Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3101/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Babaşova Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 və Texnologiyalar Universitetinin Hetman X3 adına X4 İnstitutu tərəfindən xx.xx.2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13378/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3101/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizəsinə (müraciətinə) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən baxılması üçün 2 (iki) aylıq müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-29-61/2-865/2023 saylı məktubunda bildirilmişdir ki, İddiaçı X2 və Texnologiyalar Universitetinin Hetman X3 adına X4 İnstitutu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B18 №173515 nömrəli bakalavr diplomu üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınması barədə əqrar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə cavabdeh orqan ilə aralarındakı mübahisənin məhkəmədənkənar həllinə dair razılıq əldə edildiyindən və könüllü olaraq aralarındakı mübahisə həll olduğundan iddia tələblərindən imtina etdikləri və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddiaçı iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Eyni Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair 2-1(112)-3101/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3101/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3101/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver