Məhkəmə qərarları › İş №2-1(112)-3107/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3107/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3107/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtinasının qanunsuz və əsassız sayılmasına, ona 47 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 47 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsininə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2020-ci il tarixdə qəbul etmiş, 07 iyul 2020-ci il tarixli məktubla bildirmişdir ki, xüsusi karantin rejimi ilə bağlı güzəştli iş stajını yoxlamaq mümkün olmadığına görə pensiya təyinatına baxılması təxirə salınmışdır. xx.xx.2021-ci il tarixli məktubla isə ona pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olmağı göstərilmişdir. Halbuki o həmin dövrlər ərzində deyil, 2005-2020-ci illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olmuş və bu barədə iş yerindən verilən arayışı da cavabdehə təqdim etmişdir. Cavabdehin bu imtinası onun Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin hərəkətsizliyi qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən 47 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o tələb olunan 7 il 6 ay xüsusi, 15 il ümumi stajı xx.xx.2006-cı il tarixinədək qazanmışdır. Göründüyü kimi, onun 1 nömrəli siyahı üzrə ən azı 7 il 6 ay, ümumi isə 20 il sığorta stajı olarsa, ona 47 yaşında pensiya təyin edilməlidir. O, xx.xx.1970-ci ildə anadan olmuşdur. 1988-ci ildə Quba Sovxoz texnikumuna daxil olaraq, 1991-ci ildə Zootexnik ixtisası üzrə tam əyani kursu bitirmişdir (3 il ümumi staj). xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək Bakı Şin zavodunda hazırlıq sexində kimyəvi analiz laborantı işləmişdir (11 il, 11 ay, 17 gün güzəştli staj). xx.xx.2002-ci ildən xx.xx.2020-ci ilədək Bakı Şin zavodunda hazırlıq sexində fəhlə işləmişdir (xx.xx.2005-ci ilədək 3 il 3 ay 27 gün güzəştli staj). xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. Bakı Şin zavodunda işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00—17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: kod 1080A010 hazırlıq, xammalın hazırlanması, vulkanizasiya, rezin üçün yapışqan hazırlanan sahələrdə rezin, texniki rezin və şin istehsallarında məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. xx.xx.2006-cı il tarixədək onun aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 18 il 9 ay 14 gün təşkil edir. Həmin 18 il 9 ay 14 gün stajın 15 il 9 ay 14 günü zərərli sahələrə aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə ona güzəştli şərtlərlə yaşa görə 47 yaşından, yəni xx.xx.2017-ci il tarixdən əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar diqqətə çatdırılır. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1990-cı il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2005ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövrləri İddiaçı ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajı 7 il 6 aydan az (7 il 3 ay 1 gün) təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə doğulmuşdur. - X1 məxsus НТ-İ 567691 nömrəli, 06 mart 1991-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 1 sentyabr 1988-ci ildə Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsinin “Şərəf nişanı” ordenli Quba covxoz texnikumuna daxil olmuş və 1991-ci ildə zootexnik istisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 25 fevral 1991-ci il tarixli qərarı ilə ona zootexnik ixtisası verilmişdir (2 il 5 ay 25 gün). - Azərbaycan Respublikası Təhsil Nazirliyi Quba Dövlət Sosial İqtisad Kollecinin xx.xx.2021-ci il tarixli, 110 №-li arayışından görünür ki, X4 1988-ci ildə Quba Svxoz texnikumunun (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) “Zootexnik” ixtisası üzrə əyani şöbəsinə qəbul olmuşdur. O, 1991-ci ildə Quba Sovxoz texnikumunun (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) “Zootexnik” ixtisası üzrə əyani şöbəsini bitirmiş və ona HT-İ №567691 diplom (qeydiyyat nömrəi 16955) verilmişdir. - İddiaçı məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək Bakı Şin Zavodunda, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 3-cü kateqoriyalı hazırlıq sexinin kimyəvi analiz üzrə laborant, xx.xx.2022-ci ildən xx.xx.2020-ci ilədək hazırlıq sexində xadimə işləmişdir. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 19/55-27 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən Bakı Şin Zavodunda Hazırlıq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 82-me saylı əmrlə zavod tam istehsal gücü ilə işləmədiyinə görə öz hesabına özənişsiz məzuniyyətə göndərilmişdir. - "xxxx" Açıq Cəmdar Cəmiyyəti tərfindən verilmiş 01/29 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Şin Zavodunda xx.xx.1990-cı il (əmr №76-k, xx.xx.1990) tarixindən xx.xx.2002-ci il (əmr №23-k, xx.xx.2002) tarixədək Hazırlıq sexində 4 dərəcəli kimyəvi analiz laborantı işləmişdir. Hazırlıq sexi xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Belə ki, rezinqarışığı istehsal etmək üçün reseptlərə uyğun olaraq inqridiyentlər: kükürd, amonyak, metal oksidləri, belil, kaolin, talk, poyaş, duda, sulfanomid, altarks, kaptaks, nitroza anbardan Hazırlıq sexinin laboratoriyasına qəbul edilir və rezinqarışığı hazırlamaq üçün sex laboratoriyasında kimyəvi analiz olunur. Bu isə Hazırlıq sexinin laboratoriyasında xüsusi kimyəvi maddələrin analizi ilə məşğul olan laborantlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli Qərarı ilə xüsusi zərərli sahədə işlədiyinə görə 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 pozisiyasına uyğun olaraq güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Bakı Şin zavodu üzrə verilmiş 01-k, xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 01/122 №-li əmək haqqı barədə arayışının surətindən görünür ki, iddiaçı 1991-ci il yanvar-dekabr ayları üzrə cəmi 3716-39 rubl, 1992-ci il yanvar-dekabr ayları üzrə cəmi 6363.03 rubl, 1993-cü il yanvardekabr ayları üzrə cəmi 26147.19 rubl, 1994-cü il yanvar-dekabr ayları üzrə cəmi 161380.44 man. (32,27 AZN), 1995-ci il yanvar-dekabr ayları üzrə cəmi 682300.03 man. (136.46AZN), 1996-ci il yanvar-dekabr ayları üzrə cəmi 950051-97 man. (190,01 AZN), 1997-ci il yanvar-dekabr ayları üzrə cəmi 386456.67 man. (77,29 AZN) əmək haqqı almışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 01/30 №-li əmək haqqı barədə arayışından görünür ki, İddiaçı 1997-ci il yanvar-dekabr ayları üzrə cəmi 386456,67 manat (77,29 AZN), 1998-ci il yanvar-dekabr ayları üzrə cəmi 870904,32 manat (174,18 AZN), 1999-cü il yanvar-dekabr ayları üzrə cəmi 1095266,40 manat (219,05 AZN), 2000-ci il yanvar-dekabr ayları üzrə cəmi ******* manat (237,76 AZN), 2001ci il yanvar-dekabr ayları üzrə cəmi 1007129,16 manat (201,43 AZN), 2002-ci il yanvardekabr ayları üzrə cəmi ******* manat (241,56 AZN), 2003-cü il yanvar-dekabr ayları üzrə cəmi ******* manat (240,43 AZN), 2004-cü il yanvar-dekabr ayları üzrə cəmi ******* manat (240,43 AZN), 2005-ci il yanvar-noyabr ayları üzrə cəmi ******* manat (220,40 AZN) əmək haqqı almışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01/130 №-li məktubdan görünür ki, İddiaçı həqiqətən Bakı Şin zavodunda xx.xx.1990-cı il (əmr № 76-k, xx.xx.1990) tarixindən xx.xx.2002-ci il (əmr № 23-k, xx.xx.2002) tarixinədək Hazırlıq sexində 4 dərəcəli kimyəvi analiz laborantı, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Hazırlıq sexində xadimə işləmişdir. Xammal hazırlığı sexindən kimyəvi maddələr, inqridiyentlər rezinqarışığı hazırlamaq üçün Hazırlıq sexinə qəbul olunur. Rezinqarışığı hazırlamaq üçün anbardan daxil olan kimyəvi maddələr öncə Hazırlıq sexinin kimyəvi analiz laboratoriyasında kimyəvi analiz olunur və tərkibi yoxlanılır. Rezinqarışığı hazırlamaq üçün xüsusi zərərli sayılan kükürd, amınonyak, metal oksidləri, belil, kaolin, talk, potaş, sulfenomid, kaptaks, altaks, benzinoidlər və nitroza istifadə olunur. İddiaçı işlədiyi müddətdə Hazırlıq sexində kimyəvi analiz laborantı peşəsində tam iş günü 8 saat işləmiş və başqa işlərlə məşğul olmamışdır. Onun işlədiyi sahə xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Bu işə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993- cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 pozisiyasına aiddir. Sosial sığorta stajı 15 il 2 ay 29 gün təşkil edir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 01/131 №-li arxiv arayışından görünür ki, xx.xx.1990-cı ildən Hazırlıq sexinə 4 dərəcəli kimyəvi analiz laborantı vəzifəsinə qəbul edilmişdir (əmr № 76-k, xx.xx.1990). xx.xx.2002-ci ildən Hazırlıq sexinə fəhlə peşəsinə keçirilmişdir (əmr № 23-k, xx.xx.2002). xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.2020-ci ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir (əmr № 04-k, xx.xx.2020-ci il). Hazırlıq sexi xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Belə ki, rezinqarışığı istehsal etmək üçün reseptlərə uyğun olaraq inqridiyentlər kükürd, amıuonyak, metal oksidləri, bclil, kaolin, talk, potaş, duda, sullenomid, kaptaks, altaks, benzinoidlər və nitroza anbardan Hazırlıq sexinin laboratoriyasına qəbul edilir və rezinqarışığı hazırlamaq üçün sex laboratoriyasında kimyəvi analiz olunur. Bu isə Hazırlıq sexinin laboratoriyasında xüsusi kimyəvi maddələrin analizi ilə məşğul olanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verir. Yuxarıda göstərilən peşələr, yəni xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək işlədiyi (11 il 11 ay 15 gün), Hazırlıq sexində kimyəvi analiz laborantı və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi ( 3 il 3 ay 13 gün) Hazırlıq sexində fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş (Güzəştli şərtlərlə yaşa görə) pensiya hüququ verən istehsalatların peşələrin və vəzifələrin göstəricilərin 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” şifr 1080A00-1 7541A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrin və Neft-Kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: sırf xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər və kod 1080A010 Hazırlıq, Xammal hazırlanması, Vulkarıizasiya, rezin üçün yapışqan hazırlanması, sahələrdə rezin, texniki rezin və Şin istehsalatlarında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər peşələrə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələridir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı Sosial sığorta stajı: 15 il 02 ay 29 gün təşkil edir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 01/132 №-li məktubundan görünür ki, "xxxx" Dövlət Şirkəti üzrə verilmiş 51-k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" İstehsalat Birliyinə çevrilmişdir. "xxxx" Dövlət Şirkəti üzrə verilmiş 08-k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən "xxxx" İstehsalat Birliyi Bakı Şin zavoduna çevrilmişdir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı Şin zavodu üzrə xx.xx.1990-cı il tarixli, 76-k №-li əmrdən çıxarışdan görünür ki, Tağıyeva (Məmmədova) X2 rayon işə düzəltmə Bürosunun göndərişi ilə xx.xx.1990-cı il tarixdən Hazırlıq sexinə kimyəvi analiz laborantı vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" ASC üzrə xx.xx.2002-ci il tarixli, 23-k nömrəli əmrdən görünür ki, İddiaçı hazırlıq sexinə 4-cü dərəcəli laborant vəzifəsinə qəbul edilmişdir. "xxxx" ASC üzrə xx.xx.2020-ci il tarixli, 04-k nömrəli əmrdən görünür ki, hazırlıq sexinin laborantı İddiaçı Azərbaycan Respublikası Əmək Mcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixindən tutduğu vəzifəsindən azad edilmişdir. - Cavabdehin etirazına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfaiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin və "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi Fizüli Sadıxov, böyük mütəxəssisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin kadrlar şöbəsinin mütəxəssisi Qənirə İsmayılova və əmək haqqı üzrə mühasib Hicran Babayevanın iştirakı ilə İddiaçı həmin müəssisədə güzəştli şərtlə işləməsi faktını araşdırmaq məqsədi ilə sığorta stajına daxil edilən ümumi stajını, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını yerində əsaslı sənədlərlə qarşılıqlı araşdırıldı. Müəyyən edildi ki, İddiaçı xx.xx.1991-ci ildə kimyəvi analiz laboratoriyasında laborant peşəsinə qəbul edilmiş, xx.xx.1995-xx.xx.1995, xx.xx.1995-xx.xx.1995, xx.xx.1996-xx.xx.1996, xx.xx.1996xx.xx.1996-cı illəri əhatə edən dövrlərdə öz hesabına məzuniyyətdə olmuş, 1996-cı il 14.07-ci ildən xadimə vəzifəsinə keçirilmiş, 2002-ci ildən öz hesabına məzuniyyətdə olmuş, xx.xx.2020-ci ildən öz xahişi ilə işdən azad edilmişdir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/12 nömrəli, xx.xx.2022-ci il tarixli, 01/20 nömrəli, xx.xx.2022-ci il tarixli, 01/54 nömrəli, məktublarından görünür ki, iddiaçı X3 həqiqətən Bakı Şin zavodunda xx.xx.1990cı il (əmr № 76-k, xx.xx.1990) tarixindən xx.xx.2002-ci il (əmr № 23-k, xx.xx.2002) tarixinədək Hazırlıq sexində 4 dərəcəli kimyəvi analiz laborantı, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Hazırlıq sexində xadimə işləmişdir. Xammal hazırlığı sexindən kimyəvi maddələr, inqridiyentlər rezinqarışığı hazırlamaq üçün Hazırlıq sexinə qəbul olunur. Rezinqarışığı hazırlamaq üçün anbardan daxil olan kimyəvi maddələr öncə Hazırlıq sexinin kimyəvi analiz laboratoriyasında kimyəvi analiz olunur və tərkibi yoxlanılır. Rezinqarışığı hazırlamaq üçün xüsusi zərərli sayılan kükürd, ammonyak, metal oksidləri, belil, kaolin, talk, potaş, sulfenomid, kaptaks, altaks, benzinoidlər və nitroza istifadə olunur. X3 işlədiyi müddətdə Hazırlıq sexində kimyəvi analiz laborantı peşəsində tam iş günü 8 saat işləmiş və başqa işlərlə məşğul olmamışdır. Onun işlədiyi sahə xüsusi zərərli sexlər kateqoriyasına aiddir. O işlədiyi müddətdə analıq məzuniyyətdə olmamışdır. Bu isə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993- cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 pozisiyasına aiddir. Sosial sığorta stajı: 15 il 2 ay 29 gün təşkil edir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Əlavə olaraq bildirilir ki, Baki Şin zavodunda 1990-cı illərin növbəti məzuniyyət əmrləri saxlanılmamışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı aid T- 2 formalı arayışın surətindən görünür ki, Tağıyeva (Məmmədova) Zülfiyyə İbrahim qızı xx.xx.1990-cı il tarixli, 76-k nömrəli əmrlə Hazırlıq sexində kimyəvi analiz laborant işinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixli, 23-k nömrəli əmrlə hazırlıq sexində xadimə vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli, 04-k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İşdədiyi dövrdə xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək analıq məzuniyyətində, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək ödənişli, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək ödənişli, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək ödənişli, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək ödənişli, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək ödənişli, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək ödənişli, xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. - Filial tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixində daxil olmuş ərizəsinə cavab olaraq iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iş yerinin güzəştli arayışında qeyd olunan məlumatlara əsasən özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq işlədiyi sahə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğunluğunu yerində yoxlanılaraq dəqiqləşdirilməsinə zərurət yaranmışdır. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajı ilə bağlı hazırda müvafiq yoxlama aparılması mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılması xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlər aradan qalxdıqdan sonra yekunlaşdırılacaqdır. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, Filial tərəfindən 29 oktyabr 2020-ci il tarixli, **********2 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 8 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinə və əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1990-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "Azərşin” ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövrləri onun ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajı 7 il 6 aydan az (7 il 3 ay 1 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 47 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 7 il 6 il güzəştli iş stajının mövcud olması. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə iddiaçının işlədiyi Bakı Şin Zavodunda, hazırda "xxxx" ASC-də xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu üçün 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajının 7 il 6 aydan az (7 il 3 ay 1 gün) təşkil etməsini əsas gətirərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, "Məzuniyyətlər haqqında” 25 aprel 1997-ci il tarixli, 281 nömrəli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi məzuniyyət hüququ verən əmək stajının hesablanması məqsədləri üçün nəzərdə tutulmuş və məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri müəyyən edir. Yəni həmin normanın məqsədi pensiyanın təyin olunması üçün əmək stajı hesablanarkən nəzərə alınan dövrləri müəyyən etməkdən ibarət deyildir. Bununla belə, "Məzuniyyətlər haqqında” Qanunun 14-cü maddəsindən fərqli olaraq, qüvvədə olan Əmək Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulmuş analoji normada, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən "bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmçinin "Məzuniyyətlər haqqında” Qanunun 01 fevral 1999-cu il tarixli, 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 04, maddə 213) ilə qüvvədən düşdüyü də nəzərə alınmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən ".... işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.” Hazırki mübahisə üzrə cavabdeh inzibati orqan imtinasını iddiaçının işlədiyi Bakı Şin Zavodunda, hazırda "xxxx" ASC-də xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu əsaslandırsa da məhkəmənin sorğularına cavab olaraq "xxxx" ASC 1990-cı illər üzrə məzuniyyət əmrlərinin saxlanılmadığını bildirmiş, eyni zamanda iddiaçının sosial sığorta stajının 15 il 2 ay 29 gün təşkil etdiyini bildirmiş, həmçinin təqdim edilmiş T-2 forma arayışından iddiaçının 1992-1996-cı illər ərzində ödənişli, yalnız xx.xx.2005-ci ildən öz hesabına məzuniyyətdə olması barədə qeydlərin olması müəyyən edilmişdir. Eyni zamanda, təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən iddiaçıya Bakı Şin Zavodunda, "xxxx" ASC-də işlədiyi 1990-2005-ci illər üzrə əmək haqqı ödənildiyi görünür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunda təsbit edilmiş hüquqi tənzimləmə nəzərə alınmalıdır. Həmin normalara görə, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Bu baxımdan, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması yuxarıda istinad olunan tənzimləmənin məqsədlərinə və qanunvericinin iradəsinə zidd olardı. Bundan əlavə şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 şifrinə uyğun olduğundan onun xx.xx.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla ümumilkdə 17 il 8 ay 26 gün ümumi və 11 il 11 ay 7 gün güzəştli iş stajı mövcuddur. Belə olan halda hər üç hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi ilə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2020-ci il tarixdə müraciət edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 47 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 47 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialına həvalə edilsin Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar