Məhkəmə qərarları › İş №2-1(112)-3109/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3109/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3109/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni 13 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ağdaş rayonu Qoşaqovaq kəndində doğulmuşdur. O, 1980-1981 və 1984- 1985-ci illərdə Ağdaş rayonunun Qoşaqovaq kəndindəki sabiq “Şirvan” kolxozunda fəhlə (kolxozçu) vəzifəsində işləmişdir. Bu faktı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ağdaş Rayon Dövlət Arxivinin 20 fevral 2020-ci il tarixli, 25 saylı arayışı da təsdiq edir. İddiaçı 03.01.1986-cı il tarixdən X4 Təmiri zavodunda qaynaqçı köməkçisi kimi əmək fəaliyyətini davam etdirmiş, həmin tarixdən bu günədək həmin idarədə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun 01.01.2006-cı il tarixədək ümumi əmək stajı 26 il 01 ay 10 gün, güzəştli iş stajı 16 il 01 ay 15 gün təşkil edir. İddiaçının işlədiyi peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2150300a-18451 - çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur. İddiaçı 06 mart 2020-ci il tarixdə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə 17 mart 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmiş, imtinaya əsas kimi İddiaçı 1980-1981 və 1984-1985-ci illərdə Ağdaş rayonunun Qoşaqovaq kəndindəki sabiq “Şirvan” kolxozunda fəhlə (kolxozçu) vəzifəsində işləməsi faktının təsdiq edilməməsi, bununla bağlı hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi bildirilmişdir. İddiaçı hüquqi faktın müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 08 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin sözügedən qərardadında da iddiaçının 1980-1981 və 1984-1985-ci illərdə Ağdaş rayonunun Qoşaqovaq kəndindəki sabiq “Şirvan” kolxozunda fəhlə (kolxozçu) vəzifəsində işləməsi öz əksini tapmışdır. Bundan sonra İddiaçı ikinci dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən eyni məzmunlu cavab verilmiş və pensiya hüququnun təminatından imtina edilmişdir. İmtina məktubu rəsmi olaraq 06 noyabr 2020-ci il tarixdə iddiaçıya şəxsən təqdim edilmiş, o da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 18 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17 mart 2020-ci il tarixli **********4 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən azdır. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 13 oktyabr 2020-ci il tarixli **********5 saylı məktubda qeyd edilir: Mərkəzi Filial tərəfindən 17 mart 2020-ci il tarixli **********4 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətinizə baxaraq bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 18 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (22 il 18 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 27.02.2020-ci il tarixli 246 nömrəli arayışından görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı 25.10.1981-cı il tarixdən 15.11.1983-cü il tarixədək keçmiş SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan “Azərbaycan X4çiliyi” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 03.03.2020-ci il tarixli RM 01/28 nömrəli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Azərbaycan X4çiliyi” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda Mexaniki təmir bölməsində takelajçı peşəsində işləyir. O, 15.11.1988-ci il tarixdən “Xəzərdənizgəmiçiliyi” “Zaqfederasiya” adına Gəmi Təmiri zavodu Gövdə sahəsində gəmi takelajçısı şagirdi (Əmr №139 10.11.1988-ci il), 16.12.1988-ci il tarixdən 2-ci dərəcəli gəmi takelajçısı (Əmr №152 16.12.1988-ci il), 03.11.1989-cu il tarixdən 3-cü dərəcəli gəmi takelajçısı (Əmr №130 02.11.1989-cu il), 16.03.2007-ci il tarixdən 4-cü dərəcəli gəmi takelajçısı (Əmr №35 17.03.2007-ci il), 05.01.2010-cu il tarixdən 5-ci dərəcəli gəmi takelajçısı (Əmr №159 28.12.2009-cu il), 03.02.2014-cü il tarixdən Mexaniki təmir sexində 3-cü dərəcəli takelajçı (Əmr №50 03.02.2014-cü il) peşəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.01.2014-cü il tarixli 18 nömrəli Qərarı ilə “Zığ” Gəmi təmiri zavodu adlandırılmışdır. İddiaçı 15.05.2014-cü il tarixdən 4-cü dərəcəli takelajçı (Əmr №293/k 13.05.2014 il), 02.02.2015-ci il tarixdən 5-ci dərəcəli takelajçı (Əmr №41/k 02.02.2015 il) peşəsində işləmişdir. 06.09.2017-ci il tarixdə “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri zavodunun adı dəyişdirilərək “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır. (Əmr №151 06.09.2017-ci il). Hal-hazırki vaxta kimi “Azərbaycan X4çiliyi” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Mexaniki təmir bölməsində 5-ci dərəcəli takelajçı peşəsində işləyir. Qeyd olunan peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2150300a-18451 - çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivinin 20.02.2020-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, Ağdaş rayon Qoşaqovaq kənd sabiq “Şirvan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında İddiaçı aşağıdakı qaydada əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var: 1980-ci il, il ərzində adam günü 180, pulu 360 manat, iş nömrəsi 145, vərəqə nömrəsi 42; 1981-ci il, il ərzində adam günü 180, pulu 371 manat, iş nömrəsi 150, vərəqə nömrəsi 59; 1984-cü il, il ərzində adam günü 238, pulu 631 manat, iş nömrəsi 171, vərəqə nömrəsi 15; 1985-ci il, il ərzində adam günü 181, pulu 426 manat, iş nömrəsi 176, vərəqə nömrəsi 13. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivinin 19.04.2021-ci il tarixli, 73 nömrəli arayışından görünür ki, Ağdaş rayon Qoşaqovaq kənd sabiq “Şirvan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında xx.xx.1963-cü ildə anadan olmuş İddiaçı aşağıdakı qaydada əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var: 1980-ci il, vəzifəsi kolxozçu, minimum adam günü 240, il ərzində adam günü 180, pulu 360 manat, iş nömrəsi 145, vərəqə nömrəsi 42; 1981-ci il, vəzifəsi kolxozçu, minimum adam günü 240, il ərzində adam günü 180, pulu 371 manat, iş nömrəsi 150, vərəqə nömrəsi 59; 1984-cü il, vəzifəsi kolxozçu, minimum adam günü 200, il ərzində adam günü 238, pulu 631 manat, iş nömrəsi 171, vərəqə nömrəsi 15; 1985-ci il, vəzifəsi kolxozçu, minimum adam günü 200, il ərzində adam günü 181, pulu 426 manat, iş nömrəsi 176, vərəqə nömrəsi 13. İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 10.06.1981-ci il tarixdə öz xahişi ilə kolxozda işləmək üçün kolxoz üzvlüyünə qəbul edilmiş, 20.10.1985-ci ildə öz xahişi ilə, başqa yerə oxumağa getdiyi üçün kolxoz üzvlüyündən azad edilmişdir, 03.01.1986-cı il tarixdən “Xəzərdənizgəmiçiliyi” “Zaqfederasiya” adına Gəmi Təmiri zavodunda qaynaqçı köməkçisi, 15.11.1988-ci il tarixdən gəmi takelajçısı şagirdi, 16.12.1988-ci il tarixdən (Gövdə sahəsinə) 2-ci dərəcəli gəmi takelajçısı, 03.11.1989-cu il tarixdən 3-cü dərəcəli gəmi takelajçısı, 16.03.2007-ci il tarixdən 4-cü dərəcəli gəmi takelajçısı, 05.01.2010-cu il tarixdən 5-ci dərəcəli gəmi takelajçısı, 03.02.2014-cü il tarixdən Mexaniki təmir sexində 3cü dərəcəli takelajçı peşəsində işləmişdir, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.01.2014-cü il tarixli 18 nömrəli Qərarı ilə “Zığ” Gəmi təmiri zavodu adlandırılmışdır, 15.05.2014-cü il tarixdən Mexaniki təmir sexində 4-cü dərəcəli takelajçı, 02.02.2015-ci il tarixdən Mexaniki təmir bölməsində 5-ci dərəcəli takelajçı peşəsində işləmişdir. 06.09.2017-ci il tarixdə “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri zavodunun adı dəyişdirilərək “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. O, 25.10.1981-cı il tarixdən 15.11.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 1980ci ildə Ağdaş rayon “Şirvan” kolxozunda kolxozçu (minimum adam günü 240, il ərzində adam günü 180 - cəmi 9 ay), 1981-ci il ildə Ağdaş rayon “Şirvan” kolxozunda kolxozçu (minimum adam günü 240, il ərzində adam günü 180 - cəmi 9 ay), 1984-cü ildə Ağdaş rayon “Şirvan” kolxozunda kolxozçu (minimum adam günü 200, il ərzində adam günü 238) və 1985-ci ildə Ağdaş rayon “Şirvan” kolxozunda kolxozçu (minimum adam günü 200, il ərzində adam günü 181 - 1984-1985-ci illər cəmi 2 il) işləmişdir, 03.01.1986-cı il tarixdən “Xəzərdənizgəmiçiliyi” “Zaqfederasiya” adına Gəmi Təmiri zavodunda qaynaqçı köməkçisi, 15.11.1988-ci il tarixdən gəmi takelajçısı şagirdi, 16.12.1988-ci il tarixdən (Gövdə sahəsinə) 2-ci dərəcəli gəmi takelajçısı, 03.11.1989-cu il tarixdən 3-cü dərəcəli gəmi takelajçısı, 16.03.2007-ci il tarixdən 4-cü dərəcəli gəmi takelajçısı, 05.01.2010-cu il tarixdən 5-ci dərəcəli gəmi takelajçısı, 03.02.2014-cü il tarixdən Mexaniki təmir sexində 3cü dərəcəli takelajçı, 15.05.2014-cü il tarixdən Mexaniki təmir sexində 4-cü dərəcəli takelajçı, 02.02.2015-ci il tarixdən Mexaniki təmir bölməsində 5-ci dərəcəli takelajçı peşəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Cavabdeh inzibati orqan iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 18 gün) olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin yuxarıda qeyd olunan tarixləri hesabladıqda hərbi xidmət dövrü və 3 il 6 ay “Şirvan” kolxozunda kolxozçu işlədiyi dövr nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək iddiaçının 25 il 06 ay 20 gün ümumi sığorta stajına malik olduğu müəyyən edildi. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçının 16.12.1988-ci il tarixdən 01.01.2006-cı ilədək “Xəzərdənizgəmiçiliyi” “Zaqfederasiya” adına Gəmi Təmiri zavodu Gövdə sahəsində işlədiyi gəmi takelajçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur: XİV bölmə Metal emalı, 3-cü yarımbölmə Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri, kod 2150300a—18451 («a» fəhlələr) - çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər (17 il 15 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, “Şirvan” kolxozunda kolxozçu işlədiyi dövr və yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla işlədiyi bütün dövr nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 13.02.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 13.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar