Məhkəmə qərarları › İş №2-1(112)-3102/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3102/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3102/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində kompensasiyanın cavabdehlərdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 25 fevral 2020-ci il tarixə təyin edilmişdir. 25 fevral 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər qismində çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsnifata uyğun olaraq inzibati orqanlar hesab olunduğundan, hazırki iddiaya məhz inzibati qaydada baxılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 3(003)-1333/2018 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1991-ci il tarixdə Beyləqan rayonunun Aşiqlı-1 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Beyləqan rayonunun, Aşiqli-1 kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş. İnzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-109/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qərarı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılıb qəraın təsvir-əsaslandırıc hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 3(003)-162/2019 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı əməlində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alnmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1360/2019 saylı, 07 iyun 2019-cu il tarixli qərarı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 3(003)-162/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, işin sənədlərindən və iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış, həmin icraatın nəticəsi olaraq iddiaçı inzibati xətalar törətməkdə təqsirli bilinərək, onun nəqliyyat vasitəsinə dair idarə etmə hüququ məhdudlaşdırılmış və ona 500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Lakin müəyyən prosessual hərəkətlər olunduqdan sonra, inzibati xəta haqqında protokol əsasında açılmış inzibati xəta haqqında işə məhkəmə tərəfindən xitam verilmişdir. İddiaçı hazırda hüquqlarının pozulduğuna əsaslanaraq, ona tətbiq olunmuş cəzanın, yəni nəqliyyat vasitəsindən müəyyən müddət çərçivəsində istifadə edə bilməməsinin, həmçinin məhkəmə gedişatı prosesinin ona həyacan və stres yaşatdığını bildirərək, Baş Dövlət Yol Polis İdarəsinin hərəkətlərinin qanunsuz olmasını qeyd etmişdir. Bu səbəbdən, iddiaçı cavabdehdən kompensasiyasının tutulmasını tələb edir. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun və onun əsasında çaılmış inzibat xəta haqqında işin əsasında kompensasiyanın tutulması ilə bağlıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, Məhkəmə İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasıdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarının 5.1-ci və 7-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati orqanlar təsnifatına aid edilmişdir. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olunur ki, iddiaçının hazırki iddia ərizəsində cavabdehlər qismində göstərilən orqanlar, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsnifat baxımından inzibati orqanlardır. Lakin həmin cavabdehlərin inzibati orqan olmaları, iddianın mahiyyəti baxımından baxılmasının məhz inzibati məhkəmənin səlahiyyətində olması kimi qiymətləndirilməməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, iddiaçı İPM-in 2.2.7-ci maddəsinə əsaslanaraq, hazırki iddianın baxılmasının inzibati məhkəmənin səlahiyyətində olduğunu bildirsə də, iddiaçı “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununu nəzərə almamışdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 7-ci maddəsinin 3-cü abzasında göstərilənlərə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi haqqında Əsasnamənin 4.1.2-ci maddəsinə əsasən, Daxili İşlər Nazirliyi əməliyyat-axtarış, təhqiqat, ibtidai istintaq və kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirir. Göründüyü kimi, inzibati xəta haqqında işə xitam verildikdə, fiziki şəxsin təhqiqat orqanı tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yaranır. Həmin növ mübahisələrə baxılması isə mülki qanunvericiliyin tələbləri əsasında həyata keçirilir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi inzibati orqan olmaqdan səvayi, həmçinin inzibati xəta haqqında işdə təhqiqatçı orqandır. Məhkəmə həmçinin, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi təhqiqat orqan kimi qəbul edildiyindən və hazırki iddianın əsasında duran inzibati xəta haqqında işə xitam verildiyindən, iddiaçıya vurulmuş zərərin dövlət tərəfindən ödənilməsinə baxılması müvafiq olaraq qanunvericiliyin tələbləri baxımından ümumi məhkəmənin səlahiyyətlərinə aiddir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə müvafiq olaraq ümumi məhkəməyə müraciət edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar