Məhkəmə qərarları › İş №2-1(112)-3103/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3103/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3103/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehn qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxx 1978-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Onun 2 yaşı olanda evlərində yanğın baş vermişdir. Atası yanğında vəfat etdikdən sonra, anası onları tərk etmişdir. Bacısı ilə onu qonşular uşaq evinə yerləşdirmişdir. Yaşadıqları və təhsil aldıqları internat əvvələr Nəsimi rayonunda yerləşirdi. Daha sonra Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbinə qəbul edilmiş, 1995-ci ildə internat məktəbinin doqquzuncu sinfini bitirmiş və müəssisədən getmişdir. O, doğulanda valideynləri tərəfindən doğum haqqında şəhadətnamə alınmışdır. Lakin o, anasından ayrıldıqdan sonra uşaq olduğu üçün həmin sənədi ondan geri almamışdır. Sonra doğum haqqında şəhadətnamənin ondan alınması üçün axtarışına başlamışdır. Ona məlum olmuşdur ki, anası 2010-cu ildə vəfat etmişdir. Bir vaxtlar oxuduğ internat məktəbinin direktoru da ona təkrar doğum haqqında şəhadətnamənin alınmasına köməklik edəcəyinə vəd etmişdir. Sonradan onun vəfat etməsi ilə əlaqədar yenə də sənədini ala bilməmişdir. Doğum haqqında təkrar şəhadətnamə verilməməsi ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini də ala bilməmişdir. Bu yaxınlarda Cavabdehnə doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. Həmin idarədən ona verilmiş imtina məktubunda şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum hqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə məhkəmə qərarı çıxarıldıqdan sonra müvafiq şəhadətnamənin veriləcəyi bildirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə baxışı iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Tatyana onun bacısıdır. Tatyana xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur, ataları X10, anaları isə X3. Onlar valideyn himayəsindən məhrum olduqları üçün internat məktəbində təhsil almışlar. Tatyana doğum haqqında şəhadətnaməsini itirdiyi üçün şəxsiyyət vəsiqəsini ala bilməmişdir, o, təkrar şəhadətnamə almaq istəsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar şəhadətnamənin verilməsində imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Tatyana onun həyat yoldaşıdır, lakin sənəd olmadığına görə rəsmi nikaha daxil ola bilməmişlər. Tatyana xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X10, anası isə X3. Tatyana doğum haqqında şəhadətnaməsini itirdiyi üçün şəxsiyyət vəsiqəsini ala bilməmişdir, o, təkrar şəhadətnamə almaq istəsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar şəhadətnamənin verilməsində imtina edilmişdir. Məhkəmə iddiaçının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020ci il tarixli, 119-05/15 saylı məktubda qeyd olunur: Sizin - özünü İddiaçı kimi təqdim edən şəxsin Cavabdehndə doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə, təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, şəxsiyyət vəsiqənizin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin olunacaqsınız. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/13-416 saylı məktubdan görünür ki, İddiaçı ölümü haqqında Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron məlumat bazasında yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. Həmin məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus xx.xx.1987-ci il tarixli 11-B saylı doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X10, anası isə X6 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyn himayəsindən məhrum olmuş usaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin xx.xx.2020-ci il tarixli 29 saylı arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı həqiqətən 1994-cü ildə Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin Vİİİ (səkkizinci) sinfinə qəbul edilmiş, 1995-ci ildə internat məktəbin İX (doqquzuncu) sinfini bitirib müəssisədən getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyn himayəsindən məhrum olmuş usaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin xx.xx.2020-ci il tarixli 180 saylı İddiaçı fotoşəkli əlavə olunmuş arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı həqiqətən 1994-cü ildə Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin Vİİİ (səkkizinci) sinfinə qəbul edilmiş, 1995-ci ildə internat məktəbin İX (doqquzuncu) sinfini bitirib müəssisədən getmişdir. Fotoşəkil ona məxsusdur. İş materiallarında olan X4, X11 və X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, onlar məcburi köçkün kimi məskunlaşdıqları Qaradağ rayonu «Qurdqapısı» ərazisində onların qonşuluqlarında İddiaçı kimi tanınan qadının X13 ilə birgə yaşamasını təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 018-5127-1220 saylı məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş AZ-T seriyalı 078638 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X8 xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuşdur, atası X10, anası isə X3. İş materiallarında olan AZE seriyalı 16479867 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən (əslinə baxış keçirildi) görünür ki, X8 xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 87 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1987-ci il tarixli 11-B saylı doğum akt qeydinə əsasən İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X10, anası isə X6 qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyn himayəsindən məhrum olmuş usaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin xx.xx.2020-ci il tarixli 180 saylı İddiaçı fotoşəkli əlavə olunmuş arayışında xx.xx.1978-ci il təvəllüdlü İddiaçı həqiqətən 1994-cü ildə Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin Vİİİ (səkkizinci) sinfinə qəbul edilməsi, 1995-ci ildə internat məktəbin İX (doqquzuncu) sinfini bitirib müəssisədən getməsi, arayışa əlavə edilmiş fotoşəklin ona məxsus olması təsdiq edilmişdir. X1, X11 və X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda onlar məcburi köçkün kimi məskunlaşdıqları Qaradağ rayonu «Qurdqapısı» ərazisində onların qonşuluqlarında İddiaçı kimi tanınan qadının X13 ilə birgə yaşamasını təsdiq etmişlər. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu, onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmədiyini və şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilmədiyini təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, o, doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Onun şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar