Məhkəmə qərarları › İş №2-1(112)-311/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-311/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-311/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəlili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işdən azad olunma əmrinin ləğv edilməsi, əvvəl tutduğu vəzifə üzrə işə bərpa edilməsi, 2006-cı il tarixindən etibarən ona ödənilməli məzuniyyət ödənişlərinin aldığı məvacibə uyğun hesablanaraq ödənilməsi, sərəncamda olduğu müddət ərzində 2021-ci ilin yanvar ayından etibarən məcburi iş buraxma dövrünə görə ödənilməli olan məvacibin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2000-ci ilin mart ayından etibarən Azərbaycan Respublikasının vergi orqanlarında çalışmışdır. O, ilk olaraq Yasamal Rayon Vergilər İdarəsində müfəttiş vəzifəsində işləmişdir. İddiaçı 20 ildən artıq müddət ərzində dövlət qulluqçusu olaraq çalışıb. Bildirir ki, işlədiyi müddət ərzində heç bir nöqsana (intizam pozuntusu, iş xətası və s.) yol verməmiş, hətta 2006-cı ildən çalışdığı son müddətə qədər məzuniyyətsiz işləmişdir. Qeyd etmək istəyir ki, İddiaçı son iş yeri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində Dövlət Vergi Müfəttişi vəzifəsi olmuşdur. xx.xx.2021-ci il tarixində ona sərəncama çıxması barədə əmr təqdim olunub. Qeyd edilən tarixdə əmrin təqdim olunmasına baxmayaraq əmrin çıxma tarixi xx.xx.2021-ci il tarixi idi, deməli, iddiaçı rəsmi olaraq sərəncamda olduğu müddət ərzində 10 gün artıq işləmişdir. Qeyd edir ki, həmin sərəncamın İddiaçı təqdim olunduğu tarixdən üç ay keçdikdən sonra nə onun uzadılması, nə də ləğv edilməsi barədə bir bildiriş gəlməmişdir. Odur ki, iddiaçı iş vəziyyəti ilə bağlı qeyri-müəyyən qalmışdı. Bu vəziyyət ilə bağlı iddiaçı bir dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, iki dəfə isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət etməsinə baxmayaraq ona rəsmi qaydada cavab verilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, sərəncamda olduğu müddətdə iddiaçıya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir təklif gəlməmişdir. Uzun müddət şəxsin hüququnu pozan bu vəziyyət davam etmiş, xx.xx.2022-ci il tarixində isə onun hesab kartına 3700 (üç min yeddi yüz) manat pul köçürülmüşdür. Bu ödənişin nə ilə əlaqədar olduğunu çalışdığı orqanın mühasibatlıq idarəsindən öyrənmək istədikdə isə ona bildirilmişdir ki, bu ödəniş son haqq-hesabdır. Halbuki ona nə işdən çıxarılması barədə xəbərdarlıq, nə işdən çıxarılması barədə əmr, nə sərəncamının uzadılmaması barədə bildiriş gəlməmişdir. Belə bir vəziyyətdə şəxsin hesabına bu məbləğin son haqq-hesab adı ilə köçürülməsi daha ağır hüquq pozuntusu olmuşdur. Bildirir ki, cavabdehin hərəkətləri (yaxud hərəkətsizliyi) nəticəsində yaranmış bu hal tamamilə qanunaziddir. Belə ki, iddiaçı 2006-cı il tarixindən etibarən məzuniyyətsiz işləmişdir, bu müddət isə 247 gün, ayla hesablandıqda 8 ayı əhatə edir. Bu müddət ərzində şəxsə ödənilməli olan məbləğ (məzuniyyət ödənişi) cavabdeh tərəfindən ödənilməmişdir. Bu məbləğ isə iddiaçının işlədiyi müddət ərzində aldığı dövlət məvacibinə ( aylıq 2000 (iki min) manat) uyğun olaraq hesablandıqda 16000 (on altı min) manat vəsait edir. Bundan əlavə olaraq iddiaçının sərəncamda olduğu müddət ərzində yalnız ilk üç ayı ərzində 1500 (min beş yüz) manat məbləğində məvacib ödənilmişdir. Bu məbləğ isə onun okladı olan 550 manat, iş stajı, vəzifəsi, aylıq mükafatlarına uyğun deyildir. Bildirir ki, ilk üç aydan sonrakı aylarda 2022-ci il 2 iyun tarixinədək heç bir ödəniş edilməmiş, yalnız həmin tarixdə 3700 manat məbləğində son haqq-hesab adı ilə ödəniş olunmuşdur ki, bu ödənişin nə bir hüquqi əsası, nə də şəxsin almalı olduğu ödənişlə əlaqəsi vardır. Vəkili tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət edilərək İddiaçı Dövlət Vergi Xidmətində işlədiyi müddət ərzində tutduğu vəzifəsi, sərəncama çıxıb-çıxmaması, çıxıbsa, çıxdığı tarix, işdən azad olunub- olunmaması barədə məlumat, işdən azad olunubsa, azad olunduğu barədə əmrin surəti, işdən azad olunubsa, son haqq-hesabın ödənilməsi barədə məlumatı və sənədləri təqdim olunması xahiş olunmuşdur. Lakin, bunlar barədə heç bir məlumat və ya hər hansı sənəd təqdim olunmadığından, həmin məlumatlarla bağlı əmrlərin və digər bu kimi sənədlərin (o cümlədən əmək kitabçasının) surətlərini iddia ərizəsinə qoşma olaraq əlavə edə bilmir. Həmçinin qeyd edir ki, iş üzrə ilkin mediasiya sessiyasına cavabdeh dəvət olunsa da, X2 iştirak etməmişdir, bu faktı təsdiq edən 30 iyun 2022-ci il tarixli 11 saylı mediasiya təşkilatı tərəfindən təqdim edilən arayışdır. Odur ki, hazırda məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Dövlət Vergi Orqanlarında Xidmət haqqında Əsasnamənin 75-ci maddəsinə əsasən Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri- mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Bu maddənin 3-7-ci bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. İddiaçı ilə bağlı bu əsaslardan heç biri yoxdur.

3. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək İddiaçı olunun işdən azad olunma xx.xx.2022-ci il tarixli **********0095500 nömrəli və xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlərinin İddiaçı aid hissədə ləğv edilməsi və əvvəl tutduğu vəzifə üzrə işə bərpa edilməsi, sərəncamda olduğu müddət ərzində 2021-ci ilin yanvar ayından etibarən məcburi iş buraxma dövrünə görə ona ödənilməli olan məvacibin (orta aylıq əmək haqqının) bütün əlavələri nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri üzrə bölməsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.2021-ci il tarixdə sərəncama çıxması barədə ona əmr təqdim olunmuş, lakin həmin tarixdən 3 ay keçdikdən sonra nə uzadılması, nə də ləğv edilməsi barədə ona bir bildiriş gəlməmişdir. Qeyd olunan hal ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə iki dəfə müraciət etməsinə baxmayaraq ona rəsmi qaydada cavab verilməmişdir. Bununla bağlı qeyd edirlər ki, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 38-ci bəndinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Həmin Əsasnamədə vəzifəli şəxsin sərəncamda saxlanılma müddətinin uzadılması barədə əmrin inzibati orqan tərəfindən ona təqdim edilməli olduğunu dair hər hansı norma nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçı gətirdiyi dəlili hüquqi cəhətdən əsaslandıra bilməmişdir. Bununla yanaşı iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə iki dəfə müraciət etməsinə baxmayaraq ona rəsmi qaydada cavab verilmədiyinə dair dəlili həqiqəti əks etdirmir. İlk növbədə məhkəmənin nəzərinə çatdırırlar ki, İddiaçı İqtisadiyyat Nazirliyinin deyil onun strukturuna daxil olan və hazırk; iş üzrə cavabdeh qismində göstərilən Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı olmuşdur. Dövlət Vergi Xidmətinə isə onun tərəfindən ünvanlanmış xx.xx.2021 tarixli **********437200 nömrəli və xx.xx.2021-ci il tarixli **********709700 nömrəli müraciətləri olmuş və həmin müraciətlər cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2021-ci il tarixdə **********892400 və xx.xx.2021-ci il tarixdə **********563200 nömrəli məktublarla cavablandırılmışdır (müvafiq qaydada təsdiq olunmuş surətləri məhkəməyə əlbəəl təqdim edilmişdir).Digər tərəfdən isə iddiaçıya göndərilən cavab məktublarında onun işə bərpa edilməsinə dair müraciətlərinə cavab olaraq sərəncamda olduğu və sərəncamda saxlanılma müddətinin uzadılması barədə məlumat verilmişdir. Beləliklə iddiaçının saxlanılma müddətinin uzadılması barədə əmrlərin ona təqdim edilməsinə dair iddiaçının hər hansı müraciəti və ya cavabdeh orqanın qanunvericiliklə nəzərdə tutulan bu cür öhdəliyi olmadığından cavabdehin hərəkətlərinin iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməsi mümkün deyildir. Bundan əlavə iddiaçı Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-ci bəndinə əsaslanaraq sərəncamda olduğu müddətdə ona başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir təklifin gəlmədiyini bilmişdir. Digər halda olduğu kimi iddiaçının bu dəlili də həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2022 il tarixdə iddiaçı Dövlət Vergi Xidmətinin inzibati binasında İnsan resursları baş idarəsi tərəfindən keçirilmiş qəbul zamanı Xidmətin sərəncamında olan əməkdaşlarına, o cümlədən İddiaçı ərazi vergi orqanlarında ştat üzrə müvafiq vəzifə təklif olunmuş, lakin təklif olunan vəzifədə işləməyə razı olmadığını bildirmişdir. Qəbulun nəticələrinə dair xx.xx.2022-ci il tarixli Akt tərtib olunmuş və vergi orqanın vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Əlavə olaraq iddiaçı xx.xx.2022-ci il tarixdə onun hesab kartına 3700 manat məbləğində son haqq-hesab ödənişi edildiyini, ancaq nə işdən çıxarılması barədə xəbərdarlığın, nə də ki, həmin əmrə dair bildirişin gəlmədiyini bildirmişdir. Bununla bağlı bir daha qeyd edilməlidir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmri ilə 'Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. Həmin təhvil-təslim aktına əsəsən sabiq əməkdaş İddiaçı xidməti vəsiqə, tanınma nişanı təhvil alınmış və Dövlət Vergi Xidmətinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar “İşdən azad etmə və sərəncama götürülmə haqqında” xx.xx.2021 -ci il tarixli **********025100 nömrəli əmrlə tanış olunmuş və bir nüsxəsi ona təqdim edilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci i tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. xx.xx.2022-cı il tarixli **********381400 nömrəli məktubla ona məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyi xahiş edilməsinə baxmayaraq sabiq əməkdaş tərəfindən hər hansı hərəkətlər edilməmişdir. Həmçinin yuxarıda qeyd olunduğu kimi, istər iddiaçının müraciətlərinə dair göndərilmiş cavab məktubları ilə istərsə də onunla keçirilmiş canlı görüş zamanı əmrlər barədə faktiki məlumatlandırılmış olması gətirilmiş dəlillərin formal xarakterli olmasına dəlalət edir. Başqa sözlə iddiaçının onun barəsində qəbul edilmiş işdən azad edilmə və sərəncamdan çıxarılma barədə əmrlərdən məlumatlı olmadığına dair gətirdiyi bütün dəlillər əsassız olmaqla yanaşı məhkəmə tərəfindən ləğv edilməsinə nail olmağa yönəlmişdirlər. Odur ki, gətirilən dəlillər əsassız hesab edilməklə İddiaçı iddia tələbi rədd edilməlidir.

6. Cavabdeh tərəfindən iddiaçının dəqiqləşmiş ərizəsinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının ərizəsində ilkin olaraq gətirdiyi dəlil ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixli **********095500 nömrəli “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” əmrin surəti İddiaçı çatdırılmamışdır. Həmin dəlilini iddiaçı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna istinad edərək və əmrin ona göndərilməsinə dair məktubun xx.xx.2022-ci il tarixdə 29 saylı poçt şöbəsinin 25 saylı poçt xidmətinə daxil olduğunu, xx.xx.2024-cü il tarixdə geri qaytarıldığını bildirərək əsaslandırmağa çalışmışdır. Həmçinin iddiaçı ərizəsinə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini əlavə edərək mənzilinin satıldığını, İddiaçı faktiki olaraq həmin ünvanda yaşamadığını və qeydiyyatda olmadığını bildirmişdir. Bununla da iddiaçı əmrin əldə olunması tarixi kimi vəkil sorğusuna cavab məktubunun əldə edildiyi tarixi, yəni xx.xx.2022-ci il tarixi göstərməyə çalışmışdır. İlk növbədə bildirilmişdir ki, iddiaçının gətirdiyi dəlildən inzibati orqanın hansı hərəkətlərinin onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı anlaşılmır. Əksinə iddiaçının istinad etdiyi dəlillər inzibati orqan tərəfindən öz səlahiyyətləri daxilində iddiaçının hüquqlarının təmin edilməsi istiqamətində bütün hərəkətləri icra edildiyi aşkar şəkildə görünür. Belə ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və sərəncama götürülmüşdür. İddiaçı ilə xx.xx.2021 -ci il tarixdə qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. Həmin təhvil-təslim aktına əsəsən sabiq əməkdaş İddiaçı xidməti vəsiqə, tanınma nişanı təhvil alınmış və Dövlət Vergi Xidmətinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar “İşdən azad etmə və sərəncama götürülmə haqqında” 22.01,2021-ci il tarixli **********025100 nömrəli əmrlə tanış olunmuş və bir nüsxəsi ona təqdim edilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. xx.xx.2022-cı il tarixli **********381400 nömrəli məktubla xx.xx.2022-ci il tarixli əmr iddiaçıya təqdim edilməklə ona məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyi xahiş edilməsinə baxmayaraq sabiq əməkdaş tərəfindən hər hansı hərəkətlər edilməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq- hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Nəticədə iddiaçının sübut qismində təqdim etdiyi alğısatqı müqaviləsinin bağlandığı tarixə qədər, yəni xx.xx.2021-ci il tarixinə ona “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmrin bir nüsxəsi təqdim edilmiş, onunla təhviltəslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. Yəni iddiaçı artıq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirməsindən azad olmuş və sabiq vergi əməkdaşı kimi ən çoxu növbəti bir il ərzində sərəncamda saxlana biləcəyi barədə məlumatlı olmuşdur. Belə olan halda sual olunur ki, iddiaçı iş yerinə təqdim etdiyi şəxsi məlumatlarda həmin tarixə son qeydiyyat yerinin hansı ünvan olduğunu bildiyi və əmək münasibətlərinin davam etdiyini iddia etdiyi halda nəyə görə yeni qeydiyyat yeri barədə məlumatı inzibati orqana təqdim etməmişdir?! Buradan belə bir nəticə hasil olur ki, yeni yaşayış yeri barədə işəgötürəni məlumatlandırmaq mütləq qaydada işçinin (iddiaçının) vəzifəsidir və bu xüsusda olan bütün məsələlər məhz onun məsuliyyətindədir. Bu baxımda hesab edirik ki, bu məsələ ilə bağlı iddiaçının işəgötürəni günahlandırması tamamilə absurddur və qanuna zidd mövqedir. Nəzərə alınsa ki, Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri qəbul edilənədək sabiq əməkdaşla təhvil-təslim işləri aparılmış, Dövlət Vergi Xidmətinə isə onun tərəfindən ünvanlanmış xx.xx.2021 tarixli **********437200 nömrəli və xx.xx.2021-ci il tarixli **********709700 nömrəli müraciətləri olmuş (satdığını iddia etdiyi ünvanlardan) və həmin müraciətlər cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2021-ci il tarixdə **********892400 və xx.xx.2021-ci il tarixdə **********563200 nömrəli məktublarla cavablandırılmışdır o halda iddiaçı işdən azad olunması barədə məlumatının olmamasına dair gətirdiyi dəlillər tamamilə əsassızdır və süni şəkildə inzibati aktın məhkəmə qaydasında ləğvinə nail olmaq məqsədi daşımışdır. İddiaçının gətirdiyi növbəti dəlil isə ondan ibarət olmuşdur ki, o, xx.xx.2021-ci il tarixdə sərəncama götürülmüş və xx.xx.2022-ci il tarixli əmr qəbul edilənədək sərəncamda qalmışdır. Beləliklə heç bir əsas olmadan 1 ildən artıq sərəncamda saxlanılmışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının sərəncamda saxlanılma müddəti 1 (bir) ili keçməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmrin 2-ci hissəsində qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən sərəncamdan çıxarılmış hesab edilsin. Buradan aydın olur ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əməl olunmaqla sabiq əməkdaş sərəncamdan çıxarılmışdır. Digər tərəfdən, sərəncamda saxlanılma müddətinin bir ildən artıq davam etməsi ilə bağlı iddiaçının dəlili onun iddia tələbi ilə heç bir bağlılığa malik deyildir. Belə ki, sərəncamda saxlanılma müddətinin nə qədər davam etməsi onun işə bərpasına gətirib çıxara bilməz. Başqa sözlə, sərəncamda saxlanma müddətlərinin mübahisələndirilməsi heç bir halda bu müddətlərin geriyə dönüşünə gətirib çıxara bilməz. Hazırkı halda, iddia tələbi üzrə qəbul ediləcək heç bir qərar iddiaçının sərəncamda qalma müddətlərində dəyişiklik etmək, yəni artıq bitmiş bu müddəti qısaltmaq iqtidarında deyil. Göründüyü kimi, iddiaçının qeyd olunan dəlili onun iddia tələbinin təmini üçün əsas kimi çıxış edə bilməz və məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamalıdır. Digər tərəfindən iddiaçı sərəncamda saxlanılma müddətinin pozulması halına istinad etsə də, özü bir illik müddətin bitdiyi vaxt sərəncamdan çıxarılması üçün vergi orqanı qarşısında təşəbbüslə çıxış etməmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçının gətirdiyi bu dəlil formal xarakter daşıyır və işin mahiyyəti ilə əlaqədar deyildir. Dəqiqləşdirilmiş tələbin digər bir dəlili də, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsi ilə bağlı olmuşdur. İddiaçı 1 (bir) il müddətində təşkilati-ştat tədbirləri ilə əlaqədar başqa vəzifəyə keçirilməsi üçün ona rəsmi qaydada hər hansı bir təklifin göndərilmədiyini bildirmişdir. Halbuki istər iddiaçının şifahi məhkəmə baxışı zamanı verdiyi izahatlarından, istərsə də, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli aktdan aydın olur ki, sabiq əməkdaşın başqa vəzifəyə keçirilməsi təklif olunmuş, lakin təklif olunan vəzifədə işləməyə razı olmadığını bildirmişdir. Digər halda olduğu kimi iddiaçının bu dəlili də həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2022 il tarixdə iddiaçı Dövlət Vergi Xidmətinin inzibati binasında İnsan resursları baş idarəsi tərəfindən keçirilmiş rəsmi qəbul zamanı Xidmətin sərəncamında olan əməkdaşlarına, o cümlədən İddiaçı ərazi vergi orqanlarında ştat üzrə müvafiq vəzifə təklif olunmuşdur. Qəbulun nəticələrinə dair xx.xx.2022-ci il tarixli Akt tərtib olunmuş və vergi orqanın vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı həmin vəzifəli şəxslərdən birinin şahid qismində cəlb olunmasına dair vəsatət verilmiş, lakin iddiaçı öz ifadəsi ilə vəzifə təklif olunduğunu təsdiqlədiyi və həmin izahatı iclas protokolunda qeyd olunduğu üçün şahidin cəlb olunmasına zərurət qalmamışdır. Həmçinin, iddiaçı sərəncamda olduğu müddət ərzində ilk 3 ay istisna olmaqla ona əmək haqqının ödənilmədiyini və faktiki olaraq sərəncamda saxlanılan müddət ərzində hər hansı başqa işə qəbul oluna bilmədiyini qeyd etmişdir. İddiaçının bu dəlili ümumiyyətlə anlaşılan deyildir. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 38-ci bəndinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Cavabdeh qeyd olunan normanın tələbləri çərçivəsində hərəkət etdiyi halda, iddiaçı gətirdiyi bu dəlildə nəyə görə hər hansı başqa işə qəbul oluna bilmədiyini əsaslandırmamışdır. Qüvvədə olan qanunvericilikdə belə bir məhdudiyyətin nəzərdə tutulmaması ilə yanaşı iddiaçının da bu cür təşəbbüsü olmamışdır. Çünki əmək kitabçasının götürülməsi barədə ona bildirişlər göndərildiyi, bir ildən artıq iş üzrə məhkəmə baxışı davam etdiyi halda İddiaçı əmək kitabçasını götürmək üçün müraciət etməmiş və ya poçtla göndərilməsinə dair razılıq verməmişdir. Bundan əlavə iddiaçı xx.xx.2022-ci il tarixli **********095500 nömrəli sərəncamda olma müddətinə son qoyulduğunu, xidmətinə xitam verilməsinin əsası olaraq təşkilati ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qeyd edildiyini, lakin faktiki olaraq sadəcə şöbənin adının dəyişdirildiyini qeyd etmişdir. İddiaçı Əmək Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçı 9 təqvim həftəsi əvvəl xəbərdarlıq edilməli idi. Həmçinin bununla bağlı tərəflər arasında bağlanmış əmək müqaviləsinin 8.1-ci bəndində xüsusi qeyd olduğunu, ancaq qabaqcadan xəbərdar olmadığını iddiaçı bildirmişdir. İddiaçının bu dəlili özü-özlüyündə ziddiyyətlidir. İlk öncə təşkilatı-ştat tədbirlərinin keçirilmədiyini bildirən iddiaçı, daha sonra onun keçirilməsi barədə xəbərdarlığın edilmədiyini bildirmişdir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 8.1-ci maddəsində Əmək Məcəlləsinin 69, 69, 70, 73, 74 və 75-ci maddələrinə və Əsasnamənin 75-ci maddəsinə istinad olunmuş, ancaq Əmək Məcəlləsinin 77-ci maddəsinə hər hansı istinad nəzərdə tutulmamışdır. Digər tərəfdən Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Belə ki, vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növünə aid edildiyindən qeyd olunan məsələlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə və Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə ilə tənzimlənir. İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli F-1 nömrəli əmrin məzmunundan da göründüyü üzrə struktur dəyişiklikləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamənin 5.5.1, 5.5.5 və 5.5.13-cü maddələri rəhbər tutularaq aparılmışdır. Həmin Əsasnamədə isə iddiaçının qeyd etdiyinin əksinə rəsmi xəbərdarlıq barədə hər hansı norma nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçının təşkilati-ştat tədbirləri nəticəsində ancaq çalışdığı şöbənin adının dəyişdirilməsinə dair mülahizələri tamamilə əsassızdır. Belə ki, məhkəməyə İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli F-1 nömrəli əmri və Vergilər nazirliyinin xx.xx.2020-ci il tarixli **********066100 nömrəli əmri artıq təqdim olunmuş və bildirilmişdir ki, sabiq əməkdaş İddiaçı çalışdığı 98 ştat sayını əhatə edən İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsi yeni strukturda 60 ştat vahidi ilə “Proqnoz göstəricilərinin icrasına nəzarət” adı ilə təsdiq edilmişdir. Beləliklə iddiaçının qeyd etdiyinin əksinə çalışdığı şöbənin ancaq adı dəyişdirilməmiş, həm də ştatların sayında ciddi dəyişiklik həyata keçirilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində onunla bağlanmış əmək müqaviləsinə geri tarixlə xitam verildiyini qeyd etmişdir. Digər dəlillərində olduğu kimi, iddiaçı bu dəlilini də əsaslandıra bilməmişdir. İddiaçı inzibati orqanın əmri qəbul etdiyi tarixdən öncəki tarixlə əmək müqaviləsinə xitam verilməsini qadağan edən qanunvericilik normasını göstərə bilməmiş və cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyini bildirməklə kifayətlənmişdir. Başqa sözlə, qanunvericilikdə əvvəlki tarixə münasibətdə əmrin qəbul edilməsini qadağan edən hər hansı bir norma mövcud deyildir. Həmçinin bildirilmişdir ki, qeyd olunan məsələlər işin mahiyyətinə toxunmadığına görə ümumiyyətlə iddianın təmini və iddiaçının işə bərpa olunması əsası qismində çıxış edə bilməz. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının gətirdiyi bütün dəlillər, o cümlədən xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmrin ləğvi onun arzuladığı hüquqi nəticəyə, yəni tutduğu vəzifəyə bərpa edilməsinə gətirib çıxara bilməz. Belə ki, həmin əmrlə iddiaçı sərəncamdan çıxarılmış, onun qəbul edilməsindən öncə vergi orqanının sərəncamında olmuşdur və bu əmrin ləğvi yalnız iddiaçının sərəncama qayıtmasına gətirib çıxara bilər. Bu isə yolverilməzdir. Çünki, Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamənin 38-ci bəndinin məzmununa əsasən sərəncamda saxlanılma müddəti bir ildən artıq davam edə bilməz. İşdən azad olunma barədə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə bağlı isə iddia ərizəsinə dair təqdim etdiyimiz etirazda prosessual müddətlərin ötürülməsi barədə dəlillər cavabdeh tərəfindən daha öncə təqdim edilmişdir. Beləliklə, cavabdeh orqan tərəfindən istər iddiaçının müraciətlərinə dair göndərilmiş cavab məktubları, istərsə də onunla keçirilmiş canlı görüş zamanı əmrlər barədə faktiki məlumatlandırılmış olması yuxarıda gətirilən dəlillərin formal xarakterli olmasına və lüzumsuz olaraq məhkəmə prosesinin uzadıldığına dəlalət edir. Başqa sözlə iddiaçının onun barəsində qəbul edilmiş işdən azad edilmə və sərəncamdan çıxarılma barədə əmrlərdən məlumatlı olmadığına və bu əmrlərin qanunsuz olmasına dair irəli sürdüyü bütün dəlillər əsassız olmaqla yanaşı məhkəməni yanlış tərəfə istiqamətləndirib iddianın təmininə nail olmaq üçün gətirilmişdir. Odur ki, gətirilən dəlillər əsassız və qanunsuz hesab edilməklə İddiaçı iddia tələbi rədd edilməlidir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın tməin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. X2 İştirak Edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış iş materiallarına əlavə edilmişdir.

10. İddiaçının vəkili tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli FVB-1572 nömrəli məlumatların əldə edilməsi barədə məktub iş materiallarına əlavə edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********639300 nömrəli məktubla İddiaçı aid sənədlərin təqdim edilməsi barədə müvafiq sənədlərin surətləri 42 vərəqdə göndərilmişdir.

12. Cavabdeh tərəfindən etiraza qoşma şəklində iddiaçı barədə, DVX-nin Aparatında və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində struktur dəyişikliyinin aparılması haqqında əmr, ştat vahidlərinin sayı və bölgüsü, DVX Aparatının, Aparatın Sənədlərlə iş və icra intizamına nəzarət (katiblik) Baş İdarəsinin, DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin strukturu, vətəndaş qəbulunun qeydiyyat vərəqəsi, xx.xx.2022-ci il tarixli aktın təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC Milli Operator tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 103-1-22-1/2120 nömrəli məktubla bildirilmişdir ki, sistem üzərindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış SS789776962AZ kodlu məktub xx.xx.2022-ci il tarixdə 29 saylı poçt şöbəsində qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə xidmət ərazisi üzrə 25 saylı PŞ-yə daxil olmuşdur. Lakin, ünvan sahibi imtina etdiyi üçün məktub mövcud qaydaların tələblərlərinə uyğun sənədləşdirilərək xx.xx.2022-ci il tarixdə geri, göndəriciyə qaytarılmışdır.

14. Məhkəməin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********679500 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət vergi Xidmətinin inzibati binasında qəbul olunmuş, ona 3 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 4 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi, 5 saylı Ərazi Vergilər idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələri təklif edilmiş, lakin İddiaçı qeyd olunan vəzifələrdə işləməkdən imtina etmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********071700 nömrəli məktubla bildirilmişdir ki, sabiq əməkdaş İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Sərəncamda saxlama müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmış və həmin tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Əmrlərin surətləri məktuba qoşma şəklində əlavə edilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********67100 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı sərəncamda qalma müddətinin uzadılmasına əsas olmuş hallar təşkilati-ştat tədbirləri həyata keçirildikdən sonra onun ixtisasına, iş stajına, peşə hazırlığı və peşəkarlıq səviyyəsinə uyğun ştatın müəyyən edilməsində çətinliklərin yaranması ilə bağlı olmuşdur. Məlum olduğu kimi, Dövlət Vergi Xidməti və onun yerli qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir. Qeyd olunan işçilərin say həddi daxilində tabeliyindəki qurumların strukturu, ştat cədvəli və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Əsasnaməsinin 5.5.5-ci yarımbəndinə müvafiq olaraq təsdiq edilir. İddiaçı geri tarixlə sərəncamdan çıxarılması məsələsinə münasibətdə isə bildirirlər ki, İddiaçı sərəncamda saxlanılma müddətinin 1 (bir) ilinin tamamında sərəncamdan çıxarılmış, lakin texniki səbəblərdən əmrin rəsmiləşdirilməsi tarixi gecikmişdir. Eyni zamanda bildirirlər ki, bununla bağlı qanunvericilikdə hər hansı bir məhdudlaşdırıcı norma da mövcud deyil. Həmçinin, bir illik müddətin bitdiyi vaxt İddiaçı sərəncamdan çıxarılması üçün vergi orqanı qarşısında təşəbbüslə çıxış etməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

22. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürülməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

26. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

29. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

30. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə aylıq vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı, xidmət illərinə və elmi dərəcəyə görə əlavələr saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Həmin Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər.

31. “İnzibati icraat haqqına” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

32. Konstitusiya Məhkəməsinin Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı" müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır.

33. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir.

34. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir.

35. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır.

36. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir.

37. Beləliklə, Konstitusiya Məhkəməsi adıçəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”.

38. İddiaçı hazırkı iddiasında “işdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2021-ci il tarixli əmrin onun üçün yaratdığı hüquqi nəticəsinin işdən azad edilməsi olduğu, həmin əmrin ləğv edilməsi ilə isə yaranacaq hüquqi nəticənin onun bilavasitə işə bərpa ediləcəyi kimi əsaslandırsa da, iddiaçının hüquqi marağına uyğun olaraq işə bərpa yalnız onun barəsində işdən çıxma barədə əmrin ləğv edilməsi ilə mümkündür. İddiaçı məhz xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilmiş, onunla əmək müqaviləsinə, əmək hüquq münasibətlərinə həmin əmrlə xitam verilmişdir.

39. Məhkəmə işin hallarını və yuxarıda qeyd edilən Plenum Qərarındakı mövqeyə istinadən hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr iddiaçı üçün hər bir halda hüquqi nəticə yaratmışdır. Lakin bu nəticə yuxarıda qeyd edildiyi kimi iddiaçının işdən azad edilməsi deyildir. Mübahisə predmeti olan əmrin nəticəsi ondan ibarətdir ki, iddiaçının sərəncamda olduğu müddət ərzində onun uyğun hesab ediləcəyi hər hansı vəzifəyə götürülmə barədə inzibati orqandan gözləntisi var idisə, sonradan inzibati orqan onu sərəncamdan çıxardığından iddiaçı üçün yalnız bu gözlənti imkanı aradan qalxmışdır. Qeyd edilən inzibati aktın ləğv edilməsi məsələsi cavabdeh orqanın diskresion səlahiyyəti baxımından qiymətləndirmə tələb edir.

40. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

41. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də.

42. Qeyd edilməlidir ki, sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olub-olmaması baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamdan çıxarılma da diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. Bu mənada məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi və hazırkı iddiada mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul etdiyi inzibati akdır.

43. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.

44. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

45. Hazırkı iş üzrə inzibati məhkəmə icraatının predmetini inzibati orqanın diskresion səlahiyyət əsasında qəbul etdiyi inzibati akt təşkil etdiyindən məhkəmə üçün yoxlanılmalı olan məsələ ondan ibarətdir ki, cavabdeh inzibati orqan sərəncamdan çıxarılma barədə əmrinin qəbul edilməsi ilə bağlı özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi?.

46. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmrlə təşkilati-ştat tədbirləri ilə əlaqədar işdən azad edilmiş və eyni vaxtda 3 ay müddətinə sərəncama götürülmüşdür. Həmin əmrin surəti iddiaçıya təqdim edilmiş və əmrə uyğun olaraq iddiaçı ilə xx.xx.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmışdır. İddiaçının əmək kitabçasında onun sərəncama götürülməsi, sərəncamda qalma müddətinin uzadılması barədə müvafiq qeydlər edilmişdir. İddiaçının sərəncamda qalma müddəti Əsasnamənin 38-ci maddəsinin tələbinə uyğun olaraq 1 ilədək müddətə uzadılmış, yekunda iddiaçı 1 ilin tamamında sərəncamdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixli akta əsasən həmin tarixdə iddiaçıya cavabdeh tərəfindən başqa vəzifəyə keçirilməsi təklif olunmuş, lakin iddiaçı təklif olunan vəzifədə işləməyə razı olmadığını bildirməklə başqa vəzifəyə keçməkdən imtina etmişdir. Bu halı, məhkəmə iclasında iştirak edən iddiaçı özü də, təsdiq etmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə istinad edilməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək o, Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. Cavabdeh texniki səbəblərdən iddiaçının sərəncamdan çıxarılma məsələsi ilə bağlı əmrin rəsmiləşdirilməsinin gecikdirildiyini, eyni zamanda, rəsmiləşdirilmənin müddəti ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudlaşdırıcı normanın da, mövcud olmadığına istinad etmişdir. Bundan sonra cavabdeh orqan iddiaçıya xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq əmək kitabçasının götürülməsi və ya poçt vasitəsilə göndərilməsinə razılıq verilməsini xahiş etmişdir.

47. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir.

48. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işə bərpa barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilmədiyindən hüquqi müqəddaratı onunla bağlı olan məcburi iş buraxma dövrünə görə ona ödənilməli olan məvacibin bütün əlavələri nəzərə alınmaqla hesablanaraq ödənilməsi barədə tələbi də, müzakirə edilmədən təmin edilməməlidir.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

50. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

51. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

52. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

53. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar