Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3104/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. 1976-cı ildən 1981-ci ilədək Azərbaycan Politexnik İnstitutunda “Elektron hesablayıcı maşınları" ixtisası üzrə ali təhsil almışdır. Ona məxsus olan ******* nömrəli Əmək kitabçasından görünür ki, o, xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış və xx.xx.2006-cı il tarixədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. Təhsil müddəti və əmək kitabçasında göstərilən iş stajı müddəti nəzərə alınmaqla onun ümumilikdə iş stajı 29 il 09 ay 08 gün təşkil edir. Əlavə olaraq bildirmişdir ki, o 2016-cı ildən yaşa görə sosial müavinət alır. Lakin, iş stajı və yaşı qanunda göstərilən tələblərə uyğun gəldiyindən ona yaşa görə əmək pensiyası təyin edilib ödənilməlidir. Əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdirlər. Hesab edir ki, cavabdehin imtinası və imtinada qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, iş stajını təsdiq edən ən əsas sübut əmək kitabçasıdır. Onun 25 il sığorta stajı olduğuna görə cavabdeh orqan tərəfindən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalını tələb etməsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə ziddir. Əmək kitabçasında göstərilənlər ona əmək pensiyasının təyin ediləsi üçün əsasdır. Bu baxımdan hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş şəkildə ona əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosiai sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “inzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr: - “RDM Şüa”da işlədiyini iddia etdiyi dövrlərin səlahiyyətli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiqlənməməsi; - 12 nömrəli qeyddə xx.xx.1995-ci il tarixdə "xxxx" firmasına köçürüldüyü halda, 13 nömrəli qeyddə sözügedən firmada xx.xx.1995-ci il tarixdə işə qəbul edilməsi; - Həmçinin xx.xx.1995-cı il tarixdə "xxxx" firmasına köçürülməsi xx.xx.1995-ci il tarixli əmr əsasında qeyd olunsa da, 21,06.1995-ci il tarixdə sözügedən firmaya işə daxil olması xx.xx.1995-ci il tarixli əmr əsasında qeyd olunmuşdur, o cümlədən müvafiq dövrlər üzrə köçürülmə və işə daxilolma barədə əmrlərin qeyd olunmaması; - "xxxx" firmasında işdən azad edilmə tarixi xx.xx.2006-ci il olmasına baxmayaraq İddiaçı məxsus fərdi hesabın mövcud olmaması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 01-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti oarədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta və 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən müəyyən olunur. Araşdırma zamanı İddiaçı məxsus əmək kitabçasının surətində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək “Karat kiçik müəssisəsi”nin, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək RDM "xxxx"-nın, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasının arxiv sənədləri saxlanılmadığından həmin dövrlərin araşdırılması və həmin dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış sorğulara əsasən, RDM "xxxx"-nm dövlət qeydiyyatından keçməsi barədə heç bir məlumat müəyyən olunmamışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********944000 nömrəli məktubuna əsasən “Karat kiçik müəssisəsi”nin xx.xx.1995-ci il tarixdə 21306 nömrə ilə dövlət qeydiyyatından keçməsi müəyyən olunmuşdur. “Karat kiçik müəssisəsi”nin xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatından keçdiyi halda İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək sözügedən firmada işləməsi faktının əsassız olduğuna dəlalət edir. X15 Xidmətindən daxil olmuş müvafiq məktuba əsasən, sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında "xxxx" firmasının fəaliyyətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Həmçinin “X18”ın xx.xx.2003-cü il tarixli 0317/252 nömrəli məktubuna əsasən "xxxx" firmasının xx.xx.1998-ci il tarixdən bu günə (xx.xx.2003) kimi heç bir bank əməliyyatının olmaması müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı səhəri Vergilər Departamentinin 3 saylı filialının xx.xx.2003-cü il tarixli 0124/1952 nömrəli məktubuna əsasən "xxxx" firmasının 1998-2002-ci illərdə fəaliyyət göstərməsi barədə məlumat olmadığı müəyyən olunmuşdur. Belə olan halda İddiaçı sözügedən firmada işləməsi faktının əsassız olduğuna dəlalət edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası inzibati Prosessual Məcəllənin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair 2-1 (112)-3104/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 62 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ЖВ 025074 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və xx.xx.1981-ci ildə həmin institutuda “elektron hesablayıcı maşınları” ixtisası üzrə tam kurs bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Gənc mütəxəssisi TNP KR texnik-konstruktor qəbul edilmiş, xx.xx.1982-ci ildə OMA texnikkonstruktor keçirilmişdir. xx.xx.1985-ci ildə KB-İ OMA mühəndis-konstruktor keçirilmiş, xx.xx.1986-ci ildə həmin yerdə 3-cü dərəcəli mühəndis-konstruktor keçirilmiş, xx.xx.1990ci ildə həmin şöbədə 2 dər. mühəndis-konstruktor keçirilmiş, xx.xx.1991-ci ildə Azərbaycan SSR ƏQM-nin 36 m. 5 b. əsasən, "xxxx" KM-nə keçirildiyinə görə işdən azad edilmişdir, xx.xx.1991-ci ildə "xxxx" X7 EHM-dan köçürülmə ilə 2-ci dərəcəli montajçı qəbul edilmiş, xx.xx.1992-ci ildə "xxxx" KDM-dan köçürülmə yolu ilə işdən azad edilmiş, xx.xx.1992-ci ildə KDM "xxxx"-ya dəstləyici qəbul edilmiş, xx.xx.1993-cü ildə həmin yerdə ambardar keçirilmiş, xx.xx.1995-ci ildə köçürülmə ilə "xxxx" firmasına keçirilmiş, xx.xx.1995-ci ildə "xxxx" firmasına nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********527100 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsi, "xxxx" Firmasının və RDM "xxxx"nın dövlət qeydiyyatı barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 21306 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin müəssisə adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Dövlət reyestrində hal-hazırda fəaliyyəti aktiv olan "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.1993-cü il tarixdə 978 nömrə ilə dövlət qeydiyyatından keçməsi və rəhbərinin X12 olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında firmanın fəaliyyətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Reyestrdə RDM "xxxx" adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023cü il tarixli 3-21-3/2-4241/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işlə əlaqədar "xxxx" və "xxxx" X4 özəlləşdirilib-özəlləşdirilməməsi, ləğv edilib- edilməməsi, həmin müəssisələrin hüquqi varisi olduğu halda müvafiq müəssisə və ya təşkilat barədə sənədlərin təsdiq olunmuş surətinin, həmçinin iddiaçının həmin müəssisələrdə işləməsini təsdiq edən məlumatların təqdim edilməsi ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətində "xxxx" və "xxxx" X9 barədə sorğunuzda qeyd olunan hər-hansı məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********874800 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" X13nin xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə məlumat mövcud olsa da, qeydiyyat qovluğunun Ədliyyə Nazirliyindən təhvil-təslim işləri ilə bağlı təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, İdarədə olan reyestrdə “Karat" X13 adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Dövlət Statistika Komitəsinin 10 aprel 2023-cü il tarixli 3-34/2-707/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" (və ya Şüa) X10 və "xxxx" X10 dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, mülkiyyəti dövlətə məxsus, hüquqi ünvanı isə Bakı şəhəri, Moskva prospekti 82/1 olan "xxxx" Kiçik Müəssisəsi 13 iyun 1996-cı il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Eyni zamanda məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adı ilə 4 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 3-ü müvafiq olaraq 19 iyun (2 statistik vahid) və 21 iyun 1996-cı il tarixlərində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamış, 1-i sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) isə 08 iyul 1996-cı il tarixindən qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 10 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Nazul” firmasının (VÖEN: 2********) hesabat məlumatları Fondun Arxiv və Sosial Ödənişlərin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına təhvil verilmədiyindən 1995 - 2006cı illər üzrə məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********200700 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Firması xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, "xxxx" Firmasının yenidən təşkili, hüquqi varisliyi və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Həmin məktubla məhkəmə göndərilmiş hüquqi şəxsin təsis sənədlərindən görünür ki: -X3 Reyestrindən çıxarışa Narzul Firması 978 qeydiyyat nömrəsi ilə xx.xx.1993-cü ildə qeydiyyata alındığı, qanuni təmsilçinin xx.xx.1993-cü il tarixli əmrə əsasən X1 direktor təyin edildidiyi, xx.xx.2004-cü il tarixdə dövlət reyestrində təsisçinin xx.xx.2004-cü il tarixli qərarına əsasən nizamnamənin 1.5-ci bəndinə firmanın ünvanı: ünvan 3arzul firmasının xx.xx.1993-cü il tarixli nizamnaməsi aprel 1993-cü ildə təsisçi Zülfüqarov N.Q tərəfindən təsdiq edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********585800 nömrəli məktubunda qeyd olunmuşdur ki, NARZUL” MMC-nin xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fəaliyyəti, dövriyyəsi, məcburi dövlət sosial və digər vergi hesabatlarının təqdim edilməsinə dair müraciətinizə Bakı şəhəri X14 üzrə Baş İdarəsində baxılmışdır. Uçot baza məlumatlarına əsasən bildiririk ki, "xxxx" MMC-nin xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat müəyyən edilməmişdir. Müraciətdə qeyd edilən dövrün bir hissəsinin 2006-cı ildən əvvəlki dövrə aid olduğundan uçot-baza məlumatlarından müvafiq bəyannamələrin (məlumatların) əldə edilməsi mümkün olmamışdır. 2006-cı il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən dövriyyə məbləği 3456355,09 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Qeyd olunan dövr üzrə müvafiq bəyannamələrin təqdim edilməsinin araşdırılması məqsəc ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinə müraciət edilməsi məqsədəmüvafiq olardı. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-11-4383/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Şua" (və ya Şüa) X13 və “Karat X13nin fəaliyyəti barədə məlumatlarının təqdim edilməsinə dair daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrində məsələ ilə əlaqədar məlumat aşkar olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 22 may 2023-cü il tarixli, 3-48-4/2-1024/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan "xxxx" (və ya Şüa) və "xxxx" X4 və “Nazrul” firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Firmasının xx.xx.2023-cü tarixli məktubunda (Zülfüqarov Nəriman tərəfindən imzalanmış və firmanın möhürü ilə təsdiq edilmiş) bildirilmişdir ki, İddiaçı Bəhrəm qızının "xxxx" firmasının işlədiyi dövr ərzindəki (xx.xx.1995ci il tarixdən xx.xx.2006-ci tarixdək) əmək fəaliyyəti barədə məlumat, əmək haqqı cədvəlləri, əmrlər kitabından çıxarış, ödənişsiz məzuniyyətdə olduğu barədə məlumat, həmin dövrləri özündə əks etdirən əmrlər və ya əmrlər kitabından çıxarışın təsdiq olunmuş surətinin, o cümlədən iddiaçının əmək fəaliyyəti ilə bağlı sənədlərin "xxxx" firmasında olmadığı halda hansı müəssisəyə (idarə təşkilat) göndərilməsini təsdiq edən sənədlər aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı "DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən 01,07.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən. 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın və diplomunuzun surətlərinə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığınız illər nəzərə alınmaqla) 14 il 11 ay 28 gün təşkil edir. Həmçinin bildiririk ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1995- ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən 01.01,2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı əmək kitabçanızın surətində xx.xx.1992-ci il tarixindən xx.xx.1992- ci il tarixinədək qeyd olunmuş Karat kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmayıb. X11 xx.xx.2022-ci il tarixində RDM “ŞUA"-da və Narzul firmasında keçirdiyi monitorinqin nəticəsinə əsasən sözügedən müəssisələrin arxiv sənədləri saxlanılmadığından həmin dövrlərin araşdırılması və sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə 01.10 2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2021-ci il tarixdən qadınlar üçün pensiya yaşı həddi 62 yaş 06 aydır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 62 yaş 06 ayını xx.xx.2022-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya aid diplom, əmək kitabçası qeydlərinə əsasən iddiaçının xx.xx.1976xx.xx.1981-ci ilədək təhsil aldığı, xx.xx.1981- xx.xx.1991-ci ilədək, xx.xx.1991- xx.xx.1992ci ilədək və xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-10.2006-cı ilədək əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən olunur. Cavabdeh iddiaçının ümumilikdə sığorta stajının 14 il 11 ay 28 gün olduğunu qəbul edir, lakin əmək kitabçasında qeyd edilən dövrlərdən xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək "xxxx" Kiçik müəsisəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Şüa RDM-də və xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Narzul firmasında olan əmək fəaliyyəti dövrlərini həmin müəssisələrin arxiv sənədlərinin saxlanılmadığını əsas gətirərək sığorta stajına daxil etmir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd edilən imtinsını əsaslı hesab etmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İlk növbədə iddiaçının mübahisələndirilən əmək faəliyyəti əmək kitabçasında Karat KDM, KDM Şüa, Narzul Firmasında işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Əmək kitabçasında qeydlərin sıralama ardıcıllığı, səhifə ardıcıllığı gözlənilmiş, həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Məhkəmə mübahisələndirilən dövr üzrə iddiaçının işləmiş olduğu müəssisələrlə bağlı əlavə olaraq aşağıdakıları müəyyən etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məlumatda "xxxx" X13nin xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alındığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçı "xxxx" X10 həmin müəsisəsinin qeydiyyata alındığı xx.xx.1991-ci il tarixdən sonra xx.xx.1992-ci il tarixdə işə qəbul olunmuşdur. Sözügedən müəssisənin qeydiyyat qovluğunun vergi orqanına təqdim edilməməsi, eləcə də arxiv sənədlərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının ziyanına təfsir edilə bilməz. Başqa sözlə, iddiaçının həmin müəssisədə işləmədiyini sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Dövlət Vergi Xidmətindən əldə edilmiş hüquqi şəxsin reyestr, qeydiyyat qovluğu məlumatlarından müəyyən olunur ki, "xxxx" Firması xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi X2r. Təsisçinin xx.xx.2004-cü il tarixli qərarına əsasən firmanın ünvanı ünvan 4əxs ilkin olaraq ********* nömrəli 9 rəqəmli VÖEN-lə, daha sonra xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınmışdır. Adıçəkilən müəssisə barədə internet kommersiya hüquqi şəxslərin qeydiyyat məlumatından da görünür ki, "xxxx" Firmasının VÖEN-i **********, qeydiyyat tarixi xx.xx.1993-cü il, hüquqi ünvanı Nizami rayonu, Cəmşid ünvan 5, iddiaçı adıçəkilən Narzul firmasına firmanın ilkin qeydiyyat tarixi olan xx.xx.1994-cü ildən sonra qəbul olmuş, onun əmək qeydləri firmanın təsisçisi N.Q.Zülfüqarov tərəfindən təsdiq edilmişdir. Cavabdeh firmanın 2003-cü il tarixdən fəaliyyətinin dayandırıldığına istinad edərək iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün əsassızlığını iddia etsə də məhkəmə sorğusuna cavab olaraq vergi orqanından əldə edilmiş məlumatdan müəyyən olunmuşdur ki, vergi orqanında hüquqi şəxsin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat mövcud deyil, müəssisənin 2006-cı ildən əvvəlki dövrə aid uçot-baza məlumatlarından müvafiq bəyannamələrin (məlumatların) əldə edilməsi mümkün olmamış, lakin 2006-cı il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən dövriyyə məbləği 3456355,09 manat təşkil etmişdir. Beləliklə, müəssisənin 2004-cü ildə nizamnaməsinə dəyişiklik edilməsi, fəaliyyətinin dayandırılması barədə ərizənin daxil olmaması, 2006-cı il üzrə vergi bəyannamələrinin təqdim edilməsi, dövriyyəsinin müəyyən edilməsi onu deməyə əsas verir ki, firma iddiaçının işlədiyi xx.xx.2006-cı il tarix də daxil olmaqla aktiv fəaliyyət göstərmişdir. Hazırkı halda müəssisənin təsisçisinin imza və möhürü ilə təqdim edilmiş sorğuya cavabda firma ilə bağlı arxiv sənədlərinin, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin saxlanılmadığı qeyd edilmişdir. Firma ilə bağlı sənədlər hazırkı halda dövlət arxivinə təhvil verilməmiş olsa da məhkəmə hesab edir ki, iddiaçının Narzul firmasında əmək fəaliyyəti dövrü şübhə doğurmur və ya həmin dövrü şübhə altına salacaq əsaslı sübutlar təqdim edilməmişdir. İddiaçının Narzul firmasında işlədiyi dövrdən xx.xx.2006-xx.xx.2006-cı il tarixədək olan dövr üzrə fərdi hesabına sığorta haqlarının ödənilməməsi dəlilini məhkəmə bütövlükdə həmin firmadakı fəaliyyətin sığorta stajına daxil etməyə istisna edəcək hal kimi də qəbul etmir. Belə ki, qeyd edildiyi kimi fərdi uçot xx.xx.2006-cı il tarixdən sonra yaranmış, yalnız həmin dövrdən sonra fərdi hesaba məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi irəli sürülmüşdür. Belə olan halda iddiaçının ən azı Narzul firmasında işlədiyi xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək olan dövr onun sığorta stajına daxil edilməlidir. İddiaçının xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Karat KDM-də işləmiş, əmək kitabçasında həmin qeydlərin əsaslılığına şübhə yaradan hal rast gəlinməmişdir. Lakin iddiaçının Karat KDM-nin xx.xx.1995-ci ildə qeydiyyatından əvvəl işləmiş olduğunu nəzərə alaraq həmin dövr onun ümumi stajına daxil edilməsə belə yuxarıda qeyd edilən təhsil və digər əmək fəaliyyəti dövrləri pensiya təyinatı üçün 25 ilin tamamlanmasına kifayət edir. Belə ki, xx.xx.1976-xx.xx.1981-ci ilədək təhsil dövrü 04 il 09 ay 18 gün, əmək fəaliyyəti dövrü xx.xx.1981-xx.xx.1991-ci ilədək 09 il 08 ay 12 gün, xx.xx.1992-xx.xx.1995ci ilədək 02 il 10 ay 04 gün, xx.xx.1995-xx.xx.2006-cı ilədək 10 il 06 ay 11 gün olmaqla ümumilikdə 27 il 10 ay 15 gün təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, mübahisələndirilən dövrlər üzrə arxiv sənədlərinin bu və ya digər səbəbdən təqdim edilə bilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edildiyi kimi əmək fəaliyyəti ilk növbədə işə qəbul və işdən çıxma barədə əmrlər barədə qeydlərin edildiyi əmək kitabçası əsasında müəyyən olunur. İş stajının sübuta yetirilməsi ilə bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 62 yaş 06 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 62 yaş 06 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova