Məhkəmə qərarları › İş №2-1(112)-3111/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3111/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3111/2020 13.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinin (hazırda Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialı) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra DSMF Xətai rayon şöbəsi) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 8-ci dərəcəli atıcı və xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 3-cü dərəcəli atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən ona 2007-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya təyin edilərkən xx xxxx 2001-ci il tarixdən xx xxxx 2001-ci il tarixədək Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, xx xxxx 2001-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 8-ci dərəcəli atıcı və xx xxxxxx 2004-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 3-cü dərəcəli atıcı vəzifəsində işlədiyi dövrlər DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən nəzərə alınmamış və sosial sığorta stajına daxil edilməmişdir. O, pensiyanın yenidən hesablanması məqsədi ilə sənədləri toplayaraq, cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinə təqdim etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-790/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində xx xxxx 2001-ci il tarixdən xx xxxx 2001-ci il tarixdək 1 -ci dərəcəli atlıcı, xx xxxx 2001-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək 8-ci dərəcəli atıcı, xx xxxxxx 2004-cü il tarixdən x xxxxxx 2007-ci il tarixədək 3-cü dərəcəli atıcı vəzifəsində işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-790/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2416/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF Xətai rayon şöbəsinin apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-790/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, inzibati işin təkrar baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2416/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadında göstərilmişdir ki, iddia ərizsindən görünür ki, iddiaçının tələbi natamam olmuş, o, yalnız Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində xx xxxx 2001-ci il tarixdən xx xxxx 2001-ci il tarixədək 1-ci dərəcəli atıcı, xx xxxx 2001-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək 8-ci dərəcəli atıcı, xx xxxxxx 2004-cü il tarixdən xx xxxxxx 2007-ci il tarixədək 3-cü dərəcəli atıcı vəzifəsində işlədiyi dövrün əmək stajına daxil edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsini xahiş etsə də, bundan sonra hansı hərəkətlərin edilməsini iddia ərizəsində qeyd etməmiş, birinci instansiya məhkəməsi isə yardım etmək vəzifəsindən istifadə etmədən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini izah etməmiş və bununla da natamam iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı-İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 8-ci dərəcəli atıcı və xx.xx.2004-cü ildən xx.xx.2007ci ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 3-cü dərəcəli atıcı peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, ona Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3111/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh DSMF Xətai rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi (bundan sonra mətndə DSMF X5 İdarəsi) ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, göstərmişdir ki, 1993-cü ilin dekabr ayından 2007-ci ilin mart ayınadək “xxxxxxxxxx” ASC-də işləmişdir. 2007-ci ildən pensiya alır. Gündüzlər “xxxxxxxxxx” ASC-də, gecələr isə Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Hərbi Dəstəsində işləmişdir. Hazırda “xxxxxxxxxx” ASC-də aldığı əmək haqqına münasibətdə pensiya alır. Bakı “Radioquraşdırma” İB-nin Hərbiləşdirilmiş Hərbi Dəstəsində aldığı əmək haqqının da pensiyasının hesablanması zamanı nəzərə alınması ilə bağlı cavabdeh iznaibati orqana etdiyi müraciətə cavab olaraq, ona bu barədə müvafiq arayışların olmaması səbəbi ilə imtina olunmuşdur. İddiaçı qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh DSMF X5 İdarəsinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının (əvvəlki məhkəmə iclaslarında verdiyi) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - Xətai RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1945-ci il tarixdə Füzuli rayonu, Mahmudlu kəndində doğulmuş İddiaçı ünvan 1 mənzil 178 ünvanında qeydiyyatdadır - İddiaçıya məxsus İT-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci ildə Bakı “Radio quraşdırma” İB Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə İ dərəcəli atıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə 8 dərəcəli bölmə komandiri keçirilmiş, xx.xx.2004-cü ildə Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə 3-cü dərəcəli atıcı keçirilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 **********0 №li xx xxx 2019-cu il tarixli məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, DSMF-nin Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2007-ci il tarixli qərarı ilə sonuncuya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 9,5; 10cu maddələrinə müvafiq olaraq 2-ci siyahı üzrə xx.xx.2007-ci il tarixdən 129,93 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. “xxxxxxxxxx” ASC “xxxxxxxxxx” MMC tərəfindən verilmiş 15-05-104a №li xx.xx.2006-cı il tarixli güzəştli arayışda göstərilmişdir ki, Şamıyev X3-təmir müəssisəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2020-ci ilə kimi qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işləmişdir. xx.xx.2002-ci il tarixdən arayış verilən günədək “xxxxxxxxxxxxxxx” MMC-nin qazan avadanlıqlarının təmiri üzrə peşəsində işləmişdir. Məcburi dövlət sosial sığorta haqqı barədə arayışdan müəyyən olunur ki, İddiaçı üzrə 2002-ci ilin iyun ayından 2006-cı ilin dekabr ayınadək olan dövrdə DSMF-yə qazanılmış 6.690,56 manat gəlirdən 177.29 manat məcburi dövlət sisoal sığorta haqqı ödənilmişdir. Pensiyanın hesablanması cədvəlində faktiki orta aylıq əmək haqqı və pensiya hesablanan orta aylıq əmək haqqı 127,7 manat qeyd olunmuşdur. - DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli **********74 saylı məktubunda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, ərizədə qeyd etdiyi ikinci iş yeri haqqında heç bir arayış təqdim edilmədiyindən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İB “Radioquraşdırma” zavodu tərəfindən verilmiş 65/02k xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Bakı “Radioquraşdırma” İB-də indiki “Üfüq” İB-nin “Radioquraşdırma” zavodunda işləyib: xx.xx.2001-ci il tarixindən 195/k №li xx.xx.2001-ci il tarixli əmrlə Hərbiləşdirilmiş mühafizə dəstəsinə atıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixində 03 №li xx.xx.2007-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 462 №li Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx xxxxxx 2008-ci il tarixli 14 nömrəli əmrinə əsasən “Mühəndis Texnikası” İB sözləri dəyşdirilərək “Cihaz” İB ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx xxxxxx 2009-cu il tarixli 60 nömrəli əmrinə əsasən “Radioquraşdırma” zavodu “Cihaz” İB-nin tərkibindən çıxarılaraq “Üfüq” İB-nin tabeliyinə keçmişdir. Arayışa əlavə olunmuş 18/50 saylı xx.xx.2019-cu il tarixli arayışlardan (təqaüd üçün nəzərə alınmış əmək haqqı barədə) müəyyən olunur ki, İddiaçı müvafiq olaraq, 2004 və 2005-ci illər üzrə cəmi 6.731.244 (altı milyon yeddi yüz otuz bir min iki yüz qırx dörd) AZM məbləğində, 2006-cı ilin yanvar, fevral, mart, aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr dekabr ayları üzrə cəmi 601,56 manat məbləğində əmək haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə iddiaçıya əmək pensiyası təyin edilmiş, lakin onun xx xxxx 2001ci il tarixdən xx xxxxxx 2007-ci il tarixədək işlədiyi (əlavə iş yeri kimi) dövrə münasibətdə sosial sığorta stajının mövcudluğu cavabdeh tərəfindən qəbul edilmədiyindən, həmin dövr nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. - Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. - Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Normadan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının xx xxxx 2001-ci il tarixdən xx xxxxxx 2007-ci il tarixədək Bakı “Radio quraşdırma” İB Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə -sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin Qanunun 27.3-cü maddəsinəəsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmışşəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinəəsasən qulluq stajına görəəmək pensiyasına əlavələr təyin edilmişşəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatıüçün əsas götürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 1-ci dərəcəli atıcı, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 8-ci dərəcəli atıcı və xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində 3-cü dərəcəli atıcı peşəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilərək, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işlədiyi dövrdə aldığı əmək haqqı nəzərə alınmaqla, ona yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialı) həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar