) aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi X7 ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuşdur. Fond və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təqdim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq yaranmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin fərq İddiaçı tərəfindən Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitlər nəzərə alınmadığı üçün yaranmışdır. Beləliklə, Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan həmin səhvin mövcudluğu bütün digər məlumatların dəyişdirilməsini zəruri etməklə yanaşı Fondun işgüzar nüfuzuna xələl yetirmişdir. Bundan əlavə, Fondun aparatının Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin 2019-cu il 20 noyabr tarixli **********7 nömrəli xidməti məruzəsində M.Mehtiyeva tərəfindən icra və əmək intizamının pozulduğu göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq M.Mehtiyeva barəsində intizam tənbeh tədbirinin görülməsinə dair Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin sədri Bəxtiyar Əzizov tərəfindən imzalanmış 01 saylı xx.xx.2020-ci il tarixli “X6 Təşkilatının razılığının təqdim edilməsi” haqqında məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X5 ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmiş, təqdim edilən məruzəyə əsasən Nazirlik yanında Dövlət X14 Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X5 əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Fondun əməkdaşının izahat verməkdən imtina etməsi haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini Ramil İbrahimov, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Türkel imamzadə, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi Xuraman İbrahimova, bu aktı ona görə tərtib etmişlər ki, Vergilər Nazirliyi ilə Fondun məlumatları arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə yaranmış 13,2 mln manat fərqlə bağlı Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi Mehdiyevə Mətanətdən izahat verməsi tələb edilsə də o, izahat verməkdən imtina etmişdir. İddiaçının hazırki tələbindən görünür ki, Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı əmrinin ləğv olunması və xx xxxxxx 2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini tələb edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır, 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri- maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuş, qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Dövlət X21 tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində Dövlət qulluğu haqqında qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri –dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. İddiaçının öz tələbində əsaslandığı hallardan biri də işlədiyi qurumun həmkarlar təşkilatının razılığı alınmadan işdən azad edilməsi ilə bağlıdır. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından da göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6cı maddəsi ilə dövlət qulluğuna xitam verilmişdir. Əmək Məcəlləsinin 5-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Qanunda isə dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilərkən həmkarlar komitəsinin razılığının alınması nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, iddiaçı barəsində araşdırma aparılmış, izahat alınmış, yazılı məruzə hazırlanmış, daha sonra Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi Bakı şəhəri üzrə X6 Komitəsinin üzvlərinin iştirakı ilə İddiaçınun əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi müzakirə edilmiş, təqdim edilmiş rəylə İddiaçı ona həvalə edilmiş vəzifələrin icrası zamanı bir sıra nöqsanlara yol verdiyi, qanunvericiliyin tətbiqini düzgün həyata keçirmədiyi, vəzifə səlahiyyətlərini aşaraq quluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi nəzərə alınmaqla onun əmək müqaviləsinin “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz edilməmiş, qeyd edilənlərlə bağlı işin materiallarına həmkarlar ittifaqı təşkilatının, həmkarlar ittifaqı Komitəsinin Rəyasət heyəti iclasının protokolları və X6 təşkilatının razılığının təqdim edilməsi haqqında rəy əlavə edilmişdir. Bununla da, “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilərkən həmkarlar komitəsinin razılığının alınması nəzərdə tutulmadığı halda belə cavabdeh orqan X6 təşkilatının razılığının təqdim edilməsi haqqında rəy alındıqdan sonra iddiaçı barəsində intizam tənbeh tədbiri kimi –dövlət qulluğundan azad etmə tədbirini tətbiq etmişdir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3100/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3100/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver