Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-311/2020 07.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət X12) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət X12) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin cavabdehə havələ edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdeh təşkilata dəfələrlə müraciət etmiş və güzəştli şərtlər daxilində yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iki imtina məktubu ilə birinci halda guya güzəştli iş stajı 12 il 6 aydan, ümumi iş stajı isə 25 ildən ibarət olduğunu bildirmiş, digər halda isə güzəştli iş stajı 12 aydan az təşkil etməsini məlum edir.Əmək kitabçası onun adına xx xxxxxx 1984-cü il tarixdə açılmış və xx xxxxxx 1984-cü il tarixdən o, Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmişdir. O, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində çalışmışdır.xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. xx.xx.1989-cu il tarixdə “Radiotikinti”-nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və xx.xx.1991-ci il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. O,xx.xx.1991-ci il tarixdən “Dostluq”kooperativində işləməyə başlamış və xx.xx.1992-ci il tarixdən öz xahişi ilə işdən azad olmuşam.xx.xx.1992-ci il tarixdən “Rəsuloğlu ’’koopertativində mebel sexinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Dövlət Dəniz Gəmiçiliyinin üzüçü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdi.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçilərin siyahısının” 21.2 bəndinin “b” yarımbəndinə əsasən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabentinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya əsasən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, cavabdehin imtinaları qanunsuzdur. Onun güzəştli iş stajı Dəniz Gəmiçilyində 14 il 09 ay 18 gün təşkil edir, Tovuz radiostansiyasında isə 4 il 6 ay təşkil edir, ümumillikdə isə 19 il 3 ay 18 gün təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya görə, onun Tovuz radiostansiyasında güzəştli iş stajı 4 il 6 ay, X5 güzəştli iş stajı 14 il 9 ay 18 gün təşkil edir. İddiaçı iddia etdiyi güzəştli iş stajını təsdiq edən 2 arayışa istinad edir: 1. Milli Hidrometeorologiya Departamentinin xx xxxx 2019-cu il tarixli Arayışı. 2. X8 xx xxxxx 2019-cu il tarixli Arayışı.İddiaçının mövqeyinə görə, ona 57 yaşdan (xx.xx.2018-ci ildən) güzətli şərtlərlə pensiya təyin edilməlidir.Cavabdeh orqan iddiaçının müraciətinə imtinasını onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixə kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən staja (12 il 6 ay) malik olmadığından ona pensiya təyinedilə bilməz.İdarənin imtinası əsaslı və qanunidir.Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun yaşa və staja görə tələblərinin İddiaçıya münasibətdə tətbiqi üçün İddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi ümumi və güzəştli iş stajına malik olması zəruridir.İddiaçının təqdim etdiyi X8 xx xxxxx 2019-cu il tarixli Arayışdan görünür ki, onun güzəştli iş stajı xx.xx.1997-ci ildən xx.xx.2011ci ilədək 14 il 9 ay 18 gün təşkil edir və Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda 23003010 kodu altında nəzərdə tutulub. Bu dövrün xx.xx.2006-cı ilədək olan hissəsi - 8 il 11 ay 18 gün təşkil edir.İddiaçı qalan güzəştli stajının mövcudluğunun əsası kimi Milli Hidrometeorologiya Departamentinin xx xxxx 2019-cu il tarixli Arayışına istinad edir. Həmin Arayışda iddiaçının xx.xx.1984-xx.xx.1988-ci il tarixləri arasında X1 hərbiləşdirilmiş dəstəsində radiostansiyanın rəisi vəzifəsi, habelə həmin dəstədə xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək çalışdığı İİ dərəcəli radiooperator vəzifəsi Nazirlər Kabinetinin12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahının “Ümumi peşələr” adlanan 35 fəslində nəzərdə tutulub.Arayışda qeyd edilən peşə Nazirlər Kabinetinin320 nömrəli Siyahısı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda (23200000-1753q kodu altında) da vardı. Orada deyilir:“UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir.Nazirlər Kabinetininməlum siyahılarının tərtib edilmə formasından aydın olur ki, Nazirlər Kabineti“operator”, “fəhlə”, “mütəxəssis”, “rəis” kimi peşələrin hər birini ayrıca fərqləndirir. Başqa sözlə siyahıda hər peşə ayrıca göstərilmişdir. Bu səbəbdən, məsələn, “operator”un “fəhlə” kimi, “rəis”in “mütəxəssis” qismində qəbulu yolverilməzdir.Milli Hidrometeorologiya Departamentinin xx xxxx 2019-cu il tarixli Arayışı Nazirlər Kabinetinin adı çəkilən Qərarına uyğun olmadığından əsaslı və qanuni sayıla bilməz.Göründüyü kimi, xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajı 12 il 6 aydan az olan iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən 57 yaşdan pensiya hüququ yaranmamışdır.İddiaçı xx xxxx 2017-ci il tarixədək 57 yaşı tamam olmadığından “Əmək pensiyaları haqqında” qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasıəsasında pensiya hüququnun əmələ gəldiyini demək mümkün deyildir.Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 048799 saylı xx xxxx 1984-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu il tarixdə C.İldırım adına Azərbaycan Politexnik institutuna daxil olmuş və 1984-cü ildə həmin institutda “radio rabitəçi və radio verilişi” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinin xx.xx.2019-cu il tarixli **********0 saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi və qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinin xx.xx.2019-cu il tarixli **********1 saylı İddiaçı ünvanlanmış məktubunda qeyd olunur: İdarə tərəfindən x xxxxxx 2019-cu il tarixli **********0 nömrəli məktubla cavablandırılmış müraciətinizə əlavə olaraq bildiririk kı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2-ci bəndinin b yarımbəndınə əsasən dəniz, çay donanmasının üzən heyəti (dəniz çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti, daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, yol gəmiləri istısna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir.Azərbaycan X12 QSC-nın X16 Donanması tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli AM03/02-439 nömrəli arayışda işlədiyiniz gəmilərin xidməti gəmilərə aid olub-olmadığı qeyd edilməmişdir. Həmçinin xx.xx.1984 - xx.xx.1988-ci ıl tarixlərı arasındakı dövr ərzində Azərbaycan SSR Ekologiya və Təbii Sərvətlər Nazirlıyi Milli Hidrometerologıya Departamentinin Tovuz Hərbiləşdirilmış Dəstəsinin radiostansiyasında işlədiyiniz rəis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-cı il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bununla yanaşı təqdim etdiyinizsənədlərdəngörünürki, Sizinümumi iş stajınız 25 ildən, güzəştli iş stajınız isə 12 il 6 aydan az təşkil edir.Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2019-cu il tarixli 20/99-088 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən (Əmr №152/K, xx.xx.1984-cü il) xx.xx.1988-ci il tarixədək (Əmr №19/K, xx.xx.1988-ci il) Azərbaycan Respublikasının X1 hərbiləşdirilmiş dəstəsində radiostansiyasının rəisi vəzifəsində çalışmışdır.xx.xx.1988-ci il tarixdən (Əmr №19/K, xx.xx.1988-ci il) xx.xx.1989-cu il tarixədək (Əmr №11/K, xx.xx.1989-ci il) həmin dəstədə İİ dərəcəli radiooperator vəzifəsində çalışmışdır.xx.xx.1989-cu il tarixdən (Əmr №11/K, xx.xx.1989-ci il) Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.İddiaçı tam işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 35-ci siyahısına (Ümumi peşələr) əsasən UQD (ultra qısa dalğalar). UYT (ultra yüksək tezlikli), HAYT ( həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir). İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2019-cu il tarixli 23/K-378 nömrəli arayışından görünür ki, İddiaçı 1984-1989-cu illərdə aşağıda göstərilən kimi işləmişdir:xx xxxxxxx 1984-cü il tarixində Azərbaycan Respublikası X1 hərbiləşdirıimiş dəstəsinə radiostansiyanın rəisi vəzifəsinə təyin olunmuşdur. (əmr № 152/k, xx.xx.1984-cü il);xx xxxxx 1988-ci il tarixində həmin dəstədə ikinci dərəcəli radiooperator keçirilmişdir (əmr № 19/k, xx.xx.1988-ci il); xx xxxx 1989-cu ildə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr №11/k xx.xx.1989-cu il). Əsas: 1984-1989cu illər üzrə kadr əmrləri kitabları və şəxsi hesab vərəqələri. İş materiallarında olan “Azərbaycan X12” QSC X6 xx.xx.2019-cu il tarixli AM03/02- 439 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X8 üzüçü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir.Onun işlədiyi həmin vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti - yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir.İddiaçı gəmiçiliyin üzücü heyətində güzəştli iş stajı 14 il 09 ay 18 gün təşkü edir.Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin äyahısı" 21.2 bəndinin "b" yarımbəndinə,həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qəran ilə təstiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod 23003000) 1-d yarımbəndinə (kod 23003010) uyğun göstərilmişdir.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X8 və Azərbaycan Respublikası Dövlət X13 X11 yenidən təşkili yolu ilə "Azərbaycan X12" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxxxx 1984-cü il tarixdən Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində çalışmış, xx.xx.1989-cu il tarixdə işdən azad olmuş, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ciilədək “Radiotikinti”-nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və xx.xx.1991-ci il tarixdə işdən azad olmuşdur.xx.xx.1991-ci il tarixdən “Dostluq”kooperativində çilingər işləməyə başlamış və xx.xx.1992-ci il tarixdən işdən azad olmuşdur.xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci ilədək “Rəsuloğlu ’’koopertativində mebel sexinin rəisi vəzifəsində işləmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Dövlət Dəniz Gəmiçiliyinin üzüçü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 20/19 nömrəli məktubundan görünür ki, hərbiləşdirilmiş dəstənin təşkili, şəxsi heyətin xidmət qaydası, daxili intizam qaydaları, dəstənin işçilərinin hüquq və vəzifələri keçmiş SSRİ (hazırki vaxta yeni təlimat hazırlanmamışdır) Dövlət Hidrometeorologiya Komitəsinin xx.xx.1981-ci il tarixli 236 nömrəli əmri ilə qüvvəyə minmiş “SSRİ Dövlət Hidrometeorologiya və X15 Komitəsinin hidrometeoroloji proseslərə fəal təsir üzrə hərbiləşdirilmiş bölmələrin daxili xidmət nizamnaməsi" ilə müəyyənedilir. Bu nizamnaməyə əsasən dəstənin radiostansiya rəisi dəstə komandirinə tabedir. Radiostansiya rəisinin əsas vəzifələri aşağıdakılardan ibarətdir (vəzifə təlimatından çıxarış): 1.Dəstədə və atəş məntəqələrində rabitə vasitələrinin vaxtında quraşdırılmasını təmin etmək; 2. Dəstənin bütün rabitə vasitələrinin texniki vəziyyətinə nəzarət etmək; 3. Radiorabitənin aparılma təlimatlarına əməl edilməsinə nəzarət etmək; 4. Radiostansiyada təhlükəsizlik qaydalarına və yanğından mühafizə tədbirlərinə əməl olunmasını təmin etmək; 5. Radiostansiyaların iş qrafikinin yerinə yetirilməsinə və rabitə intizamına nəzarət etmək; 6. Radioqram və jurnalların düzgün qeydiyyatına nəzarət etmək; 7. Radiooperatorların dəstədə növbətçilik qaydalarını təyin etmək.Dəstənin radiooperatoru (mütəxəssis) radiostansiyanın rəisinə tabe olmaqla radiostansiyada operativ növbətçilik vəzifəsini icra edir. Radiooperatorun əsas vəzifələri aşağıdakılardan ibarətdir (vəzifə təlimatından çıxarış): 1. Radiomübadilə qaydalarına ciddi əməl etmək; 2. Cədvələ uyğun olaraq dövri (sirkulyar) radiorabitələrə vaxtında çıxmaq; 3. Radiorabitənin sonunda bütün radiocihazları elektrik şəbəkədən ayırmaq. Hərbiləşdirilmiş dəstə ilə dəstənin atəş məntəqələri və hidrometeoroloji proseslərə fəal təsir üzrə hərbiləşdirilmiş xidmət arasında radiorabitə əlaqələrində qısa dalğa və ultraqısa dalğa tezliyində işləyən radiostansiyalardan istifadə edilir.Dəstənin işçilərinin vəzifə təlimatına görə qısa və ultra qısa dalğa tezliyində işləyən radiostansiyalardan istifadə etməklə radiorabitə əlaqələrini radiooperator (mütəxəssis) icra edir və onun daimi işi sayılır.Radiooperator Şüalandırıcı mənbənin təsiri altında işləyir və şüalanmaya daim məruz qalır.Dəstənin radiostansiya rəisinin vəzifəsi radiorabitə işinin təşkilindən və bu işə nəzarət etmək funksiyasından ibarətdir.Radiostansiya rəisi şüalandırıcı mənbənin təsiri altında işləmir və şüalanmaya məruz qalmır.Tovuz hərbiləşdirilmiş dəstəsinin 1984-1988-ci illər üzrə ştat cədvəli Geoloji informasiya fonduna təhvil verilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi YanındaMilli Hidrometeorologiya Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020ci il tarixli 20/267 nömrəli məktubundan görünür ki, İddiaçı SSRİ Dövlət Hidrometeorologiya Komitəsinin Azərbaycan Respublikası Hidrometeoroloji Proseslərə Fəal Təsir üzrə Hərbiləşdirilmiş Xidmətinin Tovuz Hərbiləşdirilmiş Dəstəsində xx.xx.1988ci il tarixdən (Əmr №19/K, xx.xx.1988-ci il) xx.xx.1989-cu il tarixədək (Əmr №11/K, xx.xx.1989-cu il) İİ dərəcəli radiooperator vəzifəsində 11 (on bir) ay 1 (bir) gün tam zərərli iş rejimində çalışmışdır.Bununla əlaqədar olaraq qeyd olunan bu zərərli iş rejimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə zərərli UQD (ultraqısa dalğalı) şüalanma mənbələri ilə bağlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. 1979-cu il tarixdə C.İldırım adına Azərbaycan Politexnik institutuna daxil olmuş və 1984-cü ildə həmin institutda “radio rabitəçi və radio verilişi” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdən Azərbaycan Respublikasının X1 hərbiləşdirilmiş dəstəsində radiostansiyasının rəisi vəzifəsində, xx.xx.1988-ci il tarixdən həmin dəstədə İİ dərəcəli radiooperator vəzifəsindəçalışmış vəxx.xx.1989-cu il tarixdəişdən azad edilmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Radiotikinti”-nin 21-ci Sexində mühəndis vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Dostluq”kooperativində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Rəsuloğlu ’’koopertativində mebel sexinin rəisi vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X8 üzüçü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir (xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək Bakı dəniz məktəbində radiooperator peşəsi üzrə kursant olmuşdur). Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2019-cu il tarixli 20/99-088 nömrəli arayışına əsasən iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi Azərbaycan Respublikasının X1 hərbiləşdirilmiş dəstəsində radiostansiyasının rəisi vəzifəsi, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin dəstədə İİ dərəcəli radiooperator vəzifəsiiddiaçının tam işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur.Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi YanındaMilli Hidrometeorologiya Xidmətinin xx.xx.2020-ci il tarixli 20/267 nömrəli məktubuna əsasən iddiaçı SSRİ Dövlət Hidrometeorologiya Komitəsinin Azərbaycan Respublikası Hidrometeoroloji Proseslərə Fəal Təsir üzrə Hərbiləşdirilmiş Xidmətinin Tovuz Hərbiləşdirilmiş Dəstəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İİ dərəcəli radiooperator vəzifəsində 11 (on bir) ay 1 (bir) gün tam zərərli iş rejimində çalışmışdır.Habelə “Azərbaycan X12” QSC X3 xx.xx.2019-cu il tarixli AM03/02-439 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X8 üzüçü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdirvə həmin vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti - yardımçı, gəzinti - səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir.İddiaçının gəmiçiliyin üzücü heyətində güzəştli iş stajı 14 il 09 ay 18 gün təşkü edir.Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin äyahısı" 21.2 bəndinin "b" yarımbəndinə,həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qəran ilə təstiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod 23003000) 1-d yarımbəndinə (kod 23003010) uyğun göstərilmişdir (qeyd olunan dövrün xx.xx.2006-cı ilədək olan hissəsi 08 il 11 ay 18 gün təşkil edir). İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 1979-cu il tarixdə C.İldırım adına Azərbaycan Politexnik institutuna daxil olmuş və 1984-cü ildə həmin institutda “radio rabitəçi və radio verilişi” ixtisası üzrə tam kursu bitirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət, yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-311/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-311/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver