Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3102/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X9) “yaşayış binasının qeyri-yaşayış hissəsində (zirzəmi) sökülmüş divarların bərpa edilməsi və binanın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X9) “yaşayış binasının qeyri-yaşayış hissəsində (zirzəmi) sökülmüş divarların bərpa edilməsi və binanın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 525-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının qeyri-yaşayış hissəsinin zirzəmisində sökülmüş bəzi divarların bərpa edilməsi, açılmış qapı boşluqlarının bağlanması, binanın bünövrəsindən çıxarılmış torpaq qatının yenidən doldurulması və zirzəminin Cavabdeh (3-cü şəxs X5) öz hesabına əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin Baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, fasadların rənglənməsi, şəhərsalma normalarına uyğun olmayan tikililərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi İddiaçı tərəfindən mütamadi olaraq həyata keçirilir. Bakı şəhəri, Yasamal rayonu, 525-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli binanın sakinləri tərəfindən 112 qaynar xəttinə dəfələrlə zəng edərək yaşadıqları binanın zirzəmi hissəsində bəzi divarların söküldüyünü, qapı boşluqlarının açıldığını, zirzəminin bünövrəsindən torpaq qatının çıxarıldığını bildirərək həmin binanın uçma təhlükəsi olduğunu qeyd etmişdilər. Bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Regional X1 işinin təşkili şöbəsi və FHN Tikintidə X3 Agentliyinin və İddiaçı əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 525-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli binanın zirzəmisinə baxış keçirilmiş, akt tərtib edilmiş və məlum olmuşdur ki, həmin binanın zirzəmi hissəsində bəzi divarlar sökülmüş, qapı boşluqları açılmış, zirzəminin bünövrəsinin alt hissəsindən aşağı qazılmış torpaq qatı çıxarılmışdır. Eyni zamanda Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 21 saylı MKİS-nin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi akta əsasən zirzəmidə bəzi arakəsmə divarların sökülməsi, qapı başlıqlarının yanları qismən genişləndirilərək bünövrənin torpaq qatının qazılması və bir yerdə 40 sm qalınlığında yükdaşıyıcı divarın sökülməsinin müşahidə olunması qeyd edilmişdir. Həmin ünvanda qanunsuz tikinti işləri aparan şəxslərə xəbərdarlıq edilmiş, lakin qanunsuz tikinti işləri aparan şəxslər tikintinin dayandırılmayacağını bildirərək tikintinin dayandırılması barədə məhkəməyə müraciət edilməsini və məhkəmə qərarı olarsa tikinti işlərinin dayandırılacağını bildirmişdirlər. İddiaçı İcra Hakimiyyəti qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 525-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasında yerləşən 200.8 kv.m qeyri-yaşayış sahəsi və zirzəmi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. 21 aprel 2022-ci tarixli icarə müqaviləsinə əsasən Y.İ.Kərimova həmin qeyri- yaşayış sahəsinin 170 kv.m hissəsini, yəni zirzəmini X6 icarəyə vermişdir. Mülkiyyətçi və icarədar tərəfindən həmin binanın zirzəmi hissəsində bəzi divarlar sökülmüş, qapı boşluqları açılmış, zirzəminin bünövrəsinin alt hissəsindən aşağı qazılmış torpaq qatı çıxarılmışdır. Həmin yaşayış binasının zirzəmisinin bünövrə hissəsi qazıldığından və bəzi divarlar söküldüyündən orada uçma təhlükəsi olduğundan hər an baş verə biləcək xoşagəlməz halların qarşısının vaxtında alınması məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən həmin binanın zirzəmisində aparılan təmir-bərpa söküntü qazıntı işlərinin dayandırılması Pretenziya qaydasında xahiş və tələb olunsa da mülkiyyətçi icarədar buna əhəmiyyət verməyərək tikinti işlərini dayandırmaqdan imtina etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13379 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə icraatının gedişində xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiacının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində ünvan Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə kimi oxunması ilə bağlı iddia ərizəsində yol verilmiş yalnışlığın aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13379/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13379/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmiş və iştirak etməməsinin səbələri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilsə də, məhkəmə iclasında 3-cü şəxs iştirak etməmiş və iştirak etməməsinin səbələri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Yasamal rayonu MKTB-nin 21 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli Aktı; - İddiaçı başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairə üzrə nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış məktub; - MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış; - ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli binanın zirzəmisində gedən söküntü barədə FHN-nin 112 saylı qaynar xəttinə daxil olmuş şikayət əsasında tərtib edilmiş Akt; - Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən 200,8 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi)170 kv.m hissəsinə dair bağlanılmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi; - Mübahisəli əraziyə keçirilmiş baxış nəticəsində ünvanda tikintinin gedişatına dair aparılmış foto şəkillər və video çəkilişin aparılmasına dair disk; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/917 nömrəli Ekspert Rəyi; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Aqentliyinin mütəxəssis rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul olunmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassızdır. Göstərilənlrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə hazırki mübahisəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Yasamal rayonu MKTB-nin Kommunal Təsərrüfatı şöbəsinin mühəndisi R.Abbasov, 21 saylı MKİS-in mühəndisi Ş.Cəfərov, həmin idarənin sahə nəzarətçisi E.Mehtizadə xx.xx.2022-ci il tarixdə akt tərtib edərək, H.Cavid prospekti, məhəllə 535, bina 22 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində təmir-tikinti və yenidən qurma işləri aparıldığı haqqında məlumat daxil olmuş, və zirzəmiyə baxış keçirilərkən zirzəmidə bəzi arakəsmə divarların sökülməsi, qapı başlıqlarının yanları qismən genişləndirilərək bünövrənin torpaq qatının qazılması və bir yerdə 40 sm qalınlığında yükdaşıyıcı divarın sökülməsinin müşahidə olunması qeyd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri İddiaçı başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairə üzrə nümayəndəsi tərəfindən cavabdehə məktub ünvanlanmış və ünvan 7irzəmisində aparılan təmir-bərpa söküntü və qazıntı işlərinin dayandırılması xahiş edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçı qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmisinin bünövrə hissəsi qazıldığından və bəzi divarlar söküldüyündən orada uçma təhlükəsi olduğundan hər an baş verə biləcək xoşagəlməz halların qarşısının vaxtında alınması məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən həmin binanın zirzəmisində aparılan təmir-bərpa söküntü qazıntı işlərinin dayandırılması ilə bağlı olaraq cavabdehə müraciət edilsədə cavabdeh tərəfindən tikinti işləri davam etdirildiyi qeyd edilmişdir. Bundan sonra - FHN-nin regional X2 X7 zabiti baş leytenant Elmar Ağayev, Mülki Müdafiə İdarəsinin Yasamal rayon üzrə FH və Mülki Müdafiə Şöbəsinin rəisi polkovnikleytenant İlqar Səfərov, FHN-nin Tikintidə Təhlükəsizliyin Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Ayxan Alıyev, İddiaçı başçısının 2 saylı Sahə Ərazi Dairə Nümayəndəsi məsləhətçi-mühəndis Sakit Həsənov və ünvan 6 ünvanda zirzəmi mərtəbəsində yenidən qurma və təmir zamanı zirzəmidə bəzi divarların söküldüyü, qapı boşluqlarının açıldığı və torpaq qatının binanın bünövrəsindən alt hissəsindən aşağı qazıntı müşahidə edildiyinə dair Akt tərtib edilmişdir. Həmçinin mübahisəli əraziyə keçirilmiş baxış nəticəsində ünvanda tikintinin gedişatına dair aparılmış foto və video çəkilişlər məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. (iş materiallarına əlavə edilmiş sənədlərə əsasən) İş materiallarından görünür ki, MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarından görünür ki, olan, Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən 200,8 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi)170 kv.m hissəsi Cavabdeh tərəfindən X6 icarəyə verilərək aralarında xx.xx.2022ci il tarixli müqaviləsi bağlanılmışdır. Belə ki, işin faktiki halları və iş materialları ilə müəyyən edilir ki, İddiaçı aparılmış tikintiyə dair sənədlərin təqdim edilməsi və qanunsuz aparılan tikintinin dayandırılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müracətinə müsbət cavab verilmədiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin : Maddə 4. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri. 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.3. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.1. ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; 5.1.2. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; 5.1.3. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; 5.1.4. tikintiyə icazə verilməsi; 5.1.5. şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; 5.1.6. tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili; 5.1.7. tikintiyə nəzarətin həyata keçirilməsi; 5.1.8. tikinti layihələrinin ekspertizadan keçirilməsi; 5.1.9. şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; 5.1.10. tikinti obyektlərinin istismarına icazə verilməsi; 5.1.11. şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; 5.1.12. tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. 5.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə əsasən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Həmin Fərmanın 4.11.10-cu bəndinə əsasən tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması. 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; 92.4.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 gün müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. ... 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən Məcəllənin 92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən tikinti işləri həyata keçirilərkən aşağıdakı pozuntular aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanın: 4.22. Məcəllənin 92-2.1-ci (ikinci halda), 92-2.2-ci maddələrində, 92-2.3-cü maddəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Mənzil X8 (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə) nəzərdə tutulur.” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının:
4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti ... 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. İşin faktiki halları və iş materiallarında olan sənədlərdən də müəyyən edilir ki, binada aparılan təmir bərpa, söküntü və qazıntı işləri ilə bağlı Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 21 saylı MKİS tərəfindən akt tərtib edilərək, İddiaçı başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairə üzrə nümayəndəsi tərəfindən cavabdehə məktub ünvanlayaraq, ünvan 7irzəmisində aparılan təmir-bərpa söküntü və qazıntı işlərinin dayandırılmasına dair müraciət edilmişdir. Bundan sonra Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi, İddiaçı ilə birlikdə obyektə baxış keçirilmiş və akt tərtib edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinin tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi) tərəfindən tikinti işlərinin dayandırılması barədə hər hansı qərar qəbul edilməmiş və İddiaçı tərəfindən mübahisəli obyekdə yerinə yetirilmiş tikinti işlərinin dayandırılması və binanın əvvəlki vəziyyətinə gətirilməsi öhdəliyinin cavbdehə həvalə edilməsi ilə baglı məhkəmədə iddia qaldırılmışdır. Qeyd edilən normaların tələblərindən görünür ki, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər görülə bilər. Qeyd etmək lazımdır ki, tikintiyə nəzarətin məqsədi tikinti obyektinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş layihəyə uyğun olaraq tikilməsini təmin etməkdən ibarətdir. Başqa sözlə, tikintiyə nəzarəti həyata keçirən Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi yalnız tikinti obyektinin icazə verilmiş layihəyə uyğun inşa edilməsini yoxlayır və yalnız layihədən kənara çıxma hallarının müəyyən edildiyi təqdirdə tikintiyə müdaxilə etməyə və müvafiq tədbirlər görməyə səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalar baxımından tikintiyə nəzarətin məqsədləri baxımından, tikinti işləri qanunvericiliyin tələblərinə uyğun aparıldığı hallarda nəzarət orqanı tikintiyə dövlət nəzarəti çərçivəsində həmin tikinti obyektinə müdaxilə etməyə, həmin obyektə münasibətdə müxtəlif nəzarət tədbirlərini, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirləri tətbiq etməkdə haqlı sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirlərinin, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlərin tətbiqi üçün əsaslar mövcud olmamışdır. Belə ki, 2-1(112)-13379/2022-ci il saylı xx.xx.2022-ci il tarixli məhkəmənin qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş və mübahisəli qeyri-yaşayış sahəsində aparılmış söküntü və yenidən qurma işləri qanunvericiliyin tələblərinə uyğun aparıldığına dair ekspert qarşısında suallar qoymuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/917 nömrəli Ekspert Rəyinin nəticə hissəsində qeyd edilmişdir: İiş materiallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/917 nömrəli Ekspert Bakı şəhəri Yasamal rayonu, 535-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmi (qeyri-yaşayış) hissəsində baxış zamanı binanın yarımzirzəmi mərtəbəsin bir hissəsində təqribən 30-35 sm hündürlükdə torpaq qatının çıxardılaraq mərtəbə hündürlüyünün artırılması müşahidə edildi. Qazılmış sahədə qalmış mövcud torpaq kütləsi binanın bünövrəsindən üst səviyyədə yerləşir. Yarımzirzəmi mərtəbəsinin hündürlüyü h=3,0 metr təşkil edir. Torpaq qatı çıxarılan sahələrdə əsas yükdaşıyan divarların perimetri boyunca hündürlüyü 45-50 sm, qalınlığı isə 10-15 sm olmaqla monolit dəmir-beton divarların gücləndirmə tədbirləri görülmüşdür. Baxış zamanı binanın əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilmədi. Qərardadın üçüncü sualı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu, 535-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmi (qeyri-yaşayış) hissəsində hər- hansı konstruksiyasında dəyişiklər edilmədiyi və aparılmış təmir işləri cari təmir işlərinə aid olduğundan, həmin görülmüş tikinti işləri tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən olunur. Qərardadın dördüncü sualı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin mütəxəssis rəyinə əsasən, ünvan 9 ünvanda yerləşən yaşayış binasının əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilmədi. Eyni zamanda tədqiq olunan ünvanda yerləşən yaşayış binasının yarımzirzəmi mərtəbəsi texniki cəhətdən işlək vəziyyətdədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Aqentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi iş materiallarına əlavə edilmişdir. Mütəxəssis rəyi ekspertin rəyi ilə eynilik təşkil etmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və qeyd olunan rəylərdən (ekspert və mütəxəssis) müəyyən edilir ki, tikinti obyekti də aparılmış təmir-bərpa işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 76.2-cı maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, 525-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının qeyri-yaşayış hissəsinin zirzəmisində sökülmüş bəzi divarların bərpa edilməsi, açılmış qapı boşluqlarının bağlanması, binanın bünövrəsindən çıxarılmış torpaq qatının yenidən doldurulması və zirzəminin Cavabdeh (3-cü şəxs X5) öz hesabına əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia tələbi təmin edilməsin.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev